Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5184/2020 12.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və "Cavabdeh2" MMC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və "Cavabdeh2" MMC-dən müştərək qaydada iddiaçının xeyrinə 5000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, PST********** (AA968333) nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasf şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2 MMC-yə məxsus “LF7162C-620” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfındən idarə edilərkən xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 221 ərazisində yolun səki hissəsində hərəkətsiz dayanmış “Mercedes Benz E-220 CDİ” minik markalı 90-SL488 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-491/14 saylı xx.xx.2014-cü il tarixli hökmünə və 7/12-9367 saylı xx.xx.2014-cü il tarixli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, etibarnaməsiz və sərxoş idarə etdiyi üçün inzibati və cinayət məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E-220 CDİ” minik markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Fortiz Konsaltinq” tərəfindən verilən xx.xx.2014-cü il tarixli qüsur aktına əsasən dəymiş maddi zərərin ümumi məbləği 7033 manat dəyərində müəyyənləşdirilmişdir. Şirkət tərəfındən sığorta şəhadətnaməsində və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra **********07538 nömrəli xx.xx.2014-cü il tarixli ödəniş tapşırğına əsasən zərərçəkənin bank hesabına 5000 manat köçürülmüşdür. Ona görə də iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2020-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olnması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-491/14 saylı xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə sürücülük hüququ olmadan orta alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Cavabdeh2" MMC-yə məxsus, X2 istifadəsində olan LF7162C markalı **-PJ- *** dövlət qeydiyyat nişanlı maşınla Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 221 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1 və 8-ci bəndlərinin, 42-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə tələblərinə riayət etməmiş, nəticədə qeyd olunan ünvanın qarşısında hərəkət yolunun əks istiqamətində hərəkətdə olan zaman X3 məxsus yolun səki hissəsində hərəkətsiz dayanmış Mersedcs Benz E-220 CDİ markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərər çəkmiş M.Ağayevə 4474 manat, Cavabdeh2 MMC-yə 4200 manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalanın pozmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan AA968333 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinin surətindən görünür ki, “Cavabdeh2" MMC-yə məxsus “LF7162C” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “Fortiz Konsaltinq” tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli qüsur aktın əsasən “Mercedes Benz E-220 CDİ” minik markalı 90-SL488 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7003 manat məbləğində məyyən edilmiş və xx.xx.2014-cü il tarixli sığorta aktına 5000 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan **********07538 nömrəli xx.xx.2014-cü il tarixli ödəniş tapşırğına əsasən sığorta şirkəti tərəfindən zərərçəkən şəxsin şəxsi hesabına 5000 manat məbləğində köçürmə həyata keçirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-491/14 saylı xx.xx.2014-cü il tarixli hökmündən görünür ki yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü Cavabdeh1 avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadığından, nəqliyyat vasitəsiniorta alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyindən sığorta şirkətinin cavabdehlərə qarşı subraqasiya hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30,40 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər X1, və "Cavabdeh2" MMC-dən müştərək qaydada 5000 (beş min) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-5184/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5184/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver