Məhkəmə qərarları › İş №e-2(004)-6114/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6114/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6114/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Paşa Sığorta ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Paşa Sığorta ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, 06.04.2019-cu il tarixdə qızı X10 dünyaya gəlmişdir. 10.04.2019-cu il yeni dünyaya gəlmiş qızı ve yoldaşı xəstəxanadan evə buraxılmış və o, onları götürərək həyat yoldaşının valideynlərinin yaşadığı Yasamal rayonu, M.ünvan 1 ünvanına gəlmişdir. Qızı ve yoldaşı xəstəxanadan yeni buraxıldığından ona məxsus 99KP419 dövlət qeydiyyat nişanlı RANGE ROVER markalı avtomobildə onlara aid bir çox əşyalar var imiş. Həmin əşyaların bir hissəsini özü yuxarı qaldırmış, qalan hissəsinin yuxarı qaldırılması üçün avtonəqliyyat vasitəsinin açarlarını binanın həyətində olan Zaman adlı mühafizəçiya verib və bildirib ki, az sonra qaynı Elvin Məmmədli gələndə açarları ona versin. O, isə avtomobilin açarını mühafizə köşkündə stolun üstünə qoymuş, nəticədə, mühafizəçi Cavabdeh2 özbaşına avtonəqliyyat vasitəsini idarə etmiş və sözügedən qəzanı törətmişdir. Reallıqda o, həmin ünvanda yaşamadığından oradaki mühafizəçilərlə, o cümlədən Cavabdeh2lə tanışlığı yoxdur. O, avtomobilin açarlarını onu idarə etmək üçün təqdim etməmişdir. İş materiallarından da məlum olduğu kimi qəzaya görə onun barəsində hər hansı inzibati məsuliyyət tədbiri görülüməmişdir. Əgər onun avtonəqliyyat vasitəsini idarə etmek məqsədilə Cavabdeh2 təqdim etdiyim müəyyən olunsa idi barəsində İ 335-ci maddəsi ilə prortokol tərtib edilməli və o, məsuliyyətə cəlb olunmalı idi. Odur ki, hadisə baş verən anda ona məxsus avtonəqliyyat vasitəsinin Cavabdeh2 onun razılığı olmadan, özbaşına idarə etməsini və onun avtonəqliyyat vasitəsinin götürülməsində təqsirinin olmamasını nəzərə alaraq iddia tələbinin ona aid hissəsində təmin edilməməsi barəde qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatının iddia tələbinə uyğun olduğunu və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əgər Cavabdeh1 ona məxsus nəqliyyat vasitəsinin onun iradəsinə zidd olaraq istifadəsindən çıxmasını bildirirsə bu zman onun tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmalı idi. Belə bir müraciət yoxdur, həmçinin Cavabdeh1 etiraz ərizəsində qeyd etiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin Cavabdeh1 hissəsində rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə digər Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “İcbari Sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən olunur ki, sığortalı Cavabdeh1 X16 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta müqaviləsi 05.07.2018-ci il tarixdə bağlanmış və müqavilənin qüvvədən düşmə tarixi 11.07.2019-cu il saat 17:01:14-dir. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat təşkil edir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, X16 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən müəyyən olunur ki, 10.04.2019-cu il tarixdə saat 21:00-dəqiqədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verdiyi anda mülkiyyətçisi Cavabdeh1 olan Range Rover markalı, 90KP419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 olmuş, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, sürücü sərxoş olmuş və hasisə nəticəsində X2 məxsus Mitsubishi markalı, 90NL188 dövlət qeydiyyat nişanlı, X8 MMC-yə məxsus Mitsubishi markalı, 90AN820 dövlət qeydiyyat nişanlı, X5 məxsus Toyota markalı, 10ZU744 dövlət qeydiyyat nişanlı, X1 məxsus Lexus markalı, 10NL010 dövlət qeydiyyat nişanlı, X6 məxsus Lexus 10BG665 dövlət qeydiyyat nişanlı, X7 məxsus Mercedes markalı, 10BG094 dövlət qeydiyyat nişanlı, Honda markalı avtomobillərə ziyan dəymişdir. İş materiallarında olan 10.04.2019-cu il tarixli İXP2498752 nömrəli İnzibati Xəta haqqında protokola əsasən müəyyən olunur ki, Cavabdeh2 10.04.2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 10.04.2019-cu il tarixli 2/3218 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən müəyyən olunur ki, Cavabdeh2 sərxoş olmuşdur. İş materiallarında olan Yasamal RPİ DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 məxsus sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan 04.07.2019-cu il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, sığortalı Cavabdeh1 X16 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində X14 markalı, 10ZU744 dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində zərər dəymiş və 38,8 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 20.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndiirlməsinə dair hesabata əsasən müəyyən olunur ki, Toyota Prado markalı 10ZU744 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 150 manat təşkil edir. İş materiallarında olan 01.07.2019-cu il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, sığortalı Cavabdeh1 X16 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində Lexus GS350 markalı, 10BG665 dövlət qeydiyyat nişanlı avtomobilə 3250,00 manat məbləğində zərər dəymiş və 840,84 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 08.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndiirlməsinə dair hesabata əsasən müəyyən olunur ki, Lexus GS350 markalı, 10BG665 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 840,84 manat təşkil edir. İş materiallarında olan 20.06.2019-cu il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, sığortalı Cavabdeh1 X16 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində Mitsubishi Pajero markalı, 90AN820 dövlət qeydiyyat nişanlı avtomobilə 210 manat məbləğində zərər dəymiş və 54,33 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 27.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndiirlməsinə dair hesabata əsasən müəyyən olunur ki, Mitsubishi Pajero markalı, 90AN820 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 210 manat təşkil edir. İş materiallarında olan 19.06.2019-cu il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, sığortalı Cavabdeh1 X16 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində Mercedes Benz 240 markalı, 10BG097 dövlət qeydiyyat nişanlı avtomobilə 2050 manat məbləğində zərər dəymiş və 530,37 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 13.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndiirlməsinə dair hesabata əsasən müəyyən olunur ki, Mercedes Benz 240 markalı, 10BG097 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2050 manat təşkil edir. İş materiallarında olan 20.06.2019-cu il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, sığortalı Cavabdeh1 X16 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində Toyota Lexus LX570 markalı,10NL010 dövlət qeydiyyat nişanlı avtomobilə 5080 manat məbləğində zərər dəymiş və 1314,29 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 17.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndiirlməsinə dair hesabata əsasən müəyyən olunur ki, Lexus LX570 markalı,10NL010 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5080 manat təşkil edir. İş materiallarında olan 19.06.2019-cu il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, sığortalı Cavabdeh1 X16 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində Mistubishi Outlander markalı, 90UL188 dövlət qeydiyyat nişanlı avtomobilə 8586 manat məbləğində zərər dəymiş və 2221,36 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 24.04.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndiirlməsinə dair hesabata əsasən müəyyən olunur ki, Mistubishi Outlander markalı, 90UL188 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8586 manat təşkil edir. İş materiallarında olan 04.07.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktına əsasən Toyota Prado markalı, 10ZU744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 38,81 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 01.07.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktına əsasən Lexus GS 350 markalı, 10BG665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 840,84 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 20.06.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktına əsasən Toyota Prado markalı, 10NL010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 1314,29 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 19.06.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktına əsasən Mercedes Benz markalı, 10BG097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 530,37 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 19.06.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktına əsasən Mitsubishi markalı, 90UL188 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 2221,36 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, Global Energy sloutions MMC-yə məxsus hesaba 54, 33 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, məhkəmə prosesində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsi ilə Toyota Prado markalı 10ZU744 dövlət qeydiyyat nişanlı, Lexus GS350 markalı, 10BG665 dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero markalı, 90AN820 dövlət qeydiyyat nişanlı, Mercedes Benz 240 markalı, 10BG097 dövlət qeydiyyat nişanlı, Toyota Lexus LX570 markalı,10NL010 dövlət qeydiyyat nişanlı,Mistubishi Outlander markalı, 90UL188dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə Cavabdeh2 Cavabdeh1 məxsus X16 markalı, 99KP419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə etməsi və iddiaçının Cavabdeh2 təərfindən zərər vurulımuş nəqliyyat vasitələrinə sığorta ödənişi etməsi iş materialları ilə sübuta yetirildiyindən, sığortaçının Cavabdeh2 subroqasiya qaydasında pul tutulması barədə iddiası əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, digər Cavabdeh1 etiraz ərizəsində Cavabdeh2 hüquqazidd hərəkətləri nəticəsində nəqliyyat vasitəsinin onun sahibliyindən çıxdığını bildirsə də, həmin hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş, iş materialları ilə belə hal aşkar edilməmişdir. Belə olan halda idida tələbi Cavabdeh1 münasibətdə də əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 manat məbləğində sığorta ödənişinin əvəzi və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar