Məhkəmə qərarları › İş №e-2(004)-5360/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5360/2025

02.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5360/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul və qanunsuz əməllərin dayandırılması tələbinə dair mülki iş üzrə iddiasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul və qanunsuz əməllərin dayandırılması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aparılmış qanunsuz dəyişikliklərin öz hesabına ləğv edilməsi və ilkin vəziyyətə qaytarılması; xx.xx.2021-ci il tarixindən 2025-ci ilin avqust ayına qədər ödənilməmiş 3168 (üç min yüz altmış səkkiz) manat kommunal xidmət haqqı borcunun və ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə eyni növlü bir neçə işin birləşdirilməsi haqqında vəsatət verərək bildirmişdir ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı kommunal xərclərləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi barədə tələbi 2(004)-4885/2025 saylı iş məhkəmənin icraatındadır. İş üzrə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Bildirmişdir ki, hər iki iş eyni tərəflər arasındadır və eyni faktiki hallara əsaslanmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən, icraatda olan 2(004)-4885/2025 saylı və e-2(004)-5360/2025 saylı işlərin vahid icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı MMC-nin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qanunsuz tətbiq olunan tarifin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə əsasən cavabdeh İddiaçı MMC-nin direktoru İlham Abbasov tərəfindən iddiaçı Cavabdeh qarşı qanunsuz tətbiq olunan tarifin (0.30 və 0.40 manat/kv.m.) ləğv edilməsini və qanuna uyğun tarifin (0.02 manat/kv.m.) tətbiq olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4885/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qanunsuz tətbiq olunan tarifin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi icraata qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul və qanunsuz əməllərin dayandırılması tələbinə dair 2(004)-5360/2025 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qanunsuz tətbiq olunan tarifin ləğv edilməsi tələbinə dair 2(004)-4885/2025 saylı mülki işlər bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)- 4885/2025 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul və qanunsuz əməllərin dayandırılması tələbinə dair 2(004)-5360/2025 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qanunsuz tətbiq olunan tarifin ləğv edilməsi tələbinə dair 2(004)- 5360/2025 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-4885/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar