Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4969/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X5 Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı “İcbari Sığorta Bürosu” X5 xeyrinə 520 (beş yüz iyirmi) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Həbibov Hicran Vaqif oğlunun adına sığortalanmış “QAZ 24” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Quba, H.Əliyev prospekti Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DYPİ tərəfindən tərtib edilmiş TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən “QAZ 24” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərərə görə zərərçəkən X4 520 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 15:00-da “QAZ 24” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Quba şəhəri ərazisində İXM-nin 332.1-ci və 327.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 327.1-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Bundan başqa Cavabdeh İXM-nin 332.1-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə, həmçinin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 520 manat təşkil edir və sığorta ödənişi “X2 hesabına köçürülür. İş materiallarında olan: - AD seriyalı 107050 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “QAZ 24” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. - AB seriyalı 432816 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “VAZ-21154” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. - ƏN-Vİİ seriyalı 188653 nömrəli etibarnamədən müəyyən edilir ki, “VAZ-21154” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X6 tərəfindən Cavabdeh sərəncam hüququ daxil olmaqla etibar edilmişdir. Etibarnamədən həmçinin müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək verilmişdir. -“Elektron notariat” X1 Çıxarışdan müəyyən edilir ki, ƏN-Vİİ seriyalı 188653 nömrəli etibarnamənin verilməsi ilə bağlı qeydiyyat xx.xx.2021-ci il tarixdə saat 16:56-da aparılmışdır. - sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən edilir ki, “QAZ 24” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil PST********** nömrəli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC ilə icbari sığorta müqaviləsi mövcud olmuşdur. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, “VAZ-21154” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci cəmi 1129 manat təşkil etmişdir. -Sığorta hadisələri və zərərlərin araşdırılması şöbəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş “Əmlaka dair qiymətləndirmə Aktı”ndan müəyyən edilir ki, “VAZ- 21154” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirbərpa xərci 520 manat qiymətləndirilmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, “İcbari Sığorta Bürosu” X7 tərəfindən 2649/20 saylı akta əsasən dəymiş zərərə görə X4 520 manat məbləğində sığorta ödənişi edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “QAZ 24” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olmaqla Cavabdeh tərəfindən idarə olunmuşdur. Hadisə törədilən vaxt Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ barədə etibarnaməsi olmamışdır. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 çıxarışa əsasən müəyyən edilir ki, iş materiallarında olan X6 tərəfindən mülkiyyətində olan “QAZ 24” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəetmə hüququnun Cavabdeh etibar edilməsi barədə ƏN-Vİİ seriyalı, 188653 nömrəli etibarnamə xx.xx.2020-ci il tarixdə saat 16:56-da elektron sistemə daxil edilmişdir. Lakin inzibati xəta hadisəsi xx.xx.2020-ci il tarixdə saat 15:00-da baş vermişdir. Həmçinin iş materialları ilə təsdiq olunur ki, cavabdeh hazırda qanuni qüvvədə olan Quba RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 332.1-ci və 327.1 maddələrinə əsasən təqsirli bilinmişdir. Hansı ki, o, İXM-nin 332.1-ci maddəsi ilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda o, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli blinmiş və həmin hadisə nəticəsində “VAZ- 21154” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyərini təşkil edən 520 manat “İcbari Sığorta Bürosu” X7 tərəfindən digər avtomobilin mülkiyyətçisi olan zərərçəkmiş X4 tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin iştirakı olmadan və etibarnamə olmadan idarə etməsinə görə təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 520 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Cavabdeh və onun idarə etdiyi avtomobilin mülkiyyəçisi X3 Quba rayon PŞ-nə verdikləri izahatlardan görünür ki, onlar hadisə vaxtı mülkiyyətçinin nəqliyyat vasitəsində olmasını göstərmişlər. Məhkəmə baxışı zamanı isə cavabdehin həmin izahatda qeyd etdiyi onun istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclaslarına çağırılmasına dair sms bildirişləri göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, eləcə də iddia tələbinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə tərəfindən “AsanPay” portal axtarış sistemində onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar yoxlanıldıqda ona təyin edilmiş cərimənin ödənildiyi aşkar edilmişdir. Dolayısı ilə, Cavabdeh cəriməni ödəməklə barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Cavabdeh izahatında göstərdiyi xüsusatlar özünümüdafiə xarakterli olmuşdur. Bundan başqa hadisədən bilavasitə bir saat sonra mülkiyyətçi tərəfindən ona etibarnamə verilməsini nəzərə alaraq məhkəmə Cavabdeh izahatında göstərilənləri inandırıcı hesab etmir. Beləliklə, məhkəmə Cavabdeh onun barəsində Quba RPİ-nin DYPŞ-i tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 332.1-ci və 327.1 maddələrinə əsasən təqsirli bilinməsini, həmin qərarın qanuni qüvvədə olmasını və iddiaçı tərəfindən hadisə nəticəsində 520 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə ödənilməsinin təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 520 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “İcbari Sığorta Bürosu” X5 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı “İcbari Sığorta Bürosu” X5 xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-4969/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4969/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver