Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-518/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “cavabdehin üzərinə vəzifəə qoyulması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: öhdəliyin qoyulması) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “cavabdehin üzərinə vəzifəə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “cavabdehin üzərinə vəzifəə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanlı mənzilin qapısının cavabdehin hesabına əvvəlki vəziyyətə salınmaqla bərpa olunması vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh təşkilatla müqavilə mənzil tikintisi barədə müqavilə bağlamışdır. Müqavilənin predmeti MMC-nin inşa etdiyi 7 saylı binanın 15-ci mərtəbəsindəki 116,71 kv.m. sahəli mənzilin inşa edilərək ona təhvil verilməsi olmuşdur. Müqavilə 2014-cü ildə bağlanmışdır. Müqavilə üzrə öhdəliyi tərəfindən tam yerinə yetirilmiş, cavabdehin verdiyi 29 noyabr 2017-ci il tarixli arayışla bu təsdiq edilir. Daha sonra bina və ona məxsus mənzil inşa edilmiş, mənzil ona təhvil verilmişdir. Lakin daha sonra ona məxsus mənzilin qapısı cavabdeh tərəfindən özbaşına dəyişdirilmişdir. Beləliklə ona məxsus mənzilin qapısının yeri onunla heç bir razılıq əldə edilmədən hörülmüş, ümumi binanın konstruksiyasına zidd olaraq koridorun 3 kv.m. hissəsi hörülmüş, ondan razılıq alınmadan divarı sökülmüş yeni qapı açılmışdır. Beləliklə onun qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh 2013-cü ildən müqavilə bağlayıb. İddiaçı ilə mütəmadi əlaqələri olub və iddiaçı mənzili alanda cavabdehin mənzilinin indiki vəziyyətdə olduğunu bilə-bilə alıb.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, burada mülkiyyət hüququnun olması mübahisələndirilmir,qapının yeri mübahisələndirir. Ən azından iddiaçı tərəfindən birtərəfli təslim aktı təqdim edilməli olduğu, əgər iddiaçının tələbi təmin olunarsa, digər vətəndaşın hüquqları pozulacağını bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixində 7 saylı binanın 15-ci mərtəbəsindəki 116,71 m2-lik 124 saylı yaşayış sahəsinin dəyərini tam ödəmişdir.
10. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş 7 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən 125 saylı mənzilin giriş hissəsinə bitişik 3 m2 sahədə uzun müddət öncə əlavə artırma işlərinin aparıldığı müşahidə edilmişdir.
11. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küç/38, 38A, 40, 42 ünvanda inşa ediləcək yüksək mərtəbəli 7 saylı yaşayış binasının 15-ci mərtəbəsində 124 saylı mənzili İddiaçı satmağı, İddiaçı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
12. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzilin qəbulu təhvil-təslim haqqında aktla həyata keçirilir.
13. Cavabdeh1 MMC tərəfindən verilmiş 29 noyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 29 noyabr 2017-ci il tarixdə 7 saylı binanın 15-ci mərtəbəsindəki 116,71 kv.m 124 saylı yaşayış sahəsinin dəyərini tam ödəmişdir.
14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, yeni qaydalarla: AZ 1002, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh2 adına qeydiyyata alınmışdır.
15. 20 dekabr 2019-cu il tarixli 270 nömrəli 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmı müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazədən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alaraq xx.xx.2019-cu il tarixindən yaşayış binalarının istismarına icazə verilmişdir.
16. Məhkəmə icasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, o, Rövşən müəllimgillə qonşudur. O, evi 2013-cü ildə almışdır. 2014-cü ildə təmirə başlamışdır və 2016-cı ilin sentyabr ayına kimi də təmirlə əlaqəli olaraq gəlib-getmişdir. Həmin ilin oktyabr ayında da mənzilə köçmüşdür. Qonşuların da qapısını görürdü. Rövşən müəllimin evində mübahisə predmeti olan qapını indi olduğu vəziyyətdə görmüşdür, təmirsiz idi. Rövşən müəllim evini təmir edəndə o artıq öz mənzilində yaşayırdı. Adilə xanım yəqin ki, qonşulardan biridir. Onu bir bəylə görmüşdür. İlk köçənlərdən biri də o olmuşdur. Qapını da indi olduğu yerdə görmüşdür. 18 mərtəbəli binadır və bir çox insanın mənzilində qapı elə oradadır.
17. Məhkəmə icasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Rövşən müəllimi tanıyır. Adilə xanımı görmüşdür. O, tələbə olarkən gəlmişdir. İlk yaşayan o olmuşdur və 2016-cı ildən indiyə qədər həmin binada yaşayır. Eyvandan və yataq otağından eyvana çıxış var. Yəni oraya dəyişiklik etmək üçün əlavə ödəniş etməli olduqlarını dedilər. Onlar da ödəmə edib eyvanda dəyişiklik etdilər. Dəyişikliklə bağlı heç bir sənədləşmə işi olmadı. Məbləği atası ödəmişdi. Binalarının sahibi Arif müəllim olmalıdır. Amma o onları tanımır.
18. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
20. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
22. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
23. Həmin Məcəllənin 770-1.4-cü bəndinə əsasən tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
24. Həmin Məcəllənin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir.
25. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
26. Belə ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küç/38, 38A, 40, 42 ünvanda inşa ediləcək yüksək mərtəbəli 7 saylı yaşayış binasının 15-ci mərtəbəsində 124 saylı mənzil İddiaçı satılmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilin qapısının cavabdehlər tərəfindən özbaşına dəyişdirildiyini bildirmiş, qapının cavabdehin hesabına əvvəlki vəziyyətə salınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş 7 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən 125 saylı mənzilin giriş hissəsinə bitişik 3 m2 sahədə uzun müddət öncə əlavə artırma işlərinin aparıldığı müşahidə edilmişdir. Cavabdeh2 tərəfindən mənzilin ona satıldığı zaman artıq artırılmaların aparıldığını bildirmişdir.
27. Məhkəmə tərəfindən həmin ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin qapısının yerinin dəyişdirilsə də, lakin qapının yerinin nə vaxt dəyişdirilməsini müəyyən etmək mümkün deyil. Bundan əlavə iddiaçı ilə Cavabdeh2 məxsus mənzillərin qapıları bir-birinə hər hansı maneə törətmir. Bu hal iddiaçı tərəfindən də təsdiq olunmuşdur.
28. Həmçinin iddiaçı mənzilin ona satıldığı zaman qapının digər yerdə olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, mənzilin təhvil-təslimi barəsində hər hansı akt yoxdur və mənzilin iddiaçıya qapının əvvəlki yerində olduğu vəziyyətdə təhvil verilməsi müəyyən edilmir.
29. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
32. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
33. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
35. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
36. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
37. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil