Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5812/2023 13.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdehnə qarşı mənzil üzrə maliyyə arayışının verilməsi və mənzilin paylı mülkiyyət hüququ əsasında 1/8 hissəsinin iddiaçının adına özgəninkiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsi mümkünlüyünə Bakı şəhərində məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzil üzrə X2 ilə Cavabdeh MMC arasında mənzilin 1/2 hissəsinin alqı-satqısı müqaviləsinin, maliyyə arayışının, mənziltikinti kooperativinə üzv qəbul edilmiş X1 yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının protokolundan çıxarışın və verilən yaşayış sahəsinin plan-cizgisinin verilməsi, həmin mənzilin 1/8 hissəsinin əvəssiz olaraq İddiaçı adına paylı mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması üçün bütün zəruri hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddı 36. İddiaçının seçməsinə görə aidiyyət 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1.3. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa... 114.2. ...... Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə İddia ərizəsindən görünür ki, iddiaçı müstəsna aidiyyət barədə normalara əsaslanaraq, iddia ərizəsi ilə mübahisəli mənzilin yerləşdiyi yerin məhkəməsinə, yəni Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, iddia ərizəsində göründüyü kimi, iddiaçının tələbləri müstəsna aiddiyyət qaydaları şamil olunan iddialara aid deyil. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınan məlumata əsasən, cavabdeh Nərimanov rayonu ərazisində qeydiyyatdadır. Hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, iddia ərizəsi ilə aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət edə bilər. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (qəbz: No **********, xx.xx.2023-cü il tarixli ) Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardad dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-5812/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdehnə qarşı mənzil üzrə maliyyə arayışının verilməsi və mənzilin paylı mülkiyyət hüququ əsasında 1/8 hissəsinin iddiaçının adına özgəninkiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsi mümkünlüyünə Bakı şəhərində məhkəmənin binasında baxaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 11:00-da başladı. Prosessual hərəkət saat 11:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-5812/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5812/2023
13.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver