Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6117/2021 08.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İş № 2(004)-6117/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 08 dekabr 2021-ci il Bakı şəhəri Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlu katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosunun” Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı “İcbari Sığorta Bürosunun” Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 650 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 680 manat məbləğin Büronun xeyrinə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 24.04.2017-ci il tarixdə saat 09:00 radələrində Hyudai İX-35 markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt Bakı yolunun Xırdalan ərazisindən keçən köməkçi yolunda hərəkətdə olarkən onun təqsirli üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 16.12.2017-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə Arayış ilə cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 328.7-ci bəndi ilə nəzərdə tutulan inzibati tənbeh verilmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmalar nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində Hyundai İX-35 markalı, 99HT565 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 24.04.2017-ci il tarixə, saat 09:00 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 650 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir, qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ zərərvuran tərəfindən 100 manat ödəniş həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 12.06.2017-ci il tarixli X12 Haqqında Qərardan görünür ki, X3 24.04.2017-ci il tarixdə saat 09:00 radələrində Hyudai İX-35 markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti dəmişdir. X1 tərəfindən İXM-nın 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-təcrübi və Tədris birliyi tərəfindən verilmiş 630 saylı Ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X4 məhkəmə tibbi və kliniki yoxlanış zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər – sol və sağ aşıq baldır oynağı nayihələrinin qançır – şişkinlik halında əzilməsi, sağ bazunun orta 1/3-nin bayır səthinin və orta 1/3nin bayır səthinin qançırları bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 24.04.2017-ci il tarixində salonunda olduğu avtomaşınln digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 14.05.2017-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Avtonəqliyyat vəsitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemindən çıxarışdan görünür ki, Hyudai İX-35 markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin 24.04.2017-ci il tarixə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmadığı məlum olmuşdur. 25.12.2018-ci il tarixli İcbari Sığorta Bürosu tərəfindən verilmiş Kompensasiya ödənişinin verilməsi haqqında 1-7/2018 saylı Qərardan görünür ki, 24.04.2017-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt-Bakı yolunun köməkçi yolu ilə Bakı şəhəri istiqamətində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 yüngül dərəcəli xəsarətlər alması ilə əlaqədar, 650 manat məbləğində kompensasiya ödənişi verilmişdir. 26.12.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İcbari Sığorta Bürosu tərəfindən X6 650 manat məbləğində kompensasiya ödənişi edilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İcbari Sığortalar haqqında Qanunun 27.1-ci maddəsinə əsasən İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır: İcbari Sığortalar haqqında Qanunun 27.1.6-cı maddəsinə əsasən “Büro” Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə edir. İcbari Sığortalar haqqında Qanunun 32.1.3-cü maddəsinə əsasən mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir. Həmin Qanunun 63.3-cü maddəsinə əsasən bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 24.04.2017-ci il tarixdə saat 09:00 radələrində Hyudai İX-35 markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt Bakı yolunun Xırdalan ərazisindən keçən köməkçi yolunda hərəkətdə olarkən onun təqsirli üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron RPİ-də tərtib edilmiş yol-nəqliyyat hadisəsinin təfərrüatları haqqında sənədlərə və 14.05.2017-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərara və 12.06.2017-ci il tarixli X12 Haqqında Qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuşdur. Avtonəqliyyat vəsitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemindən çıxarışdan görünür ki, Hyudai İX-35 markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin 24.04.2017-ci il tarixə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmadığı məlum olmuşdur. 25.12.2018-ci il tarixli İcbari Sığorta Bürosu tərəfindən verilmiş Kompensasiya ödənişinin verilməsi haqqında 1-7/2018 saylı Qərardan görünür ki, 24.04.2017-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt-Bakı yolunun köməkçi yolu ilə Bakı şəhəri istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 yüngül dərəcəli xəsarətlər alması ilə əlaqədar, 650 manat məbləğində kompensasiya ödənişi erilmişdir. 26.12.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İcbari Sığorta Bürosu tərəfindən X6 650 manat məbləğində kompensasiya ödənişi edilmişdir. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı haqlı olaraq, Cavabdeh münasibətdə tələb irəli sürmüşdür. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 650 manat məbləğində pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X7 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X7 xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 650 (altı yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X7 xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-6117/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6117/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver