Məhkəmə qərarları › İş №e-2(004)-5334/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5334/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5334/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında Cavabdeh xx.xx.2020-cu il tarixli PAA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 490 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 520 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci ildə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “QAZ 2766” markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “QAZ 2766” markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Nissan Sunny” markalı ** RH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 490 manat sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı Cavabdeh hadisə yerindən yayındığı və avtomobili etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir. Abşeron RPİ DYPŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh İXM-nin 332.1, 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. AZ1122 nömrəli poçt tərəfindən “ünvan tam deyil” qeydi yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin “AZEMİS” vasitəsilə 055 600 66 99 mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə cavabdehə xəbər verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci ildə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “QAZ 2766” markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “QAZ 2766” markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Nissan Sunny” markalı ** RH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 490 manat sığorta ödənişi həyata keçirilmişdir. Abşeron RPS polis polkovnik leytenantı X2 xx.xx.2020-ci il tarixli İPX ******* nömrəli protokola və inzibati xəta haqqında işin materiallarına baxaraq xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, ona 100 manat inzibati tənbeh tədbiri tətbiq etmişdir. Qərardan müəyyən edilir ki, ** DM *** dövlət qeydiyyat nişanlı “QAZ 2766” markalı avtomobilin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli hesablama aktından görünür ki, “Nissan Sunny” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə 490 manat maddi zərər dəymişdir. "xxxx" ASC xx.xx.2020-ci il tarixli 005901 nömrəli ödəniş tapşırığına əsasən “Nissan Sunny” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X1 490 manat sığorta ödənişi vermişdir. Sığortalanmış ** DM *** dövlət qeydiyyat nişanlı “QAZ 2766” markalı avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən yayındığına görə, sığorta ödənişini etmiş "xxxx" ASC xx.xx.2020-cu il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 490 manat sığorta ödənişini və ödədiyi 30 manat dövlət rüsumunu Cavabdeh subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Çünki, “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə Sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 24 may 2023-cü il tarixli AS-23/454 nömrəli məktubla Cavabdeh qarşı 490 manat subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hazırkı vaxtadə cavabdehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbiin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “'Sığorta haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-cu il tarixli PAA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 490 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 520 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-cu il tarixli PAA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 490 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 520 (beş yüz iyirmi) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar