Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5298/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq varlandığı üçün 3000 (üç min) manat məbləğində pul, 3000 (üç min) manat məbləğində zərər, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardımın xərci və 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2012-ci ilin sonlarında söhbət zamanı yaxın tanışı X10 bağ sahəsi almaq istədiyini bildirmişdir. Vəliyev Kabil isə cavabdehin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 6456 nömrəli bağ sahəsini satmaq istəməsi barədə ona məlumat vermişdir. Qiymət onu qane etdiyi üçün o həmin bağ sahəsini almaq niyyətini Vəliyev Kabilə bildirmişdir. Bundan sonra Vəliyev Kabil cavabdehlə danışaraq onun da razılığını almışdır. Alqı-satqını rəsmiləşdirmək üçün onlar notariusda görüşməyə razılaşmışlar. Lakin həmin gün onun vacib işi olduğundan Vəliyev Kabilə notariusa gələ bilməyəcəyini bildirmiş və xahiş etmişdir ki, onun əvəzindən lazım olan bütüm sənədləşdirmə işlərini aparmağa köməklik etsin. Cavabdeh bağa dair müqavilənin əslini, ona həmin bağ sahəsi üzərində sərəncam verə bilməyi üçün müddəti 31 yanvar 2033-cü ilə qədər olan etibarnamə və həmin torpaq sahəsini ona satmasını və buna görə 3000 (üç min) manat məbləğində pulu aldığını əks etdirən qəbzi Vəliyev Kabilə vermişdir. Vəliyev Kabil isə sonradan həmin sənədləri ona təhvil vermişdir. Lakin sonradan həmin bağ sahəsinə gedərkən kəndin adamları həmin sahədə tikinti işlərinin aparılmasına mane olduqlarına görə Vəliyev Kabildən xahiş etmişdir ki, həmin torpaq sahəsi problemli olduğu üçün cavabdehdən onun pulunu geri alsın. X17 cavabdehlə danışdıqdan sonra ona bildirmişdir ki, cavabdeh aldığı pulu geri qaytarmaqdan imtina edir. O həmin bağ sahəsini geri qaytararaq pulunu geri almaqda çox israr etdiyi üçün Vəliyev Kabil 6000 (altı min) manat məbləğində pul ödəyərək, həmin bağ sahəsini ondan satın almışdır. Həmin bağ sahəsinin sənədlərinin əslini və X8 həmin bağ sahəsinə görə 6000 (altı min) manat məbləğində pul almağı haqqında qəbzi Vəliyev Kabilə vermişdir. Həmçinin cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında bütün səlahiyyətləri etibar edilmişi etibar etmək yolu ilə Vəliyev Kabilə vermişdir. 2024-cü ilin iyul ayında Vəliyev Kabil ona müraciət edərək, onun 6000 (altı min) manat məbləğində pul alaraq ona satdığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 6456 nömrəli bağ sahəsinin cavabdeh tərəfindən onun əlindən alındığını bildirmişdir və bununla bağlı müvafiq məhkəmə aktlarını ona təqdim etmişdir. Həmin məhkəmə aktları ilə tanış olanda görmüşdür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5879/2022 № li iş üzrə xx.xx.2022-ci il tarixli qərarının 41-ci bəndində göstərilmişdir ki, məhkəmə Vəliyev Kabilin 6000 (altı min) manat məbləğində pulu ondan tələb etməli olduğunu qeyd və təsdiq etmişdir. Həmin qərar artıq qanuni qüvvəyə minmiş və preduyisial xarakter daşıyır. Belə ki, Vəliyev Kabil məhkəməyə müraciət etdiyi təqdirdə məhkəmə həmin məbləğin ondan alınaraq ona verilməsini təmin edəcəkdi. Buna görə də aralarında əldə etdikləri razılaşmaya əsasən o, 6000 (altı min) manat məbləğində pulu X10 ödəmişdir. Beləliklə də cavabdeh öz qeyri-qanuni hərəkətləri nəticəsində 3000 (üç min) manat əsassız olaraq varlanmış və eyni zamanda ona 3000 (üç min) manat məbləğində ziyan vurmuşdur. Daha sonra Cavabdeh xx.xx.2024-cü il tarixli iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, etirazında qeyd etmişdir ki, iddianı əsassız hesab edir. Hüquqi bazası olmayan bir tələbdir. Ləhiş bağları ərazisində torpaq sahəsi olub. Hər tərəfdən dəmir hasarı olub. Vəliyev Kabil ona demişdir ki, onun sahəsi plana düşür. Ona başqa yerdə torpaq veriləcək və dəmir hasara görə ona pul da veriləcək. Ondan notariusa getməyini xahiş etmiş və o notariusa gəlmişdir. Bir neçə sənəd qarşısına qoymuş və qol çəkməyini bildirmişdir. Ona narahat olmamasını, İddiaçı etibarnamə verdiyini bildirmişdir. Onun kimliyini soruşduqda, cavabında “Krokus” şirkətinin nümayəndəsi olduğunu söyləmişdir. Həmin şəxsi görməmişdır. Sonra ona bildirmişdir ki, onun torpağını özəlləşdirəcəklər. Dəmir hasarın da pulunu verəcəklər. Ona hasara görə 3000 manat pul verilmişdir. Halbuki oranın qiyməti 10000-12000 manatdır. Heç kəsə torpaq satmamışdır. İddiaçını tanımır, torpağını ələ keçirmək, mənimsəmək istədiklərini duyduqdan sonra etibarnaməni ləğv etdirmişdir. İndi isə İddiaçı deyir ki, ziyana düşmüşdür. 6000 manat Kabilə pul ödəmişdir. O, heç kəsə torpaq satmamışdır. Allahverdi də sənədi olmayan torpağını heç kimə sata bilməzdi. Digər tərəfdən torpağın bazar qiyməti həmin puldan dəfələrlə yüksəkdir. 3000 manata satmış idisə, o necə iki qat qiymətinə digər şəxsə sata bilərdi? Torpağını mənimsəyə bilmədiklərinə görə indi də Allahverdi ona qarşı iddia qaldırır. Qeyd etdiyi kimi, Allahverdini tanımır. Kabillə onun arasında olan münasibətin ona aidiyyəti yoxdur. İddia ərizəsində qətnaməyə istinad edilir. Bəli, qətnamədə haqlı olaraq qeyd olunub ki, Kabil 6000 manat pulu Allahverdidən tələb edə bilər. Allahverdi də deyir ki, indi 6000 manat pulu Ləman ona verməlidir. O, torpağı satmaq üçün verməmişdir. Onlar heç ona hasarının pulunu belə tam ödəməmişlər. Dəmirlərin qiyməti 10000-12000 manat olardı. Daha sonra Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, iş üzrə iddiaçı ona qarşı pul tələbinə dair əsassız iddia qaldırmışdır. İddiaçı Ləhiş bağları massivində yerləşən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı etibarnamə vermişdir. Ona etibarnamə versə də, heç vaxt onu görməmişdir. Kabil Vəliyevi tanımışdır. Kabil Vəliyev ona demişdir ki, onun torpağı plana düşür. Hüquqi savadı olmamış, buna görə də notarius nə demişdirsə, onu da yazmışdır. Demişdir ki, torpağı özəlləşdirəcəkdir. Allahverdiyə verilən etibarnamə xx.xx.2013-cü ildə verilmişdir. Həmin etibarnamə ləğv edilmişdir. Uzun illər keçib, Allahverdi indi ondan pul tələb edir. O, hüquqi baxımdan qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Tərəflər arasında bağ sahəsinin alqı-satqısı ilə bağlı razılaşma əldə edilmiş, bununla bağlı sənəd iş materiallarına əlavə edilmişdir. Cavabdeh həm hüquqlarını təmsil etdiyi şəxsdən pul almış, həm də sonradan verdiyi etibarnaməni ləğv etdirərək, torpaq sahəsini oğlunun mülkiyyətinə keçirmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Torpaq sahəsini satmamışdır. İddiaçını görməmişdir. İddiaçı ona pul verməmişdir. İddianın rədd edilməsini xahiş edir. X12 etibarnamə verilməsinin zəruri olduğunu ona bildirmişdir. X12 ona həmin topaq sahəsinin plana düşəcəyini və ona başqa yerdən torpaq sahəsinin, həmçinin hasarın inşasına sərf edilmiş vəsaitin veriləcəyini bildirmişdir. O, 3000 manat pulun ona halallıq olaraq verildiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 605/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X9 Cavabdeh qarşı 12273 manat pul, 5000 manat mənəvi zərər, 510 manat hüquqi yardımın göstərilməsi xərci və 142 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3500/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-605/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5879/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı X12 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3500/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X9 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(004)- 605/2022 saylı qətnaməsinin 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh maddi ziyanın əvəzi kimi (hasara çəkilmiş xərc) 385,10 manat, 300 manat mənəvi zərər, hüquqi yardıma görə 150 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumundan 15 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan 20 manatı olmaqla, cəmi 870,1 manat pulun alınaraq X10 ödənilmsəi, həmin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Birinci tərəf adlandırılacaq X12 ilə İkinci tərəf adalandırılacaq İddiaçı arasında qeyd edilən şərtlərlə xx.xx.2024-cü il tarixli razılaşma bağlamışlar: 1. Hazırkı razılaşmaya əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, “İkinci tərəf' Cavabdeh tərəfindən ona satılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsini “Birinci tərəf’ə satdığına görə “Birinci tərəf’dən 6000 (altı min) manat məbləğində pul almışdır. 2. Hazırkı razılaşmaya əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Cavabdeh “İkinci tərəf’lə aralarında olan razılaşmanı pozaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsi üzərində sərəncam verərək həmin bağ sahəsini özgəninkiləşdirmişdir. 3. Hazırkı razılaşmaya əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, Cavabdeh “İkinci tərəf’lə arasında olan razılaşmanı pozaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsi üzərində sərəncam verdiyi üçün “Birinci tərəf’ qeyd edilən bağ sahəsinə bütün hüquqlarını itirmiş və həmin bağ sahəsi onun əlindən alınmışdır. 4. Hazırkı razılaşmaya əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, Cavabdeh “İkinci tərəf’lə arasında olan razılaşmanı pozaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsi üzərində sərəncam verdiyi üçün “İkinci tərəf’ həmin bağ sahəsinə görə “Birinci tərəfdən aldığı 6000 (altı min) manat məbləğində pulu “Birinci tərəf’ə geri qaytardı və “Birinci tərəf 3akı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət an 6456 nömrəli bağ sahəsinə görə “İkinci tərəf’ə ödədiyi 6000 (altı min) manat məbləğində pulu “İkinci tərəf’dən geri aldı. 5. Hazırkı razılaşma bağlanan anda “İkinci tərəf’ 6000 (altı min) manat məbləğində pulu “Birinci tərəf’ə ödədi və “Birinci tərəf’ 6000 (altı min) manat məbləğində pulu “İkinci tərəf’dən aldı. 6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı razılaşma ilə müəyyən edilmiş bütün öhdəliklər tam şəkildə və lazımınca icra edildikdən sonra tərəflərin bir-birinə qarşı heç bir iddiası, tələbi, etirazı və pretenziyası yoxdur. X2 tərəfindən qeyd edilmişdir ki, 6000 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə almışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2013-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin əvəzinə 3000 manat pul alaraq onu İddiaçı satmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, Nəcəfov X5 Ləman Mirzə qızı tərəfindən ona ötürülmüş xx.xx.2000-ci il tarixdə verilmiş 28550 saylı icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində və digər dövlət orqanlarında onu təmsil etməyi əvəzindən bütün lazımi sənədləri toplamağı, imzalamağı, təhvil verməyi, kadastr planı, dövlət reyestrindən çıxarışı, texniki pasportu və Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı almağı, sonradan həmin torpaq üzərində sərəncam verməyi, satmağı, bağışlamağaı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi X10 etibar etmişdir. Etibarnamənin xx.xx.2033-cü ilədək qüvvədə olması qeyd edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, o, 31 yanvar 2013-cü ildə Cavabdeh pulunu ödəyərək aldığı xx.xx.2000-ci il tarixdə verilmiş 28550 saylı icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin yerini və koordinatlarını müəyyənləşdirmək, tikinti işləri aparmaq mümkün olmadığı üçün X8 6000 manat pul alaraq həmin torpaq sahəsini ona satmış, həmin torpaq sahəsinə heç bir iddiası olmayacaqdır.Cavabdeh torpağı satması ilə əlaqədar 31 yanvar 2013-cü il tarixlu 31 yanvar 2033-cü ilədək müddətə ona vermiş olduğu etibarnamə əsasında ona verilmiş torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, bütün hərəkətləri etmək barədə X10 12 dekabr 2017-ci il tarixində 31 yanvar 2033-cü ilədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan 12 saylı Notariat X3 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 12 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində 7E/12046 saylı reyestr nömrəsi ilə X9 adına rəsmiləşdirilmiş etibarnaməyə mülkiyyətçi Cavabdeh xx.xx.2019-cu il tarixli 8İ-2919 saylı reyestr nömrəsində qeyd edilmiş ərizəsi əsasında saat 10:14-də xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 320 manat məbləğində pulu Bakı 9 saylı Vəkil Bürosunun hesabına ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0.12 ha bağ torpaq sahəsi ilə bağlı mümkün hərəkətlərin edilməsi ilə əlaqədar İddiaçı xx.xx.2013-cü il tarixli etibarnamə vermiş və bağ sahəsini 3000 manata İddiaçı satması haqqında ərizə vermişdir. İddiaçı isə xx.xx.2017-ci il tarixli etibarnamə ilə həmin səlahiyyətləri xx.xx.2033-cü il tarixədək hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 ötürmüşdür. Nəcəfov X5 Ləman Mirzə qızı tərəfindən ona 3000 manata satılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsini X1 görə X8 6000 (altı min) manat məbləğində pul almışdır. Cavabdeh etibarnamə üzrə səlahiyyətlərin X10 ötürülməsinə etiraz etməmiş, yalnız bağ sahəsinə dair onun adına mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra xx.xx.2019-cu il tarixdə etibarnaməni ləğv etdirmişdir. Bundan sonra Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsi üzərində sərəncam verərək həmin bağ sahəsini özgəninkiləşdirmişdir. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsi üzərində sərəncam verdiyi üçün X12 qeyd edilən bağ sahəsinə bütün hüquqlarını itirmiş və həmin bağ sahəsi onun əlindən alınmışdır. Bundan sonra X12 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-605/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X9 Cavabdeh qarşı 12273 manat pul, 5000 manat mənəvi zərər, 510 manat hüquqi yardımın göstərilməsi xərci və 142 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X9 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(004)-605/2022 saylı qətnaməsinin 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh maddi ziyanın əvəzi kimi (hasara çəkilmiş xərc) 385,10 manat, 300 manat mənəvi zərər, hüquqi yardıma görə 150 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumundan 15 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan 20 manatı olmaqla, cəmi 870,1 manat pulun alınaraq X10 ödənilməsi, həmin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı ödənilmiş 6000 manat pulun Cavabdeh tələb etməkdə iddiaçının subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tələb etdiyi 6000 manat pul vəsaitini İddiaçı verdiyini bildirmiş, şərtləri də məhz onunla razılaşdırmış, bağ sahəsinin alqı-satqısı barədə onunla razılaşma əldə olunmuşdur, ona görə X12 6000 manat pulla bağlı tələbi İddiaçı qarşı irəli sürməlidir. Məhz bundan sonra X12 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli razılaşma bağlanmış, X2 tərəfindən qeyd edilmişdir ki, 6000 manat məbləğində pulu İddiaçı xx.xx.2024-cü il tarixdə almışdır. Hazırda iddiaçı Nəcəfov X7 Kabil Əlisaab oğluna 6000 manata satdığı torpaq sahəsi X9 əlindən Cavabdeh tərəfindən alındığından, məhz buna görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 6000 manat pulu X12 İddiaçı tələb etməli olduğu qeyd edildiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əsassız olaraq varlandığı üçün 3000 (üç min) manat məbləğində pul, 3000 (üç min) manat məbləğində zərər, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardımın xərci və 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlak 2013-cü ildə hər hansı bir şəxsin adına qeydə alınmamışdır. Həmin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmadığından, cavabdeh əmlakı satmaq və ya həmin əmlakın alqı-satqısı ilə bağlı müqavilənin tərəfi olmaq səlahiyyətinə malik olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın əldə olunması və ya satılması barədə müxtəlif şəxslər arasında şifahi razılaşmanın əldə olunması və bu niyyətlə pul alınmasının nə qanuni, nə də müqavilə əsası vardır. Tərəflər arasında ümumi xarakterli etibarnamə verilməsi də mövcud münasibəti qanunauyğun alqı-satqı kimi qiymətləndirməyə əsas vermir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Nəcəfov X5 Ləman Mirzə qızına 3000 manat ödədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsini X1 görə X8 6000 (altı min) manat məbləğində pul almışdır. Cavabdeh bağ sahəsinə dair mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı verdiyi etibarnaməni ləğv etdirmişdir. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsi üzərində sərəncam verdiyi üçün X12 qeyd edilən bağ sahəsinə bütün hüquqlarını itirmiş və həmin bağ sahəsi onun əlindən alınmışdır. Bu baxımdan İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 6456 nömrəli bağ sahəsini X4 məbləği yəni 6000 manatı ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2013-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin əvəzinə 3000 manat pul alaraq onu İddiaçı satmışdır. Buradan da müəyyən olunur ki, Cavabdeh İddiaçı 3000 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin “3000 (üç min) manat məbləğində zərərin cavabdehdən tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı bu hissədə tələbini əsaslı edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı ödənilmiş 6000 manat pulun Cavabdeh tələb etməkdə iddiaçının subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tələb etdiyi 6000 manat pul vəsaitini İddiaçı verdiyini bildirmiş, şərtləri də məhz onunla razılaşdırmış, bağ sahəsinin alqı-satqısı barədə onunla razılaşma əldə olunmuşdur, ona görə X12 6000 manat pulla bağlı tələbi İddiaçı qarşı irəli sürməlidir. Məhz bundan sonra X12 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli razılaşma bağlanmış, X2 tərəfindən qeyd edilmişdir ki, 6000 manat məbləğində pulu İddiaçı xx.xx.2024-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qəbul edildikdən sonra, iddiaçı cavabdehin onun hesabına əsassız varlandığını güman etmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 320 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə həmçinin, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 40 manat (80-40=40) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 40 (qırx) manat (80-40=40) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5298/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5298/2024
19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver