Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6309/2021 01.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20.02.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahın pozulması barədə ərizə verməyinin səbəbi cavabdehlə xasiyyətinin uyğun gəlməməsi, bu səbəbdən birgə yaşamaqlarının qeyri-mümkün olmasıdır. Belə ki, birgə nikah dövründə aralarındakı münasibətlər kəskinləşmiş, artıq ailə münasibətləri dağılmışdır. Artıq uzun müddətdir ki, ayrı yaşayır və nikahları formal xarakter daşıyır, bundan sonra barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Nəzərə çatdırır ki, nikaha daxil olduqdan sonra cavabdehlə bir müddət atasına məxsus olan ünvan 1 ünvanında yaşamışlar. Daha sonra 01 mart 2020-ci ildə o, cavabdeh İsrail Respublikasına qayıtmış və orada yaşayır. Eyni zamanda İsrail Respublikasının vətəndaşıdır. O, Azərbaycan Respublikası vətəndaşı deyil və Azərbaycan Respublikasında rəsmi pasport qeydiyyatı yoxdur. Onun Azərbaycan Respublikasında sonuncu yaşayış yeri ünvan 1 ünvanı olmuşdur. Göstərilənlərə əsasən onunla Cavabdeh arasında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20.02.2020-ci il tarixdə 499 nömrəli qeydlə rəsmiləşdirilən nikahın pozulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onların birgə nikahdan övladı olmamışdır. Toya qədər münasibətləri normal olmuşdur. Belə ki, toydan sonra 1 dəfə aralarında görüş olmuşdur. Hazırda 2 ilə yaxındır ki, ayrı yaşayırlar. Artıq 5 aydır ki, heç danışmırlar. Odur ki, məhkəmədən barışıq üçün 3 ay vaxt verilmədən onlar arasında bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini etiraf edərək, onlara barışıq üçün 3 ay vaxt verilmdən aralarında olan nikahın pozulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə X1 ilə Cavabdeh (Fariz Əli) arasında 20.02.2020-ci il tarixdə nikah bağlanması, nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərovasoyadı verilməsi müəyyən edilmişdir. Tərəflərin birgə nikahından övladları olmamışdır. İddiaçı 3 ay vaxt verilmədən nikahın pozulmasını təkid edir, cavabdeh isə iddianı etiraf edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) xitam verilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ərarvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəfindən ailənin qorunub saxlanılması istiqamətində tərəflərə barışıq üçün 3 ay müddətində vaxt verilməsi təklif edilsə də, iş üzrə tərəflər bundan imtina edərək, təkidlə onlara vaxt verilmədən aralarında olan nikahın pozulmasını tələb etdiyindən, məhkəmə hazırki vəziyyətdə ailənin qorunub saxlanılmasının qeyri-mümkünlüyünü, eləcə də tərəflərin mediasiya prosessi zamanı aralarında olan nikahın pozulmasının məhkəmə qaydasına razılaşdıqlarını nəzərə alaraq, iddiaya mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh (Fariz Əli) Faiq oğlu ilə İddiaçı arasında 20.02.2020-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 499 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (Fariz Əli) Faiq oğlu ilə İddiaçı arasında 20.02.2020-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 499 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-6309/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6309/2021
01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver