Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-500/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 1.654 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.684,40 manat pulun müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh1 mülkiyyətində olan “Kia Sportage” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-də sığortalanmışdır. Cavabdeh2 həmin avtomobillə xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, “Bakı şəhər İşığı” EŞMnın balansında olan işıq dirəyinə zərər vurmuşdur. Hadisə zamanı Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. xx.xx.2018-ci il tarixli zərər aktına əsasən “Bakı şəhər İşığı” EŞMnin balansında olan işıq dirəyinə 1.654 manat zərər dəymişdir. Zərəri aradan qaldırmaq üçün icbari sığorta müqaviləsinə əsasən “xxxx” ASC 1.654 manat sığorta ödənişi etmişdir. İddiaçı cavabdehlərə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər müvafiq sığorta ödənişini ödəməmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 mülkiyyətində olan “Kia Sportage” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-də sığortalanmışdır. Cavabdeh1 “Kia Sportage” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə verdiyi etibarnamə əsasında X4 istifadəsinə və sahibliyinə vermişdir, etibarnamə xx.xx.2018-ci il tarixə kimi qüvvədə olmuşdur. X6 “Kia Sportage” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən avtoyuma sexinə yuyulması üçün təhvil vermiş, Cavabdeh2 avtomobili yuduqdan sonra saat 18:30 radələrində talama məqsədi olmadi olmadan qanunsuz ələ keçirib (qaçırıb) idarə etmiş və ünvan 2 ünvanda yolun kənarında olan işıq dirəyinə vurub, avtomobili əzməklə Ayaz Əliyevə 6.330 manat zərər vurmuşdur. Həmçinin işıq dirəyinə zərər dəymişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(004)-277/2018 nömrəli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətindəki “Kia Sportage” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla xx.xx.2017-ci il tarixli etibarnamə əsasında X4 istifadəsinə və sahibliyinə vermişdir. Avtomobil X1 qanunsuz olaraq Cavabdeh2 tərəfindən götürülmüş və xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədilməklə, “Bakı şəhər İşığı” EŞMnın balansında olan işıq dirəyinə zərər vurulmuşdur. xx.xx.2018-ci il tarixli zərər aktına əsasən “Bakı şəhər İşığı” EŞM-nin balansında olan işıq dirəyinə 1.654 manat zərər dəymişdir. Zərəri aradan qaldırmaq üçün icbari sığorta müqaviləsinə əsasən “xxxx” ASC 1.654 manat sığorta ödənişini “Bakı şəhər İşığı” EŞM-ə ödəmişdir. Odur ki, “xxxx” ASC xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 1.654 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.684,40 manat pulun ödənilməsini Cavabdeh2 subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Cavabdeh1 mülkiyyətindəki “Kia Sportage” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla X4 istifadəsinə və sahibliyinə verdiyinə və avtomobil qanunsuz olaraq X1 çıxdığına görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyini idarə edən Cavabdeh2 üzərinə düşür. Bu səbəbdən, iddiaçı “xxxx» ASC Cavabdeh1 subroqasiya qaydasında sığorta ödənişinin geriyə tələb etməkdə haqlı deyildir. Çünki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “İcbari Sığortalar haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 1.654 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.684,40 manat pul tutularaq “xxxx” ASC-yə ödənilməlidir. İddia tələbi - Cavabdeh1 qarşı hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 1.654 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.684,40 (bir min altı yüz səksən dörd manat qırx qəpik) manat pul tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia tələbi - Cavabdeh1 qarşı hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-500/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-500/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver