Məhkəmə qərarları › İş №e-2(004)-5368/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5368/2023

30.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5368/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı ("xxxx" ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 4 saylı Abşeron Ərazi İdarəsi cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, Maraqlı şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh2 tərəfindən 19 sentyabr 2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 98 saylı mənzilin satılması üçün keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, 19 sentyabr 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 704/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 19 fevral 2015-ci il tarixli, 11- xx-xx-2015-AC nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 18417,54 manat əsas borc, 649,75 manat faiz borcu olmaqla, cəmi 19067,29 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 173,80 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində vəsaitinin tutulması, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 13 may 2018-ci il tarixli, 11-xx-xx- 2015-AC nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan İddiaçı istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakı ilə birlikdə tərk etməsi, İddiaçı ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, İddiaçı məcburi qaydada evdən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-704/2022-025 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra sənədi əsasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən 16 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən qəbul edilmiş 06 fevral 2023-cü il tarixli qərarı ilə icra sənədinin ərazi aidiyyəti üzrə - Abşeron Rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 Cavabdeh2nə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilin ilkin satış qiymətinin 56 000 manat müəyyən edilməklə 23 avqust 2023-cü il tarixli, № 17/75-9K795 saylı hərracın keçirilməsi haqqında sifariş vermişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh2 tərəfindən 19 sentyabr 2023-cü il tarixli, № 226/23saylı hərrac yekunları barədə protokol tərtib edilmiş və həmin protokolda ünvan 1 ünvanında yerləşən 98 saylı mənzilin yeni mülkiyyətçi Maraqlı şəxs adına dövlət qeydiyyatına alınması və ipotekaya xitam verilməsi qeyd olunmuşdur. İddiaçıya hərracın keçirilməsi barədə heç bir bildiriş göndərilməmiş, hərrac barədə məlumatlandırılmamışdır. Yalnız icra orqanı tərəfindən evin boşaldılması ilə bağlı müraciət edildiyi zaman ipoteka predmeti ilə bağlı hərracın keçirildiyi və mənzilin başqa şəxsə satıldığı məlum olmuşdur. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli (xx.xx.2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75-9K 795 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən 98 saylı mənzil açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan mənzilin açıq hərracda ilkin satış dəyəri 56.000 manat məbləğində müəyyənləşdirilmişdir. Sözügedən hərrac sifarişi Cavabdeh2 MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 19 sentyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” internet informasiya ehtiyatında (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair 1856/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə, borclu İddiaçı (icra vərəqəsində göstərilən ünvanına), eləcə də digər tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. İlkin açıq hərracda iştirak etmək üçün X1 və Maraqlı şəxs ərizə ilə Cavabdeh2 MMC-yə müraciət edərək iştiraklarının təmin olunmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil 56.560 manata Maraqlı şəxs satılmışdır. Bununla əlaqədar olaraq hərracın yekunları barədə 226/23 saylı, xx.xx.2023cü il tarixli protokol tərtib olunmuşdur. 226/23 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokol hərracın qalibi - alıcı, eləcə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbəri və direktor müavininin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Hərrac qanuni və əsaslı olduğundan, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər, üçüncü şəxslər və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 19 fevral 2015-ci il tarixli, 11- xx-xx-2015-AC nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 18417,54 manat əsas borc, 649,75 manat faiz borcu olmaqla, cəmi 19067,29 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 173,80 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində vəsaitinin tutulması, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğin 13 may 2018-ci il tarixli, 11-xx-xx-2015-AC nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan İddiaçı istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakı ilə birlikdə tərk etməsi, İddiaçı ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, İddiaçı məcburi qaydada evdən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında sifarişlə Cavabdeh2 MMC-yə müraciət etmişdir. Cavabdeh2 MMC-nin 28 avqust 2023-cü il tarixli, 1856/23 saylı bildirişindən görünür ki, 19 sentyabr 2023-cü il tarixə hərrac təyin edilmişdir. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli, 226/23 saylı hərracın nəticələri haqqında yekun protokoluna əsasən ipoteka predmeti olan, ilkin satış dəyəri 56.000 manat məbləğində müəyyənləşdirilən, İddiaçı mülkiyyətində olan "X3" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzil X4 tərəfindən alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “Hərracın keçirilmə qaydası” adlanan 42-ci maddəsinə əsasən 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. M a d d ə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri” adlanan 416-cı maddəsinə əsasən 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə müəyyən edilmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş onun icra vərəqəsində göstərilmiş ünvan 2 ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən ilkin açıq hərracda hərracın predmeti olan mənzil 56.560 manata hərracın qalibi olan Maraqlı şəxs satılmış və bununla əlaqədar olaraq hərracın yekunları barədə 19 sentyabr 2023-cü il tarixli, 226/23 saylı protokol tərtib edilmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar