Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4964/2025 23.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3rşı “bonus-malus əmsalının silinməsi və yenidən hesablanması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3rşı “bonus-malus əmsalının silinməsi və yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və bonus-malus əmsalının silinərək yenidən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ona mülkiyyət hüququ əsasında məxsus olmuş “Chevrolet Cobalt LTZ” markalı, **-FN-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixində "xxxx" ASC-də PPA********** nömrəli icbari sığorta müqaviləsi əsasında 1 il müddətinə xx.xx.2025-ci il tarixinə qədər sığorta etdirmişdir. Həmin sığorta müqaviləsi üzrə 41 manat 25 qəpik tərəfindən sığorta haqqı ödənilmişdir. Daha sonra sözügedən avtomobil xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən tərəfindən X1 və həmin nəqliyyat vasitəsi yeni, **-NJ-*** dövlət qeydiyyat nişanı ilə yeni mülkiyyətçinin sahibliyindədir. X8 ona mülkiyyət hüququ əsasında məxsus olan “Chevrolet Cobalt LTZ” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixində yol nəqliyyat hadisəsi törətmiş və bununla da sistem üzərində şəxs barəsində sığorta hadisəsi qeydə alınmışdır. Bu zaman onun mülki məsuliyyətinin icbari sığortası olan PPA ********** nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qüvvədə olmuşdur. Digər şəxsin törətdiyi əmələ görə sığorta hadisəsinin qeydə alınması nəticəsində onun gələcəkdə hər hansı nəqliyyat vasitəsini sığorta etdirəcəyi halda bonus-malus əmsalının qanunsuz və əsassız olaraq artması qeyd olunmuşdur. Bu isə tam qanunsuz olmaqla onun təqsirsiz olaraq normadan artıq sığorta haqqı ödəməyinə gətirib çıxararaq birbaşa hüquqlarının pozulmasıdır. Qeyd etmişdir ki, tərəfindən xx.xx.2024-cü il tarixində “X12” markalı, **-FN-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ əsasında əldə edilmiş və sözügedən nəqliyyat vasitəsi 61 manat 88 qəpik məbləğində sığorta edilmişdir. X2 barəsində xx.xx.2024-cü il tarixində sığorta hadisəsinin qeydə alınması səbəbindən onun bonus-malus əmsalı qanunsuz olaraq sığorta təşkilatı tərəfindən artırılmış və o, hazırki dövrdə ona məxsus olan digər bir əmlakı - “X12” markalı, **-FN-*** dövlət nömrə nişanlı avtomobilini dəyərindən 160 manat artıq ödəməklə sığorta etdirmək məcburiyyətində qalır. Çünki sığorta sistemində 50-60 manat aralığında qeyd edilməli olan sığorta qiyməti, bonusmalus əmsalının qanunsuz hesablanması nəticəsində (digər mülkiyyətçinin təqsiri nəticəsində) 225 manat olaraq hesablanmışdır. Bu isə onun hər hansı inzibati xəta törətmədiyi, təqsirinin olmadığı, həmçinin başqa mülkiyyətçinin əməli nəticəsində baş vermiş hadisəyə görə onun hüquqlarının birbaşa və kobud surətdə pozulmasıdır. Maraqlısı budur ki, inzibati xətanı törədən şəxsin bonusmalus əmsalına heç bir təsir göstərmədən, təqsirsiz olaraq onun əmsalı qanunsuz hesablanmışdır. Bu isə digər şəxsin törətdiyi əmələ görə onun cəzalandırılmağıdır. Bu tam qanunsuz və heç bir ədalət prinsipinə uyğun gəlməyən özbaşınalıqdır. Bu səbəbdəndir ki, onun əlavə maddi yükə məruz qalmamağı üçün ona məxsus “X12” markalı, **-FN-*** dövlət nömrə nişanlı avtomobilini etibarnamə əsasında idarə edən həyat yoldaşı xx.xx.2025-ci il tarixində 94 manat 87 qəpiyə sığortalatmışdır. Halbuki başqa şəxsin təqsiri ucbatından baş verən qanun pozuntusuna görə o, məsuliyyət daşımır. Bununla bağlı tərəfindən “İcbari Sığorta Bürosu” X7 müraciət edilmiş, cavab məktubunda: “PPA********** nömrəli, icbari sığorta müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə sığorta hadisəsinin qeydə alındığı və bu səbəbdən ona malus tətbiq edildiyi” qeyd edilmişdir. Həmçinin: “hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini sizin bağladığınız və sığortalı qismində çıxış etdiyiniz AVSMMİS müqaviləsi üzərindən sığortalanmışdır (qanuni əsaslarla) və nəticədə sözügedən sığorta hadisəsi sizin bonusmalus əmsalınıza təsir göstərmişdir” kimi absurd fikirlər bildirilmişdir. Cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə istinad edərək, onun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququndan istifadə etmədiyini bildirmişdir. Bildirmişdir ki, “İcbari Sığorta Bürosu” X6 cavabı qanunsuz əsassız olmaqla birbaşa onun hüquqlarının pozulmasıdır. Ona qanunla verilən hüququndan istifadə etməməyi onun əleyhinə istifadə edilə bilməz. Hazırki mübahisədə isə o, avtonəqliyyat vasitəsinin sahibi deyil və cavabdehin imtinasında qeyd edilən: “hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini sizin bağladığınız və sığortalı qismində çıxış etdiyiniz AVSMMİS müqaviləsi üzərindən sığortalanmışdır (qanuni əsaslarla) və nəticədə sözügedən sığorta hadisəsi sizin bonus-malus əmsalınıza təsir göstərmişdir” tam qanunsuzdur. Mübahisənin düzgün həlli üçün normativ “sığortaçı”, “sığorta olunan” və “avtonəqliyyat vasitəsinin sahibi” anlayışlarının məzmununa diqqət yetirilməlidir. Həmçinin qeyd etmişdir ki, sözügedən mübahisə ilə bağlı formalaşmış məhkəmə təcrübəsi artıq mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1368/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçının iddiası avtomobilə hesablanmış bonus – malus əmsallarının qanunsuz hesab edilərək silinməsi və sığorta haqqının yenidən hesablanması hissəsində qismən təmin edilməsi qərara alınmışdır. Qeyd edilən qətnamədən kassasiya şikayəti verilsə də kassasiya instansiyasında iş baxışdan çıxarılmışdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)- 2928/2024 saylı iş) Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki: Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası”nda sığortalının mülkiyyətində olan bir avtomobillə sığorta hadisəsi törədildikdə onun mülkiyyətində olan bütün avtomobillərə bonus – malus əmsallarının tətbiqi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Yəni, Bonus Malus sisteminə verilən anlayışda nəzərdə tutulan “sığortalıya münasibətdə” sözləri bonus – malus əmsallarının onun mülkiyyətində olan bütün avtomobillərə tətbiqini nəzərdə tutmur”. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2024-cü il tarixində PPA ********** nömrəli icbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinin onun adı ilə əsassız şəkildə bağlanması nəticəsində tətbiq edilmiş bonus–malus əmsalının ləğv edilməsi və əlavə sığorta haqqının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin sığorta haqqının hesablanmasının əvvəlki qaydada – qanuni əsaslarla müəyyən olunmuş formula üzrə aparılmasını təmin edilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “İcbari Sığorta Bürosu” X9 iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər subyektiv mülahizələrə əsaslanır və iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın 1.2.1-ci maddəsinə əsasən bonus-malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub- olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir; 1.2.2-ci maddəsinə əsasən bonus-malus subyekti - barəsində bonus-malus sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxsdir. Bonus-Malus sistemi - öhdəlik deyil, sığorta haqqını (xidmət haqqını, malın qiymətini) formalaşdıran hesablama mexanizmidir. İcbari Sığorta Müqaviləsi əsasında göstərilən xidmətin dəyərini əks etdirən sığorta haqqı (burada - sığorta xidməti) - hüquq, vəzifə və maliyyə sanksiyası deyildir. Bu sistem sığortalının (müqavilə tərəfinin) risk profilinə və sığorta tarixçəsinə əsaslanaraq sığorta haqqının müəyyən edilməsi məqsədilə tətbiq olunan bir mexanizmdir. Onun məqsədi - sığorta müqaviləsi bağlanarkən, sığorta haqqının sığortalının keçmiş risk göstəricilərinə (özünün və sığortaladığı şəxslərin) uyğun şəkildə formalaşdırılmasıdır ki, müqavilə bağlanarkən sığortalıya ədalətli xidmət haqqı təklif edilsin. Göründüyü kimi, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığortalıya - yəni sığorta müqaviləsinin tərəfinə (İSH Qanunun 53.3-cü maddəsi) münasibətdə sığorta haqqının artırılmasından və ya azaldılmasından ibarətdir. Qanunun 8.5-ci maddəsinə əsasən, Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır. Bununla da müəyyən olunur ki, müqavilənin qüvvədə olduğu müddət ərzində nəqliyyat vasitəsi icarəyə, etibarnamə ilə digər şəxsə verildikdə, həmçinin özgəninkiləşdirildikdə yeni icbari sığorta müqaviləsinin bağlanmasına zərurət yoxdur. Bu nüans eyni zamanda, Qanunun 53.4-cü maddəsində də təsbit olunmuşdur. Belə ki, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin (sahib anlayışı-53.1-ci maddə) mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Bu normalar Qanunverici tərəfindən ona görə qəbul edilmişdir ki, əmlaka dair mülkiyyət və ya istifadə hüququnun digər şəxsə verilməsi zamanı, zərərçəkənlər üçün sığorta təminatının fasiləsizliyi təmin edilsin. Eyni zamanda, nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda, sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və ya ümumi xitam əsaslarından əlavə olaraq, müqaviləyə dərhal xitam vermək hüququ verilmişdir. Əgər Qanun sığortalının təşəbbüsü ilə qeyd edilmiş halda müqaviləyə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutursa, bu o deməkdir ki, sığortalı bu hüquqdan istifadə edə bilər, lakin, eyni zamanda, bu hüquqdan istifadə ilə bağlı sığortalının hər hansı bir məcburiyyəti və ya öhdəliyi yoxdur. Sığortalı müqaviləyə xitam verməmək qərarına gəlirsə, bu, sığortalının şüurlu iradə ifadəsidir ki, onun tərəfindən sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış hesab edilsin. Sığortalının hüquq və vəzifələri Qanunun 22-ci maddəsində qeyd edilmişdir. Qanunun 22.2.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə, o cümlədən müvafiq icbari sığorta növü üzrə əvvəlki sığorta müqavilələri, bu müqavilələr üzrə baş vermiş sığorta hadisələri və həyata keçirilmiş sığorta ödənişləri barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək - sığortalının vəzifəsidir. İddia ərizəsindən də göründüyü kimi, müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə İddiaçı tərəfindən sığorta şirkətinə müvafiq məlumatlar təqdim edilməmişdir. Nəqliyyat vasitəsi özgəninkiləsdirildiyi halda sığortalının (İddiaçı) sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və ya ümumi xitam əsaslarından əlavə olaraq müqaviləyə dərhal xitam vermək hüququ verilmişdir. Sığorta hadisəsi zamanı qüvvədə olmuş müqavilə üzrə məsuliyyəti sığortalanmış X5 malusun tətbiq edilməsi sığorta qanunvericiliyinin prinsiplərinə uyğun deyil, sığortaçıların hüquqlarının pozulmasına səbəb olur və qanunla nəzərdə tutulmamışdır. Həmçinin, qanunda nəzərdə tutulmadığı üçün proqram təminatı tərəfindən də buna yol verilmir və texniki cəhətdən mümkün deyildir. Beləliklə, İddiaçı, mülkiyyətində olmuş “Chevrolet Cobalt LTZ” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta haqqı ödədiyindən, icbari sığorta müqaviləsinin tərəfi olaraq sığortalı qismində çıxış etdiyindən, bununla da həmin avtonəqliyyat vasitəsinin sonrakı sahiblərinin də mülki məsuliyyətini sığortaladığından sığorta olunan X4 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində hesablanan malus əmsalı İcbari sığorta qanunvericiliyinə əsasən sığorta olunana yox, sığortalı İddiaçı münasibətdə tətbiq edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alınmasını və İddiaçı iddia tələbi qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, o, 1 il müddətində avtomobili satmışdır. Hadisə olmayanda güzəştlər baş verir, ancaq hadisə olanda əksinə üstünə əlavələr gəlir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə olmağına baxmayaraq Mülki Məcəllənin tələbinə görə onun həmin avtomobilə dair heç bir sığorta marağı qalmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, bonus-güzəştdir, icbaridir. Müqavilə 3-cü şəxslər üçün Azərbaycan Respublikasında icbari sığorta müqaviləsidir. Hamıya tətbiq olunur, məcburidir. 1 il ərzində sığorta müqavilə qüvvədə olduğu vaxt heç bir hadisə baş vermirsə, növbəti il üzrə sığorta şəhadətnaməsi alanda 5 faiz güzəşt əldə olunur, lakin hadisə törədilirsə, o hadisəyə görə malus əmsalı təbiq olunur. Malus əmsalının ən çoxu 3-dür, ən azı isə 1. Hadisə törədilirsə dedikdə, söhbət şəxsdən gedir. Mərkəzi bankın 1.2-ci maddəsində də, deyilir ki, bonus-malus əmsalı şəxsə tətbiq olunur. Şəxsə görə hesablanır, qüvvədə olan müqavilə var və müqavilədən irəli gələrək, sığortalı öz üzərinə götürüb məsuliyyəti. “İcbari sığorta haqqında” Qanunun 53.4-cü maddəsində də deyilir ki, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Əgər sənin müqavilən qüvvədədirsə, sənə tətbiq olunacaq. Sığorta haqqını almırlar. Burda 3 tərəf var- sığortaçı şirkət, icbari sığorta bürosu, mərkəzi bank. Mərkəzi bank- bu qaydaları təsdiq edəndir, yəni ki, onun qaydaları əsasında bu şirkət işləyir. İcbari sığorta bürosu- sığorta şirkətlərinin bütün icbari sığortalar aid məlumatları özündə saxlayan informasiya sistemidir. Onlar sığorta şəhadətnaməsi satmır, vətəndaşların ödədiyi pul onlara gəlmir, Paşa Sığortaya gedir. Sığorta hadisəsinin baş vermə məlumatları sığortaçı şirkət daxil edir, onlar sadəcə sığorta tarixçəsinə baxırlar. Əgər maraqlansaz, sığortaçıya məlumat verilir, o isə xitam edir. Nəqliyyat vasitəsinin yeni yükləyicisi də, sistemdən onlayn sığorta şəhadətnamə alır və nəqliyyat vasitəsini sürməyə davam edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcbari Sığorta şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyət hüququ əsasında məxsus olmuş “Chevrolet Cobalt LTZ” markalı, **-FN- *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixində "xxxx" ASC-də PPA********** nömrəli icbari sığorta müqaviləsi əsasında 1 il müddətinə xx.xx.2025-ci il tarixinə qədər sığorta etdirmişdir. Həmin sığorta müqaviləsi üzrə 41 manat 25 qəpik tərəfindən sığorta haqqı ödənilmişdir. - İcbari Sığorta Bürosunun İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, büronun informasiya sistemində axtarış zamanı onun adına (FİN: xxxxxxx) "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş PPA ********** nömrəli icbari sığorta müqaviləsi üzrə (DQN- 77FN244) xx.xx.2024-cü il tarixində sığorta hadisəsinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanunun 51.3-cü maddəsinə əsasən həmin Qanuna uyğun olaraq bağlanmış AVSMMİS müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ vardır. Göründüyü kimi, müqaviləyə xitam vermək hüququndan istifadə etmədiyinə, həmçinin onun və ya sığortaçının həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələbi irəli sürülmədiyinə görə yolnəqliyyat hadisəsi zamanı onun mülkiyyətinin icbari sığortası üzrə müqavilə qüvvədə olmuşdur. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin yeni sahibi isə törətmiş olduğu hadisə üzrə (qanuni əsaslarla) öz mülki məsuliyyətini onun sığorta müqaviləsi üzərindən həyata keçirərək, onun bonus-malus əmsalına təsir göstərmişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanladığı 06 avqust 2025-ci il tarixli məktubuna əsasən Mərkəzi Banka daxil olmuş müraciətinə əsasən tərəflərindən “İcbari Sığorta Bürosu” HŞİ-yə sorğu göndərilmişdir. Büronun cavab məktubuna əsasən Büronun informasiya sistemində axtarış zamanı onun adına (FİN: xxxxxxx) rəsmiləşdirilmiş icbari sığorta müqaviləsi üzrə (DQN-77FN244) xx.xx.2024-cü il tarixində sığorta hadisəsi qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 51.3-cü maddəsinə əsasən, həmin Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ vardır. O, müqaviləyə xitam vermək hüququndan istifadə etmədiyindən, həmçinin o, və ya sığortaçı həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələb irəli sürmədiyindən yol-nəqliyyat hadisəsi zamanı onun mülki məsuliyyəti icbari sığortası üzrə müqaviləsi qüvvədə olmuşdur. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini onun bağladığı və sığortalı qismində çıxış etdiyi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzərindən sığortaladığından sözügedən sığorta hadisəsi onun bonus-malus əmsalına təsir göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun qeyd edilən maddələrinə əsasən: 5.1. Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir. 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. 11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir. 51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qayda”larına əsasən: 1.2.1. Bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olubolmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı onun mülkiyyətində olmuş “Chevrolet Cobalt LTZ” markalı, **-FN-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini xx.xx.2024cü il tarixində "xxxx" ASC-də PPA********** nömrəli icbari sığorta müqaviləsi əsasında 1 il müddətinə xx.xx.2025-ci il tarixinə qədər sığorta etdirmişdir. Həmin sığorta müqaviləsi üzrə 41 manat 25 qəpik tərəfindən sığorta haqqı ödənilmişdir. Daha sonra sözügedən avtomobil xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən tərəfindən X1 və həmin nəqliyyat vasitəsi yeni, **-NJ-*** dövlət qeydiyyat nişanı ilə yeni mülkiyyətçinin sahibliyindədir. X8 ona mülkiyyət hüququ əsasında məxsus olan “Chevrolet Cobalt LTZ” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixində yol nəqliyyat hadisəsi törətmiş və bununla da sistem üzərində şəxs barəsində sığorta hadisəsi qeydə alınmışdır. X2 barəsində xx.xx.2024-cü il tarixində sığorta hadisəsinin qeydə alınması səbəbindən onun bonus-malus əmsalı qanunsuz olaraq sığorta təşkilatı tərəfindən artırılmışdır. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixində PPA ********** nömrəli icbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinin onun adı ilə əsassız şəkildə bağlanması nəticəsində tətbiq edilmiş bonus–malus əmsalının ləğv edilməsini və əlavə sığorta haqqının silinməsini, həmçinin sığorta haqqının hesablanmasının əvvəlki qaydada – qanuni əsaslarla müəyyən olunmuş formula üzrə aparılmasının təmin edilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Göründüyü kimi, İddiaçı sığorta haqqı hesablanan zaman bonus-malus əmsalının tətbiq olunması “Chevrolet Cobalt LTZ” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X5 özgəninkiləşdirdikdən sonra, yəni yeni mülkiyyətçinin mülkiyyətində olduğu dövrdə - xx.xx.2024-cü il tarixində baş vermiş sığorta hadisəsinə görə olmuşdur. İcbari sığorta müqaviləsinin İddiaçı adına olmasına baxmayaraq, yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmamış və yol-nəqliyyat hadisəsinin baş verməsində onun heç bir təqsiri olmamışdır. Belə olduğu təqdirdə iddiaçının təqsiri olmayan sığorta hadisəsinə görə sığorta haqqı hesablanan zaman iddiaçıya bonus-malus əmsalının tətbiq edilməsini məhkəmə ağlabatan hesab etmir. Qeyd olunan normaların məzmunundan belə bir nəticəyə gəlmək olur ki, Bonus-Malus sistemi, sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Göründüyü kimi, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığorta haqqı artması və ya azalmasından ibarətdir. Bonus-malus sistemi sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Qeyd edilənlər baxımından şəxsin təqsirli hesab olunmadığı sığorta hadisəsinə görə şəxsin sığorta haqqının artıq hesablanmasına gətirib çıxaran bonus-malus əmsalının tətbiqi qanunauyğun hesab edilə bilməz. Məhkəmə həmçinin cavabdeh tərəfin öz etirazında gətirdiyi dəlilə münasibət bildirərək qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 51.3-cü maddəsində nəzərdə tutulan sığortalıya tanınmış bir hüquqdur. Həmin hüquqdan istifadə edilib-edilməməsi isə sığortalının seçimidir və həmin hüquqdan istifadə edilməməsi sığortalının vəziyyətini pisləşdirən hal kimi təfsir edilə bilməz. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsində qeyd edilmişdir ki, müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda, bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Qeyd edilən norma baxımından baş vermiş qəzanın mənfi hüquqi nəticəsi icbari sığorta müqaviləsinin tərəfi olan İddiaçı deyil, sığorta hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin sahibi və istifadəçisi olan X5 aid olmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixində baş vermiş sığorta hadisəsinə görə sığorta haqqına tətbiq edilən bonus-malus əmsalı ləğv edilməli və sığorta haqqı yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixində baş vermiş sığorta hadisəsinə görə sığorta haqqına tətbiq edilən bonus-malus əmsalı ləğv edilsin və sığorta haqqı yenidən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4964/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4964/2025
23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver