Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5378/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-nə qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-nə qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh QSC adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (reyestr nömrəsi: **********30-12301) ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-2(81)-1188/2019 saylı iş üzrə mübahisə sülh yolu ilə həll edilmişdir. Belə ki, X4 və "xxxx"MMC ilə Cavabdeh QSC arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən İddiaçı sazişdə göstərilən məbləği sazişin 5-ci bəndində qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, bütün dünyada, həmçinin də Azərbaycan Respublikası ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılması və ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydaları İddiaçının barışıq sazişi üzrə ödənişlərini vaxtında icra edə bilməsində problemlər yaratmışdır. İcra məmuru isə qüvvədə olan barışıq sazişini və işin faktiki hallarını nəzərə almayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1188/2019-010 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərar qəbul etmişdir. Həmin Qərara əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 61.2-ci maddəsinə əsasən borcluX4na məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi, 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399.3 kv.m olan əmlak kompleksinin açıq hərracda satılması üçün sifariş məktubu tərtib edərək Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə göndərmişdir. Hərrac təşkilatçısı hərracı keçirmiş və xx.xx.2021-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair Təklifi Binəqədi rayon İcra şöbəsinə və Cavabdehə göndərmişdir. Sonradan İddiaçıRespublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 kv.m. olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad N izam oğlu və X5) 2(103)-3316/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı X2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” Q SC cəlb edilməklə) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC-yə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi ilə əlaqədar Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC tərəfindən xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərrac və hərracın nəticələri etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 5078/2022 saylı qərarı (“Qərar”) ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qüvvəyə minmiş məhkəmə Qərarına əsasən Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC tərəfindən xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərrac və hərracın nəticələri etibarsız hesab edilmişdir. Hərracın etibarsız hesab edilməsi həmin hərracın yekununda bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hesab edirik ki, həmin müqavilə etibarsız hesab edilibsə, həmin müqavilə əsasında əmlakın Cavabdehin mülkiyyətinə keçməsi barədə üçüncü şəxs tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələb ilə razı olduğunu bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Eyni zamanda cavabdeh "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə verərək, çıxarışın alınmasına səbəb olmuş hal (hərrac və nəticəsi) etibarsız olduğundan və yuxarı instansiya məhkəmələrində qüvvədə qaldığından məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 3 ünvanında 0,65076 ha torpaq sahəsi "xxxx" QSC-nın xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3316/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3554/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iş üzrə yeni qətnamənin qəbul edilməsi; iddiaçı X2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC cəlb edilməklə) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC-yə qarşı iddiasının təmin edilməsi; . Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi ilə əlaqədar Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC tərəfindən xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərracın və hərracın nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5078/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qərarına əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3316/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 416.1 və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3316/2022 saylı, 18 may 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3554/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iş üzrə yeni qətnamənin qəbul edilməsi; iddiaçı X2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC cəlb edilməklə) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC-yə qarşı iddiasının təmin edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi ilə əlaqədar Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərracın və hərracın nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 3 ünvanında 0,65076 ha torpaq sahəsinin "xxxx" QSC-nın adına rəsmiləşdirilməsinə əsas olan "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərracla və hərracın nəticələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən bu hal məhkəmə tərəfindən mübahisələndirilmir və yenidən sübut edilmir. Habelə cavabdeh tərəf məhkəməyə ərizə verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. (191.3) Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən ...cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan, habelə cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən qəbul edildiyindən, iddia tələbi təmin edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 3 ünvanında yerləşən ümumi sahəsi 6399,5 kv.m. olan torpaq sahəsinin "xxxx" QSC-nin adına dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış (reyestr nömrəsi: **********30-12301) ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 3 ünvanında yerləşən ümumi sahəsi 6399,5 kv.m. olan torpaq sahəsinin "xxxx" QSC-nin adına dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış (reyestr nömrəsi: **********30-12301) ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5378/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5378/2024
25.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver