AzərbaycaṅRespublikası̇adından Qətnamə Bakı̇şəhəri İş̇№̇e-2(004)-5325/2025 12.03.2026 BAKİŞƏHƏRİYASAMAL̇RAYOṄMƏHKƏMƏSI Hakim Babazadə̇GülnaṙVidadi qızınıṅsədrliyi, ƏliyevȧAfaq Əkbəṙqızınıṅkatibliyi, İddiaçı̇İddiaçı, Cavabdeh Cavabdeh iştirakları̇ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasındȧbaxaraq, məhkəmə MÜƏYYƏṄETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 5000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyana görə təzminatın, 121 manat tərəfindən ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh həkim kimi tanımış, belə ki, 2019-cu ildə burnunu estetik əməliyyat etdirmək istəyərkən sosial şəbəkələrdə araşdırma aparmış, bu həkimin fəaliyyətini izləmiş, həmin il onun burun əməliyyatını uğurla icra etdiyi üçün 2022-ci ilin yay aylarında o, cavabdehə müraciət edərək Liposaksiya əməliyyatı, yəni belin incələşdirilməsi əməliyyatını ona həvalə etmək istədiyini bildirmişdir. ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən HTC klinikasında işləyən cavabdeh həkim Cavabdeh qəbuluna getmiş, həkim ona 2400 manat məbləğində pul vəsaiti müqabilində həmin əməliyyatı edəcəyini demiş və həmin gün 70 manat ödəniş etməklə analizlər vermiş, ## ###### 2023-cü il tarixdə cərrahi əməliyyata üçün hazırlaşmışdır. ## ###### 2023-cü il tarixdə saat 09 radələrində o, cərrahi əməliyyatın icra edilməsi məqsədi ilə həmin klinikaya getmişdir. Cərrahi əməliyyat icra olunduqdan sonra növbəti gün, yəni ## ###### 2023-cü il tarixdə ona evə buraxılış verilməsi bildirilsə də, o, əlavə 120 manat pul vəsaiti ödəməklə 1 gün artıq qalmışdır. ## ###### 2023-cü il tarixdə o, ev̇ buraxılmışdır. Onun qarnına drenaj qoyulmuşdur. Evə gedərkən də ona qohumu İmanova Əzimə Günəş qızı kömək etmişdir. Ev şəraitində qonşusu tibb bacısı Aygün adlı xanım sarğılarını dəyişdirmişdir. O, həkimlə daim əlaqədə olub onun dediklərini yerinə yetirmiş, lakin evə gəldiyi gündən onun səhhətində problemlər olmuş və bədən hərarəti həmişə yüksək olmuş, cərrahi əməliyyat yerlərindən isə, çirk axmışdır. O, bu barədə həkimə iradını bildirdikdə, o, immunitetinin zəif olmasını və bədənində su çatışmamazlığı olduğundan ona gündə 06 litr su içməyini tövsiyə etmişdir. Əməliyyatdan təxminən 1 həftə sonra o, yenidən Elnur həkimin qəbuluna getmiş və drenajları çıxararaq piltə qoymuş və bədənində olan çirklərin axıb gedəcəyini bildirmişdir. Daha sonra cərrahi əməliyyat yerlərinin gündən-günə açıldığını görüb həkimə bu barədə dedikdə həkim ona vinilin, marqanez dərman preparatları istifadə etməyi tövsiyə etmişdir. Eyni zamanda, fulkanazol, dematon sistem, antibiotiklər istifadə etmişdir. Daha sonra dərman preparatların səhhətinə kömək etmədiyini görüb yenidən dəfələrlə həkimə bu barədə iradını bildirmiş və bundan sonra o, onun yenidən əməliyyat olunmağını dedikdə o, həyati riskini başa düşərək bu şəxsin onu əməliyyat etməsinə razı olmamış və o, həkimdən ona ümumi dəymiş 5000 manat məbləğində pul vəsaitini ona qaytarmağını xahiş etmiş, ## ##### 2023-cü il tarixdə HTC klinikasına getdikdə cavabdeh onunla kobud danışaraq onun öz səhlənkarlığı ucbatından mikrob düşdüyünü, eyni zamanda, immuniteti zəif olduğu üçün belə hal baş verdiyini bildirmişdir. O, 2400 manat pulu həkim Cavabdeh köməkçisi Orxan adlı şəxsə HTC klinikasında yerləşən 5-ci mərtəbənin sonuncu otağında vermişdir. Karset, digər lavəzimatlar, eləcə də əməliyyatdan sonrakı müalicə xərcləri 2600 olmuşdur. Bundan başqa cavabdehin bu əməliyyatı ona ağır mənəvi stress yaşatmış̇və̇hələ̇də̇bu ağrılarıṅəziyyətini çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh olan şəxs onu əməliyyat edən həkimdir. Onun ilk dəfə burun əməliyyatını icra edib və çox uğurlu olub. Buna görə də yenidən ona liposaksiya əməliyyatı üçün müraciət etmiş, aralarında razılıq olmuşdur. Əməliyyat bitdikdən sonra o, özündə ciddi fəsadlar görərək, dəfələrlə həkimə bildirdi. Lakin həkim ona qarşı çox laqeyd yanaşdı. Hazırda da, əməliyyat olan nahiyədə fəsadlar qalıb. Yenidən əməliyyat olunmalıdır, lakin maddi cəhətdən imkanı yoxdur. Həmçinin həkim burun əməliyyatından sonra əvvəl-sonra şəkillərini sosial şəbəkədə paylaşmışdı. Amma daha sonra etdiyi liposaksiya əməliyyatını uğursuz icra etdiyi üçün və bunu bildiyi üçün şəkillərini sosial şəbəkə də paylaşmadı. Bu da onu göstərir ki, cavabdeh öz təqsirini ən başından bilib. Ona verilən suallara cavab olaraq bildirdi ki, əməliyyat üçün ödənilməli pulu həkimin köməkçisinə vermişdir. Əldə etdiyi məlumata görə hazırda həmin xəstəxanada işləmir. 2023-cü ilin fevral ayında əməliyyat olunmuşdur. Ona xəstəxanadan bildirdilər ki, baş verən hadisə onların səlahiyyətində deyil. Cavabdeh onu əməliyyat edən həkim olub. 2023-cü ilin fevral ayında əməliyyat olunmuşdur. Əməliyyata görə 2500 manat ödəmişdir. Pulu həkimin köməkçisi Orxan adlı şəxsə həkimin otağında ödəmiş, bununla bağlı yazışmaları da məhkəməyə təqdim etmişdir. Xəstəxananın kassasına pul ödəməmişdir. Xəstəxanaya ödədiyi pulların geri qaytarılması üçün müraciət etsə də, təqdim etmədilər. Nəsimi Rayon Polis İdarəsi tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib. Hazırda yenidən təcili şəkildə əməliyyat olunmalıdır, amma maddi cəhətdən imkanı yoxdur deyə təxirə salmışdır. Cavabdeh tərəflə aralarında barışıq əldə olunmamışdır. Yenidən səhhəti ilə əlaqədar əməliyyat olunmalıdır. Təqdim etdiyi şəkillər əməliyyatdan 3 gün sonra çəkilib. 24 fevral tarixində əməliyyat olunmuş, 27 fevralda isə həkim müayinəsində olmuş, belə çıxır ki, mikrobu həkim salıb. Əgər onun immun sistemi zəif idisə, niyə onda onu əməliyyat edirdi. Göstərilənlərə əsasəṅməhkəmədən iddia tələbinin təmiṅedilməsi̇barədə̇qətnamə̇çıxarılmasını̇xahiş̇etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya ilk öncə burun əməliyyatı, daha sonra 2023-cü ildə isə liposaksiya əməliyyatı icra etmişdir. Səhiyyə Nazirliyi tərəfindən verilmiş sertifkat əsasında fəaliyyət göstərir. Əməliyyatdan əvvəl xəstəyə bütün risklər, evdə necə qulluq olunması izah edilmiş, bununla bağlı zəruri sənədlərə imza atdırmışlar. Əgər iddiaçının dediyi kimi ona laqeyd davranmışdırsa, onda niyə evə çıxdıqdan sonra onu yenidən palatada yatmağı üçün xəstəxanaya dəvət etdi? Ona verilən suallara cavab olaraq bildirdi ki, əgər əməliyyat olunan hissəyə mikrob düşürsə, düzgün qulluq edilmirsə, yara açılır və pis vəziyyətə düşür. Əməliyyat olunan hissənin sağalması immunitetdən asılıdır, əgər xəstənin immun sistemi zəifdirsə və yara sağala bilmirsə, burada həkimi təqsirli görmək olmaz. Çünki əməliyyat onun etməli olduğu protokollara uyğun edilmişdir. Əgər iddiaçının hazırda əməliyyat olan nahiyə ilə bağlı şikayətləri varsa sadə bir əməliyyatla bərpa etmək olar. Lakin burada onun hər hansı səhvi yoxdur. Əməliyyat olunandan sonra da prokurorluqda araşdırma aparılmışdır, rəy alınmışdır. Halhazırda da rəydə onun səhvi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi̇barədə̇qətnamə̇çıxarılmasını̇məhkəmədəṅxahiş̇etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiȧrədd edilməlidir. Belə̇ki, iş̇materiallarındȧolan: - İddiaçı adına tərtib edilmiş “xxxx Hospital” xəstəxanasının ****** nömrəli xəstəlik tarixindən görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə xəstəxanaya “lokal piylənmə, qarının öz divarının sallanması” diaqnozu ilə daxil olmuş, qarında dəri və dərialtı qatın illanması, striyalar, qarında piy önlüyünün yaranması, budun iç və bayır səthində lokal iylənmə şikayəti, aparılan klinik, laborator və instrumental müayinələrdən sonra əstəyə “qarın sallanması. Lokal piylənmə” diaqnozu qoyulmuş, xəstədə endotraxeal esteziya altında “Abdominoplastika” əməliyyatı icra edilməsi planlaşdırılmış, xəstənin özü və ailə üzvləri razı olmuşlar, cərrahi əməliyyatın gedişi zamanı qarnın ön divan əmliyyatını işarələnməyə uyğun kəsilmiş, fleb fassiya ürərindən qaldırılmış, göbək kalizasiyası aparılmış, hemostaz bərpa edilmiş, artıq toxuma çıxarılmış, hemostaz iki əd hemovak dren qoyulmuş, dərialtı və dəri tikişlıri bərpa edilmiş,̇sarğı̇və̇korset ilə̇əməliyyatȧson verilmiş,̇ağırlaşmȧolmamışdır. - İddiaçı adına tərtib edilmiş “xxxx Hospital” xəstəxanasının tibbi epikrizindən görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə xəstəxanaya “lokal piylənmə, qarının öz divarının anması” diaqnozu ilə daxil olmuş, qarında dəri və dərialtı qatın sallanması, striyalar, rında piy önlüyünün yaranması, budun iç və bayır səthində lokal piylənmə şikayəti uş, aparılan klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Qarın anması. Lokal piylənmə” diaqnozu qoyulmuş, əlavə olaraq iltihab əlehinə ümumi şılaşdırıcı desensibilizəedici və simptomatik müalicələr aparılmış, xəstə laborator müayinələrdən keçirilmiş, HCV, HBS, HİV, RV – neqativ olmuş, qanın ümumi analizi və koaquloqramma norma daxilində olmuş, EKQ sinus ritmi düzgün olmuş, xəstənin ümumi halı qənaətbəxş şəkildə ##.##.2023-cü il tarixdə evə yazılmış və poliklinika şəraitində olması və 06 ay ərzində fiziki əməkdən azad olunması məsləhət görülmüşdür. - Bakı şəhəri Nizami Rayon Prokurorluğunun müstəntiqi Anar Namazovun ## ### 2023cü il tarixli qərarına əsasən İddiaçı “xxxx HOSPİTAL”ının plastik cərrahı Elnur Mehralı tərəfindən həmin xəstəxanada düzgün əməliyyat olunmaması barədə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə̇əsasəṅcinayəṫişiniṅbaşlanması̇rədḋedilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” X4 İddiaçı ünvanladığı ## #### 2023-cü il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə “xxxx HOSPİTAL” məxsus klinikada plastik-cərrah Cavabdeh tərəfindən aparılan uğursuz plastik cərrahi əməliyyatdan sonra səhhətinizdə yaranan narahatçılığa görə dəyən ziyanın ödənilməsi və həmin həkimin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı müraciətə aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” X4də araşdırılmışdır. Bildirilmişdir ki, müraciətdə qeyd olunan faktların mülki məsələ olduğu, bilavasitə məhkəmə-tibb ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruri yarandığı və dəymiş zərərin ödənilməsi məsələsi qeyd olunduğundan və hazırda Nizami rayon prokurorluğu tərəfindən araşdırılma aparıldığı üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” tərəfindən həmin obyektdə təkrar plandankənar (növbədənkənar) yoxlama keçirilməsinə rəsmi icazə verilməmişdir. Əlavə olaraq məlumat üçün bildirilmişdir ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibb xidmətlərinin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Müraciətində qeyd olunan faktların (dəymiş maddi zərər və müalicənin nəticələri) mülki məsələ olduğu və dəymiş zərərin ödənilməsi məsələsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnȧmalik olduğu̇bildirilmişdir. - Yasamal Hospitalın ## ##### 2024-cü il tarixli döş qəfəsi orqanlarının rentgen müayinəsi raporuna əsasən ağciyərlərdə aktiv ocaqlı infiltrativ patologiya qeyd edilmədi. Sağ ağciyər kökü dolğun izlənilir. Sağ kökətrafı sahələr güclənib. Bronxovaskulyar görüntü hər iki ağciyərdə bir qədər artıb. Mediastinum mərkəzdə yerləşmiş, normal ölçüdə və yaşauyğun formadadır. Traxeya və baş bronxların silueti aydın diferensiasiya edilir, yerdəyişmə deformasiya və s. qeyd edilmədi. Ürək və iri damarların görüntüsü yaşauyğundur. Kardiofrenik bucaqlar aydın diferensiasiya edilir. Kostofrenik sinuslar sərbəstdir. - Bakı şəhəri Nizami Rayon Prokurorluğunun İddiaçı ünvanladığı ## ######## 2024-cü il tarixli cavab məktubuna əsasən “xxxx” hospitalının plastik cərrahı Cavabdeh tərəfindən həmin tibb müəssisəsində düzgün əməliyyat olunmamağı barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırmanın qeyri-obyektiv aparılması və araşdırma nəticəsində qəbul edilmiş ## ### 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə ##.##.2024-cü il tarixli müraciəti rayon prokurorluğunda toplanmış ***C- ** nömrəli araşdırma materialına əlavə edilərək baxılmışdır. Bildirilmişdir ki, “xxxx” hospitalının plastik cərrahı Cavabdeh tərəfindən həmin tibb müəssisəsində düzgün əməliyyat olunmamağı barədə müraciəti əsasında Bakı şəhəri, Nizami rayon prokurorluğunda araşdırma aparılmış və ## ### 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar qəbul edilmişdir. Toplanmış material nəzarət qaydasında tərəfindən öyrənilmiş və ## ### 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsassız olduğundan ##.##.2024-cü il tarixdə ləğv edilərək müvafiq göstərişlər verilməklə əlavə araşdırmanın aparılması rayon prokurorluğunun müstəntiqi, R Orxan Babayevə həvalə edilmişdir. Hazırda toplanmış material üzrə araşdırma davam etdirilir, araşdırmanın tam, obyektiv və hərtərəfli aparılması təmin edilməklə nəticəsi barədə̇əlavə̇məlumat veriləcəkdir. - Bakı şəhəri Nizami Rayon Prokurorluğunun müstəntiqi Orxan Babayevin ## ######## 2024-cü il tarixli qərarına əsasən ##.##.2023-cü il tarixdə “xxxx” Hospitalda İddiaçı üzərində icra olunmuş “Abdominaplastika, Liposaksiya” əməliyyatı texniki cəhətdən düzgün icra edildiyindən və səhiyyə sistemində qüvvədə olan ** saylı əmrin heç bir bəndi pozulmadığı üçün toplanmış material üzrə həmin hissədə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-d maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ## ###### 2023-cü il tarixdə əməliyyata görə Cavabdeh köməkçisi Orxan adlı şəxsə “xxxx” Hospitalda 2400 manat pulu əlbəəl verməsi barədə göstərdiyi xüsusatlar təsdiqini tapmadığı üçün toplanmış material üzrə həmin hissədə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması̇rədḋedilmişdir. Həmin qərara əsasən araşdırma zamanı İddiaçı izahatlarında bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır, ailəlidir, 2 övladı var. Həkim Cavabdehyevi 2019-cu ildə öz burnunu estetik əməliyyat etdiyi üçün razı qaldığı üçün o, həmin həkimi sosial şəbəkələrdə daim izləmişdir. Belə ki, 2022-ci ilin yay aylarında o, yenidən həkim Cavabdehyevlə danışaraq Liposaksiya əməliyyatı, yəni belin incələşdirilməsi əməliyyatı olunması üçün müraciət etmişdir. O, ## ###### 2023-cü il tarixdə yenidən Bakı şəhəri, Nizami rayonunda yerləşən HTC klinikasında işləyən həkim Cavabdehyevin qəbuluna getmişdir, həmin əməliyyatın icra edilməsi üçün həkim 2400 manat məbləğində pul vəsaiti müqabilində həmin əməliyyatın icra olmasını qeyd etmiş və həmin gün 70 manat ödəniş etməklə analizlər vermiş və ## ###### 2023-cü il tarixdə cərrahi əməliyyat icra edilməsi həkim tərəfindən ona bildirilmişdir. ## ###### 2023-cü il tarixdə saat 09 radələrində o cərrahi əməliyyatın icra edilməsi məqsədi ilə həmin klinikaya getmişdir. Cərrahi əməliyyat icra olunduqdan sonra növbəti gün, yəni ## ###### 2023-cü il tarixdə ona evə buraxılış verilməsi bildirilsə də, o əlavə 120 manat pul vəsaiti ödəməklə 1 gün artıq qalmışdır. ## ###### 2023-cü il tarixdə o evə buraxılmışdır. Onun qarnına drenaj qoyulmuşdur. Evə gedərkən də ona qohumu İmanova Əzimə Günəş qızı kömək etmişdir. Ev şəraitində ona qonşusu tibb bacısı Aygün adlı xanım onun sarğılarını dəyişdirmişdir. Həkimlə daim əlaqədə olub onun dediklərini yerinə yetirmişdir. Evə gəldiyi gündən onun səhhətində problemlər olmuş və bədən hərarəti həmişə yüksək olmuş, cərrahi əməliyyat yerlərindən isə çirk axmışdır. O, bu barədə həkimə iradını bildirdikdə immunitetinin zəif olması və bədənində su çatışmazlığı olduğundan ona gündə 06 litr su içməyini tövsiyə etmişdir. Əməliyyatdan təxminən 01 həftə sonra o, yenidən Elnur həkimin qəbuluna getmiş və drenajları çıxararaq piltə qoymuş və bədənində olan çirklərin axıb gedəcəyini bildirmişdir. Daha sonra cərrahi əməliyyat yerlərinin gündən-günə açıldığını görüb həkimə bu barədə dedikdə həkim ona vinilin, marqanez dərman preparatları istifadə etməyi tövsiyə etmişdir. Eyni zamanda, fulkanazol, dematon sistem, antibiotiklər istifadə etmişdir. Daha sonra dərman preparatların onun səhhətinə kömək etmədiyini görüb yenidən dəfələrlə həkimə bu barədə iradını bildirmişdir və sonuncu da yenidən əməliyyat vaxtını təyin etdikdə ona yenidən əməliyyat olınmaqdan qorxduğu üçün həmin həkimin yenidən əməliyyat edilməyini istəməmişdir. O xahiş etmişdir ki, ona ümumi dəymiş 5000 manat məbləğində pul vəsaitini ona qaytarsın. Qeyd etmişdir ki, o şikayət etmək üçün ## ##### 2023-cü il tarixdə HTC klinikasına getdikdə Elnur həkim onuunla kobud danışaraq onun özünün səhlənkarlığı ucbatından mikrob düşdüyünü, eyni zamanda, immunitetimin zəif olduğu üçün belə hal baş verdiyini bildirmişdir. O, 2400 manat həkim Cavabdehyevin köməkçisi Orxan adlı şəxsə HTC klinikasında yerləşən 5-ci mərtəbəsinin sonuncu otaqda vermişdir. Bununla bağlı heç bir qəbz araşdımaya təqdim edə bilməmişdir. Daha sonra karset və s. digər lavəzimatlar, eləcə də əməliyyatdan sonrakı müalicə xərclərim 2600 olmuşdur. Karsetlərin qəbzləri istisna olmaqla, digər qəbzləri izahatına əlavə etmişdir. ## ###### 2023-cü il tarixdə Cavabdeh köməkçisi Orxan adlı şəxsə 2400 manat pulu əlbəəl verən zaman yanında X2 olmuş, otaqda Orxan, Nazim və o olmuş, başqa heç kəs olmamış, həmin pulu Cavabdeh verməsi üçün sonuncunun deməsi ilə Orxan adlı şəxsə vermişdir, Əlində Orxan adlı şəxsə 2400 manat pul vəsaitini əlbəəl verməyini təsdiq edəcək heç bir sübut yoxdur. X2 bunu təsdiq edə bilər. Orxan adlı şəxsin sadəcə adının Orxan olduğunu və həkim Cavabdeh köməkçisi olduğunu bilir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. O, orta təhsilini başa vurduqdan sonra 2001-ci ildə həmin ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində daxil olmuş, 2007-ci ildə oranı bitirdikdən sonra 2007-2008-ci illərdə Bakı şəhərində Cərrahiyyə ixtisası üzrə internatura pilləsində təhsil aldıqdan sonra Bakı şəhərində müxtəlif tibb müəssisəslərində işləmiş, Hazırda isə Bakı şəhəri, Nizami rayonunda yerləşən HTC klinikasında plastik cərrah ıi çalışır. Sonuncu dəfə 2020-ci ildə piastik cərrah kimi sertifıkasiyadan keçərək lisenziya almışdır. Mahiyyəti üzrə bildirmişdir ki, ## ###### 2023cü il tarixdə 1993-cü il vəllüdlü İddiaçı onun işlədiyi HTC klinikasına müraciət edərək üvafiq analizlərdən keçmiş və Abdominplastika - liposaksiya cərrahi əməliyyatı icra ilməsi üçün yararlı hesab edilmişdir. ## ###### 2023-cü il tarixdə isə özünün və xmlarmın cərrahi əməliyyat uğurla icra edilmişdir. Cərrahi əməliyyatdan sonrakı dövr qənaətbəxş olmuşdur. Pasiyent İddiaçı 2 gün stasionar olaraq klinikada İmiş və klinikada olduğu dövrdə pasientin səhhərində heç bir narahatlıq olmamışdır, fevral 2023-cü il tarixdə isə pasientin səhhəti qənaətbəxş olmaqla evə buraxılış .oşdur. Eyni zamanda, paşjentə postoperamn dövrdə cərrahi əməliyyat yerlərinə sı formada qulluq edilməsi ilə əlaqədar yazılı təyinat verilməklə yanaşı şifahi ada da izah verilmiş, həmçinin, klinikanın tibb bacılarının da əlaqə nömrəsi ıişdir ki, pasiyentin səhhətində narahatçılıq olduğu təqdirdə dərhal tibb işçiləri ilə ə saxlamaq imkanı olsun. Bundan başqa nəzarət yoxlanışlarından keçirilməsi üçün nm yəziyyətindən asıb olaraq 5-7 gün müddətində klinikada nəzarət yoxlamşmq. əsi tövsiyə edilmişdir. Cərrahi əməliyyat icra edildikdən sonra yara yerlərinə drenaj lmuş və xüsusi ilə həmin drenaja nəzarət olunması tapşırılmış, pasientə hərəkət dudiyyəti qoyulmaqla, dik gəzməməsi, əyilərək hərəkət etməsi, çoxlu maye məhlul qəbul etməsi, yaralara steril qulluq edilməsi və s. tövsiyələr onun tərəfindən pasientə verilmişdir. 1 aya yaxın müddət keçdikdən sonra xəstə verdiyi təlimatlara və tövsiyələri düzgün və vaxtında icra etmədiyi üçün, həmçinin, vakum drenajına düzgün qulluq etmədiyi üçün bədəndə olan artıq mayelərin xaricə çıxarılması funksiyasını yerinə yetirən drenajın funksiyası pozularaq, hava çəkmiş və bədəndə olan artıq mayelər xaric ola bilməmiş və yaralar bitişməmişdir. Bununla bağlı pasient İddiaçı ona müraciət edib etiraz bildirdikdə Zahirəyə yaraya düzgün qulluq etməməsini bildirmiş və klinikada nəzarət yoxlanışı zamanı drenajın qopmasını müşahidə etmişdir və bu barədə pasientə bildirmişdir. Drenajın bir neçə gündən sonra qopması birmənalı olaraq pasinetin yaraya düzgün qulluq etməməsi və həkim tövsiyəsinə əməl etməməsindən asılıdır. Əgər drenaj onun səhvi nəticəsində düzgün qoyulmadığı təqdirdə, dərhal biruzə vermiş olardı və nəzərə alınsa ki, pasient 2 gün də xəstəxanada stasionar rejimdə qalmışdır. Bədənində olan mayelər xəstənin məsuliyyətsizliyindəṅdrenaj vasitəsi̇ilə̇bədəndəṅxaric olunmadığı̇üçüṅyaralar da bitişməmişdir. Ona görə də, əlavə müalicə tədbirləri təyin edilmiş və piltə qoyulmuşdur. Daha sonra eyni zamanda o pasient məmnuniyyətini nəzərə alaraq yaranın təkrarən tikilib bərpa edilməsi üçün İddiaçı klinikaya dəvət edilmiş və lakin Əzimə adlı rəfiqəsinin təsiri ilə yenidən əməliyyatdan imtina etmişdir. O da artıq başa düşmüşdür ki, İddiaçı sağalmaq istəmir və əvəzində ona dəymiş ziyanı tələb edir. O, özünün heç bir günahı olmadığı üçün buna qəti surətdə etiraz etmişdir. Ekspertiza təyin olunaraq araşdırmanın obyektiv aparılmasını xahiş etmişdir.̇O, 2400 manat məbləğində̇pul vəsaiti̇müqabilində̇cərrahi̇əməliyyaṫicra etmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş ***C-** saylı meterialda olan məhkəmə-tibbi ekspertizasının ##.##.2023-cü il tarixli ***/KEŞ saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq “xxxx Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2023-cü il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qarın sallanması. Lokal piylənmə” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq ##.##.2023cü il tarixdə İddiaçı üzərində “Abdominoplastika. Liposaksiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstəyə əlavə olaraq iltihab əleyhinə, ümumi yaxşılaşdırıcı desensibilizəedici, simptomatik müalicələr aparılmış və ##.##.2023-cü il tarixdə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda qarının ön divarında abdominoplastikadan sonrakı vəziyyətin, sağrı nahiyəsində liposaksiyadan sonra qeyri-bərabər asimmetrik piy dolğusunun vizualizasiyası və yaranın Til-li (irinləmə ilə) sağaldığı müəyyən edilmişdir. Bu da müxtəlif səbəblərdən, yaranın infeksiya ilə yoluxması, yaraya düzgün qulluq olunmaması və vaskulyarizasiya ilə əlaqədar yarana bilər. Qeyd olunanlarla əlaqədar 3-6 aydan sonra korreksiya məsləhətdir. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. İddiaçı əməliyyatın texniki cəhətdən düzgün icra edildiyindən səhiyyə sistemində qüvvədə olan **̇saylı əmriṅheç̇bir bəndi̇pozulmamışdur. - ##.##.2024-cü il tarixli cinayət işinin rədd qərarından görünür ki, vatsap sosial şəbəkəsində İddiaçı “X5” adlı istifadəçi ilə yazışmalarına baxış keçirərkən müəyyən olundu ki, Zahirə Tağıyevə yaraların gec bitişdiyini bildirdikdə, Cavabdehyev gec olmadığını, şəkillərdən də göründüyü kimi yaralanan gün keçdikcə daha da yaxşılaşdığını bildirmişdir, eyni zamanda İddiaçı çox pis olduğunu xəstəxanada yatmaq istədiyini bildirdikdə Elnur nə olduğunu soruşmaqla “Zahidə mazlan vurursanmı tez-tez, “yaralarına yaxşı qulluq elə”, yazması müəyyən edilmiş, İddiaçı “şlankı nə edək biri çıxıb biri qalıb çıxan yerdən çirkli su axır” yazdıqda Elnur adlı istifadəçi “Necə yəni çıxıb” “Niyə çıxmalıdır ki” yazdıqda isə İddiaçı “Çıxıb da hərəkət çoẋetdim dünən”̇yazması̇müəyyəṅedilmişdir. - Bakı şəhəri Nizami Rayon Prokurorluğunun Tağıyeva Zahı̇rə Malı̇k qızına ünvanladığı ## ######## 2024-cü il tarixli məktubuna əsasən ##.##.2023-cü il tarixdə “xxxx” hospitalının plastik cərrahı Cavabdeh tərəfindən həmin tibb müəssisəsində düzgün əməliyyat olunmamağı barədə müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə ## ######## 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın surəti ona göndərilməklə izah edilmişdir ki, qərardan Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı̇prokurora və̇ya məhkəməyə̇şikayəṫetmək̇hüququ̇vardır. - İddiaçı ilə Cavabdeh arasında olan whatsapp sms yazışmalarına əsasən İddiaçı əməliyyatın uğursuz olduğu, onun istədiyi kimi etmədiyi, bədəində xəsarətlərin olduğu və səhhətində yaranmış problemlərlə bağlı həkimə öz iradını bildirmiş, o isə onu klinikaya dəvət etmiş, yaralarına maz vurmağı məsləhət görmüş, piylərin tutmamış piylər olduğunu, yaranın tikiləcəyi̇və̇izi də̇qalmayacağını̇bildirmişdir. - X1. tərəfindən yazılmış evə təyinat: 1. Sefamed 1 qr. №** – gündə 2 dəfə ə/d; 2. Fluzamed 150 mg – 1 həb 1 dəfə y/s; 3 Meqafer №** – gündə 2 dəfə y/s; 4. Ketanol 150 mg – ağrı zamanı; Betafiks, Betadin, steril salfet. Evdə normal qidalanmalı, ət yeməkləri ilə qidalanmaq, köp yaradacaq qidalar qəti olmaz, spirtli içkilər və qazlı içkilər olmaz, tütün məhsullar qət qadağandır, əməliyyatın 5-7-ci günlər yuyunmağa icazə veriləcəkdir (drenaj çıxdıqdaṅsonra), korset fasiləsiż3 ay taxılacaqdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X4 ****/KEŞ saylı, ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən “xxxx Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2023cü il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qarın sallanması. Lokal piylənmə” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda qarnın ön divarında “Abdominoplastika” əməliyyatı ilə əlaqədar aparılmış cərrahi kəsiyin yerində formalaşmış kobud çapıq toxumasının və nekroz izlərinin olduğu müəyyən edilmişdir ki, bu da müxtəlif səbəblərdən, yəni yaranın infeksiya ilə yoluxması, yaraya düzgün qulluq olunmaması və s. səbəblərdən yarana bilər. Qeyd olunanları nəzərə alaraq, eləcə də cərrahiyyə əməliyyatı və onun mümkün fəsadlaşmalarından uzun müddət keçdiyinə görə bunları birbaşa cərrahiyyə əməliyyatının texniki qüsurlu icrası ilə əlaqələndirmək mümkün olmadı. İddiaçı “Abdominoplastika” əməliyyatı ilə əlaqədar cərrahi kəsiyin yerində formalaşmış kobud çapıq toxumasının və nekroz kimi fəsadlarla əlaqədar onun üzərində̇təkraṙkorreksiyaedici cərrahi əməliyyatınıṅaparılmasınȧehtiyac vardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə̇dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanaṅiddianıṅəsasındȧduran faktlarıṅmövcuḋolmağınȧdair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyəṅedəṅfaktlarla və̇hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi̇şübhə̇yaratmamalıdır.̇Sübutȧyetirilməyəṅtələḃisə̇əsaslı̇hesab edilə̇bilməz. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh təqsiri nəticəsində ona maddi və mənəvi zərər dəyməsi iddia edilsə də, iş materialları ilə həmin hallarıṅtəsdiqini̇tapan mötəbəṙvə̇kifayəṫqədər sübutlaṙtəqdiṁolunmamışdır. Belə ki, iş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertiza rəylərinə əsasən, iddiaçı üzərində aparılmış “abdominoplastika və liposaksiya” əməliyyatı tibbi göstərişlərə uyğun və texniki cəhətdəṅdüzgüṅicra edilmiş,̇normativ tələbləṙpozulmamışdır. Ekspert rəylərində iddiaçının hazırkı vəziyyətində müşahidə olunan fəsadların müxtəlif səbəblərdən (infeksiya, yaraya düzgün qulluq olunmaması, fərdi xüsusiyyətlər və s.) yarana biləcəyi̇qeyd edilmiş,̇bu hallarıṅbirbaşȧhəkimiṅsəhvi̇ilə̇bağlılığı̇təsdiq olunmamışdır. Sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X4 ****/KEŞ saylı, ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən yaranmış fəsadları əməliyyatın texniki qüsurlu icrası ilə birbaşa əlaqələndirmək mümkün olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, prokurorluq orqanının araşdırması zamanı keçirilmiş ekspertiza rəyi və digər sübutlarla da əməliyyatın düzgün icra edildiyi müəyyən edilmiş və cinayəṫişiniṅbaşlanması̇rədḋedilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77-ci maddəsinə görə, tərəflər iddia tələblərini̇və etirazlarını̇sübuṫedəṅhalları̇sübuṫetməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi̇nəzərdə̇tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsiṅadi mülki̇dövriyyə̇şəraitində̇əldə̇edəcəyi̇gəlirləṙ(əldəṅçıxmış̇fayda) başȧdüşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə̇hərəkətləṙ(hərəkətsizlik)̇nəticəsində̇zərərçəkənə̇maddi və̇mənəvi̇zərəṙyetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş̇və̇qanunla qorunan obyektiv hüquqlarıṅpozulması̇ilə̇müşayiəṫolunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarlȧ(smeta, kalkulyasiya və̇s.) təsdiq̇olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarındaṅbiri kimi təsbiṫedir (m. 386.1). Azərbaycan Respublikası Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündəṅbaş̇vermədiyini̇sübutȧyetirərsə,̇məsuliyyətdəṅazad edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını̇pozan) əməldiṙ(hərəkəṫvə̇ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərəriṅəvəzini̇ödəmək̇vəzifəsi̇zərəri̇vurmayan şəxsiṅöhdəsinə̇qoyula bilər. Mülki məsuliyyətin yaranması üçün zərərvurmanın subyekti, zərərin məbləği, səbəbli əlaqə̇və günaḣkimi elementləriṅmövcudluğu̇tələḃolunur. Lakin iş üzrə cavabdeh Cavabdeh hərəkətləri ilə iddiaçının səhhətində yaranmış fəsadlar arasında birbaşa səbəbli əlaqə sübuta yetirilməmişdir. Göründüyü kimi cavabdehin təqsirli hərəkəti müəyyən edilmir. Mülki məsuliyyətin tətbiqi üçün zərərin vurulmasının cavabdeh tərəfindəṅtörədilməsi̇və̇səbəbli̇əlaqəniṅsübuṫolunması̇zəruridir. Məhkəmə mənəvi zərərə görə pul tələbi ilə bağlı iddianı da əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Plenum Qərarının 4.17-ci bəndinə əsasən delikt əsası ilə maddi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən dispozisiya şərtlərinin yoxlanılması ardıcıllığı̇bu qərarıṅ4.12-ci bəndində̇göstəriləṅqaydada həyatȧkeçirilməlidir. 4.12. Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır.26 4.10.Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə̇bu pozuntu arasındȧsəbəbli̇əlaqəniṅolması. 4.68. Tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyasına dair tələblərin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsi, Mülki Məcəllənin 1112-ci maddəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, habelə bu sahəyə aid digər normativ-hüquqi aktlar təşkil edir. 4.69. Mülki Məcəllənin 1112-ci maddəsində yalnız müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyası nəzərdə tutulsa da, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbləri baxımından növləri bu qərarın 4.66-cı bəndində göstərilən tibbi yardımın həyata keçirilməsindən irəli gələn, habelə pasiyentə münasibətdə bu qərarın 4.67-ci bəndində göstərilən təminatların qanunazidd şəkildə pozulması da şəxsə zərərin vurulmasının əsasını təşkil edəcəkdir. 4.70. Mülki Məcəllənin 1112ci maddəsində şəxsin sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən personalın da bu pozuntulara görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunanlar, habelə tibb müəssisələrinin eyni zamanda personalla işçi-işəgötürən münasibətlərində olması nəzərə alınaraq, tibbi xidmətlə bağlı vurulmuş zərərin kompensasiyasına dair iddialara Mülki Məcəllənin 1099-cu maddəsinin də tələbləri gözlənilməklə baxılmalıdır. 4.71.Bu baxımdan dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq tibb müəssisəsinə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülə bilər. Qeyd edilməlidir ki, pasiyentə vurulmuş zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, onun pozuntuya yol vermiş işçisinə qarşı bu qərarın 4.89-cu bəndində göstərilmiş qaydada Əmək Məcəlləsi ilə müəyyən edilən reqres tələb hüququ yaranacaqdır. 4.73.Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasınȧgətiriḃçıxarması. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən hər hansı təqsirli hərəkət, tibbi xidmətin qüsurlu göstərilməsi müəyyən edilmədiyindən, eləcə də cavabdehin hüquqazid hərəkətləri nəticəsində iddiaçının şəxsiyyət hüquqlarının pozulması halı sbuta yetmədiyindən mənəvi zərər hissədə də̇iddia əsassızdıṙvə̇rədḋediilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 5000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyana görə təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi̇rədḋedilməlidir. AzərbaycaṅRespublikası̇Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə̇itirak edəṅşəxslərə̇aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasındȧtədqiq̇olunmuş̇sübutlarlȧəsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu və̇216-220-ci maddələrini̇rəhbəṙtutaraq məhkəmə QƏṪETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 5000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyana görə təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş̇dövləṫrüsumu̇iddiaçınıṅözünə̇aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınȧapellyasiya şikayəti̇verilə̇bilər. Hakim:̇GülnaṙBabazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5325/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5325/2025
12.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver