Məhkəmə qərarları › İş №e-2(004)-527/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-527/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-527/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "maddi zərərin ödənilməsi" dair tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək,cavabdeh Dövlət Gömrük Komitəsindən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ölkəmizdə yeganə pizza və digər tez hazır olan qida məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi sahəsində fəaliyyət göstərən yerli restoran şəbəkəsidir. Şirkət öz milli brendini yaratmaqla 10 ilə yaxındır müştərilərinə xidmət etməkdədir. Şirkət müştərilərinə daha operativ və keyfiyyətli xidmət göstərmək üçün X5 fəaliyyət göstərən XLT Smart Solutions şirkətindən 3 dəqiqə ərzində un məmulatlarını bişirmək imkanına malik sobaları almağa niyyətlənmişdir. Bunun üçün müraciət ərizəsi ilə "xxxx" ASC-yə müraciət edilmişdir, müraciətdə kredit götürülməsinin məqsədi kimi “yeni açılacaq filiallar üçün avadanlıq, mebel və təmir xərclərinin qarşılanması” göstərilmişdir. Nəticədə həmin bankla xx.xx.2021-ci il tarixli Korporativ müştərilərə verilən kreditlər üzrə Ümumi müqavilə, eyni zamanda Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavə imzalanmışdır. Belə ki, həmin bankdan 200 000 manat məbləğində 36 ay müddətinə 14 faiz dərəcəsi ilə kredit götürülmüşdür. Müqavilədə kreditin məqsədli təyinatı kimi “yeni açılacaq filiallar üçün avadanlıq, mebel və təmir xərclərinin qarşılanması” göstərilmişdir. Şirkət planlaşdırılan vaxtda açılacaq yeni filiallardan gələcək gəlirə ümid edərək, bu qədər böyük məbləğdə maliyyə yükünün altına girmişdi. Şirkət 18 ədəd sobanın satın alınması üçün XLT Smart Solutions şirkətinə 111 516,38 ABŞ dolları pul vəsaiti ödəmişdir. Sobalar gəmi vasitəsilə Gürcüstana gətirilmiş oradan isə tırla Azərbaycan Respublikasına gətirilmişdir. Bunun üçün Gürcüstan Respublikasında fəaliyyət göstərən U.F.E. Shipping Georgia LLCZ şirkətinə ödəniş edilmişdir. Sobalar **********3646 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyan edən zaman isə istehsalçı şirkətin təqdim etdiyi sənədlərdəki XİF MN üzrə koda və digər məlumatlara istinad etmişdir. İstehsalçı şirkət sobaları “**********” saylı kod altında sinifləşdirmişdir. Şirkət də bəyannamədə həmin kodu qeyd etmişdir. Lakin Bakı Baş Gömrük İdarəsinin inspektorları sobaların XİF MN üzrə kodunun dəqiqləşdirilməsini zərurətini görmüş və ekspertiza təyin etmişdir. X4 xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, idxal olunan yük pizza bişirmək üçün istifadə olunan elektrikli soba olub XİF MN-ə görə 8419 81 8000alt yarımmövqeyində sinifləşdirilir. Şirkət bununla bağlı istehsalçı şirkətə müraciət edərək dəqiqləşmə tələb etmişdir, istehsalçı şirkət elektron məktubla sobanın XİF MN üzrə kodunun 8514 10 10000 olduğunu bildirmişdir. Ekspertiza rəyindən sonra material Əməliyyat Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir, X2 icraatına verilmişdir. Təhqiqatçı rəyi tərtib edən Tefik Ayhanın izahatını almışdır. Daha sonra təhqiqat şöbəsinə təqdim etdiyimiz vəsatət təmin edilmiş və komisyon ekspertiza təyin edilmişdir. xx.xx.2021ci il tarixli rəydə idxal olunan yükün yığılmamış halda “XLT” markalı, qaz və elektriklə işləyən soba olub XİF MN-ə görə 8419 81 alt yarımmövqeyində sinifləşdirilməli olmasımüəyyən edilmişdir. Lakin ekspert təhqiqatçının “təhqiqat obyekti olan əşya idxalatçının əvvəlcədən bəyan etdiyi 8417 və araşdırma zamanı təqdim etdiyiməlumatlara əsasən 8514-cü malmövqelərinə aid ola bilərmi,aid deyildirsə, hansıəsaslara görə aid hesab edilmir və edilə bilməz” sualına cavab vermədiyi üçün əlavə ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyində yükün həm qaz, həm də elektriklə işləyən sobalar olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmiş, 8417 mal mövqeyində qeyri-elektrik sənaye və ya laborator sobaların, 8415 malmövqeyində isə ancaq elektrik və ya dielektrik itkiləriəsasında işləyən sobaların sinifləşdirildiyi göstərilmişdir. Daha sonra Şirkətə qarşı Cinayət Məcəlləsinin 209.1-ci maddəsi cinayət işi başlanılmışdır. Material İstintaq və Təhqiqat Baş İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi Elmir Şirinovun icraatında verilmişdir. O ilk öncə ziddiyyətli rəyi tərtib edən ekspert ƏliAbbasovun izahatınıalmışdır, ƏliAbbasov izahatında rəy verdikdən sonra sobalara baxış keçirdiyini və onların 8514 10 10000 alt yarımmövqeyində sinifləşdirilməli olduğunu müəyyən etdiyini bildirmişdir. Elmir Şirinov təkrar ekspertiza təyin etmiş, xx.xx.2021-ci il tarixli rəylə sobaların XİF MN üzrə kodu 8514 10 1000 müəyyən edilmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixli qərarla CM-nin 39.1.2-ci maddəsinə əsasən Şirkətin direktoru Aslan Hacıyev barəsində cinayət işinin başlanması rədd edilmişdir, ekspert Əli Abbasov və digər ekspertlərin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsiməsələsinə baxılması üçün müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ekspertlər tərəfindən sobaların XİF MN üzrə düzgün sinifləşdirilmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, DGK sədrinin xx.xx.2022-ci il tarixliəmri ilə Əli Abbasova sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, Tefik Ayhana isə irad bildirilmişdir. Təəssüf ki, təhqiqat idarəsinin vəzifəli şəxsləri işdə bir-birini təkzib edən 3 ədəd ekspert rəyi olmasına baxmayaraq son olaraq qəti rəy əldə etmək üçün ekspertlərə müraciət etmək əvəzinə Şirkətin direktorunun əməllərində cinayət tərkibinin olması kifayət qədər sübutlarla təsbit edilməməsinə, biri -birinə ziddiyyət təşkiledən ekspert rəylərinin olmasına baxmayaraq obyektiv qərar qəbuletməyə dair müvafiq səlahiyyətə malik olan şəxslər hesab edilsələr də, direktor barəsində cinayət işinin başlanması üçün materialı istintaqa göndəriblər. Bununla da Şirkətin direktoru barəsində əsassız cinayət təqibi aparılmasına, lüzumsuz istintaq tədbirlərinin görülməsinə, Şirkətin iqtisadi fəaliyyətinə süni maneələr törədilməsinə, sobaların Şirkət tərəfindən istehsalatda istifadə edilməsinə əsassız olaraq əngəl törədilməklə onların anbarda uzun müddət saxlanılmasına, nəticədə həm Şirkətin iqtisadi hüquqlarına, həm də onun direktorunun konstitusion, mülki və prosessual hüquqlarının kobud surətdə pozulmasına şərait yaratmışlar. Belə ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının ortalarına qədər sobalar gömrük anbarından saxlanılmışdır və sobaların orada saxlanıldığı hər gün üçün gömrük anbarına ödəniş edilmişdir. Bununla bağlı "xxxx" MMM ilə 23 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır.Şirkət tərəfindən gömrük anbarında saxlanılma üçün icarəyəverənə cəmi 4779 manat icarə haqqı ödənilmişdir. Həmçinin, sobaları gətirən tırın və konteynerin Bakı Baş Gömrük İdarəsində qanunsuz saxlanılmasına görə 2021-ci ilin noyabr ayında 4700 ABŞ dolları və 1330 ABŞ dolları pul vəsaiti “U.F.E Shipping Georgia LLCZ” şirkətinə ödəniş edilmişdir. Lakin Şirkətə vurulmuş maddi ziyan bununla da bitmir, sobalar yeni açılacaq restoranlarda yerləşdirilməli idi, restoranların açılış tarixi sobaların ölkəyə gətirilmə tarixinə, yəni 2021-ci ilin oktyabr ayına planlaşdırılmışdı, Zefir Mall-da yerləşən restoranımızla bağlı icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmışdır, xx.xx.2021-ci il tarixdə müqaviləyə əlavə imzalanaraq 5 ay müddətində, yəni xx.xx.2021-ci il tarixə qədər Şirkət restoran üçün lazım olan soba və digər avadanlıqların quraşdırılması üçün icarə haqqında azad edilmişdir. Həmin əlavə imzalanan tarixdə sobaların 2021-ci ilin oktyabr ayında ölkəyə gətirilməsi planlanırdı, amma sobaların gömrük anbarından çıxarılması 2022-ci ilin yanvar ayının ortalarına qədər çəkmişdir. Bu səbəbdən Şirkət məcburi olaraq fəaliyyətdə olan digər restoranlardan sobaları gətirərək Zefir Mall-da yerləşən restoranın açılışınıetmişdir. Nəticədə soba cəhətdən çatışmazlıq yaranan digər restoranların işi ləngimiş, müştərilərin haqlı narazılığı yaranmışdır. Eyni zamanda Səbail rayonu, Mikayıl Useynov prospekti 63 ünvanında yerləşən “İSR Residence” yaşayış kompleksinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır, müqavilənin 2.1-ci bəndinə əsasən restoranı soba və digər avadanlıqlarla təchiz etmək üçün 5 ay vaxt verilmişdir. Şirkət 2021-ci ilin noyabr ayında restoranıaçmağa məcbur olmuş və yenə fəaliyyətdə olan restoranlardan sobaları gətirək məcburiyyətində qalmışdıq. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə götürülmüşdür. Həmin restoranın açılışı 2021-ci ilin oktyabr ayına planlansa da, açılışıancaq 2021-ci ilin dekabr ayında etmək mümkün olmuşdur. xx.xx.2021-ci il tarixdə Sumqayıt Bağça Şəhər-də yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Lakin bu günə qədər həmin restoranın açılışınıetmək mümkün olmamışdır. Digər tərəfdən gömrük orqanı tərəfindən anbarda qanunsuzsaxlanılmış sobalar 3 dəqiqə ərzində pizza və digər un məmulatlarını bişirmək imkanına malikdir. Yeni restoranların açılışı üçün mövcud 3 restoranın hər birindən 1 ədəd soba gətirilərək yeni restoranlarda yerləşdirilmişdir. Nəticədə isə 6 ədəd restoran (3 ədəd mövcud və 3 ədəd yeni) 1 ədəd soba ilə fəaliyyət göstərməli olmuşdur. Bu hal isə Şirkət üçün əldən çıxmış faydanın yaranmasına səbəb olmuşdur. Belə ki, 1 ədəd soba 1 saat ərzində 90 ədəd pizza bişirmək imkanına malikdir, lakin məlum olduğu kimi normal şəraitdə soba tam gücü ilə işləmir. Minimum hesabla nəzərə alsaq, 1 ədəd soba saat ərzində tam gücünün 5 faizi miqdarında işləyir və 4 ədəd pizza bişirir. Restoranlar 24 saat işləyir, amma minimum hesabla 3 saat ərzində aktiv pizza bişirildiyini götürsək, gün ərzində 12 ədəd pizza bişirilir. Sobalar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmışdır. Bu isə sadə riyazi hesablama ilə 1032 ədəd pizza edir. 1 ədəd pizzanın ortala qiyməti 15 manatdır, nəticədə isə 15480 manat (4x3=12x86=1032x15=15480) məbləğində əldən çıxmış fayda əmələ gəlir. Əgər 18 ədəd soba qanunsuz olaraq gömrük anbarından saxlanılmasa idi, 6 ədəd restoran 2 ədəd soba ilə işləyəcəkdi və nəticədə 86 gün ərzində Şirkət 30960 manat gəlir əldə edəcəkdi, amma baş verən qanunsuzluq ucbatından Şirkət 15480 manat məbləğində gəlirdən məhrum olmuşdur. Şirkət öz hüququnu bərpa etmək üçün bir sıra xərc çəkmək məcburiyyətində qalmışdır. Məhkəmədə təmsilçilik üçün “Ədalət Vəkil Bürosu”nun vəkili Nümayəndə1 ilə müqavilə bağlayaraq bank köçürməsi yolu ilə 500 manat məbləğində hüquq xidmət xərci ödəmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün Şirkət tərəfindən 183,40 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Şirkət xx.xx.2022-ci il tarixdə Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunun müddəalarını əsas götürərək Maliyyə Nazirliyinə qarşı iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 7 oktyabr 2022-ci il tarixli qərardadı ilə kommersiya mübahisəsi olduğu üçün işə kommersiya məhkəməsində baxılmalı olduğuna görə iddia ərizəsini geri qaytarılmışdır. Tərəfimizdən həmin qərardaddan Ali Məhkəməyə şikayət verilmiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mübahisə kommersiya xarakterli deyil, ümumiyyətlə inzibati orqanın (Dövlət Gömrük Komitəsi) hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı əsaslarla Maliyyə Nazirliyindən tələb olunması aydın deyil. Bu səbəbdən də Ali Məhkəmə qərardadı ləğv edərək iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün Nəsimi Rayon Məhkəməsinə məhkəməsinə qaytarmışdır. Nəsimi Rayon Məhkəməsi iddianın mümkünlüyü məsələsinə baxaraq onu mülki mübahisə kimi qiymətləndirmiş və işə baxaraq iddia tələbimizin tam təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Belə ki, həmin məhkəmənin e-2(006)-1013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək 4779 manat və 6030 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində vurulmuş maddi zərərin əvəzi, 15480 manat məbləğində əldən çıxmış fayda, 500 manat məbləğində hüquqi xidmət xərci və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı MMC-yə ödənilməsi qərara alınmışdır. Maliyyə Nazirliyi sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. BakıApellyasiya Məhkəməsinin2(103)-3322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərəkBakı şəhəri Nəsimi rayon Məhkəməsinin e2(006)-1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşıcavabdehdən 4779 manat və 6030 ABŞ dollarıməbləğində vurulmuş maddizərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasıəsası ilə xitam verilməsi qərara alınmışdır. Qərardadda həmçinin, İddiaçı MMC-yə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Tərəfimizdən sözügedən qərardaddan şikayət verilmiş, Ali Məhkəmənin 2(102)-2991/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, mülki işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün BakıApellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi yenidən işə baxaraq 2(103)-5884/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətini təmin edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbuledilmiş 27 fevral 2023- cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasının təmin edilməməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsi qətnamədə müəyyən etmişdir ki, iddiaçı MMC, gömrük orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini cavabdeh Nazirlikdən tələb edir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən, gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə məsuliyyəti bu orqanların vəzifəli şəxsləri daşıyır. Lakin Rayon Məhkəməsi cavabdeh Maliyyə Nazirliyinin hazırki iddiaya cavab verməli olmayan şəxs olmasını nəzərə almayaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Tərəfimizdən həmin qətnamədən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin 2(102)-1215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(103)- 5884/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda Ali Məhkəmə göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi üzrə cavabdehliyi gömrük orqanlarının daşımasının müəyyən edilməsi, işin məhkəmə aidiyyətinin dəyişilməsi anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 3.2.1-ci maddələrinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə qaldırdığımız iddia tələbi üzrə mübahisə xx.xx.2024-cü il tarixdə yekunlaşmış və nəticədə mülki qaydada Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi ilə müraciət etməyimiz müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53.8-cimaddəsinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 90.2-ci maddəsinə görə, qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin” 133-cü bəndinə görə, gömrük orqanlarında xidməti tənzimləyən normativ hüquqiaktların pozulmasına gömrük orqanlarının vəzifəlişəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə 4779 manat və 6030 ABŞ dolları maddi zərər vurulmuş və 15480 manat məbləğindəki fayda əldən çıxmışdır. Şirkət 500 manat hüquqi xidmət və 183,40 manat dövlət rüsumu üçün xərc çəkməli olmuşdur. Cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbi 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsindən ibarətdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə görə vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi vəkil tərəfindən göstərilən hüquqi yardıma görə haqqın məbləği yalnız tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Bu baxımdan sözügedən ödənişin hansı hüquqi xidmətlə bağlı olması aydın deyildir. İddiaçı iddia ərizəsində dəymiş zərəri, xüsusilə də əldən çıxmış faydanı hesablayarkən yalnız mülahizələrə (4x3=12x86=1032x15=15.480 manat) əsaslanmış və iddiaçının hesablaması üzrə konkret faktlar (sübutlar) təqdim edilməmişdir. İddiaçı 1 pizzanın qiymətini 15 manat hesab edərək onu ədəd sayına vurmuş, lakin müsbət halda pizzanın maya dəyərinə çəkilən xərcləri hesablamamış və həmin dəyərdən çıxmamışdır. Belə ki, İddiaçı MMC-yə məxsus avadanlıqların (sobaların) gömrükdə saxlancda qaldığı müddətdə - 86 gündə iddiaçı tərəfindən hər gün 12 pizzanın bişirələrək hər birinin 15 manatdan satılacağı konkret faktlara deyil, iddiaçının ehtimalına əsaslanır. Həmçinin istintaq dövründə iddiaçı xərclərdən azad olmaq üçün sobaların faktiki olaraq gömrük qanunvericiliyinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün (gömrük nəzarəti altında öz anbarında saxlanılma şərti ilə) gömrük orqanına heç bir müraciət etməmiş və buna cəhd göstərməmişdir. Əgər mallar faktiki olaraq xx.xx.2021-ci il tarixdən anbara konteynerlərdən boşaldılmışdırsa hansı məntiqlə boşaldılmış avtomaşına və konteynerə görə ödəniş hesablanmışdır. Bütün bu hallar göstərir ki, iddiaçı hesab etdiyi zərərlə bağlı ərizəsində düzgün olmayan məbləğləri qeyd etmişdir. İddiaçının ərizəsində göstərdiyi icarə haqlarına görə ödənişlər mülahizədir, onun idxal olunan sobalarla bağlı məntiqi bağlılığı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında сavabdehin nümayəndəsi və vəkili X3 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış 10 iyun 2022-ci il tarixli, 1000-190/1xx-xx/009751 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin rəisi Məsum Rəsulovun 30 dekabr 2021-ci il tarixli 34/154/061517 nömrəli raportunun araşdırılması zaman X7 İdarəsi Əqli mülkiyyət obyektlərinin emal proseduru altında yerləşdirilmiş malların və mənşə ölkəsinin ekspertizası şöbəsinin inspektoru gömrük xidməti leytenantı X6 həyata keçirdiyi ilkin, həmin İdarənin Ekspress diaqnostik tədqiqat bölməsinin rəisi, gömrük xidməti mayoru X12 isə həyata keçirdiyi təkrar gömrük ekspertizası zamanı 06 oktyabr 2021-ci il tarixli **********3546 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 20 ədəd pizza bişirmək uçun sobanın mal kodunu X8 Mal Nomenklaturası üzrə düzgün sinifləşdirmədikləri, bununla da xidməti xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2022-ci il tarixli 1000/06TŞ nömrəli əmri ilə gömrük orqanı əməkdaşlarından Əli Abbasova "Gomruk orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli Töhmət elan edilmiş, Tevfık Ayhana isə həmin Əsasnamənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən irad tutulmuşdur. İddiaçı ilə "Ramal Trans LTD” MMM arasında bağlanmış xx.xx.2021 -ci il tarixli RT- PM10/21 saylı Qeyri-yaşayış sahəsinin icarə müqaviləsindən görünür ki, "Ramal Trans LTD” MMM Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14 km. ünvanında yerləşən qeyriyaşayış sahəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarəyə verməyi, iddiaçı isə ƏDV daxil 1770 manat aylıq icarə haqqı məbləğini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli OD4 saylı, xx.xx.2021-ci il tarixli OD6 saylı, xx.xx.2022-ci il tarixli OD1 saylı və xx.xx.2022-ci il tarixli OD2 saylı Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən icarə haqqına görə "Ramal Trans LTD” MMM-yə 2124 manat, 1770 manat, 295 manat və 590 manat olmaqla, ümumilikdə 4779 manat ödəniş etmişdir. İddiaçı ilə "U.F.E Shipping Georgia LLC” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli UG21-015 saylı Podrat xidmətləri haqqında müqavilədən görünür ki, "U.F.E Shipping Georgia LLC” şirkəti yüklərin daşınması, yükvurma-yükboşaltma işlərini və nəqliyyatekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını təşkil etməyi, iddiaçı isə "U.F.E Shipping Georgia LLC” şirkətinin xidmətlərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli 118OCT********** saylı və xx.xx.2021-ci il tarixli 118OCT421321000K saylı Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən boş dayanmaya görə "U.F.E Shipping Georgia LLC” şirkətinə 4700 ABŞ dolları və 1330 ABŞ dolları olmaqla, ümumilikdə 6030 ABŞ dolları məbləğində cərimə (demuraj) ödəmişdir. xx.xx.2022-ci il tarixli OD1 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Ədalət Vəkil Bürosunun hesabına 500 manat ödəniş etmişdir. "Pizza Mizza” MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün yoxlanılması zamanı Dövlət Gömrük Komitəsinin X7 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X13 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə həmin sənədlər düzgün yoxlanılmamış, nəticədə iddiaçıya məxsus mal xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmaqla iddiaçının hüquqları məhdudlaşdırılmış, göstərilən müddət ərzində iddiaçı həmin malların saxlanmasına və boşdayanmaya görə maddi zərərə düşmüşdür. 10/21 nömrəli, xx.xx.2021-ci il tarixli "xxxx" MMM (icrayəverən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanılmış qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən icarəyəverən Bakı şəhəri Səbail rayonu Salyan şossesi 14 km ünvanında yerləşən qeyriyaşayış sahəsini icarəçinin müvəqqəti istifadəsinə verir, icarəçi isə həmin qeyri-yaşayış sahəsinin müvəqqəti istifadəyə qəbul edir və bu müqavilədə müəyyənləşdirilmiş icarə haqqını ödəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh AR Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbi təmin edilərək, 4.779 manat 6.030 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə yğun olaraq) məbləğində vurulmuş maddi zərərin əvəzi, 15.480 manat məbləğində əldən çıxmış fayda, 500 manat məbləğində hüquqi xidmət xərci və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh AR Maliyyə Nazirliyi vasitə ilə Dövlət büdcəsi vəsaiti hesabına "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3322/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayətinin qismən təmin edilməsi; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi; iddiaçı "Pizza Mizza” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı cavabdehdən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2991/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3322/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5884/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsi; Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməsi; İddiaçı "Pizza Mizza” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsi qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı "Pizza Mizza” MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(103)-5884/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, OD1 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Ədalət Vəkil Bürosunun hesabına 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1 -ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, ödənilmiş məhkəmə xərcləri, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1 -ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Pizza Mizza” MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN (X9 Mal Nomenklaturası) üzrə "**********” saylı kod altında "0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinıfləşdirilməsinın X7 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmış, X7 İdarəsindən gələn 2200- 016/0xx-xx/005037 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən malın XİF MN üzrə "**********” alt yarımmövqeyində "15%” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə "Pizza Mizza” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 29653.03 AZN/ƏDV üzrə 5337 55 AZN təşkil etmişdir. "Pizza Mizza” MMC-nin ünvanına göndərilmiş 91880 nömrəli 13.07 2021 -ci il tarixli invoysun 4-cü mövqeyində göstərilən "15%" gömrük rüsumu dərəcəsində sinifləşdirilən "Qara metal konstruksiya” adlı malın invoys dəyəri 680 ABŞ dolları (1156 AZN), 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd edilməyən gömrük orqanına bəyan edilməmiş "Brophy” markalı əllə idarə olunan qaldırıcı talın ekspert rəyinə əsasən orta bazar dəyəri 340 AZN təşkil edir və həmin məbləğlər Azərbaycan Respublikası CM-nın 206.1 və 209.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmır. Beləliklə, "Pizza Mizza” MMC-nin direktoru X10 əməllərində Azərbaycan Respublikası CM-nin 206.1 və 209.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnın 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi; "Piza Mizza” MMC-nin direktoru X10 barəsində inzibati məsuliyyət məsələsinə qiymət verilməsi üçün toplanmış materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Bakı Baş Gömrük idarəsi "ipək Yolu” gömrük postunun 8-ci anbarında saxlanılan "Piza Mizza” MMC ünvanına göndərilmiş 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoysda göstərilən mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra cəmiyyətin səlahiyyətli nümayəndəsinə qaytarılması; Dövlət Gömrük Komitəsinin X7 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X13 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, belə qənaətə gəlir ki, iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın qarşılanmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbini “əldən çıxmış fayda” hissəsinə münasibətdə isə əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsində əldən çıxmış fayda zərərin tərkibinə aid edilsə də, bu fayda xəyali deyil, real əsaslara söykənməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə yetərincə əsaslandırılmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən vurulmuş maddi zərərin əvəzi kimi 4779 (dörd min yeddi yüz yetmiş doqquz) manat və 6030 (altı min otuz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq), hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 (beş yüz) manat və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-ya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən vurulmuş maddi zərərin əvəzi kimi 4779 (dörd min yeddi yüz yetmiş doqquz) manat və 6030 (altı min otuz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq), hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 (beş yüz) manat və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-ya ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar