Məhkəmə qərarları › İş №e-2(004)-6671/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6671/2025

25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6671/2025 25.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 692.4 AZN məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və çəkilmiş 3 AZN poçt xərcinin, ümumlikdə 725.4 AZN məbləğində pulun cavabdehdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edilməsindən sonra hər 2 binanın “Sahə mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il tarixli və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120- MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış, ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri İddiaçı MMMC-nin idarəçiliyinə keçmişdir. İddiaçı MMMC qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-na köçürmələr-778 manat, İşsizlik fonduna köçürmə– 32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri – orta aylıq xərci - 1300 manat, liftlərin servis xidməti haqqı-800 manat, zibilin daşınması - 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc-30 manat, vergi və sair hesabatların verilməsi-100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s.)-197 manat, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0,22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. İddiaçı MMMC-nin idarəçiliyində olan ünvan 3 ünvanda yerləşən, 115,4 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X2 01 dekabr 2023-cü il tarixdən 31 iyul 2025-ci il tarixədək binanın ümumi idarəçiliyi üçün ödəməli olduğu ümümi xərclər üzrə 692.4 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, iddia ərizəsində göstərilən cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə pretenziyanın göndərilməsi üçün poçt xərcləri çəkilmişdir. Belə ki, cavabdehin hər iki ünvanına (həm faktiki yaşadığı ünvana, həm də onun MAPS arayışı üzrə rəsmi qeydiyyatda olduğu ünvana) pretenziyalar göndərilərkən 3 AZN məbləğində poçt xərcləri çəkilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMMC xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xx.xx.2020-ci il tarixli iclas protokolunun qərarının və xərclər smetasının surətlərindən görünür ki, qeyri-yaşayış sahəsi üzrə kommunal haqqı hər m2 üçün 0,30 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMMC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli yazılı xəbərdarlığın surətindən görünür ki, 01 dekabr 2023-cü il tarixdən 31 iyul 2025-ci il tarixinədək yaranmış 692,4 manat borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5893/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan 115,4 m2 qeyri-yaşayış sahəsi üzrə 2020-ci lin sentyabr ayından 2023-cü ilin dekabr ayınadək kommunal xidmət haqqı üzrə borcun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 80/25 nömrəli arayışdan görünür ki, Cavabdeh binanın saxlanma xərclərinə görə dekabr 2023-cü ildən oktyabr 2025-ci ilədək borcu 796,26 manat təşkil edir. İş materiallarında olan Cavabdeh dair elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehin mülkiyyətində qeyd olunan ünvanda 115,4 m2 qeyriyaşayış sahəsi mövcuddur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, kommunal xidmətlərə görə haqqdan ibarətdir. Həmin Məcəllənin 138.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Sadalanan hüquq normalarının tələblərinə, həmçinin qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallara əsasən, məhkəmə müəyyən edir ki, cavabdeh 01 dekabr 2023-cü il tarixdən 31 iyul 2025-ci il tarixədək olan dövr üzrə hesablanmış xərci (115.4x0.30x20 ay=692.4 manat) ödəmək öhdəliyini daşımış, lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Ona görə də İddiaçı MMMC-nin qeyd olunan dövr üzrə yaranmış borcu tələb etməsi tam əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun və poçt xərcinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 692,4 manat borc, 30 manat dövlət rüsumu və 3 manat poçt xərci olmaqla, cəmi 725,4 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar