Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5036/2024 09.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “bildirişin və icra qeydının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X1 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “bildirişin və icra qeydının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh və Bərdə Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı xx.xx.2024-cü il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin etibarsız hesab edilməsi, habelə Bərdə Regional “ASAN xidmət” Mərkəzinin NotarOfisinin verdiyi xx.xx.2024-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin etibarsız hesab edilməsi barədə mülki işin, Yasamal Rayon Məhkəmsinin hakimi Ayşən Sultanovanın icraatında olan, İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli bildirişin etibarsız hesab edilməsi barədə mülki işlə bir icraatda birləşdirilərək hakim Ayşən Sultanovanın icraatında baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırki və Yasamal rayon Məhkəməsinin icraatında olan e-2(004)-4089/2024 saylı mülki iş üzrə tərəflər və mübahisə predmeti eyni olmaqla, hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4089/2024 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “bildirişin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin məhkəmə icraatı mümkün hesab edilmişdir. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-4089/2024 saylı mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, e-2(004)-5036/2024 saylı mülki iş 2(004)-4089/2024 saylı mülki işlə birləşdirilməlidir. AR MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və AR MPM-in 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh və X1 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “bildirişin və icra qeydının etibarsız hesab edilməsi” tələbinə dair e-2(004)-5036/2024 saylı mülki iş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “bildirişin etibarsız hesab edilməsi” tələbinə dair e-2(004)-4089/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5036/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5036/2024
09.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver