Məhkəmə qərarları › İş №e-2(004)-5562/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5562/2025

17.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5562/2025 17.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: baxılmamış saxlama) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən zədələnmiş Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə gedən keçidin cavabdeh tərəİindən əvvəlki vəziyyətinin bərpa edilməsi və zərərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 34 ünvanında uzun illərdir ailəsi ilə birlikdə yaşayır. Həmin ünvandakı 2 otaqlı fərdi yaşayış evi və torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Yaşadığı evin torpağı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamı ilə yeni yaşayış binalarının və qeyri-yaşayış binalarının tikintisi məqsədilə Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Torpağın ayrılması zamanı mülkiyyətçi kimi onun razılığı alınmamışdır. Cavabdeh şirkəti artıq 1 ildən çoxdur ki, ərazidə söküntü və tikinti işləri aparır. Onun evinin damında aparılmış söküntü nəticəsində evin tavanı çökmüşdür. Evin içinə də zərər dəymişdir. Hazırda həmin ev və evə gedən yeganə keçid Cavabdeh şirkəti tərəfindən ciddi şəkildə zədələnmiş, yaşayış və hərəkət üçün təhlükəli vəziyyətə gəlmişdir. Şirkət keçidi qəsdən bu vəziyyətə salıb ki, sakinlər məcbur çıxıb getsinlər. Başqa yaşayış yerləri olmadığı üçün təhlükəli olsa belə burada məcburi yaşayırlar. Evə dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərci müəyyənləşdirməyə görə “Caspian Valuation” şirkətinə müraciət etmişdir. Qiymətləndiriciekspert tərəİindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/S 47-338/25 nömrəli rəyə əsasən xərcin ümumilikdə miqdarı 7101,12 manat təşkil edir. Evin əvvəlki vəziyyətinin bərpa edilməsini, evə təhlükəsiz keçidin təmin edilməsini, zərərin aradan qaldırılmasını MTK-nın nümayəndələrindən tələb etsə də bugünədək bu istiqamətdə heç bir iş görülməmişdir. Məsələ ilə əlaqədar müvafiq dövlət orqanlarına şikayət ünvanlamışdır. Bakı şəhər Prokurorluğundan cavab olaraq bildirilmişdir ki, daxil olmuş müraciətə dair tədbir görülməsi üçün aiddiyyəti üzrə yönləndirilib. Beləliklə fərdi yaşayış evinə, həmçinin evə gedən keçidə vurulmuş zərərin aradan qaldırılması və onların əvvəlki vəziyyətinə qaytarılması zərurəti yaranmışdır.

3. İddia ərizəsi icraata qəbul edilmiş, iş üzrə hazırlıq iclası keçirilmiş, mülki iş baxışa təyin edilmiş və məhkəmə baxış iclası xx.xx.2025-ci il, saat 12:30-a təyin edilmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.

5. İddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, cavabdehlə razılıq üçün danışıqlar getdiyini, iclasın bir ay müddətinə təxirə salınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

7. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.

8. Məhkəmə real və həqiqi mübahisələrə baxır. Hazırkı mübahisə üzrə iddiaçının tələbi fərdi yaşayış evi və həmin evə gedən keçidin cavabdeh tərəİindən əvvəlki vəziyyətinin bərpa edilməsi və zərərin aradan qaldırılması formasında ifadə olunmuşdur. İddiaçının tələbləri qeyri-müəyyən olmaqla onun əsl niyyətinin, həqiqi hüquqi marağının nədən ibarət olduğu aydın deyil. İddiaçı keçirilmiş məhkəmə iclaslarının heç birində iştirak etməmiş, hər dəfə iclasların təxirə salınması barədə vəsatətlər vermişdir. Bu halda isə işə baxılması mümkün deyil.

9. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

10. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu ödənişi edən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar