Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4947/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı "xxxx" QSC-nın cavabdeh "xxxx" MMC-yə qarşı “ekspert rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-yə qarşı “ekspert rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.07.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, iş üzrə qiymətləndirmə rəylərinin bir-birinə ziddiyyət yaratdığı üçün və "xxxx" MMC-nin 25.06.2021-ci il tarixli 099/21 saylı əmlakın qiymətləndirilməsi haqqında ekspert rəyi tərtib edilərkən əmlakın likvid dəyəri müəyyən edilmədiyindən həmin ekspert rəyinin ləğv edilərək yenidən müstəqil qiymətləndirmənin keçirilməsi, əmlakın bazar və likvid qiymətinin müəyən edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən, ona əlavə edilmiş sənədlərdən və “AZEMİS”-in 17.07.2021-ci il tarixli məlumatından müəyyən edilir ki, cavabdeh "xxxx" MMC (VÖEN **********) - hüquqi şəxs kimi - AZ5200, ünvan 1 ünvanda 17.01.2020-ci il tarixdə uçota alınmışdır. Göründüyü kimi, iddiaçı "xxxx" QSC hazırkı iddia ərizəsini aiddiyyət qaydalarını pozmaqla verdiyinə görə, iddia ərizəsi ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə cavabdehin hüquqi ünvanı üzrə Salyan rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 152, 152.1.3, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" QSC-nın cavabdeh "xxxx" MMC-yə qarşı “ekspert rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-4947/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4947/2021
22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver