Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-543/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 nümayəndəsi X13, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5rşı "dəymiş ziyanın kompensasiyası" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5rşı "dəymiş ziyanın kompensasiyası" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3suz hərəkətləri və ya hərəkətsizliyi tələbinə dair kompensasiya olaraq ümumilikdə 16.206 manat pul vəsaiti, 800 (səkkiz yüz) kq bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 (on beş) ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməsi, çəkilən məhkəmə xərclərinin xeyrinə ödənilməsi barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyun 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə X9 əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən X7 çərçivəsində verilmiş təsərrüfatın yararsız olması nəticəsində küllü miqdarda maliyyə xərcləri, vaxt itkisi və təsərrüfatın tələfatı nəticəsində gəlirdən məhrum olmağı və dəymiş ziyanın kompensasiyası tələbinə dair məcburetmə haqqında iddia ərizəsi ilə müraciət etmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli e-2-1(118)- 2227/2022 saylı qərardadı ilə cavabdehin vəsatəti əsasında iddia mümkünsüz sayılıb. Belə ki, cavabdeh vəsatət təqdim edərək “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” AR Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş edib. Beləliklə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(118)- 2227/2022 saylı qərardadı ilə iddia mümkünsüz sayılaraq, ümumi məhkəməyə müraciət etmək hüququ qeyd edilib. Lakin, məhkəmənin ünvanı qeyd edilmədiyindən, həmçinin iddiada iki cavabdeh təşkilat qoyduğu üçün və həmin təşkilatların qeydiyyatında olduğu Quba rayonunda yerləşən bölmələrinin olduğunu və məhz həmin bölmə tərəfindən yararsız təsərrüfatla təmin olunduğu üçün, iddianı Quba Rayon Məhkəməsinə vermək qərarına gəldi. İddianı məhkəməyə təqdim etməzdən öncə məhkəməyə əvvəlcə şifahi, daha sonra yazılı müraciət edərək, aidiyyatı məhkəmənin dəqiqləşdirilməsinə dair hüquqi yardım üçün müraciət etsə də, ona zamanında hüquqi yardım göstərilmədi. Bu səbəbdən Quba Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizə, Quba Rayon Məhkəməsinin xx.xx.2022 tarixli e-2(027)-2777/2022 saylı qərardadı ilə geri qaytarılaraq, ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək qeyd edilib. 27 noyabr 2020-ci il tarixində fəaliyyət göstərdiyi "xxxx" MMC-də əmək hüquqlarının kobud şəkildə pozulmasına dair məhkəmə qaydasında iddia qaldırmışdır. İddia ilə yanaşı işdən çıxarılmamaq üçün, iddianın təmin tədbiri barədə ərizə təqdim etmişdir. Həmçinin, işin obyektiv araşdırılması üçün, üçüncü şəxs qismində X20 Xidmətini (DƏMX) qeyd edərək prosesə cəlb etmişdir. 07 dekabr 2020-ci il tarixində "xxxx" MMC, məhkəmə ilə yanaşı DƏMX-nin ona qarşı qərəzli mövqelərindən və hərəkətsizliklərindən istifadə edərək onu işdən azad edib. Bu səbəbdən 03 yanvar 2021-ci il tarixindən X10 (DMA) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəiş axtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Həmçinin, arıçılıq üzrə X4 cəlb edilmək üçün 28 yanvar 2021-ci il tarixində qeydiyyata alınmışdır. İddianın təmin edilməsini aşağıdakı faktlara əsaslandırır: 07 dekabr 2020-ci il tarixində "xxxx" MMC məhkəmə ilə yanaşı DƏMX-nin lona qarşı qərəzli mövqelərindən və hərəkətsizliklərindən istifadə edərək onu işdən azad edib. Bu səbəbdən 03 yanvar 2021-ci il tarixindən X10 (DMA) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində iş axtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Həmçinin, arıçılıq üzrə X4 cəlb edilmək üçün xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. 23 dekabr 2020-ci il tarixli müraciətində işsiz qalacağı təqdirdə, maliyyə problemləri ilə üzləşdiyini, həmçinin aliment öhdəliyinin olduğunu nəzərə alınmasını xahiş edərək, işsizliyə görə əmək sığortası ilə təmin edilməyini və qısa zamanda işlə təmin edilməyi barədə müraciətlər etsə də, müraciətləri aidiyyatı hissədə DƏMX və DMA tərəfindən baxılmamış qalıb. Cənab Prezidentə və digər aidiyyatı və səlahiyyətli orqanlara qeyd etdiyi problemlərlə əlaqədar ünvanladığı şikayət məktublarına X20 Xidməti (DƏMX) və X8 (DMA) gələn xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli cavab məktublarında əmək hüquqlarının pozulduğu təhrif edilərək təkzib edilib və əmək sığortasının verilməsindən imtina edilib. xx.xx.2021-ci il tarixində X11 müraciət edərək əmək sığortasının verilməsini tələb etsə də, 02 iyul 2021 və 30 avqust 2021-ci il tarixli cavab məktublarında bildirilib ki, DƏMX-nin X21 "xxxx" MMC-də fəaliyyəti 2016-cı il əvəzinə 2018-ci ildən qeyd edildiyi səbəbindən əmək sığortası üçün iş müddəti kifayət etmir. Nöqsan aradan qaldırılacağı təqdirdə sığorta veriləcəkdir. 06 sentyabr 2022-ci il tarixində X15 tərəfindən X7 çərçivəsində iyirmi pətəkdən ibarət arı ailəsi ilə təmin edilmişdir. Lakin, arı ailələrinə baxış zamanı onların faktiki olaraq lazımi standartlara cavab vermədiyi məlum olmuşdur. Bu səbəbdən, 27 sentyabr 2021-ci il tarixində təqdim edilmiş təsərrüfatla yanaşı, onunla bağlanan 142 saylı müqavilənin 3.2.6-cı bəndinə uyğun olaraq DMA-nın 9 saylı Filialına etiraz məktubu ünvanlamışdır. Müraciətdə təqdim edilmiş təsərrüfatın yararsız olması və acınacağlı durumu barədə məlumat verməklə, müvafiq baxışın keçirilməsi, çatışmazlıqların aradan qaldırılması və hər-hansı xoşagəlməz hadisədən qorunmaq üçün verilən təsərrüfatın sığortalanmasını xahiş etmişdir. X15 tərəfindən X7 çərçivəsində verdiyi yararsız arı ailələrinə baxış keçirilərək yenilənməsi üçün 9 saylı Quba Məşğulluq filialına etdiyi rəsmi müraciətə rəsmi cavabı bu gün də ala bilməmiş, yalnız şifahi olaraq bildirilib ki, arıçı baytar tərəfindən rəsmi rəy verilməsini özü təşkil etməlidir. Lakin, Quba rayonunda yerləşən DAİM (X24 Mərkəzi) mürciət etsə də, əvvəlcə ona bildirilib ki, mərkəzdə rəsmi rəy verə biləcək arıçı baytar yoxdur. Həmçinin, apardığı müəyyən araşdırmalardan sonra məlum olub ki, ümumiyyətlə, şimal bölgəsində belə bir mütəxəssis olmayıb və ondan tələb edilən rəsmi rəy verə biləcək arıçı baytar yoxdur. Bu məsələyə dair bəzi mənbələrin etirafını nəzərə alaraq, ehtimal edir ki, X15 qəsdən müddəti ötürmək və vətəndaşların haqlı tələbinə maneə yaratmaq məqsədi ilə müqaviləyə belə bir şərt əlavə ediblər. Bu yolla vətəndaşın tələbinin təmin edilməsini mümkünsüz hala gətiriblər. Bu səbəbdən AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) qaynar xəttinə müraciət etdi. Qaynar xətdə müraciəti qeydə alındı və yaxın vaxtlarda cavablandırılacağı bildirilsə də, kifayət qədər vaxtın keçməsinə baxmayaraq, ona heç bir məlumat verilməyib. Bu səbəbdən AR KTN AXA-ya rəsmi məktubla müraciət etdi. Eyni zamanda Bakı şəhərinə gedərək AXA-nın binasında qəbula yazıldı. Görülən tədbirlər nəticəsində, kifayət qədər süründürməçilik, vaxt itkisi və maddi vəsaitlər xərclədikdən sonra nəhayət ki, təsərrüfata baxış keçirilməsi təmin edildi və rəsmi rəy təqdim edildi. Həmçinin ona şifahi olaraq bildirildi ki, X16 kənd təsərrüfatına aid sahələr üzrə vətəndaşları özünüməşğulluq proqramına cəlb edəndə, rəsmi rəy verilməsini AR KTN-dən tələb etsələr də, DMA qəsdən, rəsmi olaraq KTN ilə əməkdaşlıq etmir və bu yolla vatəndaşları süründürməçiliyə salır ki, sonda vaxt ötürülsün və vətəndaş hər-hansı tələb irəli sürə bilməsin. Həmçinin, ona təqdim edilən rəydə şikayətinin əsaslı olduğu qeyd edilir və təsdiqlənir. xx.xx.2021-ci il tarixli etiraz məktubunda arı ailələrinin sığortaya cəlb olunmasını və bunun üçün ödəniş etməyə hazır olduğumu bildirmişdir. Eyni müraciət 07 yanvar 2022 tarixli AR KTN-nin AXA-nin rəisi Mirzə Əliyevə etməklə bildirmişdir, lakin müraciətlərə baxılmayıb. 18 yanvar 2022-ci il tarixində AXA-nın tapşırığı əsasında Quba rayon X24 Mərkəzi (DAİM) tərəfindən DMA-nın X7 çərçivəsində xx.xx.2021-ci il tarixli 142 nömrəli müqavilə əsasında təqdim edilmiş təsərrüfata baxış keçirilib və AKT tərtib edilib. AKT-a əsasən arı pətəklərinin qaydalara uyğun yerləşdirildiyi, hava şəraitindən qorunduğu, özünüməşğulluq proqramı çərçivəsində DMA tərəfindən verilən təsərrüfatın qış üçün nəzərdə tutulan bal ehtiyyatının olmadığı üçün, tanınmış arı şirkətlərinə məxsus kifayət qədər müxtəlif çeşidlərdə süni arı yemləri ilə təmin edildiyi, arı xəstəlikləri və zərərvericilərinə qarşı müxtəlif növ gücləndirici vitaminlər, multivitaminlər, dərman vasitələri və sair qabaqlayıcı tədbirlərdən normativlərə uyğun qaydada istifadə etdiyi təsdiqlənir. Həmçinin, xx.xx.2021-ci il tarixli DMA-nın 9 saylı Filialına arı ailələrinin birləşdirilməsi ilə bağlı müraciəti və DMA-nın buna icazə verməsi barədə müraciəti, baxış keçirən mütəxəssislər tərəfindən təsdiq edilib və müvcud durumda bu qayda ilə bəsləmə qaydalarına daha düzgün riyət etmək təsdiqlənib. Lakin, yanvar ayında bunu həyata keçirməyin nisbətən əlverişsiz olduğu, həmçinin ona verilən təsərrüfatın 142 saylı müqavilənin 2.3 və 3.1.2 bəndlərinə uyğun olaraq yalnız 2022-ci ilin 06 sentyabr tarixindən təhvil-təslim aktına uyğun olaraq təsərrüfatın mülkiyyətinə keçəcəyi qeyd edilib. Beləliklə, təsərrüfatın hal-hazırda DMA-ya məxsus olduğunu nəzərə alaraq DMA-dan müraciətinə cavab gözləsə də, ona müvafiq icazənin verilməsini təsdiq edən sənəd təqdim edilməyib. Bu səbəbdən arı ailələrinin birləşdirərək sayını ən yaxşı halda 50% və daha aşağı faizə endirərək kəmiyyəti azaltmaqla keyfiyyəti artırmaq mümkün olmamışdır. Həmçinin AKT-da qeyd edilir ki, arı çərçivələrinin qaralmış və kifli olmas, pətəklərin nəmli, qoxulu olması, ölmüş arıların və ovuntulrın olması, çərçivələrdə bal qidasının olmaması, arıların passiv və zəif olması, arı sayının normanın %-i hissəsində olması, qanadlarının haçalanması, və bu çatışmazlıqlar barəsində xx.xx.2021-ci il tarixində DMA-nın 9 saylı Filialına məlumat verməkdə haqlı olduğunu təsdiqləyərək etiraf edir. 18 yanvar 2022-ci il tarixində təsərrüfata baxış keçirilərkən, mütəxəssislər tərəfindən Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya Ekspertiza və X2 Laburatoriyasına göndərilməsi üçün arı nümunələri götürülüb. Bunun üçün 25 manat rüsüm ödənilib. Laboratoriyanın xx.xx.2022-ci il tarixli M/H 220017 nömrəli Sınaq Protokuluna əsasən müayinə zamanı parazitlər aşkar edilməmişdir. X12 şübhə ilə yanaşır. Belə ki, 27 sentyabr 2021-ci il tarixli müraciətində arıların qışa hazırlıqsız (bal gidasının olmaması və s.) ilə yanaşı xəstəliklərin olması, hətta varatozun olduğunu təsdiq edən foto və video qeydlərin olduğu faktlar mövcuddur. Ehtimal edir ki, ümumiyyətlə respublikada arıların diaqnostik müayinəsini həyata keçirə biləcək laboratoriya və arıçılıq üzrə müayinə apara bilən baytar ekspert yoxdur. Şimal bölgəsində rəsmi rəy verə biləcək arıçı baytarın olmaması və bu barədə rəsmi müraciətlərinin dörd ayadək ləngidilməsi buna əyani sübutdur. Həmçinin sığorta şirkətlərinin (Aqrar sığorta də daxil) arıları sığorta etməkdən müxtəlif üsullarla yayınmaları, bu sahə üzrə ekspertlərin və diaqnostik müayinə laboratoriyasının olmaması səbəbindən baş verir və vətəndaşlara sığorta etməkdən imtina edilir. Həmçinin arıların müayinəsinə dair müayinənin növü və qiymət cədvəlini tələb etsə də - həmin cədvəlin olmadığını ehtimal edir. Məhz buna görə ona iri və xırda buynuzlu heyvanların diaqnostik giymət cədvəli təqdim edilib. Bu səbəbdən diaqnostik müayinənin formal olduğu qənaitindədir. xx.xx.2022-ci il tarixli AKT-a əsasən arıların zəifləməsi və tələf olmasına səbəb arı ailəsinin qışa hazırlanmasına baxımsızlıq və düzgün riayət edilməməsidir. Belə ki, qeyd edilir ki, arı ailəsinin qışa hazırlanması yazpayız mövsümünü əhatə edir. Bu dövrdə pətəklərdən köhnə qaralmış və kiflənmiş şanlar çıxdaş edilir, arılara yenisi hördürülür. Yayda ana dəyişdirilir, ailə qüvvətləndirilir, qış üçün yem ehtiyatı yaradılır, arı xəstəliklərinə qarşı profilaktik tədbirlər görülür. Pətəklərdə arıya qış üçün 18-20 kq. bal saxlanılır. Göründüyü kimi, tərtib edilən AKT və verilən rəydən aydın olur ki, arıların qışa hazırlıq dövrü may-avqust aylarına təsadüf edir. Bu aylar arı ailələrinin ən aktiv dövrünə təsadüf etdiyindən bal ehtiyyatı məhz bu dövrdə yığılaraq formalaşır. Həmçinin yay aylarında arı saylarının çox olduğu üçün pətəklərdən köhnə şanlar çıxdaş edilərək yeni şanların arılar tərəfindən hörülərək yenilənməsi mümkün olur. Lakin, X7 çərçivəsində X16 tərəfindən arı ailələri 142 saylı müqavilə ilə xx.xx.2021ci il tarixində verildiyi üçün və həmin müqavilənin 2 saylı əlavəsində qeyd edilən Arı ailəsinin saxlanmasına dair Təlimatında arı ailəsinin qışa hazırlığı ilə əlaqədar 20 kiloqramlıq bal ehtiyatının saxlanması barədə qeyd, təmin edilməsi faktiki olaraq mümkün deyildir. Bu ehtiyyat DMA tərəfindən ona təqdim edilən təsərrüfatda artıq təmin edilmiş formada olmalı idi, həmçinin şanların da yeni olması, təmin edilməli idi. Qeyd edilənlərdən belə bir qənaitə gəlmək olur ki, DMA tərəfindən vətəndaşlara təqdim edilən arı ailələri avqust ayında bal süzümündən sonra, ballı çərçivələr götürülərək əvəzində çıxdaş edilən yararsız çərçivələrlə əvəzlənib. Arıların yemlənməsi süni qaydada, şərbətlə doldurulmuş paketlərlə arı pətəklərində çərçivələrin üzərinə qoyulmaqla təmin edilib. Bu səbəbdən arılar qışa hazırlıqsız olub və nəticədə tələf olublar. Məlumat üçün bildirir ki, 18 yanvar 2022-ci il tarixində AXA-nın tapşırığı ilə DAİM əməkdaşlarının təsərrüfatına baxışı zamanı özünə məxsus 30-luq çərçivələrdən ibarət (DMA tərəfindən verilən pətəklər 23-lük çərçivə ölçüsündədir) arı pətəyində arı ailələrinin sağlam, saylarının yetərli və normaya uyğun bal qidası ilə təmin olunduğu və heç-bir problemin olmadığını müşahidə etmişdilər. DMA tərəfindən ona verilən 20 pətək arı ailəsinin 15-i (75%) tələf olub, digər 5 arı ailəsi zəif olduğu üçün, həmin ailədən qazanc əldə etmək və sayını artırmaq mümkün deyildir. Bunun səbəbi isə DMA tərəfindən təqdim edilən arı ailələrinin qışa hazırlıqsız olması, bal ehtiyyatının olmaması, təzə şan əvəzinə, çıxdaş edilmiş, yararsız köhnə, qara, kifli və boş (balsız) şanların olması, varrora və digər zərərvericilərin, viruslar və parazittoloji xastəliklərin olması üzündən baş verdiyini verilən rəylər, faktlar (foto və videolar) təsdiq edir. Həmçinin DMA-nın 9 saylı Filialına yaxınlaşaraq, süründürməçiliklərdən sonra əldə etdiyim faktları filiala təqdim edib tədbir görmələrini istədikdə ona: “tapşırıq var ki, vətəndaşlar narazıçılıq edəndə - hədiyyə verilmiş atın dişlərini saymazlar!” ifadəsi sitat gətirilib. Bu yolla vətəndaşları şikayətdən çəkindirmək və “yola vermək” niyyəti olduğu qənaətindədir. Yaranmış problemin həlli istiqamətində 14 may 2022-ci il tarixində poçt vasitəsilə dəymiş zərərin kompensasiya edilərək ödənilməsinə dair təkliflə X11 müraciət etmişdir. DMA tərəfindən ona rəsmi cavab göndərilməyib, yalnız 03 iyun tarixində e-sosial elektron kabinetində yerləşdirilmiş məlumatdan aydın olur ki, təklifi cavabdeh tərəfindən qəbul edilməyib. Həmçinin qeyd edilir ki, şikayətlə bağlı onunla əlaqə saxlanılmışdır. Lakin, qeyd edilən mobil nömrənin ona məxsus olmadığını nəzərə alaraq, belə bir qənaətə gəlmək olur ki, DMA əməkdaşları qəsdən, məsələyə aidiyyatı olmayan şəxslə əlaqə saxlamaqla, öz istəklərinə uyğun həmin şəxslə razılığa gəliblər. Həmçinin, 12 sentyabr 2022 tarixdə DMA-ya poçt vasitəsilə dəymiş zərərin kompensasiya edilməsinə dair tələb təqdim etmiş və yenə DMA tərəfindən xx.xx.2022-ci il tarixli N**********2 saylı məktubla imtina cavabı almışdır. 29 aprel 2022-ci il tarixində təsərrüfata DMA əməkdaşı tərəfindən baxış keçirilib. Baxış zamanı arı pətəklərinin sayının səkkiz olduğu, lakin üç ədəd pətəyin çox zəif olduğu (sonrakı günlərdə tələf olublar) DMA əməkdaşının diqqətinə çatdırılıb və bu barədə müvafiq fotoşəkillər çəkilib. Həmçinin aktda, verilən arıların zəif olduğu üçün tələf olması və narazı olmağı qeyd edilib. Əlavə qeydlər aparmaq istəsə də, DMA əməkdaşı buna icazə verməyib, yalnız etiraf edib ki, digər vətəndaşlar da narazıdır. Bu səbəbdən məlumatlar Bakı şəhərinə (baş ofisə) göndəriləcək və əlavə edib ki, mərkəzdən tapşırıq var ki, vaxt itkisi olmasın deyə akt qısa tərtib edilməlidir ki, bütün təssərüfatlara baxış keçirilə bilsin. Lakin sonradan hər-hansı baxış keçirilmir. Bununla, DMA bu dəfə də vətəndaşları aldatmaqla, sadəcə monitoringin baş tutmasında maraqlıdır. 05 aprel 2022 tarixdə AXA-nın tabeçiliyində olan DAİM tərəfindən bir ədəd ona məxsus və 8 ədəd sağ qalmış ümumilikdə doqquz ədəd arı ailəsinə subsidiya verilməsi üçün müraciət etmiş və bununla əlaqədar müvafiq “pilka” verilməsi üçün ondan 20 (iyirmi) manat pul vəsaiti alınıb. Lakin sonrakı mərhələdə üç ədəd zəif arıı ailəsinin tələf olması əsas gətirilərək, ümumiyyətlə subsidiyanın verilməsindən imtina edilib. Nəticədə dövlət subsidiyasından məhrum olmaqla yanaşı, iyirmi manat əlavə xərcə düşmüşdür. 06 sentyabr 2021-ci il tarixində X16 (DMA) tərəfindən X7 çərçivəsində mənimlə bağlanmış 142 saylı müqaviləyə əsasən iyirmi ədəd arı ailəsi (arı pətəyi), mexaniki dörd çərçivəli bal süzən makina və xüsusi geyimlə təmin edilmişdir. Lakin, arı ailələrinə baxış zamanı onların faktiki olaraq lazımi standartlara cavab vermədiyi məlum olmuşdur. Bu səbəbdən, 27 sentyabr 2021-ci il tarixində təqdim edilmiş təsərrüfatla yanaşı, onunla bağlanan 142 saylı müqavilənin 3.2.6 bəndinə uyğun olaraq DMA-nın 9 saylı Filialına etiraz məktubu ünvanlamışdır. Müraciətində təqdim edilmiş təsərrüfatın yararsız olması və acınacaqlı durumu barədə məlumat verməklə, müvafiq baxışın keçirilməsi, çatışmazlıqların aradan qaldırılması və hər-hansı xoşagəlməz hadisədən qorunmaq üçün verilən təsərrüfatın sığortalanmasını xahiş etmişdir. Lakin, DMA tərəfindən heç-bir tədbir görülməyib və tövsiyyə edilib ki, arıçı baytarın rəyi təqdim edilməlidir. Lakin, bununla bağlı yaşadığı ərazinin kənd təsərrüfati idarəsi olan DAİM-ə yaxınlaşsa da, həmin idarənin əməkdaşları arıçı baytarın olmadığını bilirməklə, ona yalan ifadə verərək baxış keçirməkdən imtina ediblər. Daha sonra AR KTN yanında AXA-nın qaynar xəttinə müraciət etmişdir. Müraciəti cavabsız qaldığı üçün məktubla müraciət etmişdir. Yenə də müraciəti cavabsız qaldığı üçün, həmin məktubla birgə əlavə xərc və vaxt sərf etməklə, özü Bakı şəhərinə gələrək AXA-ya məktubu təqdim etmişdir. Sadalanan bu kimi süründürməçiliklər və yalanlar nəticəsində qeyd edilən hallara dair zərərlə üzləşmişdir. DMA tərəfindən xx.xx.2021-ci il tarixli 142 saylı müqavilə ilə verdiyi təsərrüfata dair həmin müqavilənin 2 saylı əlavəsində qeyd edilən Arı ailəsinin saxlanmasına dair Təlimatında, arı ailəsinin qışa hazırlığı ilə əlaqədar 20 kiliqramlıq bal ehtiyatının saxlanması qeyd edilir. Verilən rəy və tərtib edilmiş AKT-a əsasən təsdiq edilir ki, həmin miqdarda bal ehtiyatı arı ailələrinin heç-birində mövcud deyildir. Ümumiyyətlə arı pətəklərində bal gidası olmadığı təsdiqlənir. Bu isə özü-özlüyündə təsdiq edir ki, 20 kiloqramlıq bal gidasını o öz hesabıma 20 kiloqram və daha çox (belə ki, süni qida, bal kalorisindən dəfələrlə aşağıdır) süni qida ilə qarşılamalıdır. Həmin qidanı o öz şəxsi vəsaiti hesabına almaq məcburiyyətində qalmışdır. Süni qidanın kiloqramı hazırkı bazar giyməti ilə 6 manat civarında təşkil etdiyini nəzərə alsa və hər arı pətəyi üçün 20 kq. və pətəklərin sayının 20 ədəd olduğunu nəzərə alaraq: 6 manat x 20 kq. x 20 ədəd = 2.400 (iki min dörd yüz) manat; arı ailələrinin zəif və qışa hazırlıqsız olduğu üçün əlavə diqqət və qeyğı tələb etdikləri və bunun üçün vaxt sərf edərək faktiki olaraq digər əmək fəaliyyəti ilə məşğul ola bilməməklə qazancdan məhrum olmuşdur. Bunun üçün Azərbaycan Respublikasının 2022-ci il üçün orta aylıq nominal əmək haqqının 829 manat olduğu nəzərə alaraq, 06 sentyabr 2021-ci ildən başlayaraq on dörd ayı əhatə edən indiki vaxtadək: 14 ay x 829 manat = 11.606 (on bir min altı yüz altı) manat; arıçılığa dəstək proqramı çərçivəsində dövlət tərəfindən arıçılara hər arı ailəsinə görə verilməli olan 10 manat subsidiya vəsaitinin arı ailələrinin böyük hissəsinin tələf olduğu səbəbindən şamil edilmədiyi üçün, 10 manat x 20 arı pətəyi = 200 (iki yüz) manat; əlavə nəqliyyat xərcləri, rayondaxili və Bakı şəhərinə müxtəlif növdə kandi, dərman vasitələri, vitaminlər, multivitaminlər, ləvazimatlar, iyirmi beş manatlıq diaqnostik müayinə, AR KTN yanında AXA-ya qəbula gəlmək və sair avadanlıqların alınması üçün, digər xərclər qismində 2.000 (iki min) manat; X7 çərçivəsində DMA tərəfindən təşkil edilmiş treninqlərdə birgə tərtib edilmiş biznes plana uyğun olaraq, bu ilin bal mövsümü üçün hər arı ailəsindən 40 kiloqram bal əldə edəcəyini, lakin mövcud vəziyyətdə bunun mümkün olmadığı nəzərə alınaraq, dəyərinin hesablanmasını, 40 kq x 20 ədəd = 800 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq verilməsi; tələf olmuş 15 ədəd arı ailəsinin arı pətəyi ilə birgə yenilənərək 15 ədəd müasir “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsini; sağ qalan 5 ədəd arı ailəsinin zəif olduğu və beçə vermə qabiliyyətinin olmadığı, ana arının qoca olduğu üçün tələf olma ehtimalının olduğunu və mövsüm ərzində bal məhsulu ala bilmədiyimə görə, 5 ədəd cavan ana arı ilə təmin edilməsini tələb edir. Ümumilikdə kompensasiya olaraq: 16.206 (on altı min iki yüz altı) manat pul vəsaiti; 800 kiloqram bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi; 15 (on beş) ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsi; 5 ədəd cavan ana arı ilə təmin edilsin. Bu barədə cavabdehə verdiyi tələb qəbul edilməyib. Göründüyü kimi, Aqrar Xidmətlər Agentliyinin və X9 Özünüməşğulluq Proqramı çərçivəsində xx.xx.2021-ci il tarixli 142 saylı müqaviləyə əsasən təmin etdiyi arıçılıq təsərrüfatının müqavilədə qeyd edilən şərtlərə cavab vermədiyi, onu süründürməçiliyə saldıqları, əlavə qulluğa görə əhəmiyyətli vaxt itkisi ilə üzləşməyi, təqdim edilən təsərrüfatın yararsızlığı səbəbindən əlavə vəsaitlər xərcləməli olduğunu, qışa hazırlıqsız və zəif olduqları üçün 75% itki ilə çıxdığı və digər 25%-in zəif və qeyriməhsuldar olduğuna görə mövsümü gəlir əvəzinə ziyanla və artımsız (itki ilə) başa vurduğu üçün ona dəymiş zərərin yuxarıdakı hesablamaya uyğun kompensasiya edilərək ödənilməsini və tələf olan arı pətəklərinin Dövlət Proqramında olan “X26” ilə təmin olunmasını ədalətli hesab edir. Həmçinin, Dövlətin fermerlərə dəstək olan subsidiya verilməsindən məhrum olmuşdur. Bu isə həm də, digər Dövlət dəstəyi layihələrindən kənar qalmağı üçün müvafiq qurumlar üçün əsasdır. DMA-nın xx.xx.2021-ci il tarixli 142 saylı müqaviləsinin 5.1 və 5.2 bəndlərinə uyğun olaraq mübahisələr mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll edilir. Həmçinin, X16 yararsız təsərrüfatla təmin etdiyi üçün, qazanc əvəzinə ziyanla üzləşmişdir. Aqrar Xidmətlər Agentliyi isə təsərrüfata baxışı ləngitərək süründürməçiliyə yol verdiyi üçün, DMA-ya məsuliyyətdən yayınmağa şərait yaradıb. Ehtimal edir ki, DMA və AXA bu işdə əlbir olaraq qeyri-prosessual əlaqələrə giriblər. Nəticəsində isə, aliment yükü artıb. Bildirir ki, 2021-ci ilin 02 dekabr tarixində Quba Rayon Məhkəməsinin 3(027)-1000/2021 saylı qərarı ilə yaranmış aliment borcuna görə AR İXM-nin 528-ci maddəsi ilə on günlük həbs qərarı çıxarılaraq həbs olunmuşdur. Qanunsuz həbsinə etiraz olaraq on günlük həbs müddətində aclıq etmiş, bununla bağlı səhhətində problemlər yaranıb. Bunun günahkarları əmək haqlarını mənimsəyən "xxxx" MMC ilə yanaşı, MMC-nin qanunsuz əməllərinə göz yuman və əmək hüquqlarının pozulmasına birbaşa şərait yaradan DƏMX, onu aldadaraq yararsız təsərrüfat verib ziyana salan və bu yolla dəyərli vaxtını əlindən alan DMA və AXA məsuliyyət daşıyırlar. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 nümayəndəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək İddiaçı cavabdeh X5rşı “özünüməşğulluq proqramı çərçivəsində arıçılıq təsərrüfatı zərfinə daxil olan aktivlərlə əlaqədar cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq kompensasiya qismində 16.206 (on altı min iki yüz altı) manat pul vəsaiti, 800 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, sığortalanaraq 15 ədəd "Ağıllı arı pətəyi" arı ailəsi və 5 ədəd cavan ana arının verilməsi, habelə çəkilən məhkəmə xərclərinin iddiaçının xeyrinə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək “özünüməşğulluq proqramı çərçivəsində arıçılıq təsərrüfatı zərfinə daxil olan aktivlərlə əlaqədar cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq kompensasiya qismində 16.206 (on altı min iki yüz altı) manat pul vəsaiti, 800 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, sığortalanaraq 15 ədəd “Ağıllı arı pətəyi" arı ailəsi və 5 ədəd cavan ana arının verilməsi, habelə çəkilən məhkəmə xərclərinin iddiaçının xeyrinə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 üzərinə qoyulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının onunla cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 6 sentyabr tarixli 142 nömrəli müqaviləyə əsasən ona arıçılıq təsərrüfatı zərfi üzrə verilmiş aktivlərlə əlaqədar olaraq cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq kompensasiya qismində 16.206 (on altı min iki yüz altı) manat pul vəsaiti, 800 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, sığortalanaraq 15 ədəd “Ağıllı arı pətəyi" arı ailəsi və 5 ədəd cavan ana aranın verilməsi, habelə çəkilən məhkəmə xərclərinin iddiaçının xeyrinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı və cavabdeh arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə dair" 2021-ci il 6 sentyabr tarixli 142 nömrəli müqaviləyə əsasən, iddiaçıya həmin müqavilədə nəzərdə tutulan arıçılıq təsərrüfatı zərfi üzrə həmin zərfə daxil olan aktivlər verilmişdir. Belə ki, istinad edilən aktivlərin təhvil verilməsi ilə əlaqədar iddiaçı və cavabdeh tərəfindən tərtib edilən 2021-ci il 6 sentyabr tarixli təhvil-təslim “Akt"ına əsasən, cavabdeh tərəfindən iddiaçıya arı (20 yeşik), bal süzən avadanlıq və xüsusi geyim verilmişdir. Vurğulanmalıdır ki, aktivlərin verilməsi faktını sadəcə yuxarıda qeyd edilən Akt yox, həm də əlavə foto və videoçəkiliş də sübut etməkdədir. Qeyd edilən Aktda iddiaçı tərəfindən yuxarıda qeyd edilən aktivlər kəmiyyət və keyfiyyət baxımından qəbul edilərək öz imzası ilə onun sahibliyi və istifadəsinə təqdim edilmişdir. Tərəflər arasında qeyd edilən müqavilənin 3.2.6-cı maddəsinə əsasən iddiaçı istifadəsinə verilmiş əmlakda hər hansısa bir qüsur aşkar olunacağı təqdirdə həmin qüsurları təsdiq edən sənədlərlə birlikdə əmlakı təhvil aldığı gündən etibarən 30 (otuz) gün müddətinə aidiyyəti filiala müraciət etməlidir. İddiaçı qeyd edilən qüsurlarla bağlı 27 sentyabr 2021-ci il tarixli müraciət 30 sentyabr 2021-ci il tarixində Agentliyin 9 saylı Ərazi Məşğulluq filialına (bundan sonra - ƏMf) daxil olmuşdur. İddia ərizəsində qeyd edilənin əksinə həmin müraciətə Agentliyin 9 saylı ƏMf tərəfindən mahiyyəti üzrə baxılmış və 12 oktyabr 2021-ci il tarixli **********2 nömrəli məktub ilə cavablandırılmışdır. Həmin məktuba əsasən iddiaçıya tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlakında aşkar etdiyi qüsurlarla bağlı müvafiq təsdiqedici sənədlərin təqdim edilməsinin müqavilə üzrə iddiaçının öhdəliyi olduğu və icra edilməsinin zəruriliyi qeyd edilmişdir. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlanan zaman iddiaçı onun istifadəsinə verilmiş əmlakda yarana biləcək qüsurlarla bağlı hansı şərtlərlə və hansı müddətə Agentliyin aidiyyəti filialına müraciət edəcəyini bildiyi təqdirdə tərəflər arasında razılaşdırılmış müddət ərzində təsdiqedici sənədlərlə müraciət etməmişdir. Belə olduğu təqdirdə də sözügedən aktivlərin həqiqətən qüsurlu olubolmaması məsələsi aktivlərin sadəcə istifadəçisi olan iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün müvafiq aktivlərin yeniləri ilə əvəz edilməsi obyektiv olaraq mümkün olmamışdır. Əlavə olaraq iddiaçının özünün də məhkəməyə təqdim etdiyi AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra - AXA) 27 yanvar 2022-ci il tarixli MİHO/1.2.1-2-2022-164 nömrəli məktubuna əsasən iddiaçının təsərrüfatında 18 yanvar 2022-ci il tarixində səlahiyyətli şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Həmin baxışa dair tərtib edilmiş müvafiq akta əsasən iddiaçıya arıların bəslənmə və saxlanma qaydalarına düzgün riayət etməsi tövsiyə olunmuşdur. Daha dəqiq araşdırmanın aparılma məqsədilə müvafiq baxış zamanı arı pətəklərindən nümunələr götürülmüş və aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertizası və X1 Laboratoriyasına parazitlərə qarşı müayinə üçün göndərilmişdir. Sözügedən laboratoriyanın 21 yanvar 2022-ci il tarixli M\H 220017 nömrəli Sınaq Protokoluna əsasən aparılan parazitoloji müayinə zamanı parazitlər aşkar edilməmişdir. AXA-nın 27 yanvar 2022-ci il tarixli MİHO/1.2.1-2-2022-164 nömrəli məktubuna əsasən mütəxəssislər tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, arıların zəifləməsi və tələf olmasına səbəb baxımsızlıq və arı ailəsinin qışa hazırlanmasının düzgün həyata keçirilməməsidir. Məlumat üçün bildirir ki, iddiaçıya müvafiq aktivlərin verilməsi zamanı tərəflər arasında bağlanmış müqaviləyə əlavə qismində “Arı ailələrinin saxlanılmasına dair Təlimat” təqdim edilmiş və iddiaçının müvafiq Təlimatla tanış olması üçün şərait yaradılaraq arı ailələrin saxlanılması və qidalanması ilə əlaqədar zəruri məlumatlar bildirilmişdir. Sözügedən Təlimatla tanış olduğunu iddiaçı öz imzası ilə təsdiq etmişdir. AXA tərəfindən təqdim edilmiş 27 yanvar 2022-ci il tarixli MİHO/1.2.1-2-2022-164 nömrəli məktuba əsasən qeyd edilməlidir ki, arıların tələf olmasının səbəbi onların saxlanma və bəslənmə qaydalarına iddiaçı tərəfindən riayət olunmamasıdır. Belə olduğu halda müvafiq Təlimata uyğun bəslənmə və saxlanmanın həyata keçirməməsi nəticəsində iddiaçının Agentliyin mülkiyyətində olan arıların tələf olmasına səbəb olması heç bir halda Agentliyin mülki məsuliyyəti olaraq qiymətləndirilə bilməz. İstifadəyə verilən aktivlər maddi xarakterli olmayıb onların bioloji olaraq sağlam olması və istifadəyə yararlılığının davamlılığını təmin etmək üçün onların “Arı ailələrinin saxlanılmasına dair Təlimat”-da nəzərdə tutulan qaydada yemlənməsi və saxlanması özünüməşğulluğa cəlb edilmiş şəxsə münasibətdə bir növ öhdəlik xarakteri daşımaqdadır. Çünki tərəflər arasında qeyd edilən məzmunda yaranan münasibətlərdə Agentlik aktivləri şəxslərin mülkiyyətinə verməyərək onları sadəcə istifadə və sahiblik üçün şəxslərə təqdim edir. Belə olduğu halda onlara etibar edilmiş və müqavilə öhdəlikləri üzrə müəyyən edilmiş qaydada istifadəyə verilən aktivlərə öz mülkiyyəti kimi davranmaq proqrama cəlb edilmiş şəxslər üçün zəruri xarakter daşımaqdadır. İddia ərizəsinin sadə təhlilindən isə müəyyən olunmaqdadır ki, iddiaçı iddia etdiyi maddi zərərlərlə arıların tələf olması arasındakı səbəb-nəticə əlaqəsini əsaslandırmamış, habelə mülkiyyəti Agentlikdə olan heyvanların tələf olmasında Agentliyin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyək əsassız ittihamlar irəli sürmüşdür. Aydın məsələdir ki, maddi ziyanla bağlı iddia tələblərində baş vermiş zərərlə bu zərəri doğurduğu iddia edilən hərəkət və ya hərəkətsizlik arasında səbəb-nəticə əlaqəsi olmalı və mülki iş üzrə bu əlaqənin isbatı yükü iddiaçının üzərində qalmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia tələbini sübuta yetirmişdir və tələbi əsaslıdır. Həmçinin o vəsait sərf edərək gəlirindən mərhum olmuş və işsiz qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 nümayəndəsi X19 izahatında bildirmişdir ki, müqavilə sentyabr ayında bağlanmış və müqaviləyə əsasən hər hansı qüsur aşkar olunduqda xitam verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X22 iddia tələbinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 9 saylı Ərazi Məşğulluq filialı ilə İddiaçı arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli özünəməşğulluğa kömək göstərilməsinə dair 142 nömrəli müqavilədən görünür ki, müqavilənin predmeti özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxsə verilməsi təşkil edir. Həmin müqavilənin 3.2.6-cı maddəsinə əsasən iddiaçı istifadəsinə verilmiş əmlakda hər hansısa bir qüsur aşkar olunacağı təqdirdə həmin qüsurları təsdiq edən sənədlərlə birlikdə əmlakı təhvil aldığı gündən etibarən 30 (otuz) gün müddətinə aidiyyəti filiala müraciət etməlidir. 06 sentyabr 2021-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, filial 20 yeşik arı, bal süzən avadanlıq və xüsusi geyimləri təhvil vermiş, özünəməşğulluğa cəlb olunmuş şəxs İddiaçı isə həmin əmlakı özü imzalayaraq təhvil aldığını təsdiq etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 X6 filialı tərəfindən İddiaçı göndərilən **********2 nömrəli 27 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 23-28 avqust 2021-ci il tarixlərdə Filial əməkdaşı tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmiş və qiymətləndirilmədən uğurla keçərək müvafiq qərar əsasında özünəməşğulluğa cəlb olunmuşdur. 6 sentyabr 2021-ci il tarixdə arıçılıq təsərrüfatı üzrə əmlak müvafiq akta əsasən İddiaçı təhvil verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq istifdəsinə verilmiş əmlakın qorunub saxlanması, ondan təyinatı üzrə istifadə edilməsi, yaranmış qüsurlar və çatışmazlıqlar barədə qanunvericliklə nəzərdə tutulmuş müddətə və müvafiq sənədləri təqdim etməklə Filiala məlumat verilməsi özünəməşğulluğa cəlb edilmiş şəxsin vəzifəsidir. Qeyd olunan vəzifələr onunla filial arasında bağlanmış 6 sentyabr 2021-ci il tarixli 142 saylı müqavilənin 3.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, özünəməşğulluğun təşkili ilə bağlı təlimatprosedurun tələbinə əsasən ona verilmiş əmlakın qüsurları və çatışmamazlıqları barədə Filiala qanunvericliklə müəyyən olunmuş müddət ərzində məlumat verilmədiyinə görə heyvanların yeniləri ilə əvəz edilməsi mümkün olmamışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(027)-1000/2021 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbsin tətbiq edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(105)-29/2022 saylı qərarı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(027)-1000/2021 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(027)-1000/2021 saylı qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)-149/2023 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 12 gün müddətində inzibati həbsin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respbulikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Laboratoriya Ekspertiza və X1 Laboratoriyası tərəfindən İddiaçı sifarişi əsasında M/H seriyalı 220017 nömrəli sınaq protokolu tərtib edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanan özünüməşğulluğa kömək göstərilməsinə dair 6 sentyabr 2021-ci il tarixli 142 nömrəli müqaviləyə əsasən, iddiaçıya həmin müqavilədə nəzərdə tutulan arıçılıq təsərrüfatı zərfi üzrə həmin zərfə daxil olan aktivlər verilmişdir. Qeyd aktivlərin təhvil verilməsi ilə əlaqədar iddiaçı və cavabdeh tərəfindən tərtib edilən 6 sentyabr 2021-ci il tarixli təhvil-təslim Aktına əsasən, cavabdeh tərəfindən iddiaçıya arı (20 yeşik), bal süzən avadanlıq və xüsusi geyim verilmişdir. Aktda İddiaçı tərəfindən yuxarıda qeyd edilən aktivlər kəmiyyət və keyfiyyət baxımından qəbul edilərək öz imzası ilə onun sahibliyi və istifadəsinə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.6-cı maddəsinə əsasən iddiaçı istifadəsinə verilmiş əmlakda hər hansısa bir qüsur aşkar olunacağı təqdirdə həmin qüsurları təsdiq edən sənədlərlə birlikdə əmlakı təhvil aldığı gündən etibarən 30 (otuz) gün müddətinə aidiyyəti filiala müraciət etməlidir. İddiaçı qeyd edilən qüsurlarla bağlı 27 sentyabr 2021-ci il tarixli müraciət 30 sentyabr 2021-ci il tarixində Agentliyin 9 saylı Ərazi Məşğulluq filialına daxil olmuşdur. Həmin müraciətə Agentliyin 9 saylı ƏMf tərəfindən baxılmış və cavablandırılmış məktuba əsasən iddiaçıya tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlakında aşkar etdiyi qüsurlarla bağlı müvafiq təsdiqedici sənədlərin təqdim edilməsinin müqavilə üzrə iddiaçının öhdəliyi olduğu və icra edilməsinin zəruriliyi qeyd edilmişdir. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlanan zaman iddiaçı onun istifadəsinə verilmiş əmlakda yarana biləcək qüsurlarla bağlı hansı şərtlərlə və hansı müddətə Agentliyin aidiyyəti filialına müraciət edəcəyini bildiyi təqdirdə tərəflər arasında razılaşdırılmış müddət ərzində təsdiqedici sənədlərlə müraciət etməmişdir. Belə olduqda isə sözügedən aktivlərin həqiqətən qüsurlu olub-olmaması məsələsi aktivlərin sadəcə istifadəçisi olan iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün müvafiq aktivlərin yeniləri ilə əvəz edilməsi obyektiv olaraq mümkün olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 27 yanvar 2022-ci il tarixli MİHO/1.2.1-2-2022-164 nömrəli məktubuna əsasən iddiaçının təsərrüfatında 18 yanvar 2022-ci il tarixində səlahiyyətli şəxslərin iştirakı ilə baxış keçirilmiş və tərtib edilmiş akta əsasən iddiaçıya arıların bəslənmə və saxlanma qaydalarına düzgün riayət etməsi tövsiyə olunmuşdur. Daha sonra baxış zamanı arı pətəklərindən nümunələr götürülmüş və aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertizası və X1 Laboratoriyasına parazitlərə qarşı müayinə üçün göndərilmişdir. Sözügedən laboratoriyanın 21 yanvar 2022-ci il tarixli M\H 220017 nömrəli Sınaq Protokoluna əsasən aparılan parazitoloji müayinə zamanı parazitlər aşkar edilməmişdir. AXA-nın 27 yanvar 2022-ci il tarixli MİHO/1.2.1-2-2022-164 nömrəli məktubuna əsasən mütəxəssislər tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, arıların zəifləməsi və tələf olmasına səbəb baxımsızlıq və arı ailəsinin qışa hazırlanmasının düzgün həyata keçirilməməsi olmuşdur. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə iş materiallarına əsaslanaraq hesab edir ki, 6 sentyabr 2021-ci il tarixli təhvil-təslim Aktına əsasən 9 saylı Ərazi Məşğulluq filialı tərəfindən İddiaçı göstərilən aktivlər təhvil verilmiş və necə qulluq edilməsi göstərilmişdir, lakin aktivlərə baxılarkən iddiaçı Əliyev X17 özünün təqsiri olduğundan iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətləri çərçivəsində nəzərdən keçirərək, eyni zamanda məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara istinad edərək hesab edir ki, iddiaçı tərəfindən tələbdə göstərilən hallar məhkəmədə sübut olunmadığından iddia tələbi əsassız hesab edilməli və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 132 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5rşı "dəymiş ziyanın kompensasiyası" tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-543/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-543/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver