Məhkəmə qərarları › İş №e-2(004)-5828/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5828/2025

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5828/2025 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 saylı qətnaməsi ilə bağlı icra vərəqəsinin icra edilməməsi ilə balı ona dəymiş maddi ziyana görə cavabdehlərdən 56.266 (əlli altı min iki yüz altmış altı) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(076)-2688/2019 saylı qətnaməsinə əsasən cavabdeh X2 22.5064 manat məbləğində pulun alınıb ona ödənilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Lakin 5 ildən artıq müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsi bu günədək icra məmurlarının hərəkətsizliyi nəticəsində icra olunmamışdır. Halbuki, məhkəmə qətnaməsinin icra olunması üçün cavabdehin kifayət qədər əmlakları vardır. Sözügedən işdə olan iş materialları ilə sübut olunur ki, onun tərəfindən cavabdehin icarəsində olan 382 ha örüş sahəsində 12 ha ərazidə meyvə ağaclarından ibarət bağ salmışdır. Sözügedən 12 ha bağ təxminən 5 ildir ki, cavabdeh X3 istifadəsindədir. İş materiallarından da göründüyü kimi, sözügedən bağ sahəsinin məhsuldarlılğının müəyyən olunması ilə bağlı Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən heç bir hərəkət edilməmişdir. Bundan əlavə, cavabdeh X7 özünə məxsus su turbalarını satmaq üçün Şəmkir rayonunda yerləşən dəmir alqı satqısı ilə məşğul olan məntəqəyə satmaq üçün təhvil vermişdir. Tərəfindən bununla bağlı icra məmuru Xəyal Verdiyevə məlumat verilərək, bununla bağlı tədbir görülməsini xahiş etsə də, icra məmuru heç bir tədbir görməmişdir. Bundan əlavə, iş materiallarından da göründüyü kimi, borclu S.Abdullayev 382 ha örüş sahəsini icarəyə götürmüşdür. İcarə müqaviləsi isə təlimata əsasən mal-qarası olan şəxslərlə bağlanılır. Eyni zamanda təlimata görə hər hektara minimum 1400 baş heyvan olmalıdır. Cavabdeh Suliddin Abdullayevin 382 ha örüş sahəsini icarəyə götürdüyünü nəzərə alsaq onda onun minimum 1400 baş heyvanı olduğu məlum olur. Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh Suliddin Abdullayevin 1215 baş xırda buynuzlu heyvanı vardır. Amma göründüyü kimi, icra məmuru bağlanmış icarə müqaviləsi əsasında borclu S.Abdullayevin nə qədər heyvanı olmasını ümumiyyətlə araşdırmamış və tələbi həmin heyvanlara yönəltməmişdir. Ümumiyyətlə isə həmçinin heyvanlarla bağlı Şəmkir rayon İcra və Probasiya şöbəsi heç bir tədbir görməmişdir. Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda Suliddin Abdullayevin heyvanlarını satmasına dair sonuncunun ərizə verdiyi qeyd olunmuşdur. Bu fakt onu təsdqi edir ki, Şəmkir rayon İcra və Probasiya şöbəsi həmin heyvanların üzərinə həbs qoyulmamaqla onları Suliddin Abdullayevin satmasına şərait yaratmalarını sübut edir. Göründüyü kimi, ümumiyyətlə icra məmurunun borclunun əldə etdiyi gəlirlər barəsində heç bir tədbir görməmişdir. Burada bir halı qeyd edirəm ki, icarə müqaviləsinin bağlanması üçün cavabdeh tərəfindən göstərilən sayda heyvanların olmaması və ya ümumiyyətlə heyvanların olmamasını bildiyi halda bu barədə aidiyyəti orqanlara icra məmurunun xəbər verməməsi səhlənkarlıq cinayətinin, rüşvətalma və sairə kimi korrupsiya cinayətlərinin törətməsinə dair əsaslı şübhələr yaradır. Beləliklə də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 saylı qətnaməsinin təmin olunması üçün lazımi nəzarət və hərəkətlər edilmədiyi üçün 5 ildir ki, sözügedən işlə bağlı məhkəmənin icra vərəqəsi təmin olunmur ki. Bu da onun həmin puldan gəlir əldə etməkdən məhrum etmişdir. Bundan əlavə sözügedən meyvə bağından əldə olunan gəliri və ya meyvənin, cavabdehdə olan heyvanların ona verilməsini etməməmklə aidiyyəti vəzifəli şəxslər sözügedən məhkəmənin icra vərəqəsinin təmin olunmasına bilərəkdən maneə olmuşlar, beləliklə əsə sözügedən məhkəmənin icra vərəqəsi ilə aidiyyəti vəzifəli şəxslərin CM-nin 306-cı, 311-ci 314-cü maddələrndə nəzərdə tutulan cinayət əməllərinin törətməsinə dair əsaslı şübhələr vardır. Göstərilənlərə əsasən hesa edirəm ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Çünki yuxarıda göstərildiyi kimi cavabdehlərin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 saylı qətnaməsinin icrasının gecikdirmələri və həmin qətnamə ilə ona ödənilməli olan pul məbləğlərinin ödənilməsini gecikdirmələri təsdiq olunur və bu hal Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz məbləğin ödənilməsini tələb etmək üçün yetərlidir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 saylı qətnaməsinə əsasən 225064 manat məbləğində pul vəsaitinin vaxtında qaytarılmadığına görə illik 5% dərəcəsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq hazırki vaxta qədər, yəni iddia qaldırılan vaxta, yəni xx.xx.2025-ci il tarixə 225064 manat məbləğində pul vəsaitinə görə hesablanacaq faizin məbləği 56266 manat təşkil edir (xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (1825 gün), 225064 manat x 5% = 5/365 = 1825 gün = 61266 manat). Göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 saylı qətnaməsi ilə bağlı icra vərəqəsi cavabdehlərin təqsirindən icra edilməmişdir. Bu isə ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ verir. Bu halda, o, tələbkar olaraq başqa əsaslardan çıxış edərək daha artıq məbləğ tələb edə bilmirsə, ən azından gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlər ona ödənilməlidir. Bundan başqa, bugünədək məhkəmə aktının icra edilməməsi ağır iztirab və sarsıntı keçirməsi ilə nəticələnmişdir. Bütün bunların nəticəsində mənəvi zərərə, təzyiqlərə, sarsıntılara məruz qalmışdır, bununla da, ona 5.000 (beş min) manat məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmə prosesin gedişində X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə vəsətatə ünvanlayaraq bildirmişdir ki, təqdim etdiyim sənədlərdən də göründüyü kimi borclu Suliddin Abdullayevin 1032 baş xırda buynuzlu heyvanları olmuş və sonradan Şəmkir Statistika İdarəsinin məktubunda qeyd olunduğu kimi o həmin heyvanları satmışdır. Bunun səbəbi isə həmin heyvanlarala bağlı Şəmkir İcra və Probasiya Şöbəsi tərəfindən tədbir görülməməsidir. Bu fakt onu təsdiq edir ki, Şəmkir İcra və Probasiya Şöbəsi bununla da Suliddin Abdullayevin ona 250.000 manat ödəməsinə dair qanuni qüvvəsini almış Şəmkir rayon Məhkəməsinin qətnaməsinin icrasına mane olmuşdur. Bu isə qətnamənin icra olunmasına maneçilik yaratmaq olmaq üçün cavabdehdən rüşvət alınmasına dair əsasslı şübhələr yaradır. Bundan əlavə təqdim etdiyi səs yazısı onun cavabdeh Suliddin Abdullayevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında keçrilmiş məhkəmə iclasına aiddir. Hakim icra məmuru Xəyal Verdiyevə deyir ki, nə cinayət işi başlamırsınız, o da cavabında deyir ki, imkan vermirlər. Odur ki, işdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçilik törədilməsinə dair kifayət qədər əsaslı şübhələrin olmasını nəzərə alıb cavabdehlərin və Suliddin Abdullayevin məhkəmə iclasında iştirakının məcburi təmin olunması və onlar barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icraçı onun hazırki işlə bağlı icraçı qismindən çıxarılması ilə bağlı ərizə yazmasını istəmişdir. İcra məmuru ona 70.000 manat verməsini, əvəzində ona sahə verməyi təklif etmişdir. İş Ali Məhkəməyə kimi gedib çıxmışdır. O, 6000 ağac əkdirmişdir. Heyvan saxlatdırır, əlindən alıb aparıblar. Heyvandarlığı inkişaf etdirmək üçün avadanlıqlar da çəkdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mal-qaranın satılaraq ödənişin edilməsini tələb etmişlər. İcra məmuruna inzibati qaydada cəza tətbiq etməsini bildirsələr də, borclunun 85 yaşının olduğunu qeyd etmişdir. İcra sənədi üzrə heç bir ödəniş edilməyib. Cavabdehə 225064 manata ferma ilə birgə torpaq sahəsi satmışdır. Daha sonra cavabdeh iddia qaldıraraq torpaq sahəsinin dövlətə məxsus olduğunu iddia etmişdir. Borclu S.Abdullayev 382 ha örüş sahəsini icarəyə götürmüşdür. İcarə müqaviləsi isə təlimata əsasən malqarası olan şəxslərlə bağlanılır. Eyni zamanda təlimata görə hər hektara minimum 1400 baş heyvan olmalıdır. Cavabdeh Suliddin Abdullayevin 382 ha örüş sahəsini icarəyə götürdüyünü nəzərə alsaq onda onun minimum 1400 baş heyvanı olduğu məlum olur. Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh Suliddin Abdullayevin 1215 baş xırda buynuzlu heyvanı vardır. Amma göründüyü kimi, icra məmuru bağlanmış icarə müqaviləsi əsasında borclu S.Abdullayevin nə qədər heyvanı olmasını ümumiyyətlə araşdırmamış və tələbi həmin heyvanlara yönəltməmişdir. Ümumiyyətlə isə həmçinin heyvanlarla bağlı Şəmkir rayon İcra və Probasiya şöbəsi heç bir tədbir görməmişdir. Əvvəlki baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, onlar arasında çoxsaylı məhkəmə prosesləri olmuşdur. İddiaçının barəsində cinayət işi başlanmışdır. Qətnamə ilə ona qaytarımalı olan ərazi zəbt olunub. Onun çıxarışı vardır. İddiaçı ona 68.000 manat borcludur. Əkindən əldə edilən pulun bir hissəsi ona verilməli idi. İcraçı yoxlama aparmışdır. Cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən, cavabdehlərin nümayəndələrinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3588/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9493/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadın məzmunundan müəyyən edilir ki, “İddiaçı cavabdehlər Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(076)-2688/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin vaxtında icra edilməməsi, həmin icra sənədi üzrə tələbin icra sənədi üzrə borclu Suliddin Abdullayevə məxsus olmaqla, Şəmkir rayonu, Ceyrançöl massivi, 36,37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsi üzərində icarə hüququna və 1215 baş xırda buynuzlu mala yönəldilməməsi ilə bağlı hərəkətlərinə nəzarət edilməməsi ilə bağlı cavabdehlərin hərəkəthərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin icra sənədi üzrə tələbin icra sənədi üzrə borclu Suliddin Abdullayevə məxsus olmaqla, Şəmkir rayonu, Ceyrançöl massivi, 36,37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsi üzərində icarə hüququna və 1215 baş xırda buynuzlu mala yönəldilməsinə nəzarət edilməsinin cavabdehlərə həvalə edilməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-203/2023 saylı qətnaməsi əsasında verilmiş və xx.xx.2024-cü ildə icraata başlanılmış icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2024-cü ildə verdiyi vəsatətə baxılmaması (qərar qəbul edilməməsi) və həmin iş üzrə icraatın dayandırılmaması barədə Şəmkir rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyinə hüquqi qiymət verilməsinin cavabdehlərə həvalə edilməsi, dəymiş maddi zərər, yəni heyvanlarının otlağa buraxılmaması nəticəsində tələf olması, habelə əkin-biçin sahələrinin əlindən qanunsuz alınaraq 6000 ədəddən çox ağaclarının və meyvə tərəvəz və yonca sahələrinin əlindən salınaraq Suliddin Abdullayevə verilməsi nəticəsində dəymiş zərərin müəyyən edilərək cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9493/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. ...Şəmkir Rayon Məhkəməsinin 2(076)-2688/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən edilmiş, cavabdeh X2 225.064 (iki yüz iyirmi beş min altmış dörd) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh X2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edimişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1510/2020 nömrəli, 18 avqust 2020-ci İİ tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(102)- 1542/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli 2(104)-1510/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 203/2023 saylı qətnaməsi və həmin qətnamə əsasında verilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən İddiaçı tələbkar X3 icarəsində olan Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən, ümumi sahəsi 382 ha otlaq sahəsinin zəbt edilmiş olduğu 27 ha hissəsindən çıxarılmalı, zəbt edilmiş torpaq sahəsinin 3.1529 ha-dək sahəsində İddiaçı tərəfindən əkilmiş yonca bitkisi borclu İddiaçı hesabına biçilərək götürülməli, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul vəsaitinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına, 10 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul vəsaiti alınaraq tələbkar X6 ödənilməlidir.” Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınıni 2(104)-203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, cavabdeh İddiaçı X3 icarəsində olan, Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən, ümumi sahəsi 382 (üç yüz səksən iki) hektar otlaq sahəsinin zəbt etmiş olduğu 27 (iyirmi yeddi) hektar hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin 3,1529 ha-dək sahəsində cavabdeh İddiaçı tərəfindən əkilmiş yonca bitkisinin cavabdeh İddiaçı hesabına biçilərək götürülməsi qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-94/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-203/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəmkir rayon İcra və Probasiya şöbəsinin “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınıni 2(104)- 203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şəmkir Rayon Statistika İdarəsinin 3-34-78/2-75/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Statistika İdarəsinə hesabat təqdim edən X4 fərdi və ya onun tərəfindən yaradılmış femer təsərrüfatında 2022-ci il 01 yanvar tarixinə 1152 baş, 2023-cu ilin muvafiq dövrünə 1136 baş, 2024-cü ilin müvafiq dövrünə isə 1031 baş xırda buynuzlu mal qara qeydə alınmışdır. Ond qeyd edirlər ki, sözü gedən fermer təsərrüfatımda iri buynuzlu mal-qara mövcud deyil. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şəmkir Rayon Statistika İdarəsinin 3-34-78/2-02/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, rayonda fəaliyyət göstərən bütün müəssisələr kimi adı gedən Suliddin Abdullayev kəndli fermer təsərrüfatı MMC də hesabatları onlayn şəkildə təqdim etmişdir. 01 noyabr 2024-cü il tarixə təsərrüfatda mövcud olan xırdabuynuzlu mal-qara satılması barədə onlayn şəkildə hesabat təqdim etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-249/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddia rədd edilərək, İddiaçı qızının cavabdeh X6 qarşı əmlak tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsi məhkəmənin sorğusuna 139703/2021-18 nömrəli, xx.xx.2026-cı il tarixli məktubla cavab ünvanlayaraq, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2688/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində olan materialların surətlərini məhkəməyə təqdim etmişdir. Həmin icra işində olan: Şəmkir Rayon Məhkəməsinin 2(076)-2688/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2688/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması və borclu X6 icranı 10 gün müddətində könüllü olaraq təmin etməsinin təklif olunması qərara alınmışdır. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, borclu X6 icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu bildirişin surətini xx.xx.2021-ci il tarixdə almışdır. X10 "xxxx" MMC tərəfindən Şəmkir rayon İcra şöbəsinə ünvanlanmış 2071/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 2688/2019 saylı, xx.xx.2019-cu il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 139703/2021-18 saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, Şəmkir rayonu Qılıncbəyli kəndində yerləşən 1.5394 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair açıq hərrac "Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları"na müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin və təkrar hərraclar hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla əlaqədar olaraq tərəflərindən hərracın baş tutmamasına dair 50/22 saylı, 18 oktyabr 2022-ci il tarixli yekun protokol tərtib olunmuşdur. Nəzərə çatdırılır ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 53.3-cü maddəsinin tələbinə görə borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş Məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göstərilənləri nəzərə alıb açıq hərracda satılmayan yuxarıda sözügedən əmlakın tələbkara təklif olunmasının təmin edilməsi məqsədi ilə 50/22 saylı, 18 oktyabr 2022-ci il tarixli hərracın baş tutmamasına dair yekun protokol hazırkı məktuba qoşma ilə onlara göndərilir. Əmlak yenidən tələbkara təklif edildikdə və tələbkar tərəfindən təklif qəbul olunduqda nəticələrinin rəsmiləşdirilməsi üçün hərracın təşkilatçısına müraciət olunur. "xxxx" MMC-nin hərracın baş tutmamasına dair 50/22 saylı, 18 oktyabr 2022-ci il tarixli yekun protokolundan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2688/2019 saylı, xx.xx.2019-cu il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 139703/2021-18 saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, Şəmkir rayonu Qılıncbəyli kəndində yerləşən 1.5394 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 01 sentyabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) tayin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az) dərc olunmuş, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 01 sentyabr 2022-ci il, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bundan sonra təkrar hərrac xx.xx.2022-ci il tarixina, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az) dare olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində ("E-herrac.com") yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 17 sentyabr 2022-ci il tarixə təyin edilmiş növbəti təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və növbəti təkrar hərrac 04 oktyabr 2022-ci il tarixinə təyin edilmişdir. Növbəti təkrar hərrac barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində ("E-herrac.com") yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 04 oktyabr 2022-ci il tarixə təyin edilmiş növbəti təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və növbəti (sonuncu) təkrar hərrac 18 oktyabr 2022-ci il tarixinə təyin edilmişdir. Növbəti təkrar hərrac barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində ("E-herrac.com") yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 18 oktyabr 2022-ci il tarixinə saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş təkrar (sonuncu) hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Şəmkir Rayon Məhkəməsinin 3(076)-203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-128/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, təqdimat qismən təmin edilərək, borclu X6 məxsus Şəmkir şəhərində yerləşən **********06 reyestr nömrəli və **********69 reyestr nömrəli torpaq sahələri üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, X1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 3(076)-206/2023 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2688/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X2 225064 manat məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar İddiaçı ödənilməlidir. Tələb girov predmeti olan X3 mülkiyyətində olan Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinə yönəldilmiş və satış qiyməti "Tərəqqi” MMC tərəfindən müvafiq olaraq 5000 (beş min) manat və 16000 (on altı min) manat dəyərində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə əsasən sözügedən əmlakın hərrac yolu ilə satışının təmin edilməsi xahiş olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 3(076)-206/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" MMC-nin “hərracın baş tutmamasına dair” 01 avqust 2023-cü il protokolundan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2688/2019 saylı, xx.xx.2019-cu il tarixli (xx.xx.2021-ci il saylı, tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon lera Şöbəsinin 139703/2021-182740/2023 xx.xx.2023-cü il tarixli sifarişi üzrə, Şəmkir rayonu Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələrinin açıq hərracda satışının keçirilməsi üçün təkrar hərrac Ol avqust 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az). eləcə də "xxxx" MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 01 avqust 2023-cü il, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş təkrar hərracda İştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 01 avqust 2023-cü il tarixinə təyin edilmiş təkrar hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. X10 "xxxx" MMC tərəfindən Şəmkir rayon İcra şöbəsinə ünvanlanmış 1722/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 2688/2019 saylı, xx.xx.2019-cu il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsinin 139703/2021-182740/2023 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə, Şəmkir rayonu Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələrinə dair açıq hərrac "Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları"na müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin və təkrar hərraclar baş tutmamış, bununla əlaqədar olaraq tərəfimizdən hərracın baş tutmamasına dair 70/23 saylı, 15 avqust 2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Nəzərə çatdırılmışdır ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 53.3-cü maddəsinin tələbinə görə borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş Məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göstərilənləri nəzərə alıb açıq hərracda satılmayan yuxarıda sözügedən əmlakın tələbkara təklif olunmasının təmin edilməsi məqsədi ilə 70/23 saylı, 15 avqust 2023-cü il tarixli hərracın baş tutmamasına dair yekun protokol hazırkı məktuba qoşma ilə göndərilir. Əmlak yenidən tələbkara təklif edildikdə və tələbkar tərəfindən təklif qəbul olunduqda nəticələrinin rəsmiləşdirilməsi üçün hərracın təşkilatçısına müraciət olunur. "xxxx" MMC-nin hərracın baş tutmamasına dair 70/23 saylı, 15 avqust 2023-cü il tarixli yekun protokolundan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2688/2019 saylı, xx.xx.2019-cu il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsinin 139703/2021-182740/2023 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə, Şəmkir rayonu Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələrinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 03 İyul 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az) dərc olunmuş, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 03 iyul 2023cü il, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bundan sonra təkrar hərrac xx.xx.2023-cü il tarixinə, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində ("E-herrac.com") yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 18 iyul 2023-cü il tarixə təyin edilmiş növbəti təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və növbəti təkrar hərrac 01 avqust 2023-cü il tarixinə təyin edilmişdir. Növbəti təkrar hərrac barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində ("E-herrac.com") yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 01 avqust 2023-cü il tarixə təyin edilmiş növbəti təkrar hərrac da hərracım iştirakçısı olmaması səbəbindən baş tutmamış və növbəti (sonuncu) təkrar hərrac 15 avqust 2023-cü il tarixinə təyin edilmişdir. Növbəti təkrar hərrac barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X11 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində ("E-herrac.com") yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 15 avqust 2023-cü il tarixinə saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş təkrar (sonuncu) hərrac hərracın iştirakçısı olmaması səbəbindən üçün baş tutmamışdır. Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli “əmlakın qəbul edilməsi haqqında” təklifdən görünür ki, İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələrinin açıq hərracda satılması üçün sənədlər "xxxx" MMC-yə göndərilmişdir. Həmin torpaq sahələri "xxxx" MMC tərəfindən müvafiq olaraq 5000 manat və 16000 manat dəyərində qiymətləndirilmiş, torpaq sahələri son hərraca kimi çıxarılmış, alıcısı olmadığından sənədlər geri qaytarılmışdır. Ona görə də həmin torpaq sahələri" İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1ci maddəsinə əsasən ona təklif olunur. Təklifi qəbul etməsi barədə onlara 3 gün müddətinə məlumat verilməsi xahiş edilmişdir. Təklifin qəbul edilmədiyi və məktuba cavab vermədiyi halda icra sənədi "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinə qaytarılacaqdır. Şəmkir Rayon Məhkəməsinin 3(076)-539/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, təqdimat təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2688/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu – xx.xx.1956-cı il tarixdə Şəmkir rayonu Qılıncbəyli kəndində doğulmuş, Şəmkir şəhəri, Qılıncbəyli kəndində qeydiyyatda olmaqla yaşayan X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəmkir Rayon Məhkəməsinin 8(076)-280/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2688/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X3 torpaq sahəsinə dair icarə hüququnun üzərinə həbs qoyulmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, X7 Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən məhkəməyə CD disk vasitəsilə təqdim edilmiş səs yazısından danışıqların kimlər arasında aparıldığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.3-cü maddəsinə əsasən, Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4-cü maddəsinə əsasən, Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 15.2-ci maddəsinə əsasən, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2688/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən edilmiş, cavabdeh X2 225.064 (iki yüz iyirmi beş min altmış dörd) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh X2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edimişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1510/2020 nömrəli, 18 avqust 2020-ci İİ tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(102)-1542/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli 2(104)-1510/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-203/2023 saylı qətnaməsi və həmin qətnamə əsasında verilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən İddiaçı tələbkar X3 icarəsində olan Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən, ümumi sahəsi 382 ha otlaq sahəsinin zəbt edilmiş olduğu 27 ha hissəsindən çıxarılmalı, zəbt edilmiş torpaq sahəsinin 3.1529 ha-dək sahəsində İddiaçı tərəfindən əkilmiş yonca bitkisi borclu İddiaçı hesabına biçilərək götürülməli, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul vəsaitinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına, 10 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul vəsaiti alınaraq tələbkar X6 ödənilməlidir. Hazırda iddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)- 2688/2019 saylı qətnaməsi ilə bağlı icra vərəqəsinin icra edilməməsi ilə balı ona dəymiş maddi ziyana görə cavabdehlərdən 56.266 (əlli altı min iki yüz altmış altı) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin tutularaq ona ödənilməsini tələb edir. İddiaçı iddia edir ki, Şəmkir Rayon İcra və Probasiya şöbəsi 5 il ərzində hərəkətsizlik nümayiş etdirmiş və icra sənədini icra etməmiş, nəticədə ona maddi və mənəvi zərər dəymişdir. Lakin iş materiallarından görünür ki, icra məmuru tərəfindən borclu Suliddin Abdullayevə qarşı bir sıra məcburi icra tədbirləri görülmüşdür. Belə ki, borcluya məxsus 1.5394 ha, 0.73 ha və 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün satılmamışdır. "İcra haqqında" Qanunun 53cü maddəsinə uyğun olaraq həmin əmlaklar tələbkara təklif edilmişdir. Bundan başqa borclu S.Abdullayev məhkəmə qərarını icra etmədiyi üçün icra məmurunun müraciəti əsasında məhkəmə qərarları əsasında İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələri ilə dəfələrlə (700 manat, 500 manat və 1000 manat məbləğində) cərimə edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 8(076)-251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, təqdimat təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2688/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu – xx.xx.1956-cı il tarixdə Şəmkir rayonu Qılıncbəyli kəndində doğulmuş, Şəmkir şəhəri, Qılıncbəyli kəndində qeydiyyatda olmaqla yaşayan X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin Şəmkir Rayon Məhkəməsinin 8(076)- 280/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən isə, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2688/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X3 torpaq sahəsinə dair icarə hüququnun üzərinə həbs qoyulmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Bu faktlar sübut edir ki, icra orqanı tərəfindən "İcra haqqında" Qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür və "hərəkətsizlik" faktı mövcud deyil. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci və 1100-cü maddələrinə əsasən, zərərin ödənilməsi üçün üç şərtin, yəni hüquqa zidd hərəkət, zərər və onlar arasında səbəbli əlaqə olması mütləqdir. Hazırki halda isə iddiaçıya cavabdehlər tərəfindən ona maddi ziyanın yaranmasına səbəb olan birbaşa qanunsuz hərəkət və ya hərəkətsizlik faktı sübuta yetirilmir. Qətnamənin icra olunmaması borclunun vəsaitinin və ya realizə oluna bilən əmlakının kifayət etməməsindən qaynaqlanır ki, bu da dövlət orqanının maddi məsuliyyətinə səbəb olan təqsiri hesab edilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şəmkir Rayon Statistika İdarəsinin 3-34-78/2-02/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, rayonda fəaliyyət göstərən bütün müəssisələr kimi adı gedən Suliddin Abdullayev kəndli fermer təsərrüfatı MMC də hesabatları onlayn şəkildə təqdim etmişdir. 01 noyabr 2024-cü il tarixə təsərrüfatda mövcud olan xırdabuynuzlu mal-qara satılması barədə onlayn şəkildə hesabat təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Statistika İdarəsinin məlumatına görə heyvanların satılması faktı icra məmurunun qanunsuz hərəkəti deyil, borclunun öz əmlakı üzərində sərəncam verməsidir. Bundan başqa iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% faiz tələb edir. Lakin Mülki Məcəllənin 445.7-ci maddəsi pul öhdəliyinin icrasının gecikdirilməsinə görə borclunun, yəni Suliddin Abdullayevin məsuliyyətini nəzərdə tutur. Ədliyyə Nazirliyi bu öhdəlik üzrə borclu tərəf deyil. Dövlət orqanı yalnız icra prosesini təşkil edir. Dövlət orqanı tərəfindən iddiaçıya qarşı birbaşa pul öhdəliyi yaranmadığı üçün, həmçinin icra prosesinin uzanması cavabdehlərin təqsirinə görə olmadığından gecikdirilmiş öhdəliyə görə faizlərin cavabdehlərdən tutulması hüquqi cəhətdən əsassızdır. Göründüyü kimi, iddiaçı cavabdehlər tərəfindən ona maddi zərər vurulduğunu, bu zərərin cavabdehlərin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur...” Mənəvi ziyanın ödənilməsi üçün cavabdehlərin qanunsuz hərəkəti və bu hərəkətlə ziyan arasında səbəbli əlaqə sübut olunmalıdır. Məhkəmə aktı ilə müqavilələr etibarsız hesab edilmədiyindən, iddiaçının mülkiyyət hüququ pozulmamışdır və belə olan halda mənəvi ziyanın yaranmasına səbəb olan hüquqpozma yoxdur. İddiaçı iddia ərizəsində ona mənəvi ziyan dəydiyini bildirsə də, mənəvi ziyana məruz qalmasının nədə ifadə olunmasını və bunun cavabdehlərin hansı qanunsuz hərəkətləri nəticəsində baş verdiyini sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, icra sənədinin icra olunmaması faktı özlüyündə iddiaçıya mənəvi ziyanın ödənilməsi üçün kifayət edən əsas deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddiaçı cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində xüsusi qərar qəbul edilməsi barədə vəsatətinə münasibətdə isə məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar