Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6611/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 30.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 141,60 manat sığorta ödənişi və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 161,60 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı "xxxx" MMC ilə "Azərbaycan Sənaye Sığorta” ASC arasında bağlanılmış 01.01.2019-cu il tarixli M0001/19 nömrəli "avtonəqliyyat vasitələrinin kompleks sığortası" şəhadətnaməsinə əsasən “Volkswagen Polo” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh 13.11.2019-cu il tarixdə, saat 15:27 dəqiqədə “Yamaha" markalı, mopedi Bakı şəhəri, Badamdar şossesində idarə edərkən "xxxx" ASC-də sığortalanmış "Volkswagen Polo" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Bakı şəhəri, Səbail rayon DYPŞ-nin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki Məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından, Səbail rayon DYPŞ-nin polis kapitanı X1 13.11.2019-cu il tarixli İXP2951550 saylı inzibati xəta haqqında protokolundan və 28.11.2019-cu ıl tarixli TP3376495 saylı inzibatı tənbeh tətbiq etmə barədə qərarından görünür ki, 2019-cu ilin 13 noyabr tarixində saat 15:27 dəqiqədə Bakı şəhəri, Badamdar şossesində yol-nəqliyyat hadisəsi baş vermişdir Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinmişdir. Sığortalanmış “Volkswagen Polo” markalı 90PR338 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci və "Sığorta fəaliyyəti haqqında" qanunun 10.10-cu maddələrinin tələbinə əsasən, müqavilə üzrə "Azərbaycan Sənaye Sığorta' ASC ilə sığorta sahəsində yardımçı göstərən "xxxx" MMC tərəfindən təsdiqlənərək 141,60 manat məbləğində müəyyən edilmişdir. 11.06.2020-ci il tarixli MCL-074/20 saylı sığorta ödənış aktına və 02.07 2020-ci il tarixli ödəniş tapşırığına əsasən 141,60 manat sığorta ödənişi faydalanan şəxsin razılığı ilə təmir müəssisəsinin bank hesabına köçürülmüşdür. Cavabdeh X2 141,60 manat iddiaçı "xxxx" ASC-yə qaytarmalıdır və bu barədə ona 27 iyul 2021-ci il tarixli 21/387 saylı pretenziya məktubu da göndərilmişdir. İddiaçı "xxxx" ASC-də 25.10.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilmiş və cavabdeh məhkəmə bildirişini 23.10.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada almışdır. Lakin, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə "Azərbaycan Sənaye Sığorta” ASC arasında bağlanılmış 01.01.2019-cu il tarixli M0001/19 nömrəli "avtonəqliyyat vasitələrinin kompleks sığortası" şəhadətnaməsinə əsasən “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 01.01.2019-cu ildən 01.01.2020-ci ilə kimi bir il müddətinə 19469 manat həcmində icbari sığorta edilmişdir. Səbail RPİ DYPŞ-nin 13.11.2019-cu il tarixli İXP2951550 saylı inzibati xəta haqqında protokolundan və inzibati tənbeh vermə haqqında 28.11.2019-cu tarixli TP ******* nömrəli qərarından müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Yamaha" markalı mopedlə 13.11.2019-cu il tarixdə saat 15:27 radələrində Bakı şəhəri Badamdar şossesi ilə Qurd qapısı istiqamətindən 20-ci sahə istiqamətində hərəkət edərkən qarşısında maneəni keçmək istəyərkən qəfildən qarşısında dönmə yerindən geriyə dönən "Volkswagen Polo" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısına dəymişdir. Nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Cavabdeh velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərini pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibari xətanı törətdiyinə görə 40 manat inzibati cərimə edilmişdir. “Euro Style” LTD tərəfindən tərtib edilmiş qüsur aktına əsasən hadisə nəticəsində "Volkswagen Polo" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 141,60 manat maddi zərər dəymişdir. 02.07.2020-ci il tarixli **********4 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, MCL- 074/20 saylı 11.06.2020-ci il tarixli sığorta ödənişi aktına əsasən 141,60 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin razılığı ilə təmir müəssisəsi olan "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Göründüyü kimi, "xxxx" MMC-nin mülkiyyətində olan X3 idarə etdiyi "Volkswagen Polo" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.01.2019-cu il tarixdə "Azərbaycan Sənaye Sığorta” ASC-də sığortalanmışdır. Cavabdeh idarə etdiyi “Yamaha" markalı mopedlə 13.11.2019-cu il tarixdə saat 15:27 radələrində Bakı şəhəri Badamdar şossesi ilə Qurd qapısı istiqamətindən 20-ci sahə istiqamətində hərəkət edərkən manevr qaydasını pozmuş və X3 idarə etdiyi "Volkswagen Polo" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qarxa qapısına dəymiş, həmin avtomobilə 141,60 manat məbləğində maddi zərər vurmuşdur. Zərəri aradan qaldırmaq üçün "Azərbaycan Sənaye Sığorta” ASC 141,60 manat sığorta ödənişini həyata keçirmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 01.01.2019-cu il tarixli M0001/19 nömrəli "avtonəqliyyat vasitələrinin kompleks sığortası" şəhadətnaməsi üzrə 02.07.2020-ci il tarixli **********4 nömrəli ödəniş tapşırığına əsasən "Volkswagen Polo" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 141,40 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 20 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.01.2019-cu il tarixli M0001/19 nömrəli "avtonəqliyyat vasitələrinin kompleks sığortası" şəhadətnaməsi üzrə 02.07.2020-ci il tarixli **********4 nömrəli ödəniş tapşırığına əsasən "Volkswagen Polo" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 141,40 (bir yüz qırx bir manat qırx qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul olmaqla, cəmi 161,60 (bir yüz altmış bir manat altmış qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6611/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6611/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver