Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-67/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Koperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Koperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Mənzil Tikinti KooperatKivə Cavabdeh1 müştərək qaydada 287.650 (iki yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativi, 2013-cü ildə başqa şəxsin, yəni hazırkı iş üzrə digər Cavabdeh1 adına rəsmiləşdirdiyi mübahisəli mənzili sonradan, 23 fevral 2016-cı il tarixdə, 000425 saylı payçı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirmişdir. MTK tərəfindən bir mənzil iki şəxsin adına rəsmiləşdirilmişdir. MTK ilə 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsi bağlanılarkən İddiaçı Azərbaycan Beynəlxalq Bankı ilə 23 fevral 2016-cı il tarixli təminatlı kredit müqaviləsi bağlamış və kredit götürdüyü pul da daxil olmaqla ümumilikdə Cavabdeh2 Mənzil Tikinti Kooperativinə mənzilin alınması üçün 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pul ödəmişdir. Sonradan, mənzilin Cavabdeh2 Mənzil Tikinti Kooperativinə deyil, Cavabdeh1 adına olduğu iddiaçıya məlum olduqda, MTK vəziyyəti düzəltmək üçün öz təşəbbüsü ilə, MTK-nın öz adamı olan Cavabdeh1 iştirakı il 10 iyul 2019-cu il tarixdə notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılmasını təşkil etmiş və yenidən həmin mənzil, onun dəyərini tam ödəmiş iddiaçı Aml Əmirovun adına rəsmiləşdirilmişdir. İddiaçı belə vəziyyətdə, 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsinin əhəmiyyətsizliyini nəzərə alaraq, əvvəl MTK-ya, daha sonra isə məhkəməyə müraciət edərək, qeyd edilən müqavilənin etibarsızlığını tələb etmişdir. Məhkəmə prosesində, Cavabdeh2 Mənzil Tikinti Kooperativ də öz növbəsində 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Məhkəmə proseslərinin nəticəsində hər iki müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası 2(102)-547/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, “kassator və digər tərəflər də 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman mənzillə bağlı kassator tərəfindən pul vəsaitinin ödənilməməsini, MTK tərəfindən pulun depozitə qoyulmasını və nümayəndəsi tərəfindən də pulun depozitdən götürülməsini göstərmişlər. Alqı-satqı müqaviləsi üzrə qanunvericiliyin tələblərinə əməl edilmədiyinə görə 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsə də, kassatorun kassasiya şikayətində göstərmiş olduğu kimi, onun ödəmiş olduğu külli miqdarda olmasını iddia etdiyi pul vəsaitindən kassatorun məhrum olmasına göz yumulmamış, əksinə kassatora həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca iddia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir.” Beləliklə, yuxarıda göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, mənzilə görə ödədiyi 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat pul vəsaitinin, habelə mənzilin təmir xərclərinin, iddiaçı tərəfindən banka ödənilmiş falizlərin cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Kooperativin faktiki əməkdaşı Cavabdeh1 tutulmalıdır.İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, QXM 281M nömrəli qiymətləndirmə hesabatından görünür ki, iddiaçı mənzilin təmirinə 40.000 (qırx min) manat məbləğində pul xərcləmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş bank qəbzlərindən müəyyən edilir ki, İddiaçı bu günə qədər banka faiz olaraq 60.000 (altmış min) manat məbləğində pul vəsaiti ödəmişdir. Nəticə etibarı ilə, iddiaçı hesab edir ki, hazırda cavabdehlərdən müştərək qaydada ümumilikdə 287.650 (iki yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, 2016-cı ildə evi almaq istədiyi zamanlarda Azərbaycan Beynəlxalq Bankı vasitəsilə 20 illik ipoteka qaydası mövcud idi və o,Cavabdeh2 MTK-da komendant olan Arzuman müəllimə bildirdi ki, ev hazırda bağlıdır və ola bilər mi ki, evi artıq kimsə alıb və bu barədə sənədlər də olmuş olsun. O isə dedi ki, narahatlığa ehtiyac yoxdur, çünki belə vəziyyət mövcud deyil. Buna görə də müqavilə bağlandı və maliyyə arayışı verildi, pul da qəbul olundu. MTK-nın əməkdaşı ilə banka yaxınlaşmış, o, müqavilələrə imza çəkmiş və nağd şəkildə pulu qəbul etmişdir. Mart ayından bank ödənişləri etməyə başlamışdır. Evə pulu ödəməyə davam etsə də, həmçinin təmirə də pul xərcləsə də, bu cür vəziyyətlə qarşılaşmışdır. Ekspert rəyində təmirə çəkilən xərclərə görə göstərilən məbləğdən daha çox pul ödəmişdir. Təxminən 87000 manat məbləğində faiz də ödəmişdir. Deməli, MTK-nın qeyri-peşəkarlığına görə o, böyük məbləğlərdə pul ödəmişdir və banka 2036-cı ilədək həmin məbləği ödəməlidir. Bundan əlavə evin dəyəri də ona ödənilməmişdir, həm də evsiz qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı aldadılan şəxsdir. O, 2016-cı ildən etibarən hazırkı dövrə qədər ayda 1500 manat pul ödəyir və ekspert rəyindən də görünür ki, iddiaçının ödədiyi məbləğin təxminən 80 faizi faiz məbləğidir. Bu qədər illər ərzində iddiaçının ödədiyi bu qədər faiz məbləğinin isə iddiaçıya necə qayıdacağı isə müəmmalıdır. Çünki əgər iddia tələbi təmin edilərsə, o pulun böyük hissəsi elə banka ödəniləcək. Bundan başqa həm də iddiaçı evin təmirinə də xərclər çəkib. Evin dəyərini də tam ödəməsinə baxmayaraq nə ev, nə də evin dəyəri geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Mənzil Tikinti Koperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etdiyini, 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat pul vəsaiti hissəsində və təmir xərci kimi 23560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində pul tələbi hissəsində iddianı qəbul etdiyini, banka faiz olaraq 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin qaytarılmasına dair hissədə iddianı qəbul etmədiyini bildirmişdir. Belə ki, MTK-dan ona bildirmişlər ki, evin dəyərində başqa hər hansı ödəniş qəbul etməmişlər. Nə cür risklərə iddiaçı hansı məbləğdə daxil olubsa da, bunun səbəblərə MTK-ya məlum deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Cavabdeh1 və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 281 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 92 a saylı evin 1051 saylı mənzilinin təmir işləri üçün çəkilmiş xərcin qiymətini 40.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2 (004)-2344\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 MTK-nın Cavabdeh1 qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 01 N-li, o7 yanvar 2013-cü il tarixli Protokolu qismən, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92 A ünvanında yerləşən kooperativ binasının 1051 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92 A ünvanında yerləşən Cavabdeh2 MTK-ya məxsus binanın 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilin dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi və ASP” MTK-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı (borc alan) ilə Azərbaycan Beynəlxalq Bankı (borc verən) ilə arasında bağlanmış 23 fevral 2016-cı il tarixli (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən “Borc verən Borcalana Borcalan ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasına imzalanmış 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 168.885 (yüz altmış səkkiz min yüz səksən beş) manat məbləğində kredit verilməsini öhdəsinə götürür.” Borcalana kredit 240 ay müddətinə verilir. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı Azərbaycan Beynəlxaq Bankının Abşeron şöbəsindən 167.196 manat məbləğində ipoteka krediti götürmüşdür. İş materiallarında olan Cavabdeh2 Mənzil Tikinti Kooperativinin xx.xx.2016-cı il tarixli arayışında qeyd olunur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 9-cu blok, 11-ci mərtəbəbdəki 5 saylı mənzilin dəyərinin 10%-ni ödəmişdir. Dəyəri 139x1350=187650 manat, ödənilmişdir 18765 manat, qalıq borc 168885 manat. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2 (004)-613\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 MTK-nə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə” dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxaırşın ləğv edilməsi tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativliyi arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 000425 saylı Payçı müqaviləsi və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 və X4 tərəfindən verilmiş müstəqil tələblər qismən təmin edilmiş, Cavabdeh1 və İddiaçı arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 10 iyul 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüquna xitam verilmiş, bu hüquq barədə İddiaçı verilmiş Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)- 425/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, həmçinin iddiaçı Cavabdeh2 MTK-nın Cavabdeh1 qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən işdə iştirak elməyə cəlb edilməyən və qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən, ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılaraq Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, həmin qətnamə üzrə mübahisələndirilən İddiaçı Həsənağa oğlu ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra həmin müqavilənin predmeti olmuş Bakı şəhəri H.Zərdabi prospekti, ev 92a, 1051 saylı mənzil Cavabdeh1, müqavilə üzrə ödənilmiş 100.000 manat məbləğ isə Cavabdeh2 MTK-ya qaytarılması, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilməməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı Cavabdeh2 MTK-nın Cavabdeh1 qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh2 MTK-nın xx.xx.2019-cu il tarixli, 11 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A saylı binada yerləşən mənzilə görə 23 fevral 2016 tarixli 000425 №-li payçı müqaviləsinə əsasən xx.xx.2016-ci il tarixdə İddiaçı tərəfindən mənzilin qiyməti tam şəkildə ödənilmişdir. Belə ki, xx.xx.2016-ci il tarixində 18765 (on səkkiz min yeddi yüz altmış beş) manat məbləğində ilkin ödəniş və xx.xx.2016-cı il tarixində bankdan alınmış kredit hesabına 168885 (yüz altmış səkkiz min səkkiz yüz səksən beş) manat məbləğində ikinci ödəniş olmaqla qeyd edilən mənzil üçün ümumilikdə 187650 (yüz səksən yeddi min altı yüz əlli) manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-547/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-425/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı, eyni zamanda digər iddialar üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-425/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, kassatorun kassasiya şiakyətində qeyd olunduğu kimi, onun ödəmiş olduğu külli miqdarda iddia etdiyi pul vəsaitindən kassatorun məhrum olmasına göz yumulmamış, əksinə kassatora həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca iddia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9\940 saylı, 09 iyun 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış 23 fevral 2016-cı il tarixli daxili ipoteka krediti üçün təminatlı 91-xx-xx-2016-MR-AS nömrəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilmiş 111.506,00 manat məbləğində pul vəsaitindən 87.638,76 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən edilmişdir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10\5466 saylı, 19 dekabr 2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 23560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Keçirilmiş tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə proses iştirakçılarının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 386.3-ci maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 Mənzil Tikinti Kooperativinə ödəniş etməklə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzili alsa da qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin payın satılması dair müqavilə etibarsız hesab edilmişdir. İddiaçı (borc alan) ilə Azərbaycan Beynəlxalq Bankı (borc verən) ilə arasında bağlanmış 23 fevral 2016-cı il tarixli (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsindən də müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında imzalanmış 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 168.885 (yüz altmış səkkiz min yüz səksən beş) manat məbləğində krediti istifadə etmişdir. Hazırda Cavabdeh2 MTK bu halı mübahisələndirmir, bu hissədə borcu etiraf edir və mənzilə görə ödənilmiş olan 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürür. Belə olan halda mənzilin dəyərinin Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməli, digər cavabdehə dair hissədə sübuta yetmədiyindən rədd edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə iddia tələbini faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, İddiaçı onunla Cavabdeh2 MTK arasında imzalanmış 23 fevral 2016-cı il tarixli 000425 saylı müqavilənin predmeti olan mübahisəli mənzilin alınması üçün Azərbaycan Beynəlxalq Bankından 168.885 manat məbləğində kredit götürmüşdür. Bu işin mübahisəsiz halıdır. Belə ki, 23 fevral 2016-cı il tarixli təminatlı kredit müqaviləsinin 2.2-ci bəndində bu aydın şəkildə öz əksini tapmışdır. Eləcə də, Cavabdeh2 MTK tərəfindən verilmiş cavab məktubunda da mənzilin dəyərinin ikinci ödənişinin bankdan götürülmüş kredit hesabına ödənilməsini etiraf etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9\940 saylı, 09 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış 23 fevral 2016-cı il tarixli daxili ipoteka krediti üçün təminatlı 91-xx-xx-2016-MR-AS nömrəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilmiş 111.506,00 manat məbləğində pul vəsaitindən 87.638,76 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən edilmişdir. Məhkəmə 87.638,76 manat məbləğində faiz borcunun Cavabdeh2 Mənzil Tikinti Kooperativinin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi qiymətləndirir. Belə ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativi iddiaçı ilə mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadan müqavilə bağlayaraq, eləcə də həmin müqavilənin predmeti olan mənzilin alınması üçün bankdan iddiaçı tərəfindən kreditin götürülməsinə səbəb olan təqsirli hərəkətlərə yol vermişdir. İddiaçıya maddi ziyan dəyməsi, həmin ziyanın MTK-nın təqsirli hərəkətləri nəticəsində baş verməsi və dəymiş ziyanla təqsirli hərəkət arasında səbəbli əlaqənin mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq faiz borcunu iddia tələbi həcmində, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 (altmış min) manat pulun Cavabdeh2 MTK-dan tutularaq İddiaçı ödənilməsi hissəsində əsaslı və ədalətli hesab edərək təmin edilməsi qənaətinə gəlir. Digər cavabdehə dair bu hissədə iddia sübuta yetmədiyindən rədd edilməlidir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzil İddiaçı tərəfindən təmir olunduqdan sonra məhkəmə qətnaməsi ilə digər Cavabdeh1ya təhvil verilməsi qət edilmişdir. Belə olan halda hazırda Cavabdeh1 əsassız varlanmışdır. Məhkəmə mənzilin təmiri ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlərdən təmir xərcinə görə 40.000 manat tələb etdiyindən mübahisənin düzgün həll edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10\5466 saylı, 19 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən təmirə çəkilmiş xərcin məbləği 23.560 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, rəyin məzmunu və tədqiqatın aparıldığı sənədlərdən də görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ekspertiza mərkəzinin ekspert rəyi inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Digər cavabdeh ASP MTK iddia tələbini bu hissədə qismən, ekspert rəyi ilə müəyyən olunan məbləğdə qəbul etdiyini bildirmişdir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd edir ki, hazırda iddia tələbinin təmir xərcinə çəkilmiş pulun tələbi hissəsində qismən təmin edilməli, Cavabdeh2 MTK tərəfindən iddianı qəbul qəbul etməsi hər hansı şəxsin hüquqlarını pozmadığından və mənafeyinə zidd olmadığından Cavabdeh2 MTK-nın bu hissədə iddianı etirafı özünə dair hissədə qəbul olunaraq, ekspert rəyi ilə müəyyən olunmuş 23560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində təmir xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə aparılmış tikinti-texniki ekspertizası xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada, mühasibatlıq ekspertizası xərcinin əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh2 Mənzil Tikinti Koperativindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilə görə ödənilmiş 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat və vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 (altmış min) manat olmaqla, cəmi 247.650 (iki yüz qırx yeddi min altı yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 23560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş tikinti-texniki ekspertizası xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Keçirilmiş mühasibatlıq ekspertizası xərcinin əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh2 Mənzil Tikinti Koperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-67/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-67/2023
24.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver