Məhkəmə qərarları › İş №e-2(004)-546/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-546/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-546/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş olduğu 1000 (min) ABŞ Dolları, gecikdirilmiş hər gün üçün xidmətin dəyərinin 1 faiz məbləğində dəbbə pulu olaraq 2700 (iki min yeddi yüz) ABŞ Dolları, toplamda 3.700 (üç min yeddi yüz) ABŞ Dolları tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o xx.xx.2022-ci il tarixində Cavabdeh ASCnin Yasamal filialından 1000 ABŞ Dolları məbləğində pul Zolotaya Korona ilə tərəfindən X9 hesabına köçürülməsini həvalə edilmişdir. Həmin köçürülən pul iddiaçının övladının onlayn təhsil haqqı idi, alıcı olan Sart Gamze isə təhsil müəssisəsidir. İddiaçı əvvəllər də Zolotaya Korona təyinatı ilə həmin hesaba Bank Respublika, Ekspress bank, Rabitə bank vasitəsi ilə təhsil haqlarını ödəmişdir, heç bir problem yaşamadan pullar təyinatı üzrə hesaba yatırılırmışdır. O xx.xx.2022-ci il tarixində təhsil müəssisəsindən son ödəmənin bank hesabında görünmədiyinə dair mesaj almışdır. İddiaçı onlara ödəniş sənədinin şəklini çəkib göndərmiş və zolotaya korona ilə pulu köçürdüyünü bildirmişdir. Bir neçə gün sonra təkrarən ona mesaj yazılmışdır ki, hesabda pul görsənmir. Bu minvalla aprel ayına qədər yazışmalar davam etdi. Pul hesabda görsənmirdi. Kapital Bankdan isə iddiaçıya bildirmişlər ki, pul həmin hesaba köçürülmüşdür. İddiaçı həmin pulu təkrarən təhsil müəsissəsinin hesabına ödəniş etməli olmuşdur. Bir müddət sonra o Türkiyəyə, İstanbula getmişdir. Problemin səbəbini öyrənmək üçün Western Uniona yaxınlaşmışlar. İddiaçı problemi izah etmiş və Kapital Bankın köçürmə sənədini onlara göstərmişdir. Bank isə onlar tərəfindən köçürmə kodu səhv yazıldığı üçün pulun həmin hesaba deyil, başqa bir hesaba köçürüldüyünü bildirmişlər. Köçürmə kodu 00 (iki sıfır)la başlamalı olduğu halda, 97 (doxsan yeddi) ilə yazılması səbəbindən pul səhv hesaba köçürmüşdür. Yəni bankın əməkdaşı köçürmə kodunu səhv yazmışdır. Bakıya qayıtdıqdan sonra iddiaçı 30 iyun 2022-ci il tarixində Kapital Bankın qaynar xəttinə müraciət etmiş, ona mesaj olaraq müraciətinə dair kod göndərilmişdir, 10 iş günü ərzində cavab veriləcəyi bildirilmişdir. Lakin ona cavab verməmişlər. O təkrarən 14 oktyabr 2022-ci il tarixində müraciət etmiş, yeni müraciət kodu verildi, yenidən 10 iş günü ərzində cavab veriləcəyi bildirilsə də yenə də ona problemi ilə əlaqədar cavab verməmişlər. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh ASC-nin xidmətindən istifadə edərək, iddiaçı övladının təhsil haqqını ödəmək üçün, Türkiyədə təhsil müəssisəsinin hesabına pul köçürülməsi üçün cavabdehə pul ödəmişdir. Bu xidmət üçün o əlavə xidmət haqqını da ödəmişdir. Lakin bank əməkdaşının köçürmə kodunu yalnış yazması nəticəsində həmin məbləğ ünvanına çatmamışdır. Bu azmış kimi, öz səhvlərini bildikləri halda, köçürülən pulun hesaba yatırıldığını deyərək, iddiaçını uzun müddət bu problemin araşdırılmasına məcbur edərək, İstanbula qədər getməyinə səbəb olmuşlar. Bu da azmış kimi, problemin səbəbini tapıb, özlərinə bildirdiyi halda, müraciətlərini cavabsız qoymağa üstünlük vermişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndəiddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, yazılı etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı xx.xx.20022-ci il tarixində Bankın Yasamal filialından 1000 (bir min) USD məbləğində vəsaiti Zolotaya Korona vasitəsilə Türkiyədə yerləşən təhsil müəssisəsinə köçürmüşdür. Daha sonra iddiaçı vəsaitin qarşı tərəfə çatmadığını bildirərək Banka müraciət etmişdir. Müraciətlə bağlı bank tərəfindən araşdırılma aparılmış, Zolotaya Korona pul köçürmə sisteminin texniki təminatını həyata keçirən Maliyyə Texnologiyaları Mərkəzinə (bundan sonra - MTM) müraciət edilmişdir. MTM tərəfindən bildirilmişdir ki, **********2036 nömrəli köçürmə üzrə benefisiar bank təsdiq etmişdir ki, “Köçürmə üzrə vəsait müştəriyə verilmişdir. Köçürülmüş vəsaitin yanlış təhvil verilməsinə dair əsas yoxdur. Həmçinin qeyd edilmişdir ki, əməliyyatın uğurlu olması barədə təsdiqedici sənədlər hüquqmühafizə orqanlarının sorğusu əsasında təqdim edilə bilər.” Həmçinin iddiaçı iddia ərizəsində Western Union-a müraciət etdiyini bildirir. İşin hallarından da göründüyü kimi köçürmə Zolotoya Korona sistemi vasitəsilə icra olunmuşdur. Belə olduğu halda başqa şirkətə müraciət edərək əldə olunmuş cavabla Banka qarşı iddia qaldırılması əsassızdır. İddia ərizəsində qeyd olunan digər məsələ isə vəsaitin Bank tərəfindən düzgün hesaba deyil, başqa hesaba köçürülməsidir. Köçürmə hesab vasitəsilə deyil, sürətli pul köçürməsi sistemilə icra olunmuşdur. Yəni burada vəsaitin yanlış hesaba köçürülməsi halı baş verə bilməz. Köçürmə üzrə verilmiş kod isə bank tərəfindən deyil, sistem tərəfindən verilir. Əlavə olaraq iddiaçı öz iddiasının əsasını təşkil edən hallara dair hər hansı sübut təqdim etməmiş, yalnız qarşı tərəfdən vəsaitin qəbul etmədiyi barədə yanlış məlumatı sübut kimi təqdim etməklə kifayətlənmişdir. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, həmçinin işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 fevral 2022-ci il tarixli **********2036 saylı vəsaitin köçürülməsinə dair ödəniş sənədindən görünür ki, İddiaçı müraciəti əsasında X10 vasitəsi ilə GAMZE SART hesabına (İBAN TR49 0006 2000 2110 0009 074104, ölkə Türkiyə tel +**********22) 1000,00 (bir min) ABŞ dolları miqdarınnda pul köçürdülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TT**********8941000 nömrəli qəbzin surətindən görünür ki, Balakişiyeva X1 vasitəsi ilə SART GAMZE adına **********40103 CİF Kodlu hesaba 1000,00 ABŞ dolları məbləğində pul köçürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “zolotoy korona” sürətli poçt xidməti vasitəsilə pulun iddiaçının qeyd etdiyi hesaba deyil, başqa hesaba köçürüldüyünü və bank vasitəsilə ödənilmiş pulun iddiaçının göndərilməsini xahiş etdiyi şəxsə çatmadığını, bank tərəfindən xidmətin qüsurlu edilməsini qeyd etsə də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bunun əksi olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən və “koronapay sistem”dən çıxarışdan görünür ki, **********2036 nömrəli köçürmə üzrə vəsait müştəriyə çatdırılmışdır. Məhkəmə, eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş wattsap yazışmalarına münasibətdə qeyd edir ki, qeyd olunan yazışmalar hazırki iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə dair hüquqlara malikdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar