Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6437/2021 08.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(004)-6437/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Baki şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 24.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 Cavabdeh4 üzərinə "xxxx" MMC-yə aid, Cavabdeh2 üzərinə isə "xxxx" MMC-yə aid bütün maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orederləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktlarının, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdiq olunmuş surətlərinin ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(004)-6437/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “öhdəliyin qoyulması” tələbinə dair 2(004)-6437/2021 saylı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(004)-6437/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, Yasamal Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(004)- 6437/2021 saylı qərardadı əsaslı şəkildə qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti əsassız olduğu üçün təmin edilməməli və şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməklə baxılması üçün mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİM: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(004)-6437/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməsin. Şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-6437/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6437/2021
08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver