Məhkəmə qərarları › İş №e-2(004)-5518/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5518/2024

13.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5518/2024 13.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, iddiaçı X1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması və pulun bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması və pulun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 68 kv.m olan 3 otaqlı mənzil və ünvan 2 ünvanında yerlaşən sahəsi 105 kv.m olan 4 otaqlı mənzilin paylara uyģun naturada ayrılması, ayrılma mümkün olmadıqda mənzillərin açıq harracda satilaraq əldə olunmuş vəsaitin Quliyeva X3 Vüqar Əli oğlu arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən iddiaçı X1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması və pulun bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra, iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması və pulun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6406/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına əsasən iddiaçılar X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddiaçı X1 Cavabdeh qarşı əmlakın naturada bölünməsi və ya hərracda satılması və pulun bölünməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Mülki iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. İddia ərizəsindən də göründüyü kimi, tələb ünvan 1 ünvanında yerləşən sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin və ünvan 2 ünvanında yerlaşən sahəsi 105 kv.m olan 4 otaqlı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlıdır. Qeyd edilən tələb müstəsna aidiyyatla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür. Bu baxımdan iddia ərizəsi mübahisəli daşınmaz əşyanın olduğu yerə görə deyil, ümumi qaydaya müvafiq olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Belə ki, , iş materiallarında olan xx.xx.2023-cü il tarixli MAPS arayışından Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olduğu müəyyən edilsə də, AZEMİS vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 4arixinə nəzər yetirdikdə görmək olur ki, sözügedən arayış xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı X4 isə Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması və pulun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilən zaman aralığında cavabdehin qeydiyyat ünvanının dəyişməsi istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normalarına və AZEMİS vasitəsilə əldə edilmiş cavabdehin qeydiyyat məlumatına əsasən məhkəmə hesab edir ki, Cavabdeh sonuncu qeydiyyat ünvanı hazırda Goranboy rayonunun ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Goranboy Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması və pulun bölünməsi” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100,60 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X2 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması və pulun bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100,60 (yüz manat altmış qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X2 qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar