Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6778/2025 08.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan kimi 5800 (beş min səkkiz yüz) və dövlət rüsumu olaraq ödənilmiş 78 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X3 Cavabdeh və İddiaçı MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayında İddiaçı MMC adlanan klinikada iddiaçı X3 üzərində Cavabdeh tərəfindən rinoplastika (burun kiçiltmə) əməliyyatı icra olunmuşdur. Lakin, Cavabdeh yanlış tibbi əməliyyatı nəticəsində iddiaçının burnunda müəyyən fəsadlar yaranmış və o, tibbi problemlərin aradan qaldırılması məqsədilə ümumilikdə 2 (iki) dəfə xx.xx.2020-ci il tarixdə “Davinçi” hospitalda 500 manat dəyərində, xx.xx.2023-cü il tarixdə isə “Antromed” tibb mərkəzində 4500 manat dəyərində yenidən tibbi əməliyyat olunmuşdur. Nəticədə, iddiaçıya ümumilikdə 6300 (1300+500+4500) manat maddi zərər vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(004)-80/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı MMC-dən müştərək qaydada ümumilikdə 5800 (beş min səkkiz yüz) manat pul və ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumunun tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra qətnamədən apellyasiya və kassasiya şikayətləri versələr də, Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(004)-80/2024 nömrəli qətnaməsi qüvvədə qalmışdır. Yasamal rayon İcra və probasiya şöbəsi qeyd edilən məbləği və yeddi faiz icra ödənişini tam olaraq İddiaçı MMC-dən tutaraq məhkəmə qərarını icra etmişdir. Hazırda Cavabdeh səhvinə görə İddiaçı MMC-nə dəymiş ziyan Cavabdeh tutulmalıdır. Belə ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 871/KEŞ nömrəli rəyinə istinad edərək qeyd etmişdir ki, rəyə əsasən əməliyyat üzrə cavabdehlər həkim və tibb müəssisəsinin (klinikaya münasibətdə obyektiv və subyektiv təqsir) təqsiri müəyyən edilir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 80/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh və İddiaçı MMC-dən müştərək qaydada ümumilikdə 5800 (beş min səkkiz yüz) manat pul və ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 527/KEŞ nömrəli rəyinə (təsviri və nəticə hissə) əsasən əməliyyat üzrə cavabdehlər həkim və tibb müəssisəsinin (klinikaya münasibətdə obyektiv və subyektiv təqsir) təqsiri müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Əyyubovun icra ödənişinin alınması barədə xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı MMC-dən 411,81 manat icra ödənişinin tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inkasso sərəncamına əsasən İddiaçı MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinin hesabına 5883 (beş min səkkiz yüz səksən üç) manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inkasso sərəncamına əsasən İddiaçı MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinin hesabına 411,81 (dörd yüz on bir manat səksən bir qəpik) manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı MMC tərəfindən 78 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı MMC adlanan klinikada X3 üzərində Cavabdeh tərəfindən rinoplastika (burun kiçiltmə) əməliyyatı icra olunmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən cəmi 5883 manat məbləğində pul cavabdehlər Cavabdeh və İddiaçı MMC-dən müştərək qaydada tutulmuşdur. Bundan sonra məhkəmə qətnaməsinə əsasən 5883 manat pul və 411,81 manat icra ödənişi olmaqla, cəmi 6294,81 manat hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehin əvəzinə borcu və digər xərcləri ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundna qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konistitusiyasının 71-ci maddəsinin 7-ci bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Belə ki, məhkəmə qeyd edir ki, mülki qanunvericiyə əsasən iddiaçı əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, digər borclu barəsində onun payına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malik olduğundan və məhkəmə qərarı ilə borclulardan 5800 (beş min səkkiz yüz) manat pulun müştərək qaydada tutulması nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının borca dair öz payı çıxılmaqla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmalı olan 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun yarısı, yəni 2900 (iki min doqquz yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 78 (yetmiş səkkiz) manatın 39 (otuz doqquz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 78 (yetmiş səkkiz) manatın 39 (otuz doqquz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-6778/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6778/2025
08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver