Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5209/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 000 (otuz min) ABŞ dolları məbləğində pulun müştərək qaydada tutularaq ödəniş günü manata məzənnə ilə manatla İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla tanıdığı İran İslam Respublikası vətəndaşı X1 ilə bir neçə dəfə bu sahədə alqı-satqı münasibətlərinə daxil olmuş, ondan aldığı ödəniş qarşılığında öz tanışları vasitəsi ilə həmin şəxsin şirkətinə dizel yanacağı göndərmişdir. Bu münasibətlərin axırıncısında əvvəlcədən tanıdığı və yaxşı münasibətdə olduğu Cavabdeh1 və Cavabdeh2 qardaşları iddiaçıdan onun əldə etdiyi, İran İslam Respublikası vətəndaşına məxsus olan pulun bir hissəsini-30000 (otuz min) ABŞ dollarını alqı-satqı məqsədilə və gəlir qazanmaq üçün istifadə edəcəkləri şərtilə onlara borc kimi verməsini xahiş etmişdir. Onlar daha sonra pulu qaytaracaqlarını, onun İranlı vətəndaşa borclu qalmayacağını vəd etmişlər. İddiaçı tərəfindən göstərilən məbləğ qardaşlara verilmiş, lakin onlar tərəfindən verilən vəd tutulmamışdır. İran İslam Respublikası olan vətəndaş iddiaçı barəsində ona olan borcuna görə Şərur Rayon Polis Şöbəsinə müraciət etdikdən sonra o, Cavabdeh1 və Cavabdeh2 qardaşlarından borclarını qaytarmalarını xahiş etsə də, bu dəfə cavabdehlər ona borcları əvəzində daşınmaz əmlak verəcəklərini vəd etmiş və bu vədi də yerinə yetirməmişlər. Hüquqlarını müdafiə etdiyi şəxs dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə çağırılmış və onun şəxsiyyət vəsiqəsi Şərur Rayon Polis Şöbəsində saxlanılmaqdadır. Üstəlik, İran İslam Respublikası vətəndaşı olan X1 tərəfindən ona qarşı pul tələbi ilə Şərur Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qeyd etmək istəyir ki, cavabdehlərin iddiaçıya borclu olmaları onlar arasındakı WhatsApp yazışmalarında, səs yazılarında da öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Bildimişdir ki, iddiaçının faktik istifadəsində olan nömrə onun adına deyil və whats up yazıları onun əvvəlki nömrəsindən indiki nömrəsinə atılmadır, yazışma formasında deyil, fleş kartdakı səs yazılarında borc etirafı halı yoxdur, dolayı yolla bu öz təsdiqini tapır. Cavabdehlər Akşin və Vəli əsassız varlanmışlar. İddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla tanıdığı İran İslam Respublikası vətəndaşı X1 ilə bir neçə dəfə bu sahədə alqı-satqı münasibətlərinə daxil olmuş, ondan aldığı ödəniş qarşılığında öz tanışları vasitəsi ilə həmin şəxsin şirkətinə dizel yanacağı göndərmişdir. Əvvəlcədən tanıdığı və yaxşı münasibətdə olduğu Cavabdeh1 və Cavabdeh2 qardaşları iddiaçıdan onun əldə etdiyi, İran İslam Respublikası vətəndaşına məxsus olan pulun bir hissəsini-30 000 (otuz min) ABŞ dollarını alqı-satqı məqsədilə və gəlir qazanmaq üçün istifadə edəcəkləri şərtilə onlara borc kimi verməsini xahiş etmişdir. Bütün danışıqlar Orxana məxsus telefondan və nömrədən baş vermışdir. Orxanı polis bölməsinə dəvət edərkən bütün sübutları hal hazırda faktiki istifadəsində olan nömrəsinə yönəltmişdir. Daha sonra polis bölməsində Orxana telefonu geri qaytarılmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Muxtarov Aqşı̇ n Bayram oğlu və Cavabdeh2 maryaḂ oğlu ilə tanışlıqları olmuş və pulu borc olaraq vermişdir. Aralarında pulun verilməsi ilə bağlı hər hansı sənəd yoxdur. Bütün söhbətlər Orxanla Vəli arasında baş vermişdir. 100 min dolların 30 min dollarını Akşinlə Vəli borc olaraq istəmişlər. Vəli borcu etiraf etmişdir. Borcun əvəzində dəfələrlə iddiaçıya torpaq sahəsi və ev təklif etmişdir. Orxan isə bununla razılaşmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştiakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçiriləsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf cavabdehlərin alqı-satqı məqsədilə və gəlir qazanmaq üçün istifadə edəcəkləri şərtilə ondan 30 000 ABŞ dolları borc pul aldığını, iddia etsə də, iş materialları ilə həmin halları təsdiq edən sübutlar müəyyən edilməmişdir.İddiaçı tərəfindən həmin sübutlar təqdim edilməmişdir. İddiaçı whats up yazışmalara və səs yazılarına istinad etsə də yazışmaların məhz cavabdehlərlə onun arasında olması iş matrerialları ilə müəyyən edilməmiş, səs yazılarında isə borc götürülmə ilə bağlı faktlar aşkar edilməmişdir. İddiaçının nümayəndəsi özü qeyd etmişdir ki, iddiaçının faktik istifadəsində olan nömrə onun adına deyil və whats up yazıları onun əvvəlki nömrəsindən indiki nömrəsinə atılmadır, yazışma formasında deyi, fleş kartdakı səs yazılarında borc etirafı halı yoxdur, dolayı yolla bu öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddiaçı iddiada qeyd edilən halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci madddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 000 (otuz min) ABŞ dolları məbləğində pulun müştərək qaydada tutularaq ödəniş günü manata məzənnə ilə manatla İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-5209/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5209/2022
06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver