Məhkəmə qərarları › İş №e-2(004)-6110/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6110/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6110/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 208,1 manat sığorta ödənişinin əvəzi və 20,4 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1.-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə təqdim olunmuş yazılı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi həmin sübutlarla təsdiq edilmədiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən idarə olunan ** NG *** dövlət qeydiyyat nişanlı MG 350 markalı avtonəqliyyat vasitəsi ilə 21.11.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” müqaviləsi üzrə sığortalanmış sığortalı "xxxx" MMC –yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. DYP əməkdaşları tərəfindən 21.11.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalı "xxxx" MMC –yə məxsus avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 208,1 manat məbləğində müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən 28.08.2020-ci il tarixli sığorta aktına əsasən avtonəqliyyat vasitəsinin təmir olunması üçün 208,1 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. (898.2) İş materiallarından görünür ki, sığorta müqaviləsində şərtsiz azadolmanın məbləği 1000 manat müəyyən edilmişdir. Dəymiş zərərin məbləği isə 208,1 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda istinad olunan maddələrə əsasən zərər sığorta olunanın üzərində qalır və sığortaçı tərəfindən ödənilə bilməzdi. Sığortalı dəymiş zərəri hadisəni törətmiş şəxsdən – cavabdehdən tələb edə bilərdi. Bu da o halda mümkün olardı ki, cavabdeh barəsində 21.11.2019-cu il tarixdə baş vermiş yol nəqliyya hadisəsində təqsirli olmasına və inzibti məsulyətə cəlb edilməsinə dair inzbati tənbeh vermə haqqında qərar çıxarılmış olardı. Belə bir qərar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququ olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq Qət etdim: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-6110/2021 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbi üzrə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında 04 noyabr 2021-ci il tarixdə saat 11:20-də Bakı şəhərində məhkəmənin binasında baxaraq məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 11:40-da başa çatdı. Protokol 04 noyabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar