Məhkəmə qərarları › İş №e-2(004)-495/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-495/2023

01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-495/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “hərrac nəticələri protokolunun etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “hərrac nəticələri protokolunun etibarsızlığı” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3-da yerləşən 2 nömrəli mənzilə dair “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 531/21 nömrəli Protokolunun etibarsız hesab edilərək xx.xx.2021-ci il tarixli **********23-05101-093038 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2448/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1ASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 29561,05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə yönəldilməsi, ipoteka predmeti açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 58000 manat məbləğində müəyyən edilməsi, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə sənədi mülki iş üzrə cavabdehə təqdim edilmədən icraya yönəlmiş və icra hərəkətləri başlanmışdır. İcra mərhələsində də iddiaçının hüquqları pozulmuş iddiaçı icra barədə məlumatlandırılmadan icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, icra vərəqəsi Abşeron rayon icra Şöbəsinin icraatına verilmiş və xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında Qərarla icra hərəkətləri başlanmış, borcluya (iddiaçıya) həmin qərarla 10 gün ərzində könüllü icra barədə vaxt müəyyən olunsa da bu müddət ərzində heç bir məlumatlandırma həyata keçirilməmişdir. Məhz qanun pozuntusu ilə müşaət edilən icra hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzil tələsik icra şöbəsinin xx.xx.2021-ci il tarixli 1760/14E saylı məktubu ilə hərraca göndərilmiş, bu barədə də hazırki iş üzrə iddiaçı (icra işi üzrə borclu) məlumatlandırılmamışdır. Hazırki iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, hərrac təşkilatı olan mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən 08 oktyabr 2021-ci il tarixli Hərrac Bildirişi ilə guya iddiaçı məlumatlandırılmış, lakin, bu məktubun olduğu SS754429826AZ ştrixkodlu zərf iddiaçıya çatdırılmamışdır. Surəti iddia ərizəsinə əlavə edilən həmin zərfin üzərindəki qeyddən görünür ki, çatdırılmamanın səbəbi iddiaçının qeyd edilən ünvanda yaşamaması olmuşdur. Qeyd edilən tarixdə hərrac baş tutmadığından növbəti tarixə keçirilmiş və "İpoteka haqqında" Azərbaycan Respublikasının qanununun 43.5-ci maddəsinin tələblərinə əsasən, ilkin satış məbləğindən 15% azalma həyata keçirilmişdir. 05 noyabr 2021-ci il tarixli Hərrac Bildirişi yenə də iddiaçıya çatmamışdır. Qeyd edilən bildirişin olduğu SS745042061AZ ştrixkodlu zərfin üzərində yenə də "bu ünvanda yaşamır" qeydi edilmiş və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 yuxarıda qeyd edilən qaydada izahat verərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh İddiaçıhdan Cavabdeh1ASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 23 02 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 29561,05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətnin 58000 manat məbləğində müəyyən edilməsi, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qam Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli Qərara əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Qarayev X3 Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli, 531/21 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, №40, 2 mömrəli mənzil keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracda 36975 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır. İş materiallarında olan Abşeron Rayon İcra və probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya Şöbəsi, borclu İddiaçı və tələbkar "xxxx" ASC-yə ünvanlanmış "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Hərrac bildirişində qeyd edilmişdir ki, Abşeron rayon İcra və probasiya Şöbəsinin 1760/14E saylı, xx.xx.2021-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil ilkin satış qiyməti 58000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 03 noyabr 2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya Şöbəsi, borclu İddiaçı və tələbkar "xxxx" ASC-yə ünvanlanmış "xxxx" MMC-nin 05 noyabr 2021-ci il tarixli Hərrac bildirişində qeyd edilmişdir ki, Abşeron rayon İcra və probasiya Şöbəsinin 1760/14E saylı, xx.xx.2021-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil satış qiyməti 49300 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 22 noyabr 2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC əmlakı 36975 manata almışdır. İş materiallarında olan Daşınmaz Əmlaka dair Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə "xxxx" ASCnin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərnamələrdən görünür ki, İddiaçı ünvanlanmış "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il və 05 noyabr 2021-ci il tarixli Hərrac bildirişləri ünvan 8 ünvanına göndərilmiş və müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ünvana çatdırılmışdır. İş materiallarında olan zərflərdən görünür ki, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il və 05 noyabr 2021-ci il tarixli Hərrac bildirişləri eyni zamanda ünvan 9 ünvanında yerləşən 2 saylı mənzilə də göndərilmiş lakin İddiaçı qeyd edilən ünvanda yaşamadığından çatdırılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmiş "xxxx" MMC-nin elanında qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil ilə bağlı ilkin satış qiyməti 58000 manat olmaqla 03 noyabr 2021-ci il tarixdə saat 11:00-da açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmış "xxxx" MMC-nin elanında qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil ilə bağlı 03 noyabr 2021-ci il tarixində keçirilən hərrac baş tutmamışdır. Təkrar hərracdakı satış qiyməti 49300 manat olmaqla 22 noyabr 2022-ci il tarixində saat 11:00-da təkrar hərrac keçiriləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, Abşeron Rayon İcra və probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə "xxxx" MMC-yə göndərilmişdir. Yuxarıda sözügedən hərrac sifarişi "xxxx" MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 03 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmiş "xxxx" MMC-nin elanında qeyd edilmişdir. Belə ki, Abşeron rayon İcra və probasiya Şöbəsi, borclu İddiaçı və tələbkar "xxxx" ASC-yə ünvanlanmış "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Hərrac bildirişindən görünür ki, sifariş olunan əmlaka dair 03 noyabr 2021-ci il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsi barədə məlumat hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya poçt vasitəsi ilə göndərilmişdir. Daha sonra Abşeron rayon İcra və probasiya Şöbəsinin 1760/14E saylı, xx.xx.2021-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil satış qiyməti 49300 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 22 noyabr 2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında açıq hərrac keçirilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı eyni qaydada hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya 05 noyabr 2021-ci il tarixli hərrac bildirişi poçt vasitəsi ilə göndərilmişdir. Təkrar hərracın keçirilməsi 22 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş və təkrar hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmiş "xxxx" MMC-nin elanında qeyd edilmişdir. Belə ki, 29 noyabr 2021-ci il tarixli, 531/21 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, №40, 2 mömrəli mənzil keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracda 36975 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC əmlakı 36975 manata almışdır. Eyni zamanda iddiaçı hazırkı iddia ərizəsində qeyd etmişdir ki, keçirilmiş hərraclar qanunverciliyin tələblərinə uyğun keçirilməmişdir. Belə ki, hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Belə ki, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il və 05 noyabr 2021-ci il tarixli Hərrac bildirişləri eyni zamanda ünvan 9 ünvanında yerləşən 2 saylı mənzilə də göndərilmiş lakin İddiaçı qeyd edilən ünvanda yaşamadığından çatdırılması mümkün olmamışdır. Buna baxmayaraq iş materiallarında olan xəbərnamələrdən görünür ki, İddiaçı ünvanlanmış "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il və 05 noyabr 2021-ci il tarixli Hərrac bildirişləri ünvan 8 ünvanına göndərilmiş və müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ünvana çatdırılmışdır. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına və onun əsasında mübahisəli əmlaka dair cavabdeh "xxxx" ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsinə hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Market reklam və elanlar” qəzetində dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-yə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmalar, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Belə ki, hazırkı mübahisə üzrə isə "xxxx" MMC-nin 29 noyabr 2021-ci il tarixli, 531/21 saylı, “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 9 ünvanında yerləşən 2 saylı mənzilə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun etibarsız hesab edilməsi və həmin mənzilə dair çıxarışın ləğv edilməsinə məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar