Məhkəmə qərarları › İş №e-2(004)-604/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-604/2024

17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-604/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Şöbəsi və X6 cəlb edilməklə) “protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin ünvan 1 ünvanında yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinə dair hərracın baş tutmaması haqqında 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli yekun protokolu və Cavabdeh1 MMC-nin QXM 3479 nömrəli 19 may 2023-cü il tarixli qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Yasamal Rayon İcra Şöbəsi və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6492/2021-002 nömrəli, 29 iyun 2021-ci il tarixli icra sənədi üzrə borclu X3 180.000 ABŞ dolları, 80 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Orxan Abdullayev tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında 28 iyul 2021-ci il tarixli qərar qəbul qəbul edilmişdir və borclu X5 bildiriş təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021-013 nömrəli xx.xx.2021ci il tarixli icra sənədi üzrə borclu X3 1800 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Sultanova Asyanın xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Abdullayev icraata başlamaq barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2021-ci il tarixdə ölmüş tələbkar X9 onun hüquqi varisi İddiaçı ilə əvəz etmişdir. Yasamal Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Cavabdeh1 MMC-dən mütəxəssisin dəvət edilməsi və borclu X5 məxsus Bakı şəhəri, Nəsimi Rayonu, A.Mustafayev küçəsi, 22A, 3014cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin 104 kv.m olan hissəsinin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. Cavabdeh1 MMC tərəfindən QXM 3479 nömrəli 19 may 2023-cü il tarixli qiymətləndirmə hesabatı təqdim edilmişdir. Qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Nəsimi Rayonu,A.Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinin bazar dəyəri 364000 manat müəyyən edilmişdir. Hesabatda göstərilmişdir ki, sözügedən ünvanda (qeyri-yaşayış binasında) qiymətləndirmə şirkəti "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 19 kv.m qeyri-yaşayış sahəsi qiymətləndirilmiş və 1 kv.m-nin bazar dəyəri 3947.00 manat olaraq göstərilmişdir. Halbuki, mütəxəssisin istinad etdiyi digər rəydə eyni binadakı başqa əmlakın 1 kv.m. 3947 manat qiymətləndirilib. Mübahisələndirilən rəyi tərtib edərkən mütəxəssis qeyd edilən tələblərə riayət etməmişdir, daşınmaz əmlakın göstəricilərini, keyfiyyətini, faydalılıq dərəcəsini bazar nöqteyi nəzərindən araşdırmamışdır. Hesabatda heç bir başqa mənbəyə istinad edilməmişdir, başqa sənədlə, məlumatla hesabat əsaslandırılmamışdır. Hazırki hesabat qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçının sifarişinə əsasən "xxxx" MMC tərəfindən X4 mülkiyyətində olan ünvan 1-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinin bazar dəyərinin qiymətləndirilməsinə dair audit yoxlaması aparılmışdır. "xxxx" MMC tərəfindən təqdim edilən “Mülkiyyətin qiymətləndirilməsinə dair” 14 oktyabr 2023-cü il tarixli audit aktına əsasən qeyri-yaşayış sahəsinin bazar dəyərinin 1 kv.m üçün 2100-2400 manat müəyyən edilməklə 1 kv.m-nin orta bazar dəyəri 2300 manat olmuşdur. Ümumi bazar dəyəri 104 kv.m x 2300 manat = 239200 manat müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası X1 Əmlak Hərrac Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 22/8/23 nömrəli məktubda bildirilmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx/xx-182225/5140888 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə, ünvan 1 ünvanında yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinə dair açıq hərrac “Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları” na müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin hərrac baş tutmamış, bununla əlaqədar olaraq tərəflərindən hərracın baş tutmamasına dair 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur.” İlkin hərracın baş tutmamasına dair 01/23 saylı, 07 noyabr 2023-cü il tarixli yekun protokolun əsli tələbkar İddiaçı təqdim olunmamışdır. Protokolun əslinin tələbkara təqdim edilməsi barədə ərizə ilə Yasamal Rayon İcra şöbəsinə və Əmlak Hərrac Mərkəzinə müraciət edilmişdir, lakin müraciətləri cavablandırılmamış, protokolun əsli təqdim edilməmişdir. Daha sonra, Cavabdeh2 MMC məhkəməyə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 17/72- 182225/514088 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə, ünvan 2 ünvanında yerləşən 280 kv.metr qeyri-yaşayış sahəsinin 104 kv.metr hissəsinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmişdir. 07 noyabr 2023-cü il tarixinə saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Açıq hərrac “Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydalar”ına müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin hərrac baş tutmamış, bununla əlaqədar olaraq tərəflərindən hərracın baş tutmamasına dair 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Nəzərə çatdırılır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.3-cü maddəsinin tələbinə görə borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş Məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göstərilənləri nəzərə alıb açıq hərracda satılmayan yuxarıda sözügedən əmlakın tələbkara təklif olunmasının təmin edilməsi məqsədi ilə 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli hərracın baş tutmamasına dair yekun protokol müşayiət məktubuna qoşma ilə sifarişçi İcra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onların Bakı Apellyasiya Məhkəməsinin 2( 103)- 6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən ünvanlarına (eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi qeydiyyat ünvanına) müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Qeyd olunan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş yekun protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qarşı tərəf hərracın keçirilməsi ilə bağlı məlumatlı olmuşdur. Qiymətləndirmə rəyi digər iş üzrə mübahisələndirilmiş, iddiaçının şikayət ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Müki kollegiyasının qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad preyudisial xarakter daşıyır. İddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehlərin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh X3 180000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, hüquqi yardıma görə 50 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X10 ödənilməlidir. İş materiallarında olan “Tərəfi onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cavabdeh X3 180000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, hüquqi yardıma görə 50 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X10 ödənilməlidir. Moskva şəhəri notariusu German Yevgenyeviçin 77/287-H/77-2018- 3-449 nömrəli, xx.xx.2018-ci il tarixli vəsiyyətnamədən, eləcədə həmin vəsiyyətnamə əsasında 10 iyun 2021-ci ildə RF Moskva şəhər notariat kontorundan verilmiş ** AQ ***4628 saylı şəhadətnaməyə əsasən məlum olmuşdur ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və İddiaçı onun vərəsəsidir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.1923-cü il təvəllüdlü, xx.xx.2021-ci ildə ölmüş X11 vərəsəsi xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-119/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən, təqdimatın təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, A. Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən qeyri-yaşayış sahəsinin X4 paylı mülkiyyətində olan 104 kv.m olan hissəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli QXM3479 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-cu il tarixli icra sənədi ilə əlaqədar Yasamal rayon icra Şöbəsinin xx.xx.2023ci il tarixli Qərarı və 17/72- 182225/5 saylı, xx.xx.2023-ci il tarixli müraciətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A. Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən 280 kv.m qeyriyaşayış sahəsinin 104 kv.m hissəsinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə işi həyata keçirilmiş və aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 2-da yerləşən sahəsi 280 kv.m olan qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinin bazar dəyəri 364000 manat müəyyən edilmişdir. Həmçinin qeyd olaraq əlavə edilmişdir ki, sözügedən ünvanda (qeyri-yaşayış binasında) qiymətləndirmə şirkəti “Sərraf-M" MMC tərəfindən xx.xx.2022-ci tarixində 19 kv.m qeyri-yaşayış sahəsi qiymətləndirilmiş və 1 kv.m-nin bazar dəyəri 3947 manat olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli, 9/9xx-xx/1041 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsi olan 3 otaqdan ibarət qeyriyaşayış sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin mövcud bazar dəyəri 374400 (104 kv.m x 3600 man) manat müəyyən edilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli xx/xx-182225/5 nömrəli sifariş məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X5 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A. Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinin ilkin satış qiyməti 364000 manat olmaqla hərrac yolu ilə satılması xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, tələbkara və X5 ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 2067/23 saylı X8 dair bildirişində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx- 182225/5 nömrəli sifarişi üzrə Bakı şəhəri, Yasamal rayonu, A. Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsi ilkin satış qiyməti 364000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 11/1 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 2067/23 saylı X8 dair bildiriş tələbkara Bakı şəhəri, Səməd Vurğun küçəsi, 123A ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” X2 (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A. Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsi ilə bağlı ilkin satış qiyməti 364000 manat olmaqla xx.xx.2023-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 11/1 ünvanında ilkin açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-ci il, saat 10:00-a təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materialalrında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, tələbkara və X5 ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 2218/23 saylı məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx/xx-182225/514088 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə, ünvan 2 ünvanında yerləşən 280 kv.metr qeyri yaşayış sahəsinin 104 kv.metr hissəsinə dair açıq hərrac “Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları”na müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin hərrac baş tutmamış, bununla əlaqədar olaraq tərəflərindən hərracın baş tutmamasına dair 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Nəzərə çatdırılır ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 53.3-cü maddəsinin tələbinə görə borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş Məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göstərilənləri nəzərə alıb açıq hərracda satılmayan yuxarıda sözügedən əmlakın tələbkara təklif olunmasının təmin edilməsi məqsədi ilə 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli hərracın baş tutmamasına dair yekun protokol hazırkı məktuba qoşma ilə Sizə göndərilir. Əmlak yenidən tələbkara təklif edildikdə və tələbkar tərəfindən təklif qəbul olunduqda nəticələrinin rəsmiləşdirilməsi üçün hərracın təşkilatçısına müraciət olunur. İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. “İcra haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh X3 180000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, hüquqi yardıma görə 50 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X10 ödənilməlidir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixdə ölmüş tələbkar X11 onun hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Daha sonra icra məmuru tərəfindən icra sənədinin icra olunmasını təmin etmək məqsədilə məhkəməyə borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı təqdimat verilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-119/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən, təqdimatın təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, A. Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən qeyri-yaşayış sahəsinin X4 paylı mülkiyyətində olan 104 kv.m olan hissəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Bundan sonra əmlakın qiymətləndirilməsinin təmin edilməsi Cavabdeh1 MMC-yə həvalə edilmiş və Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli QXM3479 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A. Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə işi həyata keçirilmiş və aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 2-da yerləşən sahəsi 280 kv.m olan qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinin bazar dəyəri 364000 manat müəyyən edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 17/72- 182225/514088 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə, ünvan 2 ünvanında yerləşən 280 kv.metr qeyri-yaşayış sahəsinin 104 kv.metr hissəsi ilkin hərrac qiyməti 364000 manat olmaqla açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmişdir. 07 noyabr 2023-cü il tarixinə saat 10:00a (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Açıq hərrac “Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydalar”ına müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin hərrac baş tutmamış, bununla əlaqədar olaraq tərəflərindən hərracın baş tutmamasına dair 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Nəzərə çatdırılır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.3-cü maddəsinin tələbinə görə borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş Məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göstərilənləri nəzərə alıb açıq hərracda satılmayan yuxarıda sözügedən əmlakın tələbkara təklif olunmasının təmin edilməsi məqsədi ilə 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli hərracın baş tutmamasına dair yekun protokol müşayiət məktubuna qoşma ilə sifarişçi İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə ilk əvvəl iddia tələbinin “Cavabdeh1 MMC-nin QXM 3479 nömrəli 19 may 2023cü il tarixli qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Belə ki, ünvan 1-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsi olan 3 otaqdan ibarət qeyriyaşayış sahəsinin bazar qiymətinin müəyyən olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin alınması təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsi olan 3 otaqdan ibarət qeyri-yaşayış sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin mövcud bazar dəyəri 374400,00 (104 kv.m x 3600 man) manat müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli QXM3479 nömrəli qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş qeyri-yaşayış sahəsinin bazar dəyəri (364000 manat) hazırki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyində müəyyən edilmiş qeyri-yaşayış sahəsinin bazar dəyəri (374400 manat) arasında kəskin fərq yoxdur, əksinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilən məbləğ 10400 manat artıqdır. Qeyd edilənlər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyi də təsdiq edir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmuş, onun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli obyektin qiyməti təyin edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “Cavabdeh2 MMC-nin hərracın baş tutmaması haqqında 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli yekun protokolunun etibarsız hesab edilməsi” hissəsində də təmin olunamamlıdır. Belə ki, yuxarıda sadalanan xüsusatlardan, eləcə də iş materiallarından görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onların Bakı Apellyasiya Məhkəməsinin 2( 103)- 6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən ünvanlarına (eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi ünvanına - ünvan 6 hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Qeyd olunan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş yekun protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı qiymətləndirmənin düzgün keçirilməməsini, hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsə də, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, qiymətləndirici tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmuş, qanunvericiliyin tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli obyektin qiyməti təyin edilmiş, habelə iş materiallarında olan sənədlərdlə ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Odur ki, Cavabdeh1 MMC tərfindən qiymətləndirmə və Cavabdeh2 MMC tərəfindən hərrac qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, Cavabdeh2 MMC-nin ünvan 1 ünvanında yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinə dair hərracın baş tutmaması haqqında 101/23 saylı, 07 noyabr 2023-cü il tarixli yekun protokolunun və Cavabdeh1 MMC-nin QXM 3479 nömrəli 19 may 2023-cü il tarixli qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Şöbəsi və X6 cəlb edilməklə) “protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Şöbəsi və X6 cəlb edilməklə) “protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar