Məhkəmə qərarları › İş №e-2(004)-5048/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5048/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5048/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək 8.957,75 manat maddi ziyan, 4.000 manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.927,75 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin “giriş” hissəsində iki cavabdehin cəlb edildiyi qeyd edilsə də, “xahiş edirəm” hissəsində cavabdehlərin hər birinə qarşı konkret olaraq hansı tələbin irəli sürülməsi qeyd edilməmişdir. Həmçinin iddia ərizəsi elektron qaydada verildiyindən, cavabdehlərin adı iddiaçı tərəfindən daxil edilmişdir. Həmin məlumatlar əsasında Cavabdeh “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yerləşdirilmiş elektron portal çıxarış məlumatlarından müəyyən olunmuşdur ki, o, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Bundan başqa, iddia ərizəsinə cavabdeh X1 şəxsiyyətini təsdiq edən, həmçinin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (doğum tarixi, FİN, qeydiyyat ünvamnı və s.) qeyd edilməmiş və bununla bağlı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı tərəfindən daxil edilmiş məlumatlar əsasında isə X1 “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron portal çıxarış məlumatları aşkar edilməmişdir. Belə olan halda cavabdehin şəxsiyyətinin müəyyən edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdehlərdən birinin şəxsiyyəti, dolayısı ilə qeydiyyatda olduğu ünvan müəyyən edilmədiyindən, digər cavabdeh isə Xaçmaz rayonu üzrə qeydiyyatda olduğundan hazırkı halda iddia ərizəsi ərazi aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə aid edilə bilməz. Elə də iddia ərizəsi cavabdehlərin hər birinə münasibətdə qeyri-müəyyən olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunur ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göstərilənlərlə yanaşı, iddia ərizəsində sıyahıda qeyd olunan mübahisə ilə bağlı ilkin sübutlar da (zərər aktı və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar