Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5804/2025 10.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28190 manat pulun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə ortaq tanışları vasitəsi ilə tanış olmuşdur. Tərəflərin arasında yaranan münasibətdən müxtəlif dövrlərdə borc almışdır. Sonradan cavabdeh ortaqlı iş qurmaq üçün qaytarmaq şərti ilə müxtəlif dövrlərdə hissə hissə təxminən 2024-cü ilin yanvar ayından 2024-cü ilin sonuna kimi müxtəlif məbləğlərdə borca pul alsa da, pulun ilin sonu bütöv qaytaracağına dair vəd vermiş, lakin sonradan onun işinin alınmadığını bildirərək vaxt istəmişdir. Beləliklə cavabdeh bu günə kimi olan borcunu qaytarmaq əvəzinə danışıq və görüşlərdən yayınmaqdadır. Cavabdeh əsassız olaraq varlansa da aldıqlarını geri qaytarmaqdan imtina edir. Pulun verilməsi həm nağd, həm də cavabdehin Kapital bankda sonu 9082, sonu 9748, sonu 4560, sonu 8519 olan kart hesabına köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş, 4000 manat və 1970 manat məbləğin ödənilməsini əks etdirən qəbzlər onun tərəfindən deyil, X2 tərəfindən ödənilmiş, məhkəməyə səhvən təqdim edilmişdir. Cavabdeh həmçinin bəzi ödənişləri nağd formada həyata keçirdiyini bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 250 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 110 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 300 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 4000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 1500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 250 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 4500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 6800 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 100 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 1500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 150 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 100 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 850 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 610 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 200 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 250 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 700 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 700 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 120 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* kartına 1300 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ABB 4560 kartına 1200 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, SƏ**** Q******** kartına 100 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, UNİBANK 8519 kartına 300 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, RE******* A******* kartına 1500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ə***** R***** R***** QİZİNİN kartına 3500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ə***** R***** R***** QİZİNİN kartına 818 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* tərəfindən ****3425 karta 1900 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ə***** R***** R***** QİZİNİN kartına 1970 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ə***** R***** R***** QİZİNİN kartına 4000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktından görünür ki, İddiaçı tanışı X1 ucuz qiymətə qızıl-zinət əşyaları alıb baha qiymətə satıb qazancı yarı böləcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla, sonuncunun xx.xx.2024-cü il tarixdə saat 13:05-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 574 məhəllədə yerləşən “Araz” marketdə quraşdırılmış “Mpay” ödəniş terminalından göndərdiyi 1970 manat, xx.xx.2024-cü il tarixdə saat 10:34-də ünvan 1 ünvanda yerləşən “Bolmart” marketində quraşdırılmış “Mpay” ödəniş terminalından göndərdiyi 4000 manat pul vəsaitini və daha artıq məbləğlərdə pul vəsaitini ələ keçirib zərərçəkmiş şəxs Səbinə Qurbanovaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, M***** Ş***** M***** OĞLUNUN kartına 840 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, M***** Ş***** M***** OĞLUNUN kartına 2650 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin izahatına əsasən 28190 manat iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız tərəflərin izahatları ilə sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə borc pul verilmişdir. Ona görə də, tərəflər arasında bağlanmış pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı pulu ona geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının təqdim etdiyi qəbzlərdən göründüyü kimi, iddiaçı ZÜ****** M********* kartına ümumilikdə 25290 (250+110+300+4000+500+1500+250+4500+100+6800+1500+100+150+850+610+200+5 00+2 0+700+700+120+1300=25290) manat məbləğində pul köçürmüşdür. İddiaçının təqdim etdiyi digər qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixində ABB 4560 kartına 1200 manat, xx.xx.2024-cü il tarixində SƏ**** Q******** kartına 100 manat, xx.xx.2024-cü il tarixində UNİBANK 8519 kartına 300 manat məbləğində pul köçürülmüşdür. Bununla da məhkəmə belə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehə borc verdiyi 28190 manat pul vəsatini tələb etsə də, onun cavabdehə təqdim edilmiş qəbzlərlə (ZÜ****** M*********) cəmi 25290 manat pul verməsi müəyyən edilir. Digər üç qəbzdə isə köçürməni alan şəxslər (ABB 4560; SƏ**** Q********; UNİBANK 8519) fərqli olduğundan məhkəmə hesab edir ki, iddiaçı həmin pul məbləğlərini cavabdehə ödədiyini sübut edə bilməmişdir. Həmçinin, iddiaçı tərəf izahatında etiraf etmişdir ki, cavabdeh qeyd edilən borcundan xx.xx.2024-cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 1900 manat qaytarmışdır. Cavabdehin 1900 manatı qaytarması iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli qəbzlə də sübut olunur. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ZÜ****** M********* (cavabdeh) tərəfindən ****3425 karta 1900 manat məbləğində pul köçürülmüşdür. Bununla yanaşı cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərdən göründüyü kimi o, xx.xx.2024-cü il tarixində RE******* A******* kartına 1500 manat, xx.xx.2024-cü il tarixində Ə***** R***** R***** QİZİNİN kartına 3500 manat, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ə***** R***** R***** QİZİNİN kartına 818 manat məbləğində pul köçürmüşdür. Cavabdehin təqdim etdiyi digər iki qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixində M***** Ş***** M***** OĞLUNUN kartına 840 manat, xx.xx.2024-cü il tarixində isə M***** Ş***** M***** OĞLUNUN kartına 2650 manat məbləğində pul köçürülmüşdür. Bununla da məhkəmə belə hesab edir ki, cavabdeh iddiaçıya (RE******* A*******; Ə***** R***** R***** QİZİ) olan borcundan 5818 (3500+1500+818=5818) manat qaytarmışdır. Digər iki qəbzdə isə köçürməni alan şəxs (M***** Ş***** M***** OĞLU) fərqli olduğundan məhkəmə hesab edir ki, cavabdeh həmin pul məbləğlərini iddiaçıya qaytardığını sübut edə bilməmişdir. Həmçinin, cavabdehin təqdim etdiyi digər iki qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixində Ə***** R***** R***** QİZİNİN kartına 1970 manat, xx.xx.2024-cü il tarixində Ə***** R***** R***** QİZİNİN kartına 4000 manat məbləğində pul köçürülmüşdür. Lakin məhkəmə iclasında cavabdeh hakimin sualına cavab olaraq bildirmişdir ki, həmin qəbzlərdə köçürməni alan şəxs kimi iddiaçının adı göstərilsə də, həmin məbləğləri cavabdeh yox, başqa bir şəxs, yəni Qurbanova Səidə iddiaçıya ödəmişdir. Bu iş materiallarında olan ittiham aktı ilə də sübut olunur. Belə ki, həmin ittiham aktından görünür ki, zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxs İddiaçı kartına (iddiaçının kartına) xx.xx.2024-cü il tarixdə 1970 manat, xx.xx.2024-cü il tarixdə 4000 manat pul köçürmüşdür. Beləliklə, cavabdehin iddiaçıdan aldığı 8718 (3500+1500+818+1900+1000=8718) manat borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı iş materiallarında olan sübutlarla, tərəflərin izahatları və işin araşdırılmış halları ilə sübut edildiyindən, cavabdeh qalan 16572 manat borcu (25290-8718=16572) iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 106 (bir yüz altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 74 (yetmiş dörd) manat (180- 106=74) iddiaçıya aid edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16572 (on altı min beş yüz yetmiş iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 (bir yüz altı) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 16572 (on altı min beş yüz yetmiş iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 (bir yüz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 74 (yetmiş dörd) manat (180-106=74) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5804/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5804/2025
10.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver