Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5880/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “inzibati xəta haqqında protokolun qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “inzibati xəta haqqında protokolun qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin barəsində tərtib etdiyi 25 avqust 2025-ci il tarixli, No. 00100- 02478/25 inzibati xəta haqqında protokolun əsassız və qanunsuz hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi inzibati xəta haqqında protokolun ləğv edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında inzibati xətalara görə məsuliyyətə cəlb etmə və bu sahədə qəbul edilmiş qərarlardan şikayət vermə qaydaları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM) ilə tənzimlənir. İXM inzibati xəta haqqında iş üzrə qərardan və ya inzibati orqanın hərəkətindən şikayət vermək qaydasını və müddətlərini müəyyən edir. Bu şikayətlərə baxılması İXM-in özündə nəzərdə tutulmuş xüsusi icraat qaydasında həyata keçirilir. Bu, adətən, inzibati xətalar haqqında işlər üzrə icraat qaydası adlanır. İXM-ə görə bu növ məsələlər "iddia ərizəsi" formasında deyil, "şikayət" formasında verilməli və onlara İXM-in müəyyən etdiyi xüsusi prosedur qaydasında baxılmalıdır. Tərəfə izah olunur ki, məhkəməyə inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə tələblə deyil, inzibati tənbeh vermə haqqında qərardan şikayət formasında müraciət etmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “inzibati xəta haqqında protokolun qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. xx.xx.2025-ci il tarixli **********34 nömrəli mədaxil qəbzinə əsasən X5 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “inzibati xəta haqqında protokolun qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. xx.xx.2025-ci il tarixli **********34 nömrəli mədaxil qəbzinə əsasən X5 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X1 hesabına (VÖEN: **********, Bankın adı: "xxxx" QSC Nərimanov filialı, H/h: AZ49ACAB********************, Bankın kodu: 503949, M/h: AZ10NABZ********************, SWİFT: ACABAZ22, VÖEN: **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5880/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5880/2025
10.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver