Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5066/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı Şixan oğlunun nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Şixan oğlunun cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı ("xxxx" X2 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şixan oğlu cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı ("xxxx" X2 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair keçirilmiş hərracların və nəticələrin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Şixan oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair keçirilmiş hərracların nəticəsi olan 211/23 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekun protokolunun, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)- 4305/2022-saylı, xx.xx.2022-cu il tarixli İcra vərəqəsinə əsasən cavabdeh X1 xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı kredit razılaşması üzrə 163 894,78 (bir yüz altmış üç min səkkiz yüz doxsan dörd manat 78 yetmiş səkkiz qəpik) məbəğində kredit borcu 30 manat Məhkəməyə verilmək üçün ödənilmiş dövlət rüsumu və DƏDRX-nə çəkilmiş 40 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi və qeyd edilən borc tələbinin ipoteka predmeti olan İddiaçı Şixan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə yönəldilmişdir. İpoteka predmeti olan İddiaçı Şixan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ada yerləşən 32 saylı mənzilinə 236 000 (iki yüz otuz alt min) manat ilkin satış qiyməti qoyulmuşdur. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borcluların qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrasının təmin edilməsindən ötrü Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023cü il tarixində № 8934-160799/2023-5-34 saylı məktubla İpoteka predimeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a- da yerləşən 32 saylı mənzili, Açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin kredit borcunun qaytarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Məlum iqtisadi kriz nəticəsində manatın devalivasiya olaraq məzənnəsinin düşməsi, yaranmış işsizilik, maddi sıxıntılar və borclunun ani səhhəti ilə əlaqədar olaraq yaranmış vəziyyət səbəbi ilə qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosesləri zamanı çətinliklər yaranmış və bu haqda "xxxx" Kommersiya Bankı ASC-yə təsdiqedici sənədlərlə Birlikdə dərhal məlumat verilsə də heç bir ortaq razılığa gəlinilməsinə dair cəhdlər Bank tərəfindən qarşılanmamışdır. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində № 8934-160799/2023-5-34 saylı məktubla İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a- da yerləşən 32 saylı mənzili, Açıq hərrac vasitsəi ilə realizə edilərək tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin kredit borcunun qaytarılması üçün "xxxx" MMC-yə sifariş vermişdir. Bundan savayı Sifariş məktubunda “ipoteka haqqında” qanunda qeyd edilən ipoteka predmetinə məxsus əmlaklar barədə məlumatlar (Elanda və bildirişdə hərracın vaxtı, veri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, təmir vəziyyəti, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat dolğun göstərilməmiş və bu da alıcı kütləsinin olmamasına, maraqsızlığa, və alıcının hansı əmlakı almalı olduğu barədə təsəvvürsüzlüyə gətirib çıxarmaqla nəticələnib. Hesab edir ki, bu sifariş üzrə dolğun olmayan məlumat olduğu üçün etibarsiz hesab edilməli və 2(103)-4305/2022-saylı, xx.xx.2022-cu il tarilxi İcra Vərəqəsinə uyğun olaraq əmlakın identifik əlamətləri alıcı kütləsinin çoxluğu üçün dolğun tərtib edilməli və tərəflərin istəyinə uyğun başqa hərrac təşkilatına göndərilməlidir. Natamam poçt qəbzi əldə etmişdirlər ki, burada da qəbul edilmə vaxtı qeyd edilməyib. Verilmiş sifariş əsasında ixtisaslaşdırılmış hərrac təşkilatı olan "xxxx" MMC, sifarişi “İpoteka haqqında” Azərbaycan Respubliksının qanunun və digər qanunvercilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bunlarla yanaşı ipoteka qoyan olaraq konstition hüquqlarından məhrum edilmişdir. “İpoteka haqqında” AR-sının qanunun 42-ci maddəsinə əsasən “Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişinin alındığı gündən isə 30 təqvim günündən gec olmayaraq keçirilir” KİV də və öz saytlarında elanlar verilməli olduğu halda öz saytlarında heç bir elan verilməmişdir. İlk hərrac xx.xx.2023-cü il tarixində saat 11:00-da olmuş amma elanları (keçirimə və baş tutmama barədə) olmamışdır. Təkrar hərrac xx.xx.2023-cü il tarixində saat 11:00-da olmuş amma elanları (keçirimə və baş tutmama barədə) olmamışdır. Hərrac Mərkəzinə keçirilmiş hər iki hərraclar barədə və alıcı olub olmaması barədə sorğu verilmiş və xx.xx.2023-cü il tarixli 211/23-saylı cavab məktublarına əsasən hərracın keçirildiyini və alıcı olmadığı üçün artıq hərracın yekunlaşdığı barədə rəsmi cavab vermişlər. “İpoteka haqqında” AR-nin qanunun 43.2. -ci maddəsinə əsasən bu qanunun 43.1.1 - 43.1.4- cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 (üç) təqvim günü gec olmayaraq dərc etdirilir. Buna baxmayaraq hec bir hərracın baş tutmaması barədə elan belə verilməmişdir ki, qeyd edilən qanunun 43.2-ci maddəsinin tələbi kobud pozulmuşdur. Təkrar hərrac barədə məlumatsız olmuşdur. Həmçinin hərrac bildirşlərinin ipoteka qoyana göndərilmə qəbul haqqında hər hansı qəbz olmamışdır. Beləki hərracın açıqlığı ilə yanaşı konstition hüquqları pozulmuşdur. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirlməmişdir. Xüsusən qeyd edir ki, qeyd etdikləri ilə yanaşı ona və ünvanına hec bir hərrac keçirilməsi ilə bağlı bildiriş, hər hansı sənəd, məktub daxil olmamışdır. Nəsimi rayonu İcra və probasiya şöbəsindən edilmiş müraciətlə ondan xəbərsiz ona məxsus əmlakın guya banka satılacağını demişlər, “Gələcəyi kim bilər ki, əmlak satılmayacaq”. Bu yanaşmadan bəlli olur ki, bank əmlakın alıcı kütləsi olmamasında və ucuz qiymətə almasında bununla da borclunun əlavə yüklənməsində maraqlıdır. Əmlak yüksək qiymətə alınsa borc da bağlanacaq və mülkiyyətçiyə əlavə fərq də ödəniləcək. Göstərilənlərə və qanunvericilik normalarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracların nəticələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyindən, hərracların hazırlanması, müddətləri və keçirilmə qaydası pozulduğundan, ipoteka saxlayana məlumat verilmədən keçirildiyindən, birinci hərrac və təkrar hərracların baş tutmaması barədə elanlar verilmədiyindən keçirilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hərraclar və nəticələri etibarsız sayılmalıdır. Məhkəmə iclasında İddiaçı Şixan oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddianın əsasını İddiaçı Şixan oğlunun qanunvericilikdə müəyyən edilmiş qaydada hərracın keçrilməsi barədə məlumatlandırılmaması və qiymətləndirilmənin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun aparılmaması təşkil edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X2 Səhmdar Cəmiyyəti nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Cavabdeh "xxxx" MMC tərəfindən Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əlavə edilmiş hərrac sənədlərindən görünür ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsinə dair bildirişlər ipoteka qoyana göndərilmiş, bununla bağlı poçt qaimələri də əlavə edilmişdir. İpoteka qoyan həmin qaimələri imzalamaqla bildirişləri qəbul etmişdir. Həmçinin həmin sənədlərdən də görünür ki, Market qəzetində birinci hərracın keçirilməsi və baş tutmaması, təkrar hərracın keçirələcəyi və baş tutmaması barədə elanlar verilmiş, qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Cavabdehlərin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4305/2022-saylı, xx.xx.2022-cu il tarixli icra vərəqəsinə əsasən X1 163.894,78 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin həmin icra vərəqəsində tələb üzrə tutma cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 a saylı evin 32 saylı mənzilinə yönəldilmiş, əmlakın ilkin satış qiyməti 236.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4305/2022-saylı, xx.xx.2022-cu il tarixli İcra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilin satışının təmin olunması "xxxx" MMC-yə sifariş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 11 avqust 2023-cü il tarixli 211/23 nömrəli bildirişin surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair hərracın keçirilməsi 07 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan sifarişli poçt zərfinin surətindən görünür ki, İddiaçı keçiriləcək ilkin hərracın vaxtı və yeri barədə göndərilmiş bildiriş zərfi çatdırılmış və xx.xx.2023-cü il tarixdə imzalanaraq təhvil alınmışdır. İkinci həraacın vaxtı və yeri barədə göndərilmiş bildiriş isə zərfdə tarix göstərilməsə də, imza edilməklə təhvil alınmışdır. İş materiallarında olan “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətindən görünür ki, ilkin satış qiyməti 236000 manat olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair açıq hərracın keçirilməsinin 07 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 08 sentyabr 2023-cü il tarixli 211/23 nömrəli bildirişin surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar hərracın keçirilməsi 27 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətindən görünür ki, təkrar hərracın satış qiyməti 200600 manat olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar açıq hərracın keçirilməsinin 27 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətindən görünür ki, 27 sentyabr 2023-cü il tarixdə keçirilən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar hərrac baş tutmaşdır. İş materiallarında olan "xxxx" MMC-nin 26 oktyabr 2023-cü il tarixli Hərracın nəticələri haqqında yekun protokolundan müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin 8934- 160799/2023-5-34 saylı xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 a saylı evin 32 saylı mənzilin ilkin satış qiyməti 236000 manat olmaqla hərraca çıxarılmışdır. Əmlak 150450 manata "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərlə hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə həmçinin iddia ərizəsində də göstərilən hüquqi ünvanı üzrə bildiriş göndərilməsi təsdiq edilir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, İddiaçı mülkiyyətində olan əmlakın ilkin satış qiymət 236000 manat olmaqla hərraca çıxarılmış və keçirilən 2 hərrac baş tutmadığına görə alıcı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən 150450 manata alınmışdır. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Şixan oğlunun cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı ("xxxx" X2 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şixan oğlunun cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı ("xxxx" X2 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı Şixan oğluna aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5066/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5066/2023
05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver