Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5002/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “qeyri yaşayış sahəsinin sahiblik və istifadəyə verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qeyri yaşayış sahəsinin sahiblik və istifadəyə verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5” MMC-dən Bakı Şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin -2-ci mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin (qarajın) alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi və Bakı Şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin -2-ci mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçı tərəfindən istifadəsinə maneələrin yaradılmasının cavabdeh “X6” MMCyə və qeyrilərinə qadağan edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksinin 1-ci blok, 19-cu mərtəbəsindən 3 otaqdan ibarət 125 nömrəli mənzil İddiaçı sahibliyi və istifadəsindədir. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında GH-B1/001078 nömrəli, xx.xx.2016-cı il tarixli, müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksinin 1-ci blok, 19-cu mərtəbəsində 3 otaqdan ibarət 125 nömrəli mənzili “Sifarişçi”yə təhvil verməyi, “Sifarişçi” İddiaçı isə bunun qarşılığında “İçraçı”ya razılaşdırılmış pul vəsaitini (218.230,00 manat) müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-ci bəndinə əsasən isə “İcraçı”, “Sifarişçi” tərəfindən bu Müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında, lazımınca və tam yerinə yetirdiyi halda və yetirdikdən sonra, “Hədiyyə kompaniyası” çərçivəsində Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “Sifarişçi”yə hədiyyə verməyi öhdəsinə götürür. Cavabdeh müqavilənin 1.1-ci bədində nəzərdə tutulmuş öhdəliyi yerinə yetirmişdir. Bakı Şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksinin 1-ci blok, 19-cu mərtəbəsindən 3 otaqdan ibarət 125 nömrəli mənzili tikilib hazır şəkildə İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Sifarişçi İddiaçı isə müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş öhdəliklərini vaxtında və tam yerinə yetirmişdir. Mənzilin dəyəri İddiaçı tərəindən tam və vaxtında "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilmişdir. Müqavilə bağlanan zaman cavabdeh MMC tərəfindən müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş, “Hədiyyə Kompaniyası” çərçivəsində olan qarajın mənzilin yerləşdiyi blokun (Blok-1) -2-ci mərtəbəsindən veriləcəyini bildirmişlər. Mənzil tikilib iddiaçıya təhvil veriləndən sonra cavabdeh MMC tərəfindən tezliklə qeyri-yaşayış sahəsinin də (qarajların) təhvil veriləcəyi barədə məlumat verilmişdir. Bir müddət bundan əvvəl İddiaçı cavabdeh "xxxx" MMC-nin ofisinə dəvət olunmuş və ona veriləcək qeyri-yaşayış sahəsini (qaraj) seçməyi təklif olunmuşdur. Ona əvvəllərdə razılaşdırdıqları kimi, bildirilmişdir ki, binanın 3 bərtəbəsi, -1,-2,-3-cü mərtəbələri qaraj kimi nəzərdə tutulmuşdur. -1-ci mərtəbədə olan qeyri-yaşayış sahələri (qarajlar) binada fəaliyyət göstərən ticarət obyektlərinə, -2-ci mərtəbədə olan qarajlar binadan mənzil alınan zaman “Hədiyyə kompaniyası”da qaraj alan sakinlərə, -3-cü mərtəbələrdə olan qeyri-yaşayış sahələri (qarajlar) isə binada yaşayan digər sakinlər üçün nəzərdə tutulub. O, isə -2-ci mərtəbədən mənzilə yaxın olan qarajı seçmiş "xxxx" MMC isə onunla razılaşmışlar. Tezliklə seçdikləri qarajı onun sahibliyinə və istifadəsinə verilməsi barədə vəd verilmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdeh MMC müqavilədə nəzərdə tutulan öhdəliyini lazımınca yerinə yetirmir və müxtəlif bəhanələrlə qeyriyaşayış (qarajı) sahəsini iddiaçıya təhvil verməkdən boyun qaçırır. Halbuki, qarajlar xeyli müddətdir ki, hazırdır və vətəndaşların istifadəsinə verilmişdir. Göründüyü kimi "xxxx" MMC aralarında bağlanmış GH-B1/001078 nömrəli, xx.xx.2016-cı il tarixli, müqavilənin 1.1-ci bəndi üzrə öhdəliyini yerinə yetirsə də, müqavilənin 1.3-cü bəndində qeyd edilən öhdəliyi isə yerinə yetirməmişdir. Belə ki, müqavilənin 1.3-ci bəndinə əsasən “İcraçı”, “Sifarişçi” tərəfindən bu Müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında, lazımınca və tam yerinə yetirdiyi halda və yetirdikdən sonra, “Hədiyyə kompaniyası” çərçivəsində Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 1 (bir) avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyriyaşayış sahəsini Sifarişçiyə hədiyyə verməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilənin 1.3-cü bəndi üzrə öhdəliyi tam və vaxtında yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilənin 1.3-cü bəndi üzrə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, sözügedən ünvanda "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin -1,-2,-3 mərtəbələrindəki qeyri-yaşayış sahələri parkinq üçün nəzərdə tutulmuşdur. Binanın -1-də yerləşən qeyri-yaşayış sahələri (qarajlar) binada yerləşən ticarət mərkəzi üçün, -2-ci mərtəbədə olan qeyri-yaşayış sahələri (qarajlar) binadan “Hədiyyə Kompaniyası” çərçivəsində mənzil alanlara, mənzilin üzrərində qaraj hədiyyə veriliş vətəndaşlara, -3-cü mərtəbəsində olan qeyri-yaşayış sahələri (qarajlar) isə qarajı pul verib alan vətəndaşlar üçün nəzərdə tutulmuşdur. İddiaçı sözügedən ünvanda mənzili almış və ona qaraj cavabdeh tərəfindən müqavilədə qeyd olunduğu kimi hədiyyə kompaniyasına uyğun olaraq verilmişdir. Ona qaraj yaşayış binasının -2-ci mərtəbəsində verilməli idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yetirmir və öhdəlikdən müxtəlif bəhanələrlə yayınır. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı qaydada müraciətimizə baxmayaraq cavabdeh öhdəliyini icra etməkdən yayınır. Hər dəfə bir bəhanə gətirməklə müqavilə üzrə öhdəliyini icra etməkdən yayınır. Bundan əlavə İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, HM-GHMM1HUQ101 saylı xidmət müqaviləsi, həmin müqavilə üzrə Saziş imzalanmışdır. Həmçinin İddiaçı ilə xidmət göstərən Bakı Kommunal MMC arasında C1-GHMM1HUQ101-000034 saylı, xx.xx.2021-ci il tarixli xidmət müqavilələri imzalanmışdır. “X7” MMC ilə İddiaçı arasında bağlanmış GM-GHMM2HUQ101-000034 saylı xidmət müqaviləsinin 1-ci bəndindən görünür ki, Xidmət göstərən (X4 MMC) müqavilənin 2 saylı əlavəsində qeyd olunan avtomobil dayanacaq sahəsində (parkinq) sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanması üzrə 1 saylı əlavədə qeyd olunan xidmətləri göstərməyi, bunun qarşılığında müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını Xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən Xidmət göstərən müştəridən qəbul etdiyi xidmət haqqının parkinqin idarə olunması, təmiz və abad vəziyyətdə saxlanılması, işıqlandırılması, inzibati işçi heyətin (parklayıcı, təmizlikci, kassir və digər işçi heyətin əmək və xidmət haqlarının verilməsi, geyim forması ilə təmin olunması üzrə) saxlanması, təmizlik avadanlıqlarının və vasitələrinin alınması kimi inzibati- istismar xərclərinə yönəldilməsi təşkil edir. Həmin müqavilənin 2 saylı əlavəsində tərəflərin imzaladığı xidmət göstərilən binada müştərinin mülkiyyətində və ya digər qanuni əsasla istifadəsində olan yaşayış/qeyri- yaşayış sahəsi barədə məlumatlardan da görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməlidir. Buna baxmayaraq cavabdeh öhdəliklərini icra etməkdən boyun qaçıraraq, Azərbaycan Respublikasının mülki qanunvericilik aktlarına zidd olan hərəkətlər edir. Tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli GH-B1/001078 saylı müqaviləsinin 6.1-cı bəndinə əsasən, bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, Tərəflər bir-birlərinə vurduqları zərərə görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Göründüyü kimi cavabdeh MMC-nin İddiaçı qarşısında GH-B1/001078 nömrəli, xx.xx.2016-cı i lmüqaviləsi üzrə icra edilməmiş öhdəliyi mövcuddur. Bu müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində cavabdeh iddiaçıya Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının "xxxx" yaşayış kompleksinin -2-ci mərtəbəsində qeyri-yaşayış sahəsini (qaraşı) təhvil verməlidir. X2 20 avqust 2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək öhdəliyin 03 gün müddətində icra edilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin müraciəti müsbət nəticələnməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında Cavabdeh əsl cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə əvəz edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı iddiasını onunla cavabdeh MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli GH-B1/001078 nömrəli müqavilənin 1.3-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Həmin bəndə əsasən İcraçı (MTK) Sifarişçi (iddiaçı) tərəfindən bu Müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında, lazımınca və tam yerinə yetirildiyi halda və yetirildikdən sonra, “Hədiyyə kompaniyası” çərçivəsində Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 1 (bir) avtomobil üçün qarajı kimi nəzərdə tutulmuş qeyriyaşayış sahəsini Sifarişçiyə hədiyyə verməyi öhdəsinə götürür. İddiaçı xx.xx.2016-cı il tarixli GH- B1/001078 nömrəli müqavilə üzrə ödəniş öhdəliklərini hal-hazıradək tam yerinə yetirməmişdir. Bu fakt MTK tərəfindən verilmiş arayışla da təsdiq edilir. Bundan başqa, müqavilə üzrə ödəniş öhdəliklərinin vaxtında və tam yerinə yetirilməsi haqqında sübutlarını (maliyyə arayışı, mədaxil qəbzi və s.) iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia tələbində məhkəmədən "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin -2 -ci mərtəbəsindən bir avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin alınaraq ona verilməsini xahiş etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli GH-B1/001078 nömrəli müqavilənin 1.3-cü bəndində İddiaçı “Hədiyyə kompaniyası” çərçivəsində 1 (bir) avtomobil üçün qarajı kimi nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin çoxmərtəbəli yaşayış kompleksinin məhz hansı hissəsindən - mərtəbəsindən verilməsi göstərilməmişdir. Cavabdeh MTK qeyd edilən müqavilə üzrə "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin -2 -ci mərtəbəsindən bir avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini iddiaçıya vermək öhdəliyini üzərinə götürməmiş, müqavilədə bununla bağlı ümumiyyətlə hər hansı şərt nəzərdə tutulmamışdır. "xxxx" yaşayış kompleksinin hər hansı mərtəbəsindən avtomobil qarajı üçün qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi səlahiyyəti-hüququ “Güvenli-Servis Management’’ MTK-ya məxsusdur. İddiaçı müqavilə üzrə ödəniş öhdəliyini tam yerinə yetirdiyi təqdirdə, MTK da qarajın təhvil verilməsi öhdəliyini də yerinə yetirəcəkdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış GH-B1/001078 nömrəli, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, “İcraçı” "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksinin 1-ci blok, 19-cu mərtəbəsində 3 otaqdan ibarət 125 nömrəli mənzili “Sifarişçi”yə təhvil verməyi, “Sifarişçi” İddiaçı isə bunun qarşılığında “İçraçı”ya razılaşdırılmış pul vəsaitini (218.230,00 manat) müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin: 1.3-ci bəndinə əsasən isə icraçı "xxxx" Mənzil Tikinti Kooperativi, sifarişçi, yəni İddiaçı tərəfindən bu Müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında, lazımınca və tam yerinə yetirdiyi halda və yetirdikdən sonra, “Hədiyyə kompaniyası” çərçivəsində Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “Sifarişçi”yə hədiyyə verməyi öhdəsinə götürür. 2.4.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətinin maliyyələşdirilməsi üzrə "xxxx" ASC ilə bağlanmış müqavilə üzrə aylıq annuitet məbləği və digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəmək şifarişçinin vəzifəsidir. 3.2-ci bəndinə əsasən, müqavilə qiymətinin 68230 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 150000 manat hissəsi isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında xx.xx.2016-cı il tarixinədək ödənəcəkdir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı ilə “X7” MMC arasında bağlanmış C1- GHMM1HUQ101-000034 saylı, xx.xx.2021-ci il tarixli xidmət müqavilələri və Xidmət müqviləsinə 1 saylı və 2 saylı əlavələr imzalanmışdır. Xidmət müqaviləsinə əsasən, xidmət göstərən, yəni Cavabdeh MMC müqavilənin 2 saylı əlavəsində qeyd olunan avtomobil dayanacaq sahəsində (parkinq) sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanması üzrə 1 saylı əlavədə qeyd olunan xidmətləri göstərməyi, bunun qarşılığında müştəri, yəni İddiaçı isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından müəyyən edilir ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin adı - "xxxx" Mənzil Tikinti Kooperativinə adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Əvvələ məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2016-cı tarixli müqavilənin 1.3-ci bəndinə əsasən "xxxx" çoxmərtəbələli yaşayış kompleksinin -2-ci mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin (qarajın) sahibliyinə və istifadəsinə verilməsini və qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçı tərəfindən istifadəsinə maneələrin yaradılmasının qadağan edilməsini tələb edir. Halbuki, qeyd edilən müqavilənin 1.3-ci bəndinə əsasən icraçı "xxxx" Mənzil Tikinti Kooperativi, sifarişçi, yəni İddiaçı tərəfindən bu Müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında, lazımınca və tam yerinə yetirdiyi halda və yetirdikdən sonra, “Hədiyyə kompaniyası” çərçivəsində Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyriyaşayış sahəsini “Sifarişçi”yə hədiyyə verməyi öhdəsinə götürmüşdür. Yəni, tərəflər yaşayış kompleksində “Hədiyyə kompaniyası” çərçivəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin verilməsini müqavilə üzrə ödəniş öhdəliklərinin vaxtında, lazımınca və tam yerinə yetirilməsindən aslı etmişlər. İddiaçı isə müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin tam yerinə yetirilməsi hesab edilsə belə, iddiaçı "xxxx" çoxmərtəbələli yaşayış kompleksinin -2-ci mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin (qarajın) sahibliyinə və istifadəsinə verilməsini tələb edir. İddia edir ki, ona müqavilə bağlanan zaman cavabdeh MMC tərəfindən müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş, “Hədiyyə Kompaniyası” çərçivəsində olan qarajın mənzilin yerləşdiyi blokun (Blok-1) -2-ci mərtəbəsində veriləcəyi bildirilmişdir. Lakin, tərəflər arasında müqavilə yazılı formada bağlanmış və müqaviləyə əsasən cavabdeh MTK-nın qeyd edilən müqavilə üzrə iddiaçıya "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin bir avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin yaşayış kompleksinin hansı mərtəbəsində verilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Belə olan halda "xxxx" yaşayış kompleksində hədiyyə olaraq avtomobil qarajı üçün qeyri-yaşayış sahəsinin yaşayış kompleksinin hansı mərtəbəsində verilməsini seçmək hüququ “Güvenli-Servis Management’’ MTK-ya məxsusdur. MTK-nın üzərinə avtomobil qarajı üçün qeyri-yaşayış sahəsinin yaşayış kompleksinin məhz -2 -ci mərtəbəsində verilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “qeyri yaşayış sahəsinin sahiblik və istifadəyə verilməsi və maneələrin aradan qaldırılması” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “qeyri yaşayış sahəsinin sahiblik və istifadəyə verilməsi və maneələrin aradan qaldırılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5002/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5002/2022
25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver