Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-633/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Sahib qızının cavabdehlər X11 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə və ünvan 5 Ofisinə qarşı (Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sahib qızı cavabdehlər X11 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə və ünvan 5 Ofisinə qarşı (Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 5 ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-2842 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh X11 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona döənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Kəpəz BOKT-ı arasında xx.xx.2023-cü il tarixində bağlanmış 4348/2023 saylı kredit müqaviləsi əsasında Kəpəz BOKT-ı tərəfindən İddiaçı 36 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 25 000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin kredit borcunun təminatı olaraq İddiaçı ilə cavabdeh Kəpəz BOKT-u arasında xx.xx.2023- cü il tarixində bağlanmış 4348/2023 saylı kredit müqaviləsi əsasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m ümumi sahədən ibarət 383T saylı bağ evi cavabdeh Kəpəz BOKT-nın xeyrinə ipoteka qoyulmuşdur (Sənəd: ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********20-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına verilmiş çıxarış). Kredit Müqaviləsi üzrə verilən kreditin bir hissəsini iddiaçı cavabdehə geri ödəmişdir. İddiaçının oğlunun cinayət məsuliyyətinə cəlb olunması və onun 50 000 manata yaxın pulunun etibarından sui-istifadə edilərək, oğlunu həbsdən çıxardacayıq vədi ilə aldadılaraq bəzi şəxslər tərəfindən əlindən alınması səbəbi ilə iddiaçı önəmli maddi çətinliklər ilə üzləşmiş və nəticədə cavabdehə olan borcunu qaytara bilməmişdir. Hal hazırda iddiaçı və Ukrayna vətəndaşı olan gəlini cavabdehin xeyrinə ipotekada olan Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən evdə yaşayırlar, başqa yaşayış yerləri yoxdur, heç bir yerdə işləmirlər və maddi vəziyyətləri çox pisdir. Bunlara baxmayaraq cavabdeh Kəpəz BOKT, ünvan 5 ofisində(Xüsusi X1 imzası ilə) xx.xx.2023-cü il tarixli kredit və ipoteka müqavilələri üzrə xx.xx.2024-cü il tarixli 8İ-7687 saylı İcra qeydini tərtib etdirib. Həmin İcra qeydində deyilir ki, “ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan - İddiaçı ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 383T saylı bağ evi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. Öhdəliyi müəyyən edən 3M-5183 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 24 144.35 AZN əsas borc, 4684.26 AZN faiz borcu , 4725.00 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 33 553.61 AZN təşkil edir”. Həmin İcra qeydindən əsasında iddiaçının 2024-ci ilin noyabr ayında məlumat olub. Hesab edirik ki, həmin icra qeydləri qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıb bu səbəblə ləğv olunmalıdır. Məhz Notariat haqqındaAR Qanunun 76-cı maddəsinə görə,“Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Hesab edirik ki, İcra qeydləri veriləndə bu qaydalar pozulub. Belə ki, həmin normadan məlum olur ki, icra qeydi tərəflər arasındakı “borcun mübahisəsiz olduğu” hallarda verilir. Aşağıdakılar göstərir ki, İcra qeydi ilə tələb olunan24 144.35 manat əsas borc, 4 684 faiz borcu , 4 725 manat dəbbə pulu, cəmi 33 553.61 manat borc mübahisəlidir. Belə ki, iddiaçı25 000 manat kredit götürüb və ondan 2 200 manatını geri ödəyib. İddiaçının qalan əsas borcu 24 144.35 manat olmayıb, daha azdır. Bu durum faiz borcuna da təsir edir. Bundan başqa İcra qeydində 4 725 manat dəbbə pulunun da tutulması göstərilir ki, bunun necə hesablandığı və hüquqi əsası müəmmalıdır. Qeyd olunduğu kimi, iddiaçı və Ukrayna vətəndaşı olan gəlinini hal hazırda həmin evdə yaşayır, başqa yaşayış yerləri yoxdur, heç bir yerdə işləmirlər və maddi vəziyyətləri çox pisdir. Belə bir durumda iddiaçıdan əlavə olaraq 4 725 manat dəbbə pulunun da tutulması ekonomik olaraq onların məhvinə səbəb ola bilər. Hesab edirik ki, həmin 4 725 manat dəbbə pulu tənasübsüz dərəcədə yüksəkdir. Göründüyü kimi, cavabdehin tərtib etdiyi İcra qeydində qalan əsas borcun məbləği mübahisəli olduğu kimi, burada həm də məhkəmə qətnaməsi ilə müəyyən oluna bilən tənasübsüz dərəcədə yüksək olan dəbbə pulu da İcra Qeydinə yazılaraq iddiaçıdan tələb olunur Daha sonra, cavabdeh X11 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilən iddianın rədd edilməsini xahiş etmişdir Etiraz onunla əsaslandırılmışdır ki,kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bildirmək istəyirik ki, tərəflər arasında Kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. ünvan 5 ofisinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 383T saylı bağ evinə tutma yönəldilmişdir. ünvan 5 ofisinin xüsusi notariusu tərəfindən İcra qeydinin aparılması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. Qeyd etmək istəyirik ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bildiriş göndərilmiş, həmin bildiriş poçt xidmətinə xx.xx.2024-cü il tarixində təqdim edilmiş, İddiaçı bidlirişi xx.xx.2024-cü il tarixdə qəbul etmişdir.Qanunvericiliyə əsasən, ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Lakin İddiaçı ərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən məhkəməyə şikayət verilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Qeyd etmək istəyirik ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi, müəyyən edilmiş müddət ərzində qeydiyyat orqanına müraciət edilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. e-2(004)-5973/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə digər cavabdeh ünvan 5 ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Bundan öncə isə ipoteka saxlayan "xxxx" MMC “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası) əks etdirən bildirişi ipoteka qoyan iddiaçının ünvanına göndərmiş, iddiaçı həmin bildirişi xx.xx.2024-cü il tarixində qəbul etmiş, bundan sonra ipoteka saxlayan bildirişi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmiş, bununla da tutmanın yönəldilməsi proseduruna riayət etmişdir. İddiaçı Sahib qızının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddianı qəbul etmir, etirazdfa qeyd olunanları müadfiə edir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh ünvan 5 Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 5 Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8İ- 2842 reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı Sahib qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m ümumi sahədən ibarət 383T saylı bağ evi ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. (öhdəliyi müəyyən edən 3M-5183 müqaviləyə əsasən vaxtında ödənilməmiş 24144,35 manat əsas, 4684,26 manat faiz,4725 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı olan məbləğ 33553,61 manat təşkil edir) İş materiallarında olan "xxxx" MMC İddiaçı Sahib qızına ünvanlanmışxx.xx.2024-cü il tarixli 3380 nömrəli bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı Sahib qızına 21 gfün ərzində xx.xx.2023-cü il tarixli krdit müqaviləsi üzrə borcunu ödəmədiyi təqdirdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi barədə məlumat verilmişdir.Lakin qeyd olunan bildiriş ünvan düzgün və tam olmadığı üçün geri qaytarılmılşdır İş materiallarında olan "xxxx" MMC(borc verən) İddiaçı Sahib qızı (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4348/2023 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən borc alana illik 32 faizlə, 36 ay müddətinə 25000 manat məbləğində kredit verir, borc alan isə krediti xx.xx.2026-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC İddiaçı Sahib qızı arasında bağlanmış 4348/2023-İP nömrəli xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m ümumi sahədən ibarət 383T saylı bağ evi xx.xx.2023-cü il tarixlio kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m ümumi sahədən ibarət 383T saylı bağ evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı Sahib qızının mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışna əsasən İddiaçı Sahib qızının "xxxx" MMC-yə 4348/2023 nömrəli kredit müqaviləsi üzrə 24144,35 manat əsas, 4684,26 manat faiz,4725 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı olan məbləğ 33553,61 manat borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/Ğ1016 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixli 4348/2023 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Sahib qızının xx.xx.2024-cü il tarixə"xxxx" MMC-yə olan əsas borcu 24102,52 manat, faiz borcu 4563,41 manat olmaqla, cəmi borcu 28665,93 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Sahib qız100 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cüil tarixli kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya 25000 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun "xxxx" MMC qarşısında borcu yaranmışdır. "xxxx" MMC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və ünvan 5 Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, cavabdeh X11 Kredit Təşkilatı Məhdud Məsuliyyəti icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini göstərən məktubu məhkəməyə təqdim etsə də, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli zərfdən müəyyən edilir ki, X11 Kredit Təşkilatı Məhdud Məsuliyyəti tərəfindən İddiaçı (ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli Bildiriş məktubu ünvan düzgün və tam deyil qeydi ilə geri qaytarılmışdır. Belə ki, ünvan 5 Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq icra qeydinin verildiyi nəzərə alınsa, bu zaman sözügedən bildiriş məktubu qanunvericiliyin tələbinə əsasən ən geci xx.xx.2024-cü il tarixdə İddiaçı təqdim edilməli idi. Lakin bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, cavabdeh ünvan 5 Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olubolmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Həmçinin borcla bağlı mübahisə mövcuddur. Beləı ki icra qeydində borc 24144,35 manat əsas, 4684,26 manat faiz,4725 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı olan məbləğ 33553,61 manat göstərilmişdir. İddiaçı həmin borcla razı deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1016 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixli 4348/2023 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Sahib qızının xx.xx.2024-cü il tarixə"xxxx" MMC-yə olan əsas borcu 24102,52 manat, faiz borcu 4563,41 manat olmaqla, cəmi borcu 28665,93 manat təşkil edir. Göründüyü kimi icra qeydi ilə müəyyən edilmiş məbləğlə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1016 nömrəli ekspert rəyin ilə müəyyən edilmiş məbləğ arasında fərq mövcuddur. Bu səbəbdən də mübahisə olduğu üçün, borcla bağlı məbləğ düzgün müəyyən edilmədiyindən icra qeydi ləğv edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, ünvan 5 Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ- 2842 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh X11 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X4 ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul cavabdeh X11 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 5 ofisində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 8İ-2842 reyestr nömrəli icra qeydi ləğv edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh X11 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X4 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul cavabdeh X11 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-633/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-633/2025
08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver