Məhkəmə qərarları › İş №e-2(004)-5259/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5259/2025

19.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5259/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsinə dair iş üzrə (açar sözlər: baxılmamış saxlama, ərizənin geri götürülməsi barədə ərizə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/7 nömrəli evin, 61 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi, qətnamənin Cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/7 nömrəli evin, 61 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün hüquqi əsas təşkil etməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İş icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclasları keçirilmiş, məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

3. İddiaçı ərizə ilə müraciət edərək, iddianı geri götürdüyünü, icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

6. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.

7. Belə ki, iddiaçı tərəf iddia ərizəsinin geri götürdüyünü bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin hazırkı işin halları baxımından iş üzrə icraata xitam verilməsi üçün prosessual əsaslar müəyyən edilmir. İddiaçı iddiadan imtina etməmiş, bunun hüquqi nəticələrinin ona aydın olması barədə dəqiq iradə ifadəsi bildirməmişdir.

8. Odur ki, iddiaçının ərizəsi iddia ərizəsinin geri qaytarılması barədə iradə ifadəsi kimi nəzərə alınmalı, MPM-in 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. O da nəzərə alınmalıdır ki, cavabdehin də işə baxılması yönündə iradə ifadəsi mövcud deyil.

9. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. **********67 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar