Məhkəmə qərarları › İş №e-2(004)-5472/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5472/2024

24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5472/2024 24.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Azərbaycan Tibb Universiteti X1 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Tibb Universiteti X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Tibb Universiteti X6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ATU X4 34096,38 manat və 196 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı ATU X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh atası X9 xx.xx.2024-cü il tarixində Azərbaycan Tibb Universitetinin X1 reanimasiya şöbəsinə beyin daxili qansızma diaqnozu ilə yaxınlarının vasitəsilə TTY ilə gətirilmişdir. Klinikaya daxil olarkən ümumi vəziyyəti ağır olaraq qiymətləndirilmiş, müvafiq müayinələrdən sonra sağ orta beyin arteriyası hövzəsinin işemik insultu, kəskin böyrək çatışmazlığı diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixinədək müalicələr aparılmış, elə həmin gün yaxınlarının təkidilə ağır vəziyyətdə klinikadan təxliyyə edilmişdir. Bütün bunlarla əlaqədar xəstə M.Əliyevin oğlu Cavabdeh klinikanın xəzinəsinə bugünə qədər 5000 manat ödəmiş, 34096,38 manat qalıq borc qalmışdır. E.Məmmədov öz möhlət ərizəsinə əsasən qalıq borcu müəyyən edilmiş qaydada və müddətdə hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, onlar bununla razılaşmır, borcun tam şəkildə ödənilməsini tələb etsələr də, o bununla razılaşmamış, borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Tibb Universiteti X1 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir, lakin qarşı tərəfin rəhbərliyi ilə aralarında həmin məbləğin aylıq ödənilməsi ilə bağlı razılaşma olmuşdur. Qalıq borcu birdəfəyə ödəyə bilmir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Tibb Universitetinin X1 rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, atası X9 Azərbaycan Tibb Universitetinin Patoloji-Fiziologiya kafedrasının professoru xx.xx.2024-cü il tarixində X5 reanimasiya şöbəsinə hemaragin insult diaqnozu ilə yerləşdirilib. Bugünə qədər 1000 manat ödənilib. Qalıq borc 37471 manat hər ayın 5-dək 1000 manat olmaqla ödəniləcəkdir. Əks halda qanunvericiliyə uyğun olaraq xəbərdarlıq barəsində məlumat verilmişdir. İş materiallarında olan xx.xx.1956-cı il təvəllüdlü X8 aid xx.xx.2024-cü il tarixli Epikrizdən görünür ki, X3 orta beyin arteriyası hövzəsinin işemik insultu, kəskin böyrək çatışmazlığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X1 xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü X9 xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək ATU X2 Reanimasiya və Anestesiya şöbəsində müalicə almışdır. Daxil olduğu gündən xəstə yaxınları xəstəxanaya cəmi 5000 manat ödəniş etmişlər. Xəstənin borcu 34096,38 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X1 xx.xx.1956-cı il təvəllüdlü X7 müalicəsi ilə bağlı xx.xx.2024-cü il tarixli hesab fakturasından görünür ki, müalicə ilə bağlı klinikanın xəzinəsinə 5000 manat ödənilmiş, 34096,38 manat qalıq borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin atası xx.xx.1956-cı il təvəllüdlü X9 xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək ATU X2 Reanimasiya və Anestesiya şöbəsində müalicə almışdır. Daxil olduğu gündən xəstə yaxınları xəstəxanaya cəmi 5000 manat ödəniş etmiş, müalicə ilə bağlı 34096,38 manat qalıq borc qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli əriz ilə atası X7 X5 reanimasiya şöbəsində müalicəsi ilə bağlı qalıq borc kimi 37471 manatı hər ayın 5-dək 1000 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürsə də, qalıq borcu ödəməmişdir. Hazırda Azərbaycan Tibb Universiteti X6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34096,38 manat və 196 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulub iddiaçı ATU X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə izahatında iddianı qəbul etdiyini bildirmişdir. Göründüyü kimi, tərəflər arasındakı razılaşmaya əsasən ATU X6 cavabdehin valideyninə tibbi xidmətlərin göstərilməsini həyata keçirmiş, lakin cavabdeh tərəf iddiaçı tərəfindən həyata keçirilən tibbi xidmətlərin əvəzinin ödənilməsi ilə bağlı öhdəlik götürsə də öhdəliyini yerinə yetirməmişdir. Nəticədə cavabdehin Azərbaycan Tibb Universitetinin X1 xx.xx.1956-cı il təvəllüdlü X7 müalicəsi ilə bağlı xx.xx.2024-cü il tarixli hesab fakturasına əsasən klinikaya 34096,38 manat qalıq borcu qalmışdır. Odur ki, iddiaçı razılaşma üzrə göstərdiyi tibbi xidmətlə bağlı xərci tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 34096,38 (otuz dörd min doxsan altı manat otuz səkkiz qəpik) manat pul alınaraq iddiaçı Azərbaycan Tibb Universiteti X4 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələbin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 196 manat pul tutularaq iddiaçı Azərbaycan Tibb Universiteti X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 34096,38 (otuz dörd min doxsan altı manat otuz səkkiz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 196 (bir yüz doxsan altı) manat pul alınaraq iddiaçı Azərbaycan Tibb Universiteti X4 verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar