Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5635/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olmaq üçün maneənin aradan qaldırılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvələri xx.xx.2020ci il təvəllüdlü X2, xx.xx.2022-ci il təvəllüdlü X4 və X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 20:00-a kimi ünsiyyətdə olmağının müəyyən olunması və nəvələri ilə ünsiyyətdə olan maneənin cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından üç övladları var: xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2022-ci il təvəllüdlü X4 və X5. Bildirdi ki, onlar 2 aydan çoxdur ki, ayrı yaşayırlar. Ailə münasibətləri pisləşib. Rəsmi şəkildə boşanmasalar da, faktiki olaraq 18 avqust 2023-cü ildən ayrı yaşayırlar. Qanunun tələbinə görə onun da öz nəvələri ilə ünsiyyətdə olmaq hüququ var. Lakin Cavabdeh onu nəvələri ilə görüşməyə qoymur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hüquqları bərpa olunmalı və onun nəvələri ilə görüşü təmin olunmalıdır. Bildirir ki, Cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Ona görə də o, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, nəvələri xx.xx.2020ci il təvəllüdlü X2, xx.xx.2022-ci il təvəllüdlü X4 və X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 20:00-a kimi ünsiyyətdə olmağının təmin edilməsini xahiş etmişdir. Lakin oradan ona məktubla cavab verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də o, məhkəməyə müraciət edərək nəvələri ilə ünsiyyətdə olan maneənin aradan qaldırılmasını və görüş vaxtının müəyyən olunmasını tələb edir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətininin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə nəvələri xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2022-ci il təvəllüdlü X4 və X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək müəyyən olunmuş ünsiyyət qaydasına olan maneənin cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi və AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məhkəmə iclasına çağırılmış, lakin, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı və X1 yetkinlik yaşına çatmamış nəvələri xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2022-ci il təvəllüdlü X4 və X5 ilə ünsiyyət qaydası hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 62.1-ci maddəsinə əsaəsən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-ci maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarının 4-cü bəndində izah edilmişdir ki, Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Göründüyü kimi, babanın nəvələri ilə ünsiyyətdə olmaq hüququ, qanunvericilikdə nəzərdə tutulur. İddiaçıya Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə nəvələri azyaşlı X2, X4 və X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları barədə qərar qəbul olunmuşdur. Lakin, cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarına tabe olmamış, iddiaçının nəvələri ilə ünsiyyətdə olmasına maneə törətmişdir. İddiaçı da nəvələrinin tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı bir mənfi cəhət müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddiaçıya nəvələri ilə ünsiyyət hüququnun həyata keçirilməsi məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın icrasına cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı nəvələri – 20 aprel 2020-ci il təvəllüdlü X2, 18 avqust 2022-ci il təvəllüdlü X4 və 18 avqust 2022-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququnun həyata keçirilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın icrasına Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5635/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5635/2023
07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver