Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5138/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26, 5 saylı mənzilin mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 hər birindən 421,6 manat olmaqla, cəmi 1264,8 manat xidmət haqqı üzrə yaranmış borc, vəkil sorğusuna görə 10 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 07.09.2021-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi və Nümayəndə izahat verərək bildirir ki, 01 may 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-cü məhəllə, bina 26 "xxxx" MMMC kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş və 1117-MM4-0046 saylı çıxarış və şəhadətnamə ona təqdim edilmişdir. Bununla da idarəçilik "xxxx" MMMC-yə verilmişdir. 02.07.2019-cu il tarixdə "xxxx" MMMC üzvlərinin ümumi yığıncağı keçirilmiş və binanın saxlanılması ilə bağlı xidmət haqqlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 01.07.2018-ci il tarixdən "xxxx" MMMC fəaliyyətə başlamışdır. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26-da yerləşən 5 saylı mənzillin mülkiyyətçiləri 3 nəfərdən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin məktubuna əsasən mənzilin ümumi sahəsi göstərilməmişdir, yalnız yaşayış sahəsi qeyd edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aylıq xidmət haqqının hər mülkiyyətçiyə 421 manat 60 qəpik ödənilməsi barədə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, xidmət haqqı ödənişindən müxtəlif bəhanələrlə boyun qaçırır. Həmin binada olan digər sakinlər xidmət haqqı ödədiyi halda, cavabdehlərdən Cavabdeh2 buna maneə olur və onlara bildirir ki, o ödəmir, onlar da ödəməsin. Hətta bununla bağlı broşür çap edərək sakinlərə paylayır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, hazırki "xxxx" MMMC-nin sədri Nümayəndə əvvəlki rəhbərlikdən narazı olduqları üçün onun təşəbbüsü ilə vəzifəyə gətirilmişdir. Nümayəndə binada hamı narazıdır. Bina sakinləri Nümayəndə vəzifəyə gətirməkdə onu günahlandırırlar. Binada olan 180 mənzilin hamısı əgər pul ödəyirsə pulların hara xərclənməyinə aydınlıq gətirilməlidir. Onların məhkəməyə hər hansı əsasla verilməyi düzgün deyil. Onlar heç bir yerə imza çəkməmişdir və borcu yoxdur. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Misirxan qızı izahat verərək bildirir ki, binada hazırki idarəçilər binanın idarəçiliyinə gəlməmişdən əvvəl qiymətlərin aşağı olacağını bildirirdilər. Lakin idarəçiliyə gəldikdən sonra xidmət haqqını özbaşlarına qaldırdılar. Müqavilə ikitərəfli olduğuna görə qiymətləri sakinlərlə razılaşdırmalı idilər. Ancaq razılaşdırmayaraq qiymətləri birbaşa özləri qoyurdular. O, özü də indiki binanın idarəetməsində çalışmışdır. Lakin, bu kimi faktlara görə onu işdən çıxarmışlar. Onun oğlu isə binada yaşayanlardan heç kimə heç nə deməmişdir. İddianın təmin olunmamasını xahiş edir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən 16.09.2019-cu il tarixdə qeyri-kommersiya Qurumlarının Dövlət Reyestrindən 1117-MM4-0046 saylı çıxarışdan görünür ki, "xxxx" MMMC 01.05.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-cü məhəllə, 26 saylı binanı - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmasının əsası kimi Cəmiyyətin ümumi yığıncağının 28.06.2019-cu il tarixli protokolu və digər sənədlər təşkil etmişdir. İş materiallarında olan Yasamal-11 MMMC-nin üzvlərinin ümumi yığıncağının 02.07.2019-cu il tarixli qərarına əsasən idarə heyətinin 27 üzvü iştirak edən 02.07.2019-cu il tarixli iclasda çıxarışda ümumi sahəsi qeyd edilməyən, yalnız yaşayış sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər mənzilin yaşayış sahəsinin 1m2 üçün 0,80 manat müəyyən edilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. İş materiallarında iş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 249709 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26-da yerləşən 5 saylı yaşayış sahəsi 51 m2 olan mənzil Cavabdeh1, Cavabdeh2 və X1 paylı mülkiyyətindədir. Beləliklə, işin halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 paylı mülkiyyətindədir və həmin yaşayış binasının idarəetməsi Yasamal-11 MMMC-nin səlahiyyətidir. Cavabdehdeklər kommunal xidmətlərə ödənişdən yayınmışdır. Məhkəmə MMMC-nin üzvlərinin ümumi iclasının qərarının və həmin qərar əsasında qəbul edilmiş tariflərin mübahisələndirilməməsini, həmin qərara görə çxarışda ümumi sahəsi qeyd edilməyən, yalnız yaşayış sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər mənzilin yaşayış sahəsinin 1m2 üçün 0,80 manat müəyyən edilməsini nəzərə alaraq qeyd edir ki, cavabdehlər iddiaçı cəmiyyət ilə müqavilə bağlanılmadıqlarını bildirərək xidmət haqqını ödəməkdən imtina etsə də bu hal onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Çünki, mənzilin mülkiyyətçisinin yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı kommunal ödənişləri tələb etməkdə haqlıdır. Ödənişin məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 hər birinə 421,6 (dörd yüz iyirmi bir manat altmış qəpik) manat olmaqla, cəmi 1264,8 (bir min iki yüz altmış dörd manat səksən qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin məcəllənin 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Həmin məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Hazırki işdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26, 5 saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 mülkiyyətində olduğundan, həmin binanı idarə edən "xxxx" MMMC-nin ümumi yığıncağının 02.07.2019-cu il tarixli qərarına və mənzilin sahəsinə əsasən 2018-ci ilin dekabr – 2021-ci ilin iyun ayları üzrə hesablanmış 421,6 manat xidmət haqqını hər bir cavabdehin ödəmək öhdəliyi vardır. Lakin cavabdehlər həmin borcu ödəməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat və vəkil sorğusuna görə ödənilmiş 10 manat məbləğində puı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26, 5 saylı mənzilin mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 hər birindən 421,6 (dörd yüz iyirmi bir manat altmış qəpik) manat xidmət haqqı üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, vəkil sorğusuna görə 10 (on) manat, cəmi 40 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26, 5 saylı mənzilin mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 hər birindən 421,6 (dörd yüz iyirmi bir manat altmış qəpik) manat xidmət haqqı üzrə yaranmış borc iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, vəkil sorğusuna görə 10 (on) manat, cəmi 40 (qırx) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-5138/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5138/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver