Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5717/2022 21.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı Cavabdeh qarşı “pay hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “pay hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Belə ki, hazırkı ərizəyə əlavə edilmiş etibarnamədə “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verilməsi xüsusi qeyd edilmədiyi halda, iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır. İddiaçıya izah olunur ki, etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “pay hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsi ya iddiaçının özü tərəfindən imzalanmalı, ya da etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi xüsusi göstərilməlidir. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-5717/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5717/2022
21.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver