Məhkəmə qərarları › İş №e-2(004)-53/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-53/2023

15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-53/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Birinci tələb üzrə İddiaçı, Birinci və üçüncü tələb üzrə cavabdeh və ikinci tələb üzrə iddiaçı Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2, onun nümayəndə və vəkilləri Vəkil5 və Vəkil4, Birinci və ikinci tələb üzrə Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Birləşdirilmiş işlər üzrə birinci tələb üzrə İddiaçı "xxxx" ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh6 ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı Cavabdeh6 ASC-nin Cavabdeh3 qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilə dair sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci tələb üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə vəsatətlə müraciət edərək Cavabdeh6 ASC-nin və "xxxx" MMC-nin MTK ilə yanaşı cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Daha sonra məhkəmə tərəfindən verilmiş vəsatətlərə əsasən “Atəşgah Sığorta Şirkəti ASC və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə birinci tələb üzrə iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 3 saylı evin 38 saylı mənzilinə dair Cavabdeh4 adına verilmiş "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışı, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışı, Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının həmin mənzilə mülkiyyət hüququnun tanınması və mənzilə dair adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ikinci tələb üzrə iddiaçı və birinci, üçüncü tələb üzrə cavabdeh olan Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh6 ASC cəlb olunmaqla Cavabdeh4 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair 2(004)- 994/2023 saylı mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-53/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Daha sonra üçüncü tələb üzrə iddiaçı, birinci və ikinci tələb üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh6 ASC Cavabdeh3 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun Cavabdeh6 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarxli, 2(078)-508/2023 saylı qərardadına əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə icraata qəbul edilərək iddia tələbinə Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 398,97 manat məbləğində pulun Cavabdeh6 ASC-nin xeyrinə tutulması çərçivəsində baxılması qərara alınmışdır. Daha sonra Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-508/2023 saylı qərardadına əsasən iddiaçı Cavabdeh6 ASC-nin Cavabdeh3 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və borcun tutulması” tələbinə dair 2(078)-508/2023 saylı mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh6 ASC cəlb olunmaqla Cavabdeh4 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair 2(004)-994/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bundan sonra Salyan rayon Məhkəməsinin 2(057)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh4 cavabdeh X6 qarşı “pul” tələbinə dair mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh6 ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-53/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına Birinci tələb üzrə İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh6 ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı Cavabdeh6 ASC-nin Cavabdeh3 qarşı “borcun alınması” tələbinə dair, dördüncü tələb üzrə iddiaçı Cavabdeh4 cavabdeh X6 qarşı “pul” tələbinə dair birləşdirilmiş Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-53/2023 saylı mülki iş üzrə icraat materiallarından dördüncü tələb üzrə iddiaçı Cavabdeh4 cavabdeh X6 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat ayrılmışdır. Birinci tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh5 MMC ilə bağladığı 125 nömrəli, 07 avqust 2012-ci il tarixli sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 3 girişli yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan 38 nömrəli mənzilin dəyərini təşkil edən 80.000 ABŞ dolları məbləğində pul vəsaitini tam ödəməklə mənzili almışdır. Mənzilin ümumi dəyərinin tam olaraq ödənilməsi və borcun olmaması Cavabdeh5 MMC tərəfindən verilmiş “Maliyyə arayışı” ilə təsdiq olunur. Mənzilə dair müqavilə bağladığı gündən hazırkı vaxtadək mənzil iddiaçının sahibliyində və istifadəsində olmuşdur, orada təmir işləri aparmışdır, həmin vaxtdan hazırki günədək ailəsi ilə birgə həmin mənzildə yaşayır. 2021-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, ona məxsus 38 saylı mənzil başqa şəxsə satılmışdır. O, bunun necə baş verə biləcəyini MMC-nin rəhbəliyindən soruşduqda ona bildirilmişdir ki, 02 avqust 2017-ci il tarixdə Cavabdeh5 MMC-nin də təsisçiliyi ilə "xxxx" MTK təsis edilmiş və MTK-nın sədri X1. Sonradan Rafət ona məxsus 38 saylı mənzil də daxil olmaqla bir neçə mənzili MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar vermək yolu ilə başqa şəxslərə təkrar satmışdır. X9 avtomobilində yanğın baş verdiyini, yanğın baş verən zaman Rafətin də avtomobilində olub-olmadığının dəqiq bilinmədiyini, hazırda Rafətin harada olmasını bilmədiyini, yanğınla bağlı istintaq aparıldığını bildirmişdir. Bu məsələ ilə bağlı Cavabdeh4la danışıqlar zamanı ona bildirmişdir ki, Rafət ona iddiaçının yaşadığı 38 saylı mənzili deyil, yanında yerləşən mənzili göstərmiş və həmin mənzilə baxıb bəyənərək almış sonradan həmin mənzili Cavabdeh3 satmışdır. İddiaçının həmin vaxta qədər, MTK-nın təsis edilməsi, Rafət Qəniyevin MTK sədri olması və mənzili başqa şəxsə satılması barədə məlumatı olmamışdır. Məsələ ilə bağlı dərhal hüquq müstəvisində lazımı addımların atılması üçün vəkilə müraciət etmişdir. 28 yanvar 2022-ci il tarixli vəkil sorğusu ilə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib-verilməməsi məsələsinin aydınlaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına sorğu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 nömrəli, 15 fevral 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1, 38 saylı mənzil (ümumi sahəsi 92.5 kv.m, yaşayış sahəsi 53.4 kv.m, 2 otaqlı, 9-cu mərtəbə, giriş 1) "xxxx" MMC üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışına, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alğısatqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətini də tələb etsə də, təqdim edilməmiş və bu barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, sorğuya cavabda MMC-nin protokolundan çıxarışı qeyd olunsa da, MMC rəhbərliyi protokoldan çıxarışın MTK tərəfindən verildiyini qeyd etmişdir. Toplanmış sübutlar əsasında müəyyən olunmuşdur ki, həqiqətən də 3 saylı binada iddiaçıya məxsus olan 38 saylı mənzil sonradan verilmiş protokolundan çıxarış və maliyyə arayışı əsasında Cavabdeh4, daha sonra isə alğı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh3 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda sorğuya cavabdan aydın olmuşdur ki, verilmiş çıxarışda mənzilin ölçüləri ilə həqiqi ölçüləri arasında uyğunsuzluq vardır. Bu da bir daha sübut edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları gəlib mənzilə baxış keçirmədən çıxarış verilmişdir. Nəticədə, hazırda iddiaçıya məxsus 38 saylı mənzilə dair qanunsuz sənəd əsasında başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmışdır ki, bu qeyd də onun mülkiyyət hüquqlarını pozur. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İkinci tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 2021-ci ildə ipoteka ilə mənzil almaq niyyətinə gəlmişdir. Bu məqsədlə elanlarda olan mənzillərə baxarkən “İnstagram” sosial şəbəkəsində ev satışı ilə məşğul olan Tural adlı maklerin elanları arasında ünvan 1 ünvanında yerləşən 38 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 13, M9, m3 nömrəli mənzil) 173.000 manata satışa çıxarılması barədə məlumat almışdır. Mənzili bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Bu məqsədlə valideyinlərinə mənzilə baxmağı tapşırmışdır. Mənzilə baxmaq üçün nümayəndəsi kimi atası Nümayəndə2 və anası X7 getmişdir. Mənzilə baxarkən orada Turalın işçisi və özünü mənzilin mülkiyyətçisi kimi qələmə verən cavabdeh olmuşdur. Mənzili açıb atası və anasına göstərmişlər. Atası və anası mənzilə baxıb bəyəndikləri üçün mülkiyyətçi Cavabdeh4 ilə alğı-satqı barədə razılıq əldə etmişlər. Bundan sonra müvafiq sənədləşdirmə işlərinin aparılması və mənzilin ipoteka ilə alğısatqısı üçün bankla danışıqlar apararaq ipoteka krediti ayrılması haqqında razılıq əldə etdikdən sonra 18 noyabr 2021-ci il tarixdə cavabdeh, o və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs arasında Bakı şəhəri 12 saylı notariat ofisində alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 170.000 manat məbləğində pul ödəmişdir. Bundan sonra o, həmin müqavilə əsasında qeyd edilən mənzil üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin bir neçə ay ödəniş etdikdən sonra ona məlumat gəlmişdir ki, başqa bir şəxs gələrək həmin mənzilin ona məxsus olduğunu bildirmiş, iddiaçıya göstərilən və faktiki təhvil verilmiş mənzilin 38 deyil deyil 37 nömrəli olduğunu bildirmişdir. Apardığı araşdırmalar nəticəsində məlum oldu ki, həqiqətən də hazırda iddiaçının sahiblik və istifadəsində olan mənzil 38 deyil 37 nömrəli mənzildir. 38 nömrəli mənzil isə hazırda onun sahiblik və istifadəsində olan mənzilin yanında olan mənzildir. Həmin mənzil tamamilə başqa bir şəxsə məxsusdur və uzun illərdir ki, həmin mənzildə yaşayır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə müraciət edərək etibarsız əqd nəticəsində əldə etdiyi 170.000 manat məbləğində pulu geri ödəməsini tələb etsə də cavabdeh hər dəfə bundan imtina etmişdir. Nəticədə isə həm mənzildən məhrum həm də 170.000 manat məbləğində puldan məhrum olmuşdur. Bununla da hüquqları kobud şəkildə pozulmuşdur. Üçüncü tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Bank ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 8% dərəcəsi ilə 299,5 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixə əsas borcu 99.682,44 manat, faiz borcu 8.886,9 manat olmaqla, cəmi brocu 108.569,34 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə, bank tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh3 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən birinci tələb üzrə İddiaçı iddia tələbini müdafiə edərək ərizədə qeyd olunan xüsusatları izahatında təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən 38 saylı mənzili almış və bir neçə ildən sonra ona təhvil verilmiş, həmin vaxtdan mənzildə daimi olaraq yaşayır. Onun yaşadığı mənzil binanın 9-cu mərtəbədədir. Sağ və sol tərəfdən sıralandıqda hər iki tərəfdən 3-cü mənzildir. Hansı ki, Cavabdeh4 adına verilmiş reyestrdən çıxarışda mənzilin yeni qaydalarla nömrəsi 3 olaraq eyd edilmişdir. Müqavilə üzrə mənzilin nömrəsi 38-dir. Lakin yaşadığı müddət ərzində onun mənzilin satışa qoyulmamış, heç kim satış məqsədilə mənzillə bağlı maraqlanmamışdır. Yalnız mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaq istədikdə aşkar etmişdir ki, Rafət adlı komendant 37 saylı mənzili başqa şəxsə 38 saylı mənzil kimi təqdim edib, ona məxsus mənzilə, yəni 38 saylı mənzilə dair saxta protokoldan çıxarış, müqavilə və s sənədlər təqdim edərək reyestrdə qeydiyyata alınmasına nail olmuşdur. X9 təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ikinci tələb üzrə iddiaçı, birinci və üçüncü tələb üzrə Cavabdeh3 nümayəndə və vəkili Vəkil5 izahat verərək bildirir ki, onların MTK ilə əlaqəsi, alğı-satqısı olmamışdır. Onlar alğı-satqını Cavabdeh4la etmişdir. Ekspertiza keçirilərkən iştirak etmişdir. Baxış zamanı aşkar görünür ki, 38 saylı mənzilin layihəsi ilə 37 saylı mənzilin layihəsi üst-üstə düşmür. Layihələr bir-birinə tamamilə uyğun deyildir. Həmin binada hər blokda 5 mənzil vardır. Cavabdeh3lə alğı-satqı edilən ev 37 saylı evlə üst-üstə düşmür. Hansı tərəfdən sayıldıqda eyni nəticə alınır. Onlara göstərilən mənzil 37 saylıdır, 38 saylı deyil. Amma çıxarışda 38 saylı mənzil qeyd edilmişdir. Bununla bağlı xüsusatı təsdiq edir. Həmçinin işin faktiki hallarından da görünür ki, İddiaçı yaşadığı mənzil 38 saylıdır. 38 saylı mənzilə dair ilkin olaraq müqavilə İddiaçıla bağlanmışdır. Ona görə də birinci tələb üzrə İddiaçı iddiasını qəbul edir. Hazırda məhkəmədən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində 4Ə-3274 reyestr nömrəsi ilə qeydə alınmış 202/21 nömrəli alqı-satqı və ipoteka müqaviləsi, eyni zamanda həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi və 170.000 manat məbləğində pulun Cavabdeh4 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. X9 təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Cavabdeh3 da zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda müqavilənin etibarsız hesab edilməsini, Cavabdeh4 170.000 manat məbləğində pul alınaraq Cavabdeh3 qaytarılmasını tələb edirlər ki, onlar da bank qarşısında öhdəliklərini yerinə yetirsinlər. Müqavilə etibarsız hesab edildiyi halda hesab edir ki, bank qarşısında öhdəliyi ilə bağlı ondan faiz tutula bilməz, çünki həmin pul vəsaitindən yaralanan şəxs Cavabdeh4 olmuşdur. Cavabdeh4 170.000 manat məbləğində pulu tələb etməkdə məqsəd banka olan 100 min manat məbləğində borcun ödənilməsindən, həmçinin Cavabdeh3 məxsus 70 min manatın geri qaytarılmasınadan ibarətdir. Əqd etibarsız olduqda isə bankın Cavabdeh3 109 min tələb etməsinin əhəmiyyəti olmayacaqdır. Bank qarşısında öhdəlik götürən Cavabdeh3 olduğu üçün, bankın zərərini o ödəməlidir. Bank 109 min manat məbləğində borc tələb edir. Buna münasibət bildirmir, ona görə ki, əqd etibarsız olacağı üçün münasibətlər sıfır vəziyyətinə qayıdır. Bankın pulunu münasibətlər sıfırlandığı üçün Cavabdeh3 ödəməyəcəkdir. O indiyə qədər ödəniş etmişdir, bu onun zərəri sayılır. Məhkəmə iclasında iştirak edən ikinci tələb üzrə iddiaçı, birinci və üçüncü tələb üzrə Cavabdeh3 nümayəndə və vəkili Vəkil4 izahat verərək bildirir ki, işin halları kifayət qədər araşdırılmışdır. Təmsil etdiyi şəxs hazırkı mübahisənin predmeti olan daşınmaz əmlakla bağlı alğı-satqı müqaviləsini icra etmək üçün bankdan 100 min manat məbləğində kredit götürmüş, eyni zamanda 70 min manat öz vəsaiti hesabına ödəniş etməklə qeyd edilən mənzili almışdır. Sonradan məlum olmuşdur ki, əslində mənzil həmin mənzil deyildir, başqa mənzildir, ipoteka müqaviləsinin predmeti olan mənzil tamamilə başqa bir şəxsə aiddir, hansı ki, həmin şəxs hazırkı iş üzrə ilkin iddia verən şəxsdir. Bu səbəbdən ipoteka müqaviləsinin predmeti olan mənzil mövcud olmadığından alğı-satqı və ipoteka müqaviləsinin mövcudluğu artıq etibarsız hala gəlmişdir. Məhkəmədən xahişi ondan ibarətdir ki, qeyd edilən alğı-satqı və ipoteka müqaviləsi və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələr hamısı etibarsız hesab edilsin və 170 min manat məbləğində pul Cavabdeh4 alınaraq, Cavabdeh3 verilsin. Belə ki, daşınmaz əmlak olmasa idi, Cavabdeh3 100 min manat pul verilməyəcəkdi. Kredit birbaşa daşınmaz əmlakın alınmasına yönəldilmişdir. Cavabdeh3 krediti daşınmaz əmlakı almaq üçün götürmüşdür. Qiymətləndirici qiymət qoyarkən ipoteka predmetinin mövcud olmadığı məlum olsa idi, onlar mənzili almazdılar. 37 saylı və 38 saylı mənzillərin heç biri Cavabdeh3 deyildir. O, 100 min manatı qəbul edir. Nə almışdırsa onu da qaytaracaqdır. İstər texniki pasportda, istərsə də alğı-satqı müqaviləsində 37 və 38 saylı nömrələnmədən əlavə yeni nömrələnmə də qeyd edilmişdir. O vaxtı ekspertiza təyin olunanda o, ekspertizanın təyin edilməsinin əleyhinə çıxış etmişdir o nöqteyi nəzərdən ki, burada mərtəbənin mübahisəsi yox idi, mənzilin mübahisəsi var idi. Mənzilin də mübahisəsi burada qeyd edilmişdir ki, 3 nömrəli mənzildir. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, həmin mərtəbədə 5 mənzil vardır. Sağdan sola doğru saydıqda da 3-cü mənzil ortaya düşür, əks istiqamətdə sayanda da eyni yerə düşür. Hesab edir ki, orada ekspertiza keçirməyə ehtiyac yox idi. İşin mübahisəsiz halıdır ki, 37 və 38 saylı mənzillər hansıdır. Təzə nömrələmədə o konkret bəlli olur. 38 saylı İddiaçı istifadəsində olan sahədir. 37 saylı isə Cavabdeh3 satılmış olan mənzildir, lakin 38 nömrə ilə satılmışdır. Hesab edir ki, bu işin mübahisəsiz halıdır. Ona görə də birinci tələbi qəbul edir, Bakı şəhəri 12 saylı Notariat kontorunda bağlanmış 4Ə- 3274 reyestr nömrəsi ilə qeyd alınmış 18 noyabr 2021-ci il tarixli, 202/21 nömrəli alğı-satqı və ipoteka müqaviləsinin və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələr etibarsız hesab edilməsini və 170 min manat məbləğində pul Cavabdeh4 alınaraq, Cavabdeh3 verilməsini xahiş edir. Bank tərəfindən onlara qarşı verilmiş tələbin isə rədd edilməsini xahiş edir. Çünki əqdin etibarsızlığından söhbət gedirsə qanunvericiliyin tələblərinə əsasən tərəflər əvvəlki vəziyyətinə qayıdır. İpotekanın predmeti yoxdur, deyə bank qarşısında öhdəlik yerinə yetirilməmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndində yazılır ki, kredit mənzilin alınması üçün verilmişdir. Mənzil alınmasa idi, dolayısı ilə Cavabdeh3 pul lazım deyildi. Məhkəmə iclasında iştirak edən ikinci tələb üzrə iddiaçı, birinci və üçüncü tələb üzrə Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, fakta görə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin hesab edir ki, MTK-nin rəhbəri Bəxtiyarın və eləcə də Teymurun müqavilələrin saxta olmasında məlumatı olmuşdur. Çünki necə ola bilər ki, Teymur mənzilin təmiri üçün material daşıyarkən Bəxtiyarın otağının qarşısından keçsin və onun bundan məlumatı olmasın. Bundan başqa Bəxtiyar ona məlumat vermişdir ki, 37 saylı mənzilin borusu partlayarkən o, Teymura mənzilin ona məxsus olmadığını bildirmişdir. Göründüyü kimi Teymur özünə məxsus olmayan mənzili ona qərəzli olaraq satmışdır. Ona görə də həmin şəxslərdən pulunu tələb edir. Məhkəmə iclasında iştirak edən birinci və ikinci tələb üzrə cavabdeh, dördüncü tələb üzrə iddiaçı Cavabdeh4 izahat verərək bildirir ki, o, həmin mənzilin 38 saylı deyil, 37 saylı mənzil olmasını 2021-ci ilin dekabr ayının 6-sı, ya da 7-si bilmişdir. Ona Məmməd müəllimin qohumu zəng edərək evdə problem olduğunu bildirmişdir. O isə mənzili Rafət Qəniyevdən almışdır. Rafət ona o mənzili göstərmiş, digər mənzilin isə sənədlərini vermişdir. Layihələrin uyğun olub-olmamasına baxmamışdır. Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin əməkdaşları isə qeydiyyatla bağlı sənədləri verərəkdən mənzilə gəlməmiş və baxış keçirməmişlər. O özü 2012-ci ildən həmin binada başqa mənzildə 1-ci blokda yaşayır. MTK-nın faktiki sədri daxil bütün bina sakinləri Rafət Qəniyevə inanmışdır. Hazırda yaşadığı öz mənzilinə çıxarış almışdır, həmin mənzil 176 saylı mənzildir. Həmin mənzil yeni və köhnə qaydalar ilə uyğundur. Rafət Qəniyevin təqsirləndirilməsinə dair cinayət işi üzrə o, da zərərçəkmiş şəxs qismində tanınmışdır. Mübahisə olunan mənzil yeni qaydalarla 38 saylıdır. Belə hesab edir ki, 38 saylı mənzil İddiaçı istifadəsində olan mənzildir. Cavabdeh3 satılan mənzil isə 37 saylıdır. Bunu sonradan bilmişdir. Rafət səs yazmasında bildirmişdir ki, hansısa mərtəbədə, 10-cu mərtəbədə 2 mənzil, məsələn 44 saylı ilə 45 saylı birləşmişdir. İki mənzil birləşdiyi üçün bir nömrə olmuşdur. Ona görə də bu nömrə də sürüşmüşdür, 39 saylı 38 saylı, 38 saylı isə 37 saylı, 37 saylı isə 36 saylı mənzil olmuşdur. Tələbi dolayısı ilə qismən qəbul edir. Onun İddiaçı qarşı hər hansı iddiası yoxdur. O, öz pulunu Rafət Qəniyevdən tələb edir. Məhkəmə iclasında iştirak edən birinci və ikinci tələb üzrə cavabdeh, dördüncü tələb üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, satışa 37 saylı mənzil çıxarılmışdır, müştəriyə 37 saylı mənzil göstərilmiş, lakin 38 saylı mənzilin sənədləri hüquqlarını təmsil etdiyi şəxsə komendant Rafət tərəfindən təqdim edilmişdir. Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin əməkdaşları həmin yerə gəlməmişdir, nümayəndəyə 38 saylı mənzilin sənədləri təqdim edilmişdir. Özündə olan layihə ilə 38 saylı mənzilin texniki pasportunu vermişdir. 38 saylı mənzilin texniki pasportunu verdikdə 37 saylı mənzilə uyğun gəlməyəcəkdir. Onlar müqaviləni və maliyyə arayışını Əmlak Xidmətinə təqdim etmişlər ki, onlara çıxarış verilsin. 38 saylı mənzilə gəlmədən özündə olan arxiv sənədləri və layihə ilə baxaraq 38 saylı mənzilə dair çıxarış verilmişdir. Onlar isə 37 saylı mənzildə oturmuşlar, təqdim edilən sənədlər isə 38 saylı mənzilə aiddir. Cavabdeh4 işin faktiki halları ilə bağlı həqiqətən də etiraf edir ki, 38 saylı və 37 saylı mənzillərin alğı-satqısında, sənədləşməsində saxtakarlıq olmuşdur. Bunu qəbul edirlər. Onlar mənzili təmir edib təmirli satmışlar və müqavilədəki qiyməti mübahisələndirmirlər. Həmin pulu Cavabdeh3 almışlar. Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətində 38 saylı mənzilin layihəsi olmuşdur, lakin texniki pasportu olmamışdır. Cavabdeh3 Cavabdeh4la alğı-satqı etdiyi 38 saylı mənzil İddiaçı yaşadığı, yoxsa başqa bir mənzil olması hazırda ona şəxsən məlum deyildir. Cavabdeh3 mənzil satılarkən alıcılar Cavabdeh4 da 38 saylı kimi göstərilən, istintaq zamanı 37 saylı mənzil kimi deyilən mənzilə baxmış, Cavabdeh4 da həmin mənzili satma əməliyyatında olmuşdur. Həmin mənzil alğı-satqı olunanda faktiki olaraq Cavabdeh4 istifadəsində olmuş, həmin vaxt mənzilin sahibi o olmuşdur, mənzili o təmir etmişdir. Həmçinin bildirir ki, hazırki vəziyyətlə əlaqədar iddia tələbinin heç biri ilə razı deyil, heç birini qəbul etmir. Məhkəmə tərəfindən iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən birinci tələb üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Əgər 37 saylı mənzilə dair mübahisə yoxdursa, biz nə üçün 37 saylı mənzilə dair ekspertiza təyin edirik. İddiaçı Rafət Qəniyevin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan cinayət işi üzrə zəərçəkmiş şəxs qismində tanınıb-tanınmamasını mən dəqiq bilmirəm. Amma İddiaçı istintaqda nə şikayəti nə də zərərçəkmiş şəxs qismində tanınması barədə müraciəti yoxdur. Həmçinin o, düşünür ki, bu işdə zərərçəkmiş deyil. Çünki, İddiaçı aldığı mənzildədir və orada yaşayır. Birinci müqavilə İddiaçı adınadır və o, hesab edir ki, niyə zərərçəkmiş olmalıdır. Əlavə olaraq bildirir ki, 2012-ci il tarixli sifariş müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 3 girişli yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan 38 nömrəli mənzilin dəyərini təşkil edən 80.000 ABŞ dolları məbləğində pul vəsaitini tam ödəməklə mənzili İddiaçı almışdır. Həmin tarixdən etibarən mənzil İddiaçı istifadəsində və sahibliyində olmuşdur. Lakin buna baxmayaraq sonradan ona məlum olmuşdur ki, onun aldığı mənzilə dair başqa şəxsin adına protokoldan çıxarış verilmiş və bunun əsasında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən çıxarış alınmışdır. Hesab edir ki, həmin çıxarış və protokoldan çıxarış etibarsızdır. Əvvəlki məhkəmə iclasında iştirak edən birinci tələb üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirmişdir ki, Rafət Qəniyev "xxxx" MTK-nın həm komendantı, həm sədri olmuşdur. Onun səlahiyyəti şəxslərə protokoldan çıxarış və MTK-ya heç bir borcunun olmaması barədə arayış vermək səlahiyyəti olmuşdur. Bunu özü etiraf edir, cinayət işi üzrə araşdırmada vardır. O, müəyyən olaraq özü-özünü pis vəziyyətə salır. Yasamal Rayon Prokuroru qeyri-prosessual olsa da zərəçəkmiş şəxslər və şahidlərin hamısını bir zala yığaraq və iclas keçirmiş, Qəniyev Rafəti də çağırmışdır. Prosessual qaydalarda bu olmasa da, lakin onların da marağı var idi ki, hamı bir-birinin üzünə baxaraq sözünü deyə bilsin. Müstəntiq isə İsmət adlı şəxs idi. Orada müəyyən olundu ki, bu adamın İbişov Rövşənlə alğı-satqıları olmuşdur. İbişov Rövşənin barəsində Yasamal Rayon Məhkəməsinin icraatında 4 iddia vardır. Ona pul lazım olub, İbişov Rövşəni çağırıb ona ev satmışdır. Sonra deyib ki, evi satma. Əslində ev yox, sənəd satmışdır. Həmin binada bir ədəd də boş mənzil yoxdur. 240 mənzilin hamısı 2010-cu ildə satılmışdır. 2017ci ildən etibarən binada yeləşən mənzillərə çıxarışlar verilməyə başlanılmışdır. 37 saylı mənzilin mülkiyyətçisi Rüstəmov Rövşəndir, onun çıxarışı və texniki pasportu vardır. Onun texniki pasportu öz evinin layihəsinə tam uyğundur. Rüstəmov Rövşən mənzili almış və əmlak kimi özü üçün saxlamışdır. Özü isə Almaniyaya gedərək, orada yaşayır. Rafət də Rövşən Rüstəmovun buraya gələsi olmadığını bilmişdir. Cavabdeh3 isə Rafət ilə heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş ancaq Cavabdeh4dur. İddiaçıı zərərçəkmiş şəxs qismində tanımaq düzgün deyildir. Yerli baxış zamanı da aydın oldu ki, 37 saylı və 38 saylı mənzil yan-yanadır. Rafət İddiaçı tək yaşadığını və ona çıxarış almaq ehtiyac olmadığını bilərək belə düşünür ki, o heç vaxt çıxarış almayacaqdır. Buna görə də o, 37 saylı mənzilin qapısını açır, həmin mənzili göstərir, 37 saylı mənzillə bağlı Teymura bildirir, Teymur isə oranın sakinidir, ondan da əvvəl yaşamışdır. Maliyyə arayışı mənzilin pulunun verilməsi ilə bağlı maliyyə arayışı deyildir, MTK-ya heç bir borcunun olmaması ilə bağlı olan maliyyə arayışıdır. Bunlar ayrı-ayrı məsələlərdir. Nə qədər pul ödəyib, kimə ödəyib, bunların heç biri yoxdur. Bu Teymura verilmiş və Teymur da “ASAN Xidmət” mərkəzinə müraciət edərək 38 saylı mənzilə çıxarış almışdır. 38 saylı mənzilin texniki pasportu əslində 37 saylı mənzilə aiddir. Daşınmaz Əmlak Xidməti araşdırmadan çıxarış vermişdir. Burada müqavilə ləğv edilməlidir və İddiaçı mənzili də azad edilməlidir ki, o mənzilinə çıxarış ala bilsin. Şəxslər arasında da etibarsızlıq məsələsinə baxarkən pul məsələsi həllini tapmalıdır. Cavabdeh4 başqa İddiaçı və Nümayəndə2 da Rafət Qəniyevin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı müqaviləsini qəbul edir, onun müqaviləsi ilk müqavilədir və birbaşa MTK ilə bağlanmışdır. Mənzili Cavabdeh3 və ya Cavabdeh4 hansının təmir etdiyini bilmir, bu barədə Nəsimi Rayon Məhkəməsində mübahisə ilə bağlı iş gedir. Texniki pasportda olan layihə 37 saylı mənzilə aiddir. Birinci iclasda təqdim etdiyi texniki pasportla onların təqdim etdiyi texniki pasport üst-üstə düşür. Əlavə olaraq bildirir ki, X10 aparılan cinayət işinin hazırkı 3 iddia ilə heç bir əlaqəsi yoxdur. 37 saylı mənzil 2017-ci ildən mülkiyyətdədir. İddiaçı iddiasını qəbul edir. MMC mənzili İddiaçı satdığından onun iddiası da təmin edilməlidir. 37 saylı mənzil satılıb və hazırda başqa şəxsin mülkiyyətindədir. Rüstəmov Rövşən onun da mənzil aldığı şəxsdir. Rövşən Azərbaycan vətəndaşı deyildir. Rövşənin həmin binada cəmi 1 evi vardır. Bu işlərlə bağlı 4 Rövşən adlı şəxs vardır, onlar ayrı-ayrı şəxslərdir. Onlardan biri İbişov Rövşəndir, hansı ki, həmin şəxsə qarşı Yasamal Rayon Məhkəməsində 4 iş vardır. Həmin şəxs başqa şəxsdir. Onlarda olan şəxs isə Rüstəmov Rövşəndir, o isə Almaniya vətəndaşıdır və orada yaşayır, uzun müddətdir ki, Azərbaycan Respublikasında deyildir. Digər Rövşənin işinə isə hakim Təhminə Xəlilova baxıb, həmin Rövşən isə tamam ayrı şəxsdir. Ehtimal edir ki, X11 Rafətin əlbirliyi olmuşdur. Onun isə 45 mənzili vardır və Yasamal Rayon Məhkəməsində işləri vardır. İbişov Rövşən tamam ayrı bir adamdır, o da Teymur və başqaları kimi oradan mənzil almış şəxsdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü tələb üzrə iddiaçı, birinci tələb üzrə cavabdeh, ikinci tələb üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 izahat verərək bildirmişdir ki, bank qanun pozuntusuna yol verməmişdir. Daşınmaz Əmlak üzrə Reyestr Xidmətinin təqdim etdiyi çıxarış əsasında bank Cavabdeh3 maliyyələşdirmişdir. Burada söhbət alğı-satqı və ipotekadan gedir. Bu qarışıq müqavilədir. Tərəf 38 saylı mənzili alğı-satqı etmişdir. Bank isə ipoteka qoyan kimi və kreditor kimi çıxış etmişdir. Yeni qaydalar ilə Cavabdeh4 mənzili satdıqda çıxarışına baxmalı idi. Orada mərtəbə 9, mənzil 3 yazılır. 37 və 38 sözü isə yoxdur. Bunlar aydınlaşdırılıb, sonra mənzil satılmalı idi. Bank pul verərkən qiymətləndirmə keçirmişdir, lakin bankın gedib mənzilə baxaraq texniki pasportla layihənin üst-üstə düşməsini yoxlamaq vəzifəsi yoxdur. Bank qiymətləndiricinin fəaliyyətinə cavabdeh deyildir. Əlavə olaraq bildirir ki, bank tərəfindən X2 18 noyabr 2021-ci il tarixdə illik 8 faiz ilə 100 min manat məbləğində kredit verilmişdir və mübahisəli əmlak ipoteka ilə yüklü edilmişdir. Bilindiyi kimi həmin əmlak digər şəxsə məxsus olduğu üçün onun etibarsızlığı ilə bağlı tələb irəli sürülmüşdür. Bank verdiyi kreditin geri qaytarılmasını tələb edir və xx.xx.2023-cü il tarixə hesablanmış 9712,4 manat faiz borcunu tələb edir. Nəzərə alınsa ki, üzərindən 5 ay keçmiş, iddia tələbi əslində artmalıdır. Sadəcə olaraq işin uzanmaması və vətəndaşın da zərərə uğramasını nəzərə alaraq, iddia tələbini artırmamışdır. Hesab edir ki, Cavabdeh3 tərəfindən bankın xeyrinə 109.394,85 manat məbləğində borc tutulmalıdır. İpoteka müqaviləsinin etibarsızlığı ilə bağlı bildirir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən kredit müqaviləsi əsas müqavilə hesab edildiyinə görə ipoteka müqaviləsinin etibarsızlığı kredit müqaviləsinin etibarsızlığına səbəb olmur. Ona görə də burada əvvəlki vəziyyətə qayıtmaq məsələsi mövcud deyildir. Kredit verilmişdir və faizi ilə birlikdə qaytarılmalıdır. Nəzərə alınsa ki, bu kredit Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmişdir, fond isə həmin vəsaiti bankdan faizlər ilə birlikdə geri çəkmişdir. Ona görə də bank həmin məbləği tələb edir. Hesab edir ki, əlavə 9 min manatı hökm çıxdıqdan sonra Cavabdeh3 Cavabdeh4 tələb edə bilər. Bank öz öhdəliyini icra edib, pulu verib və pulunu geri istəyir. Əsas müqavilə kredit müqaviləsidir. Kredit müqaviləsinin təyinatı mənzilin alınmasıdır. Mənzil alınıb, notariat kontorunda ipoteka ilə yüklü edilib, Cavabdeh3 adına çıxarış verilib, bu proses bitmişdir. İndi həmin çıxarışın etibarsızlığı kredit müqaviləsinin etibarsızlığına səbəb olmur. Bank müvəkkil bank olduğundan fond vəsait ayırmışdır, müştəri ödəyibödəməsə də, fond ayırdığı vəsait və faizləri geri tələb edir. Fond bildirir ki, müştəri ilə problemi bank həll etməlidir, məsuliyyət bankın üzərindədir. Bank da öz vəzifəsini və öhdəliyini icra etmişdir. Pul hazırda bankın puludur. Burada bankın günahı yoxdur, o əqdi icra etmişdir. Məqsəd mənzilin alınmasıdır, mənzil də alınmışdır. İpoteka müqaviləsinin etibarsız sayılmasının kredit müqaviləsinə təsiri yoxdur. 18 noyabr 2021-ci il tarixli alğısatqı müqaviləsi olmasa idi belə, kredit müqaviləsi olacaq idi, bankla Cavabdeh3 arasında olan münasibətlər alğı-satqı müqaviləsi ilə tənzimlənmir, orada alğı-satqı və ipoteka müqaviləsi yazılmışdır. Alğı-satqı ilə ipoteka müqaviləsi etibarsız olsa da burada söhbət kredit müqaviləsindən gedir. Bu həmin müqavilənin predmeti deyildir. Əgər kredit, ipoteka və alğı-satqı müqaviləsi birlikdə bağlansa idi, o zaman razılaşa bilərdi ki, bu bir müqavilədə cəmləşib. Bu tamamilə başqa bir əqddir, kredit müqaviləsi isə başqa bir əqddir. Kredit müqaviləsinin 3-cü bəndində göstərilən kreditin qaytarılmayacağı təqdirdə ipoteka predmeti olan mənzilə yönəlmə ilə bağlı bildirir ki, bankın pulu girovsuz kimi tələb etmək, sonradan tələb yönəntmək hüququ vardır və belə hallar da baş vermişdir. Pulu istəyə bilər, tələbi sonra yönəldə bilər. Bank 100 min manat ödədiyi halda, 108 min manat tələb etməsinin səbəbi faizin olmasıdır. Bankın zərərini Cavabdeh3 ödəməlidir. Cavabdeh3 də 9 min manat zərəri Cavabdeh4 tələb etməlidir. İş üzrə cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsi və "xxxx"xxxx"xxxx" ASC və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, birinci tələb üzrə iddia qismən, ikinci və üçüncü tələb tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan - icraçı qismində Cavabdeh5 MMC ilə sifarişçi qismində İddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 125 nömrəli sifariş müqaviləsinə əsasən icraçı Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhlədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m2 2 otaqlı mənzili tikilmiş vəziyyətdə sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzilin hər 1 m2 üçün dəyəri 800 ABŞ dolları müəyyən edilməklə, 80.000 ABŞ dolları məbləğində ümumi dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh5 MMC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh5 MMC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 125 sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC-nin inşa etdiyi yaşayış binasının 1 saylı blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 100 m2 olan mənzilin əsaslı tikintisi edilmişdir. İddiaçı sifariş müqaviləsinin 3-cü maddəsinə əsasən mənzilin ümumi dəyəri tam olaraq 80.000 ABŞ dolları məbləğində ödənilmişdir. - AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 13, M9, m3) tam paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. - AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzil "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışa, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-3274 ryestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokolundan çıxarışın təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iclasda vətəndaş Cavabdeh4 kooperativə üzv qəbul olunmaqla MTK-nın ünvan 2 ünvanında yerləşən giriş 1, mərtəbə 9, yaşayış sahəsi 82 m2 olan iki otaqlı 38 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur və bu binanın giriş 1, mərtəbə 9, ümumi sahəsi 96 m2, yaşayış sahəsi 82 m2 olan iki otaqlı 38 nömrəli mənzilinin pay dəyəri payçı Cavabdeh4 tərəfindən tam ödənilmişdir, onun MYK-ya borcu yoxdur. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışına əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən"xxxx" MTK-ya məxsus binanın giriş 1, mərtəbə 9, yaşayış sahəsi 82 m2 olan iki otaqlı 38 nömrəli mənzil Cavabdeh4 məxsusdur və onun həmin mənzilə pasport qeydiyyatı yoxdur. - AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 13, M9, m3) tam paylı mülkiyyət hüququ üzrə Cavabdeh4 mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. - AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzilə dair sahə göstəriciləri ilkin texniki inventarlaşdırılma aparılarkın layihəyə uyğun olaraq tərtib edilmiş, təkrar qeydiyyat zamanı arxiv sənədlərinə istinad olunmuşdur. Həmin mənzilin faktiki ümumi sahəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 3.8-ci bəndinə əsasən hesablanmanmış mənzillərin ümumi sahəsi arasında fərq mövcuddur. - mülkiyyətçi, satıcı qismində Cavabdeh4, ipoteka saxlayan qismində Cavabdeh6 ASC, borc alan, alıcı və ipoteka qoyan qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 13, M9, m3) alıcı-ipoteka qoyanın mülkiyyətinə verir, əmlakın dəyəri 170.000 manat qiymətləndirilməklə 70.000 manat alıcı tərəfindən, 100.000 manat isə ipoteka saxlayan, yəni xx.xx.2021-ci il tarixli kredit müqviləsinə əsasən kreditor tərəfindən alıcıya verilmiş kredit hesabına ödənilir, alıcı-ipoteka qoyan daşınmaz əmlakı müqavilə üzrə yaranmış hüquqa əsasən onunla ipoteka saxlayan-kreditor arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxkayana ipoteka verir. - kreditor qismində Cavabdeh6 ASC ilə borcalan qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 202/21 saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, kreditor tərəfindən borcalana 300 ay müddətinə illik 8% faiz dərəcəsi ilə ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi üzərinə götürmüşdür. - Cavabdeh6 ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu əsas borc üzrə 99.682,44 manat, faiz borcu üzrə 9712,41 manat olmaql, cəmi 109.394,85 manat təşkil edir. - AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2619 saylı rəyinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”-na əsasən, ekspertizaya 38 saylı mənzil kimi təqdim edilmiş və eyni zamanda İddiaçı yaşadığı mənzilin ümumi sahəsinin 92,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, ekspertizaya 37 saylı mənzil kimi təqdim edilən mənzilin qapısı bağlı olduğundan həmin mənzildə ölçü işləri aparılmamışdır. Bu səbəbdən də, sözügedən mənzilin ümumi sahəsinin neçə kv.m olduğunu müəyyən etmək mümkün olmamışdır. - xx.xx.2022-ci il tarixdə iş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 37 və 38 saylı mənzillər binanın birinci blokunda, 10-cu mərtəbədə yerləşirlər. Liftdən çıxıb sağa döndükdə sözügedən mənzillər müşahidə olunur. 37 saylı mənzilin qapısı bağlıdır və mənzilə daxil olmaq olmur. Həmçinin müəyyən edildi ki, mənzillər sağdan sola doğru sıralanmışdır. 38 saylı mənzilə daxil olduqda məlum olmuşdur ki, mənzildə yaşayış var və iddiaçı (İddiaçı) hal-hazırda həmin mənzildə yaşayır. Mənzilin sahəsi 100 kv.metrdir və 2 otaqdan ibarətdir. Mənzilin eyvanına daxil olmaq mümkün olmamışdır. Eyvanda iddiaçının əşyaları yerləşdirilmişdir və görünür ki, əşyalar xeyli zamandır orada qalmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 13, M9, m3) tikilərək İddiaçı təhvil verilməsi barədə Cavabdeh5 MMC ilə İddiaçıov arasında xx.xx.2012-ci ildə müqavilə bağlanmış və MMC tərəfindən verilmiş arayışa əsasən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyata alınmış və bununla bağlı ona dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra isə Cavabdeh4 həmin dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu 38 saylı mənzili Cavabdeh3 satmış, bu zaman əmlakın dəyərinin tam ödənilməsinin təmin edilməsi məqsədilə Cavabdeh3 Cavabdeh6 ASC ilə xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlayaraq 100.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4, Cavabdeh3 və Cavabdeh6 ASC arasında alğı-satqı və ipoteka müqaviləsi bağlanaraq mənzil Cavabdeh3 mülkiyyətinə verilmiş, eyni zamanda kredit müqaviləsinin təminatı olaraq həmin mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Alğı-satqı müqaviləsi əsasında mənzil xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Buna baxmayaraq həmin 38 nömrəli mənzildə hazırda İddiaçı yaşayır. İşin mübahisəli halı odur ki, İddiaçı mübahisə predmeti olan 38 saylı mənzilin ilkin olaraq ona satıldığını, dəyərini tam ödədiyini, lakin mənzil hazırda Cavabdeh3 adına qeydiyyata alındığı üçün sahibliyində və istifadəsində olan mənzilə dair öz adına çıxarış ala bilmədiyini bildirir. Dünmalıyeva Aysel isə Cavabdeh4 ona faktiki olaraq eyni binada və mərtəbədə yerləşən 37 saylı mənzili göstərdiyini və təhvil verdiyini, lakin müqaviləyə əsasən 38 saylı mənzili sataraq onu aldatdığını bildirir. Bundan əlavə, Cavabdeh6 ASC Cavabdeh3 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyini bildirir. Qeyd olunanlara əsasən iddialar üzrə tələblər ondan ibarətdir ki, - birinci tələb üzrə iddiaçı "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokolu, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışı, bunların əsasında verilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və çıxarış əsasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsi əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi, onun 38 saylı mənzilə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüqunun dövlət reyestrində qeydə alınmasına dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 üzərinə qoyulmasını; - ikinci tələb üzrə iddiaçı xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini və Cavabdeh4 170.000 manat məbləğində pulun Cavabdeh3 xeyrinə tutulmasını; - üçüncü tələb üzrə iddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi və müqavilə üzrə yaranmış əsas və faiz borcunun cəmi olan 109.394,85 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh3 bankın xeyrinə tutulmasını xahiş edir. Məhkəmə tələblərlə bağlı ilkin olaraq birinci tələbi araşdıraraq qeyd edir ki, işin mahiyyətinin araşdırılması zamanı ilk növbədə İddiaçı xx.xx.2012-ci il tarixdə müqavilə əsasında satılmış mənzilin, sonradan xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına hansı əsasla qeydiyyata alınması məsələsi aydınlaşdırılmalıdır. İş üzrə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh4 adına qeydiyyata alınmasının əsası "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışından ibarət olmuşdur. Hansı ki, qeyd olunan sənədlər MMC-nin sədri kimi X4 tərəfindən imzalanmışdır və hazırda onun barəsində hazırkı mənzil mübahisəsi ilə bağlı Ağır Cinayətlər Məhkəməsində cinayət işi aparılır. Məhkəmə "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışına nəzər salaraq qeyd edir ki, arayışın məzmununda ünvan 2 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur və bu binanın giriş 1, mərtəbə 9, ümumi sahəsi 96 m2, yaşayış sahəsi 82 m2 olan iki otaqlı 38 nömrəli mənzilin pay dəyərinin Cavabdeh4 tərəfindən tam ödənildiyi qeyd olunsa da, mənzilin hansı müqaviləyə əsasən Cavabdeh4 satıldığı, mənzilin dəyərinin nə qədər təşkil etdiyi, dəyərinin nəyə əsasən müəyyən edildiyi və hansı qaydada ödənildiyi öz əksini tapmamışdır. Hansı ki, həmin məlumatlar MMC tərəfindən İddiaçı adına verilmiş maliyyə arayışında qeyd edilmişdir. Bundan başqa, "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarışda iclasda 210 nəfərin iştirak etdiyi qeyd olunsa da, iştirakçılar barədə məlumat olmadığından onların şəxsiyyətini müəyyən etmək mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, ikinci tələb üzrə Cavabdeh4 məhkəmə iclasında izahatında Qəniyev Rafətin ona faktiki olaraq həmin ünvanda, həmin mərtəbədə yerləşən 37 saylı mənzili göstərmiş və təqdim etmiş, lakin 38 saylı mənzilə dair maliyyə arayışı və digər sənədlər vermiş, dolayısı ilə 38 saylı mənzili ona satmış və həmin mənzilə dair çıxarış almasına, bununla da onu aldatmağa nail olduğunu bildirmişdir. Məhkəmə sənədlərə bağlı qeyd olunanlarla yanaşı ikinci tələb üzrə Cavabdeh4 iddianı qismən etiraf etməsini də alaraq hesab edir ki, "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarış, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışı formal olaraq tərtib edilmişdir və həmin sənədlərin heç bir hüquqi əsası yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, göründüyü kimi Mülki Məcəllənin 139-1.1.6-cı maddəsi rəhbər tutulmaqla mübahisə predmeti olan 38 saylı mənzil Cavabdeh4 adına hazırda mübahisələndirilən həmin sənədlər əsasında rəsmiləşdirilmişdir. Lakin həmin sənədlər yarandığı andan etibarsız sənədlər olduğundan və hüquqi nəticələr yaratmadığından bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində mənzilin Cavabdeh4 adına qeydiyyata alınması ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixi çıxarış ləğv edilməlidir. Belə ki, Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Məhkəmə birinci və ikinci tələb üzrə eyni predmeti təşkil edən xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, göründüyü kimi xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin əsasını Cavabdeh4 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış təşkil edir. Hazırkı halda həmin çıxarış etbarsız hesab edildiyindən həmin çıxarışın doğurduğu nəticələr, dolayısı ilə çıxarışla Cavabdeh4 müəyyən edilən mülkiyyət hüquqları əsasında bağlanmış müqavilə də etibarsızdır. Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3 və 139-1.1.4-cü maddələrinin tələbinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və qanuni qüvvəyə minmiş məhkəmə qərarları, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (MM-in 139-1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddələri) üçün xarakterik olan əsasa bağlılıq prinsipi tələb edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış istənilən qeydin etibarlı hüquqi əsası (müqavilə, məhkəmə qətnaməsi, vəsiyyətnamə və s.) olsun. Lakin Cavabdeh4, dolayısı ilə də, Cavabdeh3 mübahisəli mənzilə münasibətdə mülkiyyət hüquqları etibarsız əqdlər əsasında qeydə alınmışdır. Bu baxımdan, onların həmin daşınmaz əmlaka dair hər hansı hərəkət etmək, o cümlədən özgəninkiləşdirmək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir...” Məhkəmə qeyd edir ki, birinci tələb xx.xx.2021-ci il tarixdə mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh3 adına qeydiyyata alınması ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin çıxarış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən verilmiş, hazırda isə qeyd xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bu halda etibarsız müqavilənin doğurduğu nəticələr, dolayısı ilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarış hüquqmüəyyən edici sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə birinci tələb üzrə İddiaçı mübahisə predmeti olan 38 saylı mənzilə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüqunun dövlət reyestrində qeydə alınmasına dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 üzərinə qoyulması tələbi ilə bağlı qeyd edir ki, hazırkı halda mənzilə dair Cavabdeh4 adına olan sənədlərin – arayışlar, çıxarış və dövlət reyestrindən çıxarışın etibarsız və ləğv edilməsinin ən böyük əsası məhz iddiaçının həmin mənzilə olan mülkiyyət hüquqlarına söykənir. Bu halda iddiaçının həmin mənzilə mülkiyyət hüquqlarının olmasının yeni müəyyən edilmiş və ya mübahisəli fakt kimi məhkəmə qətnaməsi ilə yenidən müəyyən edilməsi hazırkı qətnamənin öz-özlüyündə mübahisəli faktlara əsaslanması ilə nəticələnə bilər. Bundan başqa hazırkı halda qətnamə ilə müəyyən edilmiş faktlar və qəbul edilmiş qərar əsasında iddiaçının adına mənzilə dair müvafiq qeydlərin aparılmasında hər hansı maneə və ya cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 hər hansı imtina ilə bağlı qanunsuz hərəkəti müəyyən edilmədiyindən cavabdeh orqanın üzərinə belə bir öhdəliyin qoyulmasına zərurət yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə ikinci tələb üzrə iddiaçının cavabdehdən 170.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd edir ki, hazırkı halda mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh3 satılmasına dair alğı-satqı müqaviləsi etibarsız hesab edilərək bu müqavilədən irəli gələn çıxarış ləğv edildiyindən iddiaçı avtomatik olaraq hazırda adına qetdiyyatda olan mənzildən məhrum edilmiş olacaqdır. Bu halda iddiaçının cavabdehə - Cavabdeh4 mənzilin dəyəri olaraq ödədiyi 170.000 manat məbləğində pul onun əsassız varlanmasına və iddiaçıya həmin məbləğdə maddi ziyan dəyməsinə səbəb olur. Məhkəmə bu halı, həmçinin tərəflərin hüquq və mənafelərini nəzərə alaraq qeyd edir ki, iddia tələbi 170.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Məhkəmə üçüncü tələblə bağlı qeyd edir ki, iş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Hazırda kredit müqaviləsi üzrə borclu kredit müqaviləsinin mənzilin dəyərinin ödənilməsi məqsədilə bağlandığından mənzilin alğı-satqısına dair müqavilə etibarsız hesab edildiyi halda tərəflərin əvvəlki vəziyyətinə qayıtmalı və buna görə də kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə xitam verilməli olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, işin hallarından da göründüyü kimi bankla Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə ayrı-ayrılıqda iki müqavilə 1-kredit müqaviləsi və 2-alğısatqı və ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə bir-birinə bağlı olsa, müqavilələrin icrası bir-birini şərtləndirsə də hər iki müqavilə müstəqil olmaqla yaratdığı öhdəlilklər də müxtəlifdir. Hər nə qədər kredit müqaviləsində borcalana kredit verilməsinin məqsədi kimi mübahisə predmeti olan 38 saylı mənzilin dəyərinin ödənilməsi qeyd edilməsinə baxmayaraq verilmiş kreditin məqsədli təyinatına uyğun istifadə etmək borcalanın vəzifəsidir. Hazırkı halda borcalanın götürdüyü krediti təyinatına uyğun istifadə etməməsi və ya edə bilməməsi onun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə xitam verilməsinə əsas ola bilməz. Həmin kredit müqaviləsinin etibarlılığı isə digər əsaslarla mübahisələndirilməmiş, həmçinin məhkəmə iclasında izahat verən tərəflər də bununla bağlı fikir irəli sürməmişlər. Buna görə də, iddia tələbi kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və Cavabdeh3 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində təmin edildiyindən, iddia ödənilmiş 398,97 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, birinci tələb üzrə iddia qismən, ikinci və üçüncü tələb tam təmin edilməli, birinci tələb tələb üzrə "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışı, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışı etibarsız hesab edilməli və həmin sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, birinci və ikinci tələb üzrə Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsi etibarsız hesab edilməli, birinci tələb üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 13, M9, m3) mənzilə İddiaçı sahiblik və istifadə hüququ müəyyən edilməli, birinci tələb üzrə iddia qalan hissədə rədd edilməli, ikinci tələb üzrə 170.000 (yüz yetmiş min) manat məbləğində pul vəsaiti Cavabdeh4 Cavabdeh3 xeyrinə tutulmalı, üçüncü tələb üzrə Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməli, Cavabdeh3 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 (yüz doqquz min üç yüz doxsan dörd manat səksən beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 398,97 (üç yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində pul Cavabdeh6 ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, birinci və ikinci tələb üzləri ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Birinci tələb üzrə iddia qismən təmin edildiyindən keçirilmiş məhkəmə ekspertizasının xərci cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Birinci tələb üzrə iddia qismən, ikinci və üçüncü tələb tam təmin edilsin. Birinci tələb tələb üzrə "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışı, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışı etibarsız hesab edilsin və həmin sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Birinci və ikinci tələb üzrə Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsi etibarsız hesab edilsin. Birinci tələb üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 13, M9, m3) mənzilə İddiaçı sahiblik və istifadə hüququ müəyyən edilsin. Birinci tələb üzrə iddia qalan hissədə rədd edilsin. İkinci tələb üzrə 170.000 (yüz yetmiş min) manat məbləğində pul vəsaiti Cavabdeh4 Cavabdeh3 xeyrinə tutulsun. Üçüncü tələb üzrə Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021ci il tarixli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh3 99.682,44 manat əsas borc, 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 (yüz doqquz min üç yüz doxsan dörd manat səksən beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 398,97 (üç yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində pul Cavabdeh6 ASC-nin xeyrinə tutulsun. Birinci tələb üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumları birinci və ikinci tələb üzrə iddiaçıların özlərinə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar