Məhkəmə qərarları › İş №e-2(004)-5328/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5328/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5328/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqının Cavabdeh qarşı "subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqı Cavabdeh oğluna qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 400 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 430 (dörd yüz otuz) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış “Chevrolet Cruze” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində ünvan 1 ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkən(lər)ə dəymiş zərər üzrə aşağıdakı cədvəldə qeyd olunan məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP3338676 saylı “İnzibati xəta haqqında” Protokoldan (əlavə olunur) məlum olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmiş, bu səbəbdən AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş (hadisə yerindən yayınma) inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Həmin Protokol əsasında xx.xx.2020-ci il tarixli TP3751322 №-li “İnzibati tənbeh vermə haqqında” Qərar (əlavə olunur) qəbul edilmiş və cavabdeh sürücü hadisə yerindən yayındığı üçün 100 (bir yüz) manat inzibati qaydada cərimələnmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan iclasın keçirilməsini və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, avtomobilə dəymiş zərər 400 manat deyildi, həmçinin zərərçəkmişlə aralarında barışıq olub, hazırda şirkətin pul tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. ASC "xxxx" Sığorta Şirkətinin 5649/20 saylı sığorta aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilə 400 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari Sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 400 manat “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş 400 manat məbləğində pul tutulmasını xahiş edir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə müəyyən edilmiş 400 (dörd yüz) manat məbləğində vəsaitin, 430 manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 430 (dörd yüz otuz) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar