Məhkəmə qərarları › İş №e-2(004)-684/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-684/2023

24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-684/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi cəlb edilməklə cavabdeh “X1”nın nəzdində yaradılmış Cavabdeh MMCyə qarşı “hərrac hərəkətlərinin qanunsuz sayılması və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi cəlb edilməklə cavabdeh “X1”nın nəzdində yaradılmış Cavabdeh MMCyə qarşı “hərrac hərəkətlərinin qanunsuz sayılması və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu (keçmiş inzibati ərazi vahidi), X5 prospekti 51 ünvanında yerləşən əmlak kompleksi (Gəncə kinoteatrı) üzərindəki 1/3 payla mülkiyyət hüququnun hərracda satılması barədə aparılmış hərrac hərkətlərinin qanunsuz sayılması və hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 49/22 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5715/2020 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon İcra șöbəsi təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək onun Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti 51 ünvanında yerləşən əmlak kompleksinin (Gəncə kinoteatrı) borclunun mülkiyyətində olan 1/3 hissədə payına (borc məbləğində) həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, sözügedən ünvanda yerləşən, ümumi sahəsi 1176.6 kv metr olan əmlak komleksinin (Gəncə kinoteatrı) borclunun mülkiyyətində olan 1/3 hissəsi üzərinə həbs qoyulması qərara alınmışdır. Binəqadi Rayon Məhkəmasinin sözü gedən qərardadından onun tərəfindən verilən şikayət təmin edilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5715/2020 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu İddiaçı paylı mülkiyyətində olan əmlakının üzərinə borc məbləği həddində həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon İcra șöbəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Beləliklə, onun Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti 51 ünvanında yerləşən “Gəncə" kinoteatrının mülkiyyətindəki payına (1/3) borc məbləği miqdarında həbs qoyulması halı aradan qalxmışdır. Yəni həmin icra hərəkətləri Gəncə Şəhər icra Şöbəsi tərəfindən həyata keçirilməli idi. Buna baxmayaraq, o, Gəncə şəhəri üzrə İcra idarəsinə ərizə göndərərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadının ləğv edilməsini, hazırda qüvvəsində olmamasını və aparılan icra hərəkətlərinin dayandırılmasını xahiş etsə də, Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən qeyd olunan əmlaka yönəltmə tədbirləri davam etdirilmiş, o cümlədən sifariş verilmiş hərrac ləğv edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etiraz və mülahizə ilə məhkəməyə müraciət edərək həmin hərrəacın nəticələrinə dair tərtib va təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas olmadığından iddia rədd edilməlidiг. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İlk öncə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5715/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə iсrа idаrəsinin İ/Q 145941/21 saylı xx.xx.2022-ci il tarixli sifarişi üzrə Gəncə şəhəri, Kəpəz rауоnu, Ş.İ.Xətai prospekti 51 ünvanında уеrləşən ümumi sahəsi 1176.6 kv.metr olan əmlаk kompleksinin İddiaçı məxsus 1/З hissəsinin açıq hərrасdа satılmasıCavabdeh MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd оlunan əmlakın açıq hərrасdа ilkin satış dəyəri 1/3 hissə üzrə 588000 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda sözügedən hərrас sifarişi Cavabdeh MMC-yə daхil olduqdan sоnrа həmin hərrас sifаrişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi З1 avqust 2О22-сi il tаriхə saat 11:00-da təyin edilmiş və hərracın qeyd olunan tаriхə təyin edilməsi barədə elan xx.xx.2022-ci il tаriхində kütləvi infоrmаsiуа kimi AR Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” internet imformasiya ehtiyatında dərc olunmuş və həmin еlаn həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də yerlışdirilmişdir. Bundan sonra sifariş olunan əmlaklara dair açıq hərracın kеçirilməsinə dair 1631/22 saylr. l8.08.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu İddiaçı, еləсə də icra sənədi üzrə tələbkar X2 poçt vasitəsi ilə göndərilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə еdilən "hərracın baş tutmasına dair" З1 avqust 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir) З1 avqust 2022-ci il tarixinə təyin edilmiş hərrас baş tutmadığından həmin əmlаk sifarişçi iсrа şöbəsi ilə bağlanmış müqavilə və ona aid "Əmlakın açıq hərrасdа satışı üzrə sifariin verilməsi, hərracın təşkili, keçirilməsi rəsmiləşdirilməsinin prosedur Qaydalarına uyğun olaraq ilkin satış qiymətindən 10% aşağı qiуmətə, yəni 529200 manata olmaqla, 15 sentyabr 2022-ci il tarixinə, saat 11:00-a təkrаr açıq hərrаса çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tаriхində kütləvi informasiya vasitəsi оlаn "Вiгjаnyus" internet lnformasiya Ehtiyatında dərс olunmuş və həmin elan həmçinin hərrас təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilməlidir. Daha sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair 17З6122 saylı xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə bоrсlu İddiaçı eləcə də iсrа sənədi üzrə tələbkar X2 poçt vasitəsi ilə göndərilməlidir. Hazırki etiraza əlavə edilən "hərracın baş tutmamasına dair" 15 sеntуаbr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tаriхə təyin edilmiş hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir) 15 sentyabr 2022-ci il tarixinə təуin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 20% aşağı qiуmətə, yəni 470.400 manata olmaqla, З0 sentyabr 2022-сi il tarixinə, saat 11:00-a təkrаr açıq hərrаса çıxarılması və təkrаr hərracın keçirilməsi iİə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi оlап "Birjanyus' intеrnеt informasiya Ehtiyatında dərс olunmuş və həmin elan həmçinin hərrас təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilməlidir. Daha sonra sifariş olunan mənzilə dаiг açıq hərracın keçirilməsinə dair 1849/22 saylr, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, bоrсlu İddiaçı, eləcə də icra sənədi üzrə tələbkar X2 poçt vasitəsi ilə göndərilmişdir. 30 sentyabr 2022-ci il tаriхinə təyin edilmiş hərrас baş tutmadığından həmin əmlаk ilkin satış qiymətindən З0% aşağı qiymətə, yəni 411.600 manata olmaqla, 14 оktуаbr 2022-ci il tаriхinə, saat 11:00-a təkrаr açıq hərraca çıxarmaq və təkrаr hərracın keçirilməsi ilə bağlı elan 0З.10.2022-сi il tаriхində kütləvi iпfоrmаsiуа vasitəsi olan "Вirjаnуus" internet infоrmаsiуа Ehtiyatında dərc olunmuş və həmin elan rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Daha sоnrа sifariş olunan mənzilə dаir açıq hərracın keçirilməsinə dаir 1958/22 saylı З0.09.2022-сi il tarixli bildiriş hərracın sifarişçisinə borclu X2 eləcə də iсrа sənədi üzrə tələbkar X2 poçt vasitəsilə göndərilmişdir. Sözügedən hərrас sifarişi üzrə keçirilən ilkin və təkrаr hərraclar hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Bununla əlaqədar olaraq hərracın baş tutmamasına dair 49/22 saylı, 14 oktyabr 2022-ci il tarixli yekun protokol tərtib olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olduğunu, lakin səhətində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu halın üzrlü sayılmasını və iclasın onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5715/2020 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon İcra șöbəsi təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək onun Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti 51 ünvanında yerləşən əmlak kompleksinin (Gəncə kinoteatrı) borclunun mülkiyyətində olan 1/3 hissədə payına (borc məbləğində) həbs qoyulmasını xahiş etmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, sözügedən ünvanda yerləşən, ümumi sahəsi 1176.6 kv metr olan əmlak komleksinin (Gəncə kinoteatrı) borclunun mülkiyyətində olan 1/3 hissəsi üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəmasinin sözü gedən qərardadından iddiaçı tərəfindən şikayət verilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5715/2020 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu İddiaçı paylı mülkiyyətində olan əmlakının üzərinə borc məbləği həddində həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon İcra șöbəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “X1”nın nəzdində yaradılmış Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1849/22 saylı təkrar hərracın keçirilməsi barədə bildirişdən görünür ki, iddiaçının mülkiyyətində olan payına münasibətdə hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş, lakin, hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış, hərracın yenidən keçirilməsi isə xx.xx.2022-ci il tarixə təyin edilmiş və sözügedən hərracla bağlı lazımı qaydada məlumatlandırma tədbirləri həyata keçirilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5715/2020 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon İcra șöbəsi təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək iddiaçının Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti 51 ünvanında yerləşən əmlak kompleksinin (Gəncə kinoteatrı) borclunun mülkiyyətində olan 1/3 hissədə payına (borc məbləğində) həbs qoyulmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, sözügedən ünvanda yerləşən, ümumi sahəsi 1176.6 kv metr olan əmlak komleksinin (Gəncə kinoteatrı) borclunun mülkiyyətində olan 1/3 hissəsi üzərinə həbs qoyulması qərara alınmış, Bakı şəhəri Binəqadi Rayon Məhkəmasinin sözü gedən qərardadından iddiaçı tərəfindən verilən şikayət təmin edilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadı ilə sözügedən təqdimatın təmin edilməməsi qərara alınmışdır. Lakin iddiaçının icra hərəkətlərinin həyata keçirilməsinin yuxarıda göstərilən hallarla əlaqədar mümkünsüzlüyü barədə müraciəti cavabsız qalmaqla, əmlak barəsində hərrac hərəkətləri həyata keçirilmişdir. Belə olan halda, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Məhkəmə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar əsasında qeyd etməyi zəruri hesab edir ki, iddiaçının borclu olduğu icra sənədi üzrə icra hərəkətləri, o cümlədən hərracın sifariş verilməsi və hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 49/22 saylı yekun protokol etibarsızdır. Belə ki, qanunvericilik hərracın keçirilməsi üçün əsaslardan biri kimi üzərinə həbs qoyulan əmlakın olmasını labüd etmişdir. Hazırkı iş üzrə iddiaçının əmlakının üzərinə Bakı şəhəri Binəqadi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-539/2021 saylı qərardadı ilə həbs qoyulması qərara alınsa da, iddiaçı tərəfindən sözügedən qərardad mübahisələndirilmiş və şikayət əsasında həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(001)- 539/2021 saylı qərardadı ilə sözügedən təqdimatın təmin edilməməsi qərara alınmışdır. Bütün sadalananlara rəğmən iddiaçının hərracın məcburi əmlak yönəldilməsi predmeti olmayan əmlakla bağlı qanunsuz keçirilməsi barədə müraciətləri də nəzərə alınmamışdır. Bu halın mövcudluğu hərracın təşkili və keçirilməsi prosedurunun mübahisələndirilməsini istisna edir. Belə ki, Belə ki, icra icraatı çərçivəsində borclunun əmlakına yönəltmə məqsədilə hərrac keçirilməsi qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə tənzimləndiyindən qeyd edilən norma və prinsiplərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, hərracın keçirilməsi üçün əsas olan əmlak məcburi icra hərəkətlərinin təyinatı olmamışdır. Belə olan halda, iddiaçının iddia tələbinin əsaslılığı bir daha özünü təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi cəlb edilməklə cavabdeh “X1”nın nəzdində yaradılmış Cavabdeh MMC-yə qarşı “hərrac hərəkətlərinin qanunsuz sayılması və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iş materialları ilə sübuta yetirildiyindən, iddia ərizəsi təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, X4 prospekti, 51 ünvanında yerləşən əmlak kompleksi (Gəncə kinoteatrı) üzərindəki 1/3 payla mülkiyyət hüququnun hərracda satılması barədə aparılmış hərrac hərəkətləri qanunsuz sayılsın və hərracın yekunları barədə 49/22 nömrəli, xx.xx.2022-ci il tarixli protokol etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar