Məhkəmə qərarları › İş №e-2(004)-6090/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6090/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6090/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı cavabdehlər X4 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkənəsinə müraciət edərək, vurulmuş maddi ziyana görə 3940 (üç min doqquz yüz qırx) manat, mənəvi zərərə görə 19000 (on doqquz min) manat və ödənilmiş 1000 (bir min) manat hüquqi xidmətlərin haqqının , ümumilikdə 23940 ( iyirmi üç min doqquz yüz qırx) manat pulun, habelə 161,90 manat dövlət rüsumunun əvəzinin cavabdehlər "xxxx" MMC və X1 müştərək qaydada tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsinin (vəkilinin) mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilərək, İddiaçı cavabdehlər X3 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh qismində göstərilmiş X2 qeydiyyat ünvanı Yasamal rayonu, A.Abbasov ev 16, mənzil 20, digər Cavabdeh3 qeydiyyat ünvanı isə ünvan 2yindən və belə olan təqdirdə cavabdehlərdən birinin qeydiyyatı üzrə iddianı təqdim etmək hüququ iddiaçıya məxsus olduğundan vəsatət təmin edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə ərazi aidiyyəti məsələsinin həll edilməsi məqsədilə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarına riayət etməklə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə hazırki cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzinə əsl Cavabdeh3 (VÖEN **********) cavabdeh qismində işə əlavə edilməsini və bu səbəbdən 2(006)-3979/2025 nömrəli mülki işin baxılması üçün ərazi aiddiyyatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər X3 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir və işin başqa məhkəmədə baxılmağa verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən olunmur. Həmçinin MPM-in 44.2-ci maddəsi ilə müəyyən olunan məhkəmənin işi başqa məhkəmədə baxılmağa verməsi əsaslarında iddiaçının işə baxılması üçün ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə göndərilməsi barədə vəsatət verməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar fikir ayrılığı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7 və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işin materialları ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilsin. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar