Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-501/2025 19.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: hərrac) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qiymətləndirilmə rəyinin və “X7” Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərracın və onun hüquqi nəticələrinin, yəni X6 və X7” Cavabdeh3 MMC arasında imzalanmış Bakı, Abşeron Gənclər Şəhərciyi, blok 59, m.23-ə dair hərracın yekunlarına barədə 65/24 nömrəli protokolun edilməsi üçün Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və hüquqi nəticəsi olan X6 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən Bakı, Abşeron Gənclər Şəhərciyi, blok 59, m.23-ə X6 və onun arasında ½ paylar müəyyən edilmişdir. Bunun əsasında cavabdeh Abşeron İcra şöbəsinin sifarişi əsasında onların heç bir məlumatı olmadan qiymətləndirilmə və hərrac keçirilmiş və nəticədə “X7” Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərracla X6 arasında 10 may 2024-cü il tarixdə müqavilə bağlanmışdır. Bu barədə onların ancaq məlumatı icra şöbəsindən olmuşdur. Bundan sonra isə hərrac mərkəzinə müraciət edərək hazırki sənədləri əldə etmişdir. Göründüyü kimi ona heç bir məlumat təqdim edilməmiş, heç bir məktub çatmamışdır. Beləliklə də onun hərracdan məlumatı olmamışdır. Hərracla bağlı ümumiyyətlə məlumat mövcud deyildir ki, ipoteka predmetinin ilkin satış qiyməti, hərracların keçirilmə qaydası barədə heç bir məlumatı yoxdur. Yeganə olaraq, hərracın cavabdeh tərəfindən keçirilməsi məlum olmuşdur ki, bu da sonradan onlara məlum olmuşdur. Əmlakın ilkin satış qiymətidə həqiqəti əks etdirmir. Tərəfindən qiymətləndiirilmə təşkilatı cəlb edilmiş və nəticə olaraq müəyyən edilmişdir ki, əmlakın qiyməti də kifayət qədər fərqlidir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hərracın keçirilməsi ilə bağlı ona heç bir məlumat verilməmişdir. Qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana heç bir bildiriş və yaxud məktub göndərilməmişdir. Qeyd edir ki, mənzilə qiymətləndirmə həyata keçirilən zaman evdə olmuş və qiymətləndirmədən məlumatlı olmuşdur. Lakin hərracın keçirilməsi və onun tarixi, yeri barədə ona heç bir məlumat verilməmişdir. Fərdi yaşayış evində olan payının 3-cü şəxs tərəfindən hərrac yolu ilə alınması ona məlum olduqda, o, hərrac mərkəzinə müraciət etmişdir.Orada da bildirdimişlər ki, onun ünvanına göndərilən məktublar geri qayıtmışdır. Həmin məktubların, bildirişlərin hansı əsasla geri qayıtması ona məlum olmamışdır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin ərizəsi üzrə “mənzildən çıxarılma” tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsində məhkəmə mübahisələri mövcuddur. Qiymətləndirmə ilə bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı hal-hazırda həmin ünvanda övladı ilə birlikdə yaşayır. Abşeron Rayon Məhkəməsindən iddiaçıya zəng olunaraq belə bir mübahisənin olduğunu ona bildirdikdən sonra məlum olmuşdur ki, ev hərraca çıxarılaraq satılmış və 3-cü şəxs evin tam mülkiyyətçisi kimi çıxarış əldə etmişdir. Əvvəlki məhkəmə mübahisələri və digər işlərlə bağlı sənədlər iddiaçıya çatsa da hərracın keçirilməsi, tarixi və yeri haqqında heç bir bildiriş, sənəd iddiaçıya təqdim olunmamışdır. Nəticədə iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur.
5. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, birgə nikah dövründə alınmış ev ilə bağlı ½ payın müəyyən olunmasından iddiaçı xəbəri olmuşdur. Məhkəmə qətnaməsi ilə evin bərabər paylara aralarında bölünməsi qət edilmişdir. Daha sonra hərrac keçirilən zaman iddiaçının bu məsələdən xəbəri olmuş, sadəcə özü gəlmək istəməmişdir. Həmin payı digər şəxs də almaq istəmiş, o da qərara gəlmişdir ki, iddiaçıya məxsus ½ hissəni alaraq evin tam mülkiyyətçisi olsun. Pulu da icra şöbəsinin depozit hesabına yerləşdirmiş, lakin iddiaçı bu günə qədər həmin pulu götürməmişdir. Əlavə olaraq bildirir ki, ev ilə bağlı qiymətləndirmə keçirilmiş və şəkilləri də məhkəməyə təqdim etmişdir. Qiymətləndirmədə iddiaçı şəxsən özü iştirak etmişdir.
6. Məhkəməyə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-684/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********18-05320-093057 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarşa əsasən ½ hissədə X3, ½ hissədə İddiaçı adına qeydə alınmış Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzil hərracda satılması, satışdan əldə olunan pul vəsaiti iddiaçı X6 ilə İddiaçı arasında bərabər bölünməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı alınaraq X5 verilməsi qət edilmişdir.
10. Cavabdeh1 xx.xx.2024-cü il tarixli Sifarişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzilin atılması ilə bağlı hərracın keçirilməsi Azərbaycan Respublikası X7 Əmlak Hərrac Mərkəzinə sifariş olunmuşdur.
11. X7 Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli 65/24 nömrəli protokoldan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-684/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə və Cavabdeh1 xx.xx.2024-cü il tarixli sifariş əsasında Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzil 42.420 manata X1.
12. xx.xx.2024-cü il tarixli 317/24 №-li bildirişin surətindən müəyyən olunur ki, “X7” nəzdində yaradılmış Cavabdeh3 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:00-də ilkin satış qiyməti 42000 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildiriş İddiaçı Gədəbəy rayonu X.Haqverdiyev küçəsi ev 15 ünvanında yerləşən və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanına göndərilmişdir. Lakin ünvan 4 yaşamır” qeydi ilə, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında isə “qaplı bağlı” qeydi ilə geri qaytarılmışdır.
13. “Şərq” qəzetinin xx.xx.2024-cü il qəzetinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən mənzil üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.
14. X6 tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış ərizədən görünür ki, G.P.Bayramova xx.xx.2024-cü il tarixdə keçiriləcək açıq hərracda iştirak etmək üçün müraciət etmiş və 2100 manat məbləğində beh ödəmişdir.
15. X11 tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış ərizədən görünür ki, F.S.Hacıyeva xx.xx.2024-cü il tarixdə keçiriləcək açıq hərracda iştirak etmək üçün müraciət etmiş və 2100 manat məbləğində beh ödəmişdir.
16. ƏMDX yanında DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 verilmiş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən mənzilin xx.xx.2024-cü il tarixinə bazar qiyməti 44.000 manat təşkil edir.
17. ƏMDX yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə X3 mülkiyyətindədir.
18. Cavabdeh1 icra məmuru X12 xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzilə qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilməsi və əmlaka baxış keçirilməsi qərara alınmışdır.Həmin qərarın surəti İddiaçıan göndərilmişdir.
19. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 42.000 manat təşkil edir.
20. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli S-099-077/2024 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 38.000 manat təşkil edir.
21. Cavabdeh1 xx.xx.2024-cü il tarixli 17/75216801/2V saylı məktubuna əsasən Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzilin satışından əldə edilən vəsaitin ½ hissəsi (21210 manatı) X6 tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmişdir.
22. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir.
23. Belə ki, “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
24. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
25. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
26. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
27. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
28. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
29. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
30. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
31. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir.
32. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
33. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
34. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
35. İşin hallarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-684/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********18-05320-093057 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarşa əsasən ½ hissədə X3, ½ hissədə İddiaçı adına qeydə alınmış Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzil hərracda satılması, satışdan əldə olunan pul vəsaiti iddiaçı X6 ilə İddiaçı arasında bərabər bölünməsi müəyyən edilmişdir. İcra sənədi üzrə icra məmuru hərracın keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli sifariş vermişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli Sifarişi üzrə Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzil ilkin hərracda alış qiyməti 42.420 manat olmaqla, X2 və bununla əlaqədar olaraq, hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli, 65/24 saylı protokol tərtib edilmişdir.
36. İddiaçı iddia edir ki, mənzilin qiymətləndirməsinin təyin edilməsi və hərracın keçirilməsi barədə bildiriş ona qərəzli olaraq, göndərilməmiş, bu səbəbdən müvafiq sifariş, hərrac protokolu və çıxarış qanunsuzdur. Halbuki, Gədəbəy rayonu X.Haqverdiyev küçəsi ev 15 ünvanında yerləşən və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanına hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbərnaməli bildiriş göndərilmiş, eləcə də “Şərq” qəzetində də müvafiq qaydada elan yerləşdirilmişdir. Həmçinin iddiaçının istifadəsində olan telefonla onunla əlaqə saxlanılaraq məlumat verilmişdir.
37. Məhkəmə iddia tələbinin qiymətləndirmə rəyinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, qiymətləndirmə zamanı iddiaçının məlumatı olmuşdur. Bu hal özü də məhkəmə iclası zamanı təsdiq etmişdir. Həmçinin, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən Bakı- Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzilin xx.xx.2024cü il tarixə olan bazar dəyəri 42.000 manat, “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli S-099-077/2024 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 38.000 manat olduğu müəyyən edilmişdir. Bu hallar qiymətləndirmə zamanı qanun pozuntusuna yol verilmədiyini göstərir. Bundan başqa iddiaçı ünvan 2 ünvanında yerləşən 36 kv.m olan mənzildə yaşamış, qiymətləndirmə həyata keçirilən vaxt iştirak etmişdir. Belə olan halda iddiaçının keçirilən qiymətləndirmədən məlumatsız olması müəyyən edilmir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir.
38. Bununla yanaşı məhkəmə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulduğu vurğulanmışdır.
39. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
40. Habelə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
41. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil