Məhkəmə qərarları › İş №e-2(004)-6354/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6354/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6354/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı “qanunsuz protokollar üzrə cərimələrin silinməsi və protokolların etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “qanunsuz protokollar üzrə cərimələrin silinməsi və protokolların etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tərəfindən tərtib edilmiş ərizə üzrə elektron məhkəmə sistemində işin növü “mülki iş”, icraatın növü “iddia icraatı” kimi müəyyənləşdirilmişdir. Nəticədə, inzibati xəta haqqında şikayət ərizəsi mülki icraat qaydasında məhkəməyə ünvanlanmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Ərizədə qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, İddiaçı inzibati protokolların ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin əsasları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmiş, sözügedən şikayətə mülki icraat qaydasında baxılması yolverilməzdir. Məhkəmə iddiaçıya izah edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta haqqında protokollardan aidiyyatı üzrə şikayət verməklə məhkəməyə müraciət edə bilər. Bundan əlavə, ərizə üzrə Azərbaycan Respublikası MPM-in 149-150-ci maddələrinin tələblərinə ümumiyyətlə əməl edilməmişdir. Məhkəmə ərizəçiyə izah edir ki, hazırki mübahisə inzibati prosessual icraat çərçivəsində də araşdırılmalı deyildir. Mübahisəyə məhkəmə nəzarəti qaydasında müvafiq rayon (şəhər) məhkəməsinin cinayət tərkibinin hakimi tərəfindən baxılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, ərizənin qəbulundan imtina edilməli, şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta haqqında protokoldan aidiyyatı üzrə şikayət verməklə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “qanunsuz protokollar üzrə cərimələrin silinməsi və protokolların etibarsız hesab edilməsi” tələbinə dair ərizənin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar