Məhkəmə qərarları › İş №e-2(004)-5940/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5940/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5940/2023 30.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4442 (dörd min dörd yüz qırx iki) manat sığorta ödənişinin, iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 64,42 (altmış dörd manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 4506,82 (dörd min beş yüz altı manat, səksən iki qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduqları ünvan üzrə və eləcə də, qeydiyyatda olduqları ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Az Samand” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində X1 təqsirli bilinmiş və Bakı şəhəri, Yasamal RPİnin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 29 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən onun barəsində materiallar AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Yasamal RPİ-nin DYPŞ-ə göndərilmişdir. "xxxx" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı “avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən zərər məbləğindən 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxılmaqla 4442 (dörd min dörd yüz qırx iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 29 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və onun barəsində materiallar AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Yasamal RPİ-nin DYPŞ-ə göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış”dan və BA115906 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, yolnəqliyyat hadisəsi baş verən vaxt “Az Samand” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 4442 (dörd min dörd yüz qırx iki) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Az Samand” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “icbari sığorta” qaydasında sığortalanmamışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin aradan qaldırılması üçün ASC tərəfindən 4442 (dörd min dörd yüz qırx iki) manat məbləğində sığorta zərərçəkənə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/2483 saylı geriyə tələb (subroqasiya) məktubundan və poçt xəbərnamələrindən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4442 (dörd min dörd yüz qırx iki) manat məbləğində sığorta ödənişinin ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, Cavabdeh2 Səyavuş oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən edilimişdir ki, ASC tərəfindən Cavabdeh2 Səyavuş oğluna zərər məbləği barədə məlumat verilmiş, sonuncu həmin məbləğlə razılaşaraq maliyyə durumunu nəzərə alaraq məbləğin ayda 50 (əlli) manat olmaqla ödənilməsi üçün şərait yaradılmasını xahiş etmiş, lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 21, 936.2, 1096, 1097, 1108, 1114 və «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4442 (dörd min dörd yüz qırx iki) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 64,42 (altmış dörd manat, qırx iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4442 (dörd min dörd yüz qırx iki) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 64,42 (altmış dörd manat 42 qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar